İslam aylarının əməlləri: Zilhiccə ayının doqquzuncu gecə — Zilhiccə ayı, 9-cu gecə — Ərəfə gecəsi
Zilhiccənin 9-cu gecəsi (Ərəfə gecəsi):
Ərəfə gecəsi mütəbərrik gecələrdən biridir. Qaziəl-hacatla (hacətlərin rəva edənlə) minacat gecəsidir. Çox fəzilətli gecələrdəndir və bu gecədə tövbə etmək, Allahla raz-niyaz etməyin böyük dəyəri vardır. Bu gecə tövbələr qəbul və dualar müstəcab olar. Hər kəs o gecəni ibadətlə məşğul ola, 170 ilin ibadətinin savabına yetişmişdir. Hədislərin birində Həzrət Rəsulallah (s) buyurmuşdur: «Ərəfə gecəsində dualar qəbul olar. Kim bu gecədə ibadətlə məşğul olsa, illərin ibadətinin savabını əldə edər. Bu gecə minacat və tövbə gecəsidir»[1]
Hədis qaynaqlarımızda bu gecə üçün bir neçə əməl nəql olunmuşdur:
1) Həzrət Rəsulallahın (s) buyurmuşdur ki, kim bu duanı (“Əllahummə ya şahidə kulli nəcva”duası) Ərəfə gecəsi və ya cümə gecəsi oxusa, Allah onu bağışlayar..
2) Seyid ibn Tavusun nəql etdiyi «On təsbihatı» 1000 dəfə oxumaq. Bu təsbihat Ərəfə gününün əməllərində gələcək.Həzrət Rəsulallah (s) buyurmuşdur: «Hər kim Ərəfə gecəsi bu «On təsbihatı» 1000 dəfə oxusa, Allah onun günah olmayan hər bir istəyini həyata keçirər»[2]
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanəlləzi fis səmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, | Ərşi səmada, hökmü yerdə olan, əmrləri qəbirlərdə icra edilən Allah pak və bütün eyiblərdən uzaqdır! | سُبْحَانَ مَنْ فِى السَّمَاءِ عَرْشُهُ، سُبْحَانَ الَّذِی فِى الْاَرْضِ سَطْوَتُهُ، سُبْحَانَ الَّذِی فِى الْبَحْرِ سَبِیلُهُ، سُبْحَانَ الَّذِی فِى النَّارِ سُلْطَانُهُ، سُبْحَانَ الَّذِی فِى الْجَنَّةِ رَحْمَتُهُ، سُبْحَانَ الَّذِی فِى الْقُبُورِ قَضَاؤُهُ، سُبْحَانَ الَّذِی فِى الْهَوَاءِ اَمْرُهُ، سُبْحَانَ الَّذِی رَفَعَ السَّمَاءَ، سُبْحَانَ الَّذِی وَضَعَ الْاَرْضَ، سُبْحَانَ مَنْ لَا مَنْجَا مِنْهُ إِلَّا إِلَیْهِ |
| subhanəlləzi fil bəhri səbiluh, subhanəlləzi fin nari sultanuh, subhanəlləzi fil cənnəti rəhmətuh, subhanəlləzi fil qiyaməti ədluh, subhanəlləzi rəfəəs səma, subhanəlləzi bəsətəl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh. | Dəryalarda yolları, cəhənnəmdə hakimiyyəti, cənnətdə rəhməti, qiyamətdə ədalətli olan, göyləri ucaldan, yeri genişləndirən, Onun dərgahına sığınmaqdan başqa qurtuluş yeri olmayan Allah pak və bütün eyiblərdən uzaqdır! | UYGUNSUZLUQ |
3) «Əllahummə mən tə`əbbəə və təhəyyəə…» duasını[3] oxumaq. Bu dua Ərəfə günü, gecəsi və cümə günündə oxunması rəvayət olunmuşdur. Biz bu duanı cümə axşamının əməlləri fəslində bəyan etdik.
4) İmam Hüseyni (ə) və Kərbəla torpağını ziyarət etmək: Hədislərin birində İmam Baqir (ə) buyurub: «Hər kim Ərəfə gecəsi İmam Hüseyni (ə) ziyarət etsə və bayram gününə qədər orada qalsa, Allah onu həmin ilin çətinliklərindən qoruyar».[4]
Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 325
[2] Seyid ibn Tavus – İqbal, səh 329
[3] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 269
[4] Seyid ibn Tavus — İqbal, səh 330
