Ziyarətnamə: İmam Museyi Kazimin (ə) və İmam Muhəmməd Cavadın (ə) vida ziyarəti
Şeyx Abbas Qumi deyir: “O zamanlarda şiələri çox sıxışdırdıqları üçün dövrün zalım hökmüdarlarının şərrindən amanda qalsınlar deyə təqiyyə üzündən şiələrə bu iki imamın (ə) müxtəsər ziyarətnamələri təlim edilirdi. Əgər zəvvar, uzun bir ziyarətnaməni oxumaq istəyirsə, onlardan ən yaxşısı “Camiə ziyarətnamələri”dir. Bu ziyarətnamələrin içərisində bir ziyarətnamə vardır. Onun şərhindən belə məlum olur ki, onu İmam Musa Kazimə (ə) oxumağın artıq savabı vardır. Bu ziyarətnamə, “Camiə ziyarətnamələr”məqalələrində qeyd olunubdur. Bu iki məsum imamla ayrılmaq istəyən zəvvarlar onlarla vida dualarını oxuyaraq ayrılsınlar. O dualardan birini Şeyx Tusi “Təhzib” adlı kitabında qeyd etmiş və buyurmuşdur: “İmam Musa Kazimlə (ə) vidalaşdıqda, onun müqəddəs qəbrinin kənarında dayanıb de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya məvlayə ya Əbəl Həsəni və rəhmətullahi və bərəkatuh, əstəvdiukəllahə və əqrəu ələykəs səlam, amənnə billahi və bir rəsuli və bima ci`tə bihi və dələltə ələyh, Əllahumməktubna məəş şahidin. | Salam olsun sənə, ey mənim mönvlam, ey Əbəlhəsən! Allahın rəhmət və bərəkətləri olsun sənə! Səni Allaha tapşırır və sənə salam verirəm. Allaha, Peyğəmbərə və onun gətirdiklərinə iman gətirmişik və sən onlara doğru yol göstərmisən. İlahi, bizim adımızı şahidlərlə birgə yaz! | السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا الْحَسَنِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَسْتَوْدِعُكَ اللَّهَ وَ أَقْرَأُ عَلَيْكَ السَّلامَ آمَنَّا بِاللَّهِ وَ بِالرَّسُولِ وَ بِمَا جِئْتَ بِهِ وَ دَلَلْتَ عَلَيْهِ اللَّهُمَّ اكْتُبْنَا مَعَ الشَّاهِدِينَ |
Həmçinin İmam Muhəmməd Təqi (ə) ilə vidalaşdıqda bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya məvlayə yəbnə rəsulillah və rəhmətullahi və bərəkatuh, əstəvdiukəllahə və əqrəu ələykəs səlam, amənna billahi və birəsulihi və bima ci`tə bihi və dələltə ələyh, Əllahumməktubna məəş şahidin. | Salam olsun sənə, ey mənim mönvlam, ey Rəsulullahın övladı! Allahın rəhmət və bərəkətləri olsun sənə! Səni Allaha tapşırır və sənə salam verirəm. Allaha, Peyğəmbərinə və onun gətirdiklərinə iman gətirmişik və sən onlara doğru yol göstərmisən. İlahi, bizim adımızı şahidlərlə birgə yaz! | السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا ابْنَ رَسُولِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَسْتَوْدِعُكَ اللَّهَ وَ أَقْرَأُ عَلَيْكَ السَّلامَ آمَنَّا بِاللَّهِ وَ بِرَسُولِهِ وَ بِمَا جِئْتَ بِهِ وَ دَلَلْتَ عَلَيْهِ اللَّهُمَّ اكْتُبْنَا مَعَ الشَّاهِدِينَ |
Bu duanı oxuduqdan sonra Allahdan istə ki, bu ziyarət sənin sonuncu ziyarətin olmasın və yenidən ziyarətə gəlməyə müvəffəq olasan. Sonra qəbri öpüb, üzünü onun üzərinə qoy. [1]
Şeyx Abbas Qumi deyir: “Burada münasib bildik ki, salehli və təqvalı şəxsin, hacı Əli Bağdadinin əhvalatını sizin üçün nəql edək.
Mənbə:
[1] Şeyx Tusi — Təhzib, c 6, səh 83
