Dua: «Nur» duası
Bu duanı Peyğəmbər (s) səhabəsi Salman Muhəmmədi (Farsi) Xanım Fatimeyi Zəhradan (s) nəql etmişdir. Mərhum Məclisinin yazdığına görə, o həzrət Məkkədə və Mədinədə çoxlu xəstələri bu pak və bərəkətli duanın müqəddəs təsiri ilə sağaltmışdır.
Mərhum Seyid ibn Tavus «Muhəcud-də`əvat» kitabında yazır ki, Salman Muhəmmədi (Farsi) rəvayət edir ki, Xanım Fatimə (s.ə) Rəsulullahın (s) hər səhər və axşam oxuduğu bu duanı mənə təlim edib buyurdu: «Bu duanı davamlı oxumaq qızdırmanın şəfası və ona tutulmamaq üçün təsirlidir.» Dua[1] budur:
| Transkripsiya | Tərcümə | Ərəbə |
|---|---|---|
| Bismillahir Rəhmanir Rəhim. Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd. Bismillahinnur. Bismillahi nurin nur. Bismillahi nurun əla nur. Bismillahilləzi huvə muüdəbbirul umur. Bismillahilləzi xələqən nurə minənnur. Əlhəmdu lillahilləzi xələqən nurə minən nur. Və ənzələn nurə ələt tur. Fi kitabin məstur. Fi riqqin mənşur. Biqədərin məqdur. Əla nəbiyyin məhbur. Əlhəmdu lillahilləzi hüvə bil izzi məzkur. Və bil fəcri məşhur. Və ələssərrai vəzzərrai məşkur. Və salləllahu əla seyyidina Muhəmmədin və alihit tahirin. | Rəhman və Rəhim Allahın adı ilə. Nur olan Allahın adı ilə, nurun nuru olan Allahın adı ilə, hər nurun fövqündəki nur olan Allahın adı ilə. İşləri idarə edən Allahın adı ilə. Nuru nurdan yaradan Allahın adı ilə. Həmd-səna o Allaha məxsusdur ki, nuru nurdan yaratdı, nuru Tur dağına nazil etdi: yazılmış kitabda, açılmış səhifədə, müəyyən miqdarda və bilici peyğəmbərinə. Həmd-səna o Allaha məxsusdur ki, izzətlə yad olunur, fəxri məşhurdur, rahatlıqda və çətinlikdə şükrə layiqdir. Allahın salamı olsun ağamız Muhəmmədə və onun pak xanidanına. | بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ. بِسْمِ اللهِ النُّورِ، بِسْمِ اللهِ نُورِ النُّورِ، بِسْمِ اللهِ نُورٌ عَلَىٰ نُورٍ. بِسْمِ اللهِ الَّذِى هُوَ مُدَبِّرُ الْاُمُورِ. بِسْمِ اللهِ الَّذِى خَلَقَ النُّورَ مِنَ النُّورِ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى خَلَقَ النُّورَ مِنَ النُّورِ، وَ اَنْزَلَ النُّورَ عَلَى الطُّورِ، فِى کِتَابٍ مَسْطُورٍ، فِى رَقٍّ مَنْشُورٍ، بِقَدَرٍ مَقْدُورٍ، عَلَىٰ نَبِىٍّ مَحْبُورٍ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى هُوَ بِالْعِزِّ مَذْکُورٌ، وَ بِالْفَخْرِ مَشْهُورٌ، وَ عَلَى السَّرَّآءِ وَ الضَّرَّآءِ مَشْکُورٌ. وَ صَلَّى اللهُ عَلَىٰ سَیِّدِنَا مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِینَ |
Mənbə:
[1] Seyid ibn Tavus — Muhəcud-də`əvat, səh 7
