Ruzinin artması üçün müstəhəb namaz.
Bir nəfər deyir: “Mən İmam Sadiqin (ə) yanına gedib dedim: “Sərmayəm əlimdən çıxıb və indi böyük çətinlikdəyəm.” İmam Sadiq (ə) buyurdu: “Bazarda dükanın varmı?” Mən dedim: “Bəli, var. Lakin sərmayəm olmadığına görə bağlamışam.” İmam (ə) buyurdu: “Kufəyə qayıtdıqda öz dükanına get. Dükanını süpürüb orada əyləş. Lakin evdən çıxmamış iki rəkət və ya dörd rəkət namaz qıl. Namazdan sonra de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Təvəccəhtu bila hovlin minni vəla quvvətin və lakin bi havlika və quvvətik. Əbrəu iləykə minəl həvli vəl quvvəti illə bikə fəəntə havli və minkə quvvəti. | Öz güc və qüvvəmlə deyil, Sənin güc və qüvvənlə Sənə üz tutmuşam. Səndən qeyri hər bir güc-qüvvədən uzağam, mənim güc və qüvvəm Sənin tərəfindəndir. | تَوَجَّهْتُ بِلَا حَوْلٍ مِنِّى وَ لَا قُوَّةٍ، وَ لٰکِنْ بِحَوْلِکَ وَ قُوَّتِکَ. اَبْرَءُ اِلَیْکَ مِنَ الْحَوْلِ وَ الْقُوَّةِ اِلَّا بِکَ، فَاَنْتَ حَوْلىِ وَ مِنْکَ قُوَّتِى |
| Allahummə fərzuqni min fəzlikəl vəsi`i rizqən kəsirən təyyibən və ənə həfizun fi `əfiyətik, fə innəhu lə yəmlikuhə əhədun ğəyruk. | Ey Allahım, Öz geniş lütfündən mənə çoxlu və pak ruzi ver. Mən Sənin tərəfindən olan salamatlığa möhtacam, çünki Səndən qeyri kimsə buna malik deyildir. | اَللَّهُمَّ فَارْزُقْنِى مِنْ فَضْلِکَ الْوَاسِعِ رِزْقًا کَثِیرًا طَیِّبًا، وَ اَنَا خَافِضٌ فِی عَافِیَتِکَ، فَاِنَّهُ لَا یَمْلِکُهَا اَحَدٌ غَیْرُکَ |
Ravi deyir: “Mən İmamın (ə) göstərişinə əməl etdim və Allahda mənim ruzimi artırdı. Belə ki, özüm üçün dördayaqlılar və başqa mallar aldım, özümə ev tikdim.”[1]
Mənbə:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 474, hədis 3 (xülasəsi)
