Dua: Qəm-qüssənin aradan getməsi üçün oxunan dualar

Print Friendly, PDF & Email

1) Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, o həzrət belə buyurmuşdur: «Hər kəsə qorxu, ya qəm-qüssə, və ya bəla üz gətirdikdə, bu duanı oxusun»[1]:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahu rəbbi la uşriku bihi şəy`a, Mənim Rəbbim Allahdır. Mən Ona heç bir şeyi şərik qoşmuram. اَللهُ رَبّي لا اُشْرِكُ، بِهِ شَيْئاً
təvəkkəltu ələl həyyilləzi la yəmut.Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm.تَوَكَّلْتُ عَلَي الْحَيِ الَّذي لايَمُوتُ

2) İmam Sadiq (ə) buyurmuşdur: «Həzrət Yusifin (ə) qardaşları onu quyuya atdıqdan sonra, Cəbrail (ə) onun yanına gəlib dedi: «Yusif (ə)! Burada nə edirsən?» Həzrət Yusif (ə): «Qardaşlarım məni bu quyuya atıb getdilər» – deyə cavab verdi. Cəbrail (ə) dedi: «Buradan çıxmaq istəyirsənmi?» O həzrət dedi: «Buradan çıxmağım Allahın istək və iradəsinə bağlıdır.» Cəbrail (ə) dedi: «Allah Təala buyurur: «Əgər Yusif (ə) bu duanı oxusa, onu oradan çıxararam.» Yusif (ə) dedi: «O hansı duadır?» Cəbrail (ə) dedi: «Həmin dua belədir[2]:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əs`əlukə biənnə ləkəl həmd,İlahi, mən Səndən istəyirəm! Həqiqətən, həmd Sənə məxsusdur.اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِاَنَّ لَكَ الْحَمْدَ
lə ilahə illa əntəl mənnan, bədius səmavati vəl ərz, zul cəlali vəl ikram,Səndən başqa heç bir tanrı yoxdur. Sən minnət sahibi, göyləri və yeri yaradan, calal və kəramət sahibisən.لا اِلَهَ اِلاََّ اَنْتَ الْمَنَّانُ، بَديعُ السَّمَاوَاتِ وَالاَرْضِ، ذُوالْجَلالِ وَالاِْكْرَامِ
ən tusalliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təc`ələ li mimma ənə fihi fərəcən və məxrəca.(Səndən istəyirəm ki,) Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən, məni fərəc və genişlikdə qərar verəsən.اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَجْعَلَ لي مِمَّا اَنَا فيهِ فَرَجَاً وَ مَخْرَجَاً

3) İmam Sadiq (ə) belə buyurmuşdur: «Qəm-qüssənin aradan qaldırılması məqsədilə qüsl edib, 2 rəkət namaz qılın və namazdan sonra deyin:
TranskripsiyaTərcüməƏrəbcə
Ya faricəl həmmi və ya kaşifəl ğəmm, ya rəhmanəd dunya vəl axirəti və rəhiməhuma, Ey qəmi dağıdan, ey qüssəni aradan qaldıran, ey dünya və axirətdə bağışlayan və hər iki aləmdə rəhmli olan! يَا فَارِجَ الْهَمِ، وَ يَا كَاشِفَ الْغَمِ، يَا رَحْمَانَ الدُّنْيَا، وَالْآخِرَةِ وَ رَحيمَهُمَا
fərric həmmi vəkşif ğəmmi, Mənim qəmimi aç, qüssəmi aradan qaldır.فَرِّجْ هَمّي، وَاكْشِفْ غَمّي
ya Əllahul vahidul əhədus səmədulləzi ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd,Ey yeganə, bir və ehtiyacsız olan, doğmayan, doğulmayan və tayı-bərabəri olmayan Allah! يَا اَللهُ الْوَاحِدُ الاَحَدُ الصَّمَدُ، الَّذي لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ، وَ لَمْ يَكُنْ لَهُ كُفُواً اَحَدٌ
i`simni və təhhirni vəzhəb bibəliyyəti.Məni (təhlükələrdən) qoru, (günahlardan) pakla və çətinliyimi aradan qaldır.اِعْصِمْني وَ طَهِّرْني، وَ اذْهَبْ بِبَلِيَّتي

4) Rəvayət olunmuşdur ki, qəm-qüssənin aradan getməsi üçün səcdədə 100 dəfə bu duanı oxuyun[3]:
TranskripsiyaTərcüməƏrəbcə
Ya həyyu ya qəyyum, ya la ilahə illa ənt, Ey diri, ey əbədi, ey Səndən başqa heç bir tanrı olmayan! يَا حَيُ يَا قَيُّومُ، يَا لا اِلَهَ اِلاََّ اَنْتَ
birəhmətikə əstəğisu Sənin rəhmətinə pənah aparıram.بِرَحْمَتِكَ اَسْتَغيثُ
fəkfini ma əhəmməni, və la təkilni ila nəfsi.Mühüm işlərimdə mənə yetərli ol və məni özbaşına buraxma!فَاكْفِني مَا اَهَمَّني، وَلا تَكِلْني اِلَى نَفْسي

5) Hər kədərin aradan qalxması üçün İmam Zeynulabidinin (ə) Səhifəyi-Səccadiyə kitabının 54-cu duasını oxuyun.

Mənbələr:
[1] İbn Fəhd Hilli — Uddətud-da`i, səh 278,
Əllamə Məclisi — Biharul-ənvar,  c 92, səh 208, hədis 39
[2] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 556, hədis 4
[3] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 562, hədis 20

Читайте также: