Dua: Qorxunun aradan qalxması üçün dualar
1) İmam Baqirin (ə) belə buyurduğu nəql olunmuşdur: «Sənə qorxu üz gətirdikdə, üzü qibləyə durub, 2 rəkət namaz qıldıqdan sonra 70 dəfə bu duanı oxu və hər dəfə onu oxuduqda, öz hacətini də Allahdan istə».[1]
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya əbsərən nazirin | Ey görənlərin ən yaxşı görəni | يَا أَبْصَرَ النَّاظِرِينَ |
| və ya əsmə`əs sami`in | ey eşidənlərin ən yaxşı eşidəni, | وَ يَااَسْمَعَ السَّامِعينَ |
| və ya əsrəəl hasibin | ey hesab çəkənlərin sürətlisi | وَ يَااَسْرَعَ الْحَاسِبينَ |
| və ya ərhəmər rahimin. | və ey mehribanların mehribanı! | وَ يَااَرْحَمَ الرَّاحِمينَ |
2) Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, o həzrət belə buyurmuşdur: «Hər kəsə qorxu, ya qəm-qüssə, və ya bəla üz gətirdikdə, bu duanı oxusun».[2]
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu rəbbi la uşriku bihi şəy`a, | Mənim Rəbbim Allahdır. Mən Ona heç bir şeyi şərik qoşmuram. | اَللهُ رَبّي لا اُشْرِكُ، بِهِ شَيْئاً |
| təvəkkəltu ələl həyyilləzi la yəmut. | Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. | تَوَكَّلْتُ عَلَي الْحَيِ الَّذي لايَمُوتُ |
3) İmam Sadiq (ə) buyurmuşdur: «Həzrət Yusifin (ə) qardaşları onu quyuya atdıqdan sonra, Cəbrail (ə) onun yanına gəlib dedi: «Yusif! Burada nə edirsən?» Həzrət Yusif (ə): «Qardaşlarım məni bu quyuya atıb getdilər» – deyə cavab verdi. Cəbrail (ə) dedi: «Buradan çıxmaq istəyirsənmi?» O həzrət dedi: «Buradan çıxmağım Allahın istək və iradəsinə bağlıdır.» Cəbrail (ə) dedi: «Allah Təala buyurur: «Əgər Yusif bu duanı oxusa, onu oradan çıxararam.» Yusif (ə) dedi: «O hansı duadır?» Cəbrail (ə) dedi: «Həmin dua belədir[3]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə biənnə ləkəl həmd, | İlahi, mən Səndən istəyirəm! Həqiqətən, həmd Sənə məxsusdur. | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِاَنَّ لَكَ الْحَمْدَ |
| lə ilahə illa əntəl mənnan, bədius səmavati vəl ərz, zul cəlali vəl ikram, | Səndən başqa heç bir tanrı yoxdur. Sən minnət sahibi, göyləri və yeri yaradan, calal və kəramət sahibisən. | لا اِلَهَ اِلاََّ اَنْتَ الْمَنَّانُ، بَديعُ السَّمَاوَاتِ وَالاَرْضِ، ذُوالْجَلالِ وَالاِْكْرَامِ |
| ən tusalliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təc`ələ li mimma ənə fihi fərəcən və məxrəca. | (Səndən istəyirəm ki,) Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən, məni fərəc və genişlikdə qərar verəsən. | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَجْعَلَ لي مِمَّا اَنَا فيهِ فَرَجَاً وَ مَخْرَجَاً |
4) a) İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: «Bir şeydən qorxduğunuz zaman bu duanı oxuyun»
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innəkə la yəkfi minkə əhəd, və əntə təkfi min kulli əhədin min xəlqik, | İlahi, heç kim Sənə yetərli deyil, Sən isə yaratdıqlarının hər birinə yetərlisən. | اللَّهُمَّ اِنَّكَ لايَكْفي مِنْكَ اَحَدٌ، وَ اَنْتَ تَكْفي مِنْ كُلِاَحَدٍ مِنْخَلْقِكَ |
| fəkfini *kəza və kəza. | Elə isə *filan və filan işlərimdə mənə yetərli ol! | فَاكْفِني كَذَا وَكَذَا |
*Kəza və kəza yerinə işlərini söyləyirsən.
b) O Həzrət başqa bir hədisdə bu duanın oxumasını göstəriş vermişdir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya kafiyən min kulli şəy`in və la yəkfi minkə şəy`un fis səmavati vəl ərz, | Ey hər bir şeyə yetərli olan və göylərdə və yerdə olanların heç birinin Ona yetərli olmadığı! | يَاكَافِياً مِنْ كُلِّ شَيْءٍ، وَلايَكْفي مِنْكَ شَيْءٌ فِي السَّمَاوَاتِ وَالاَرْضِ |
| ikfini ma əhəmməni min əmrid dunya vəl axirəh, və salli əla Muhəmmədin və alih. | Mənə dünya və axirətlə bağlı mühüm işlərimdə yetərli ol və Muhəmməd və onun Əhlibeytinə salam yetir! | اِكْفِني مَا اَهَمَّني مِنْ اَمْرِ الدُّنْيَا وَالْآخِرَةِ، وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ |
c ) Yenə də o həzrət buyurmuşdur: «Hər kəs zalım şahın yanına getmək istəsə, bu duanı oxusun»
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Billahi əstəftihu və billahi əstəncih, və bi Muhəmmədin salləllahu ələyhi və alihi ətəvəccəh, | Allahın vasitəsilə qələbə və səadət diləyir, Muhəmmədə (Allahın salamı olsun ona və Əhlibeytinə) üz tuturam. | بِاللهِ اَسْتَفْتِحُ، وَ بِاللهِ اَسْتَنْجِحُ، وَ بِمُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ اَتَوَجَّهُ |
| Əllahummə zəllil li suubətəhu və səhhil li huzulətəh, fəinnəkə təmhu ma təşau və tusbitu və indəkə ummul kitab. | İlahi, onun (qələbənin) eniş-yoxuşlarını mənə ram et və çətinliyi asanlaşdır ki, həqiqətən, Sən istədiyini məhv edir, istədiyini isə saxlayırsan və kitabın əsası Sənin yanındadır. | اللَّهُمَّ ذَلِّلْ لي صُعُوبَتَهُ، وَ سَهِّلْ لي حُزُونَتَهُ، فَاِنَّكَ تَمْحُو مَا تَشَاءُ، وَ تُثْبِتُ وَ عِنْدَكَ اُمُ الْكِتَابِ |
5) Hədisdə oxuyuruq ki, bir şəxs İmam Sadiqin (ə) yanına gəlib qorxduğunu söylədi. İmam Sadiq (ə) ona buyurdu: «Sənə bir dua öyrədəcəyəm ki, nə gecə, nə də ki gündüz qorxmayacaqsan.» Dua[4] budur:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Tərcümə KULLİYATİNDİR | Allahın adı ilə və Allahın köməkliyi ilə. Allaha təvəkkül etdim, həqiqətən kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Həqiqətən Allah işini nəticəyə çatdırır, Allah hər şey üçün qədər və ölçü qərar vermişdir. Ey Allahım, məni Öz himayəndə və (rəhmətinin) kənarında, Öz amanında və mühafizəndə qərar ver. | بِسْمِ اللهِ وَ بِاللهِ، وَ تَوَکَّلْتُ عَلَى اللهِ، اِنَّهُ مَنْ یَتَوَکَّلْ عَلَى اللهِ فَهُوَ حَسْبُهُ، اِنَّ اللهَ بَالِغُ اَمْرِهِ، قَدْ جَعَلَ اللهُ لِکُلِّ شَىْءٍ قَدْرًا. اَللَّهُمَّ اجْعَلْنِى فِى کَنَفِکَ وَ فِى جِوَارِکَ، وَ اجْعَلْنِى فِى اَمَانِکَ وَ فِى مَنْعِکَ |
6) Tənha olduqda yaranan qorxunun aradan qalxması üçün «Ayətəl-kursi» ayələrini oxu[5] və sonra de:
| Ərəbcə | اَللَّهُمَّ اٰنِسْ وَحْشَتِى، وَ اٰمِنْ رَوْعَتِى، وَ اَعِنِّى عَلَىٰ وَحْدَتِى |
| Tərcümə | Ey Allahım, qorxuğum vaxt mənim munisim ol, qorxumu arxayınlığa döndər və tənhalıqda köməyim ol. |
| Transkripsiya | TƏRCÜMƏ KULLİYATİNDİR |
7) Hədisdə oxuyuruq ki, Həzrət Rəsulallah (s) bu duanı nəvələri Həsən (ə) və Hüseynin (ə) mühafizəsi üçün oxuyardı:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| TƏRCÜMƏ KULLİYATİNDİR | Sizi Allahın kamil kəlmələrinə və gözəl adlarına tapşırıram: hər sancanın və sürünənin şərindən, hər pis gözdən, həsəd apardığı vaxt hər həsəd aparanın şərindən. | اُعِیذُکُمَا بِکَلِمَاتِ اللهِ التَّامَّاتِ، وَ اَسْمَآئِهِ الْحُسْنَىٰ کُلِّهَا عَآمَّةً، مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ، وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ، وَ مِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ |
Həmin hədisdə buyurulur ki, Həzrət İbrahim (ə) də bu duanı övladları İsmail (ə) və İshaqın (ə) mühafizəsi üçün oxuyarmış.[6]
8) Rəvayət olunur ki, Həzrət Rəsulallah (s) Əmirəlmöminin Əliyə (ə) buyurdu: «Ey Əli, təhlükə hiss etdikdə bu zikri de. Allah o təhlükə və bəlanı səndən uzaqlaşdıracaqdır.» [7]
| Ərəbcə | بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ، وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِیـمِ |
| Tərcümə | Rəhman və Rəhim Allahın adı ilə. Uca və əzəmətli Allahdan qeyri sığınacaq və qüvvə yoxdur. |
| Transkripsiya | Tərcümə KULLİYATİNDİR |
Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 556, hədis 1
[2] İbn Fəhd Hilli — Uddətud-da`i, səh 278,
Əllamə Məclisi — Biharul-ənvar, c 92, səh 208, hədis 39
[3] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 556, hədis 4
[4] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 568, hədis 1
[5] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 573, hədis 13
[6] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 569, hədis 3
[7] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 573, hədis 14
