TAM Mübarək Ramazan ayının on beşinci gecəsi — Ramazan ayı, 15-ci gecə

Print Friendly, PDF & Email

Bu gecə çox fəzilətli gecələrdən biridir və bu gecədə bir neçə əməl yerinə yetirilir:
1) Qüsl etmək.[1]
2) 6 rəkət (iki rəkət-iki rəkət) namaz qılmaq: hər rəkətdə «Həmd», «Yasin», «Mulk»«İxlas» surələri oxunur.[2]
3) 100 rəkət namaz qılmaq: hər rəkətdə «Həmd» surəsindən sonra 10 dəfə «Tövhid» surəsi oxunur. Əmirəl-möminin Əli (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: «Hər kim bu əməli yerinə yetirsə, Allah ona tərəf on mələk göndərər ki, düşmənləri ondan dəf etsin. Həmçinin ölüm ayağında otuz mələyi onun yanına göndərər ki, ona Cənnəti müjdə versinlər və digər otuz mələk də onu cəhənnəm odundan qoruyar.»[3]
4) İmam Hüseyni (ə) ziyarət etmək: İmam Sadiqdən (ə) soruşdular ki, ramazan ayının on beşinci gecəsi İmam Hüseynin (ə) qəbrini ziyarət edən kəsin savabı nədir? O həzrət buyurdu: «Xoş o kəsin halına ki, Mübarək Ramazan ayının 15-ci gecəsi İmam Hüseynin (ə) qəbri kənarında işa namazından sonra 10 rəkət namaz – hər rəkətdə «Həmd» surəsindən sonra on dəfə «İxlas» surəsini oxuyaraq – qılsın və cəhənnəm odundan Allaha pənah aparsın. Allah-Təala bu əməlin savabı olaraq onun adını «oddan azad olanlar» siyahısında qeyd edər və ölümündən qabaq mələklər ona cənnət müjdəsi verərlər, bir dəstə mələk isə onu cəhənnəm odundan qoruyar.»[4]

Mənbələr:
[1] Əllamə Məclisi — Zadul-məad, səh 179
[2] Əllamə Məclisi — Zadul-məad, səh 179
[3] Seyid ibn Tavus — İqbal, səh 150
[4] Seyid ibn Tavus — İqbal, səh 151

Читайте также: