Cəfər Təyyar namazı və ya Təsbih namazı.

Print Friendly, PDF & Email

Cəfəri Təyyarın namazı — böyük günahların bağışlanmasına, istəklərin həyata keçməsinə səbəb olur və başqa fəzilətlərə də malikdir.[1] Cəfər Təyyar namazının başqa adı “Təsbih namazı”dır. Bu namazı mütəvatir hədislərlə nəql etmişlər.[2]
Bu namazın Cəfər Təyyar adlanmasını bu əhvalatla bağlıdır:
Həbəşəyə mühacirət etmiş Cəfər ibn Əbu Talib (Əmirəlmöminin Əlinin (ə) qardaşı) Mədinəyə qayıdır və Həzrət Peyğəmbərin (s) hüzuruna gedir. Həzrət Peyğəmbər (s) onu görüb çox sevinir, onun iki gözü arasından öpüb buyurur: “Ey Cəfər, sənə bir hədiyyə verimmi?” Cəfər: “Bəli, ey Rəsulallah (s)” – deyir. Camaat elə bilir ki, Həzrət Peyğəmbər (s) ona qızıl, gümüş bağışlayacaqdır. Lakin o həzrət buyurur: “Sənə bir əməl öyrədəcəyəm ki, əgər hər gün, yaxud hər ay, yaxud hər il onu bir dəfə yerinə yetirsən, Allahın sənin günahlarını bağışlamasına ümid vardır.” Sonra Həzrət Peyğəmbər (s) ona bu namazı təlim edir.
Bu namazı qılmaq üçün ən yaxşı vaxt cümə gününün ilk saatlarıdır, əlbəttə, hər vaxt, gecə və gündüzün müxtəlif saatlarında bu namazı qılmaq olar.
Cəfəri Təyyarın namazı 4 rəkətdir və 2 təşəhhüd və 2 salamla qılınır. (Yəni sübh namazı kimi iki rəkət-iki rəkət qılınır). 1-ci rəkətdə “Həmd” surəsindən sonra “Zəlzələ” surəsi, 2-ci rəkətdə “Həmd” surəsindən sonra “Adiyat” surəsi, 3-cü rəkətdə “Həmd” surəsindən sonra “Nəsr” surəsini, 4-cü rəkətdə isə “Həmd” surəsindən sonra “İxlas” surəsi oxunur. Bunu da qeyd etmək lazımdır ki, “Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” zikrini (təsbihati ərbəəni) hər rəkətdə qiraətdən sonra 15 dəfə, rükuda 10 dəfə, rükudan qalxandan sonrakı qiyamda 10 dəfə, 1-ci səcdədə 10 dəfə, 1-ci səcdədən qalxandan sonra 10 dəfə, 2-ci səcdədə 10 dəfə, 2-ci səcdədən qalxıb oturandan sonra 10 dəfə oxunmalıdır. Bunu hər 4 rəkətdə yerinə yetirməlidir ki, birlikdə 300 dəfə olur).[3]
Şeyx Kuleyni Əbu Səid Mədainidən belə nəql edir: “Həzrət İmam Sadiq ələyhissalam mənə buyurdu: “Cəfərin namazında oxumaq üçün sənə bir şeyi öyrədimmi?” Dedim: “Bəli, buyurun”. Həzrət buyurdu: «4 rəkətli namazın axırıncı səcdəsinə çatıb, təsbihati ərbəəni 10 dəfə oxuduqdan sonra de:

Cəfəri Təyyar namazı_1

TranskripsiyaTərcüməƏrəbcə
Subhanə mən ləbisəl izzə vəl vəqar, İzzət və vüqar libası geyinmiş Allah hər bir nöqsandan pak və uzaqdır. سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ الْوَقَارَ
subhanə mən təəttəfə bil məcdi və təkərrəmə bih, Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. سُبْحَانَ مَنْ تَعَطَّفَ بِالْمَجْدِ وَ تَكَرَّمَ بِهِ
subhanə mən la yənbəğit təsbihu illa ləh, Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلا لَهُ
subhanə mən əhsa kullə şəy`in ilmuh, Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. سُبْحَانَ مَنْ أَحْصَى كُلَّ شَيْ‏ءٍ عِلْمُهُ
subhanə zil mənni vən niəm,Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. سُبْحَانَ ذِي الْمَنِّ وَ النِّعَمِ
subhanə zil qudrəti vəl kərəm, Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. سُبْحَانَ ذِي الْقُدْرَةِ وَ الْكَرَمِ
Əllahummə inni əs`əlukə biməaqidil izzi min ərşik, İlahi (sənin elminin sirləri olan) ərşinin izzətinə səbəb olan əhdlərinə, اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَعَاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ
və muntəhər rəhməti min kitabik, vəsmikəl ə`zəm, (tövhid və mərifət həqiqətləri olan) kitabının rəhmətinin sonuna, böyük adına,وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ اسْمِكَ الْأَعْظَمِ
və kəlimatikət tammətilləti təmmət sidqən və ədla,(peyğəmbər və övliyalarından olan) sədaqət və ədalət baxımından kamil kəlmələrinə xatir Səndən istəyirəm ki, وَ كَلِمَاتِكَ التَّامَّةِ الَّتِي تَمَّتْ صِدْقا وَ عَدْلا
səlli əla Muhəmmidin və əhli bəytih, vəf`əl bi kəza və kəzaMuhəmməd (s) və onun Əhlibeytinə (ə) salam yetirəsən və mənimlə belə və belə rəftar
edəsən!
صَلِّ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا
*Kəza və kəza sözlərinin yerinə öz hacətini dilə.[4]
Şeyx Tusi və Seyid ibn Tavus, Müfəzzəl ibn Ömərdən rəvayət etmişlər ki, bir gün İmam Sadiqi (ə) gördüm ki, Cəfərin namazını qıldıqdan sonra əllərini göyə qaldırıb, bu duanı bir nəfəs çatana qədər “ya Rəbbi, ya Rəbbi”, bir nəfəs çatana qədər “ya Rəbbahu, ya Rəbbahu”, bir nəfəs çatana qədər “Rəbbi, Rəbbi”, bir nəfəs çatana qədər “ya Allahu, ya Allahu”, bir nəfəs çatana qədər“ya Həyyu, ya Həyyu”, bir nəfəs çatana qədər “ya Rəhimu, ya Rəhimu”, bir nəfəs çatana qədər “ya Rəhmanu, ya Rəhmanu” və 7 dəfə “ya Ərhəmər Rahimin” zikrlərini oxuyub belə dedi:

Cəfəri Təyyar namazı_2

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əftətihul qəvlə bihəmdikə İlahi, mən Sənin tərifinlə sözə başlayıram,اللَّهُمَّ إِنِّي أَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ
və əntiqu bis sənai ələyk, Sənə həmd-səna deməklə dil açıram وَ أَنْطِقُ بِالثَّنَاءِ عَلَيْكَ
və uməccidukə və la ğayətə limədhik, və usni ələyk,və Sənin böyüklüyünü mədh edirəm. Halbuki Sənin mədhinin və həmd-sənanın sonu yoxdur. وَ أُمَجِّدُكَ وَ لا غَايَةَ لِمَدْحِكَ وَ أُثْنِي عَلَيْكَ
və mən yəbluğu ğayətə sənaikə və əmədə məcdik, Kim Sənin tərifinin sonuna çata bilər? وَ مَنْ يَبْلُغُ غَايَةَ ثَنَائِكَ وَ أَمَدَ مَجْدِكَ
və ənna lixəliqətikə kunhu mə`rifəti məcdik, Sənin yaratdıqların necə və hansı yolla Səndəki tərif və böyüklüyün həqiqi mərifətini əldə edə bilər?! وَ أَنَّى لِخَلِيقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ
və əyyə zəmənin ləm təkun məmduhən bifəzlik, məvsufən biməcdikə Haçan Sən fəzilət və ehsanla, tərif və böyüklüyünlə vəsf olunmayıbsan?! وَ أَيَّ زَمَنٍ لَمْ تَكُنْ مَمْدُوحا بِفَضْلِكَ مَوْصُوفا بِمَجْدِكَ
əvvadən ələl muznibinə bihilmik, Sən Öz səbrinlə günahkarlara çox ehsan edirsən.عَوَّادا عَلَى الْمُذْنِبِينَ بِحِلْمِكَ
təxəlləfə sukkanu ərzikə ən taətik, fəkuntə ələyhim ətufən bicudik, Yerin sakinləri Sənin itaətindən nə qədər boyun qaçırsalar da, Sən yenə də onlara
mehriban olacaq,
تَخَلَّفَ سُكَّانُ أَرْضِكَ عَنْ طَاعَتِكَ فَكُنْتَ عَلَيْهِمْ عَطُوفا بِجُودِكَ
cəvadən bifəzlik, əvvadən bikərəmik, Öz səxavətin və fəzlinlə onlara ehsan və Öz kərəminlə əta edəcəksən.جَوَادا بِفَضْلِكَ عَوَّادا بِكَرَمِكَ
ya la ilahə illa əntəl mənnanu zul cəlali vəl ikramEy nemət bağışlayan, calal və kərəm sahibi olan, Səndən başqa tanrı yoxdur!يَا لا إِلَهَ إِلا أَنْتَ الْمَنَّانُ ذُو الْجَلالِ وَ الْإِكْرَام

Sonra Həzrət buyurdu: “Ey Müfəzzəl, hər zaman işin çətinliyə düşdü Cəfərin namazını qıl və bu duanı oxuyub Allah taalanın dərgahından hacətini dilə ki, inşallah hacətin rəva qılınacaq”.[5]
Şeyx Abbas Qumi deyir: “Şeyx Tusi hacətlərin qəbul olunması üçün İmam Sadiq ələyhissalamdan rəvayət etmişdir ki, çərşənbə günü, cümə axşamı və cümə günlərini oruc tut. Cümə axşamı gün batan vaxtı 10 miskinin hər birinə bir müdd təam sədəqə ver. Cümə günü qüsl alıb, səhraya gedərək orada Cəfərin namazını qılıb, dizlərini torpaqa yapışdıraraq de:

Cəfəri Təyyar namazı_3

TranskripsiyaTərcüməƏrəbcə
Ya mən əzhərəl cəmilə və sətərəl qəbih, Ey gözəlliyi aşkar edən və çirkinliyi gizlədən! يَا مَنْ أَظْهَرَ الْجَمِيلَ وَ سَتَرَ ‏[عَلَيَ] الْقَبِيحَ
ya mən ləm yuaxiz bil cərirəti və ləm yəhtikis sitr, Ey günaha görə tənbeh etməyən və günahkarların pərdəsini yırtmayan! يَا مَنْ لَمْ يُؤَاخِذْ بِالْجَرِيرَةِ وَ لَمْ يَهْتِكِ السِّتْرَ
ya əziməl əfvi ya həsənət təcavuz, ya vasiəl məğfirəti ya basitəl yədəyni bir rəhməh, Ey böyük əfv sahibi, ey gözəl güzəşt edən, ey bəxşişi geniş, lütf və mərhəmət əli açıq olan! يَا عَظِيمَ الْعَفْوِ يَا حَسَنَ التَّجَاوُزِ يَا وَاسِعَ الْمَغْفِرَةِ يَا بَاسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ
ya sahibə kulli nəcva və muntəha kulli şəkva, Ey bütün sirlərin sahibi, ey bütün şikayət edənlərin müraciət mərkəzi, يَا صَاحِبَ كُلِّ نَجْوَى وَ مُنْتَهَى كُلِّ شَكْوَى
ya muqiləl əsərati ya kəriməs səfhi ya əziməl mənn,Ey günahlardan keçən böyük və mehriban, ey nemətləri böyük olan, يَا مُقِيلَ الْعَثَرَاتِ يَا كَرِيمَ الصَّفْحِ يَا عَظِيمَ الْمَنِّ
ya mubtədiən bin niəmi qəblə istihqaqihaEy haqqından qabaq nemətlər bağışlayanيَا مُبْتَدِئا بِالنِّعَمِ قَبْلَ اسْتِحْقَاقِهَا

Cəfəri Təyyar namazı_4

SayıTranskripsiyaTərcüməƏrəbcə
10 dəfəya Rəbbahu ya Rəbbahu, ya Rəbbahey Rəbb, ey Rəbb, ey Rəbb!يَا رَبَّاهْ يَا رَبَّاهْ يَا رَبَّاهْ
10 dəfəya Əllahu ya Əllahu, ya Əllahey Allahيَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ
10 dəfəya Səyyidah, ya Səyyidahey Ağaيَا سَيِّدَاهْ يَا سَيِّدَاهْ
10 dəfəya Məvlayah (məvlah), ya Məvlayah (məvlah)ey Mövlaيَا مَوْلايَاهْ [مَوْلاهُ‏] يَا مَوْلايَاهْ [مَوْلاهُ‏]
10 dəfəya Rəcaah, ya Rəcaahey Ümidيَا رَجَاءَاهْ
10 dəfəya Ğiyasah, ya Ğiyasahey Pənahيَا غِيَاثَاهْ
10 dəfəĞayətə rəğbətahEy rəğbətin nəhayətiيَا غَايَةَ رَغْبَتَاهْ
10 dəfəya Rəhmanu, Ey Rəhman olan Allahيَا رَحْمَانُ
10 dəfəYa RəhimuEy Rəhim olan Allaيَا رَحِيمُ
10 dəfəYa mu`tiyəl xəyratEy xeyirlər verən Allahيَا مُعْطِيَ الْخَيْرَاتِ
10 dəfəSəlli əla Muhəmmədin və ali Muhəmmədin kəsirən təyyiba, kəəfzəli ma səlləytə əla əhədin min xəlqikNecə ki, öz məxluqlarının ən üstününə salavat göndərirsən, Muhəmməd və onun Əhlibeytinə coxlu və pak salavat göndərصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَثِيرا طَيِّبا كَأَفْضَلِ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ خَلْقِكَ
Daha sonra öz istəklərini dilə.
Şeyx Abbas Qumi deyir: “Hacətlərin qəbul olunması üçün bu 3 günü (çərşənbə günü, cümə axşamı və cümə günlərini) oruc tutub, cümə günü günorta vaxtı 2 rəkət namaz qılıb, hacətlərini istəmək rəvayətlərdə çox təkid olunmuşdur”.

Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 465, hədis 1,
Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 193 və digər kitablarımızda qeyd olunubdur.
[2] Seyid Muhəmmədkazim Yəzdi — Urvətul-vusqa, “Cəfər Təyyar namazı” fəsli.
[3] Seyid ibn Tavus — Cəmalul-usbu, səh 282,
Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 193, hədis 1
[4] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 467, hədis 6
[5] Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 200, hədis 4,
Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 311 (cüzi fərqlə),
Seyid ibn Tavus — Cəmalul-usbu, səh 294 (cüzi fərqlə)

Читайте также: