Ziyarətnamə: Əsasən Ərəfə günündə oxunan «Camiə» ziyarəti
Bu ziyarətnaməni, Əllamə Məclisi “Töhfətüz-zair” adlı kitabında 8-ci «Camiə» ziyarətnaməsi olaraq qərar vermiş və buyurmuşdur: “Bu ziyarətnaməni, Seyid ibn Tavus, həzrət Sadiqdən (ə) nəql edərək, “Ərəfə” duaları sırasında qeyd etmişdir. Bu ziyarətnaməni hər bir vaxtda, xüsusilə də “Ərəfə” günündə oxuya bilərsiniz.” Bu ziyarətnamə[1] belədir:
Camiə ziyarətləri_3
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya rəsuləl-lah, əssəlamu ələykə ya nə-biyyəllah, əssəlamu ələykə ya xiyərətəllahi min xəlqihi və əminihi əla vəhyih, əssəlamu ələykə ya məvlayə ya əmirəl mu`minin, əssəlamu ələykə ya məvlayə əntə huccətullahi əla xəlqih, və babu ilmihi və vəsiyyu nəbiyyih, vəl xəlifətu min bə`dihi fi ummətih, ləənəllahu ummətən ğəzəbətkə həqqək, və qəədət məq`ədək, ənə bəriun minhum və min şiətihim iləyk, əssəlamu ələyki ya Fatimətul bətul, əssəlamu ələyki ya zəynə nisail aləmin, əssəlamu ələyki ya bintə rəsuli (llahi) rəbbil aləmin, səlləllahu ələyki və ələyh, əssəlamu ələyki ya umməl Həsəni vəl Husəyn, ləənəllahu ummətən ğəzəbətki həqqəki və mənəətki ma cəələ-hullahu ləkə həlala, ənə bəriun iləyki minhum və min şiətihim, əssəlamu ələykə ya məvlayə ya əba Muhəmmədinil Həsənəz zəkiyy, əssəlamu ələykə ya məvlayə ləənəllahu ummətən qətələtkə və bayəət fi əmrikə və şayəət, ənə bəriun iləykə minhum və min şiətihim, əssəlamu ələykə ya məvlayə ya Əba Əbdillahil Husəynəbnə Əliyy, sələvatullahi ələykə və əla əbikə və cəddik, Mu-həmmədin səlləllahu ələyhi və alih, ləənəllahu ummətənis-təhəllət dəmək, və ləənəllahu ummətən qətələtkə vəstəbahət hərimək, və ləənəllahu əşyaəhum və ətbaəhum, və ləənəllahul muməhhidinə ləhum bit təmkini min qitalikum, ənə bəriun iləllahi və iləykə minhum, əssəlamu ələykə ya məvlayə ya (Əba Muhəmmədin) Əliyyəbnəl Husəyn, əssəlamu ələykə ya məvlayə ya (Əba Cə`fərin) Muhəmmədəbnə Əliyy, əssəla-mu ələykə ya məvlayə ya Əba Əbdillahi Cə`fərəbnə Muhəm-məd, əssəlamu ələykə ya məv-layə ya (Əbəl Həsəni) Musəbnə Cə`fər, əssəlamu ələykə ya məvlayə ya (Əbəl Həsəni) Əliy-yəbnə Musa, əssəlamu ələykə ya məvlayə ya (əba Cə`fərin) Muhəmmədəbnə Əliyy, əssəla-mu ələykə ya məvlayə ya (Əbəl Həsəni) Əliyyəbnə Muhəmməd, əssəlamu ələykə ya məvlayə ya (Əba Muhəmmədinil) Həsənəbnə Əliyy, əssəlamu ələykə ya məvlayə ya (Əbəl Qasimi) Muhəmmdəbnəl Həsə-ni Sahibəz Zəman, səlləllahu ələykə və əla itrətikət tahirətit təyyibəh, ya məvaliyyə kunu şufəai fi hətti vizri və xətayay, aməntu billahi və bima unzilə iləykum, və ətəvala axirəkum bima ətəvala əvvəlkum, və bəri`tu minəl cibti vət tağuti vəl lati vəl uzza, ya məvaliyyə ənə silmun limən saləməkum, və hərbun limən harəbəkum, və əduvvun limən adakum, və vəliyyu limən valakum ila yəvmil qiyaməh, və ləənəllahu zalimikum və ğasibikum, və ləənəllahu əşyaəhum və ətbaəhum, və əhlə məzhəbihim və əbrəu iləllahi və iləykum minhum. | Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey Allahın yaratdıqları içindən seçdiyi şəxs və Onun vəhyinə əmanətdarı! Salam olsun sənə, ey mənim mövlam, ey Əmirəlmöminin! Salam olsun sənə, ey mənim mövlam, sən Allahın yaratdıqları üzərindəki höccəti, elminin qapısı, Peyğəmbərinin canişini və ondan sonra ümməti arasında xəlifəsən! Allah sənin haqqını qəsb edib, sənin yerində əyləşən camaata lənət etsin! Biz sənin hüzurunda onlara və onların ardıcıllarına öz nifrətimizi bildiririk! Salam olsun sənə, ey Fatimeyi-Bətul! Salam olsun sənə, ey aləmlərin qadınlarının bəzəyi! Salam olsun sənə, ey aləmlərin Rəbbi olan Allahın Rəsulunun qızı! Allahın salamı olsun sənə və ona! Salam olsun sənə, ey Həsən və Hüseynin anası! Allah sənin haqqını qəsb edən və səni Allahın sənin üçün təyin etdiyi halal haqqından məhrum edən camaata lənət etsin! Biz sənin hüzurunda onlara və onların ardıcıllarına öz nifrətimizi bildiririk! Salam olsun sənə, ey mənim mövlam, ey Məhəmməd Həsən Zəki! Salam olsun sənə, ey mənim mövlam! Allah səni qətlə yetirən, xilafət məqamına qarşı bir-birilə beyət edən və əlbir olan camaata lənət etsin! Biz sənin hüzurunda onlara və onların ardıcıllarına öz nifrətimizi bildiririk! Salam olsun sənə, ey mənim mövlam, ey Əbu Əbdullah Hüseyn ibn Əli! Allahın salamı olsun sənə, sənin atana və cəddin Məhəmmədə! Allahın salamı olsun ona və onun Əhli-beytinə! Allah sənin qanını halal bilən camaata lənət etsin! Allah səni qətlə yetirən və sənə hörmətsizlik edən camaata lənət etsin! Allah onların ardıcılları və onlara tabe olanlara lənət etsin! Allah sizinlə döyüşə imkan yaradanlara lənət etsin! Biz Allahın dərgahı və sənin hüzurunda onlara öz nifrətimizi bildiririk! Salam olsun sənə, ey mənim mövlam, ey Əbu Məhəmməd Əli ibn Hüseyn! Salam olsun sənə, ey mənim mövlam, ey Əbu Cəfər Məhəmməd ibn Əli! Salam olsun sənə, ey mənim mövlam, ey Əbu Əbdullah Cəfər ibn Məhəmməd! Salam olsun sənə, ey mənim mövlam, ey Əbülhəsən Musa ibn Cəfər! Salam olsun sənə, ey mənim mövlam, ey Əbülhüseyn Əli ibn Musa! Salam olsun sənə, ey mənim mövlam, ey Əbu Cəfər Məhəmməd ibn Əli! Salam olsun sənə, ey mənim mövlam, ey Əbülhəsən Əli ibn Məhəmməd! Salam olsun sənə, ey mənim mövlam, ey Əbu Məhəmməd Həsən ibn Əli! Salam olsun sənə, ey mənim mövlam, ey zəmanənin sahibi Əbülqasim Məhəmməd ibn Həsən! Allahın salamı olsun sənə və sənin pak-pakizə xanədanına! Ey mənim sərvərlərim, günah və xətalarımın bağışlanmasında mənə şəfaətçi olun! Mən Allaha və sizə nazil olanlara iman gətirmişəm. Sizin birincinizi sevdiyim üçün axırıncı üzvünüzü də sevirəm. “Cibt”, “tağut”, “Lat” və “Üzza” bütlərinə (haqsız xəlifələrə) nifrət edirəm! Ey mənim sərvərlərim, qiyamət gününə qədər sizinlə sülh edənlə sülh edəcək və döyüşənlə döyüşəcəyəm, sizinlə düşmənçilik edənlə düşmənçilik edəcək və sizi sevəni sevəcəyəm! Allah sizə zülm və haqqınızı qəsb edənlərə lənət etsin! Allah onların ardıcılları, həmməsləkləri və onlara tabe olanlara lənət etsin! Allahın dərgahı və sizin hüzurunuzda onlara öz nifrətimi bildirirəm! | السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نَبِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خِيَرَةَ اللَّهِ مِنْ خَلْقِهِ وَ أَمِينَهُ عَلَى وَحْيِهِ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ أَنْتَ حُجَّةُ اللَّهِ عَلَى خَلْقِهِ وَ بَابُ عِلْمِهِ وَ وَصِيُّ نَبِيِّهِ وَ الْخَلِيفَةُ مِنْ بَعْدِهِ فِي أُمَّتِهِ لَعَنَ اللَّهُ أُمَّةً غَصَبَتْكَ حَقَّكَ وَ قَعَدَتْ مَقْعَدَكَ أَنَا بَرِيءٌ مِنْهُمْ وَ مِنْ شِيعَتِهِمْ إِلَيْكَ السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ الْبَتُولُ السَّلامُ عَلَيْكِ يَا زَيْنَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ رَسُولِ [اللَّهِ]رَبِّ الْعَالَمِينَ صَلَّى اللَّهُ عَلَيْكِ وَ عَلَيْهِ السَّلامُ عَلَيْكِ يَا أُمَّ الْحَسَنِ وَ الْحُسَيْنِ لَعَنَ اللَّهُ أُمَّةً غَصَبَتْكِ حَقَّكِ وَ مَنَعَتْكِ مَا جَعَلَهُ اللَّهُ لَكِ حَلالا أَنَا بَرِيءٌ إِلَيْكِ مِنْهُمْ وَ مِنْ شِيعَتِهِمْ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا مُحَمَّدٍ الْحَسَنَ الزَّكِيَّ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ لَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ وَ بَايَعَتْ فِي أَمْرِكَ وَ شَايَعَتْ أَنَا بَرِيءٌ إِلَيْكَ مِنْهُمْ وَ مِنْ شِيعَتِهِمْ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ الْحُسَيْنَ بْنَ عَلِيٍّ صَلَوَاتُ اللَّهِ عَلَيْكَ وَ عَلَى أَبِيكَ وَ جَدِّكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ لَعَنَ اللَّهُ أُمَّةً اسْتَحَلَّتْ دَمَكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ وَ اسْتَبَاحَتْ حَرِيمَكَ وَ لَعَنَ اللَّهُ أَشْيَاعَهُمْ وَ أَتْبَاعَهُمْ وَ لَعَنَ اللَّهُ الْمُمَهِّدِينَ لَهُمْ بِالتَّمْكِينِ مِنْ قِتَالِكُمْ أَنَا بَرِيءٌ إِلَى اللَّهِ وَ إِلَيْكَ مِنْهُمْ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا [أَبَا مُحَمَّدٍ] عَلِيَّ بْنَ الْحُسَيْنِ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا [أَبَا جَعْفَرٍ] مُحَمَّدَ بْنَ عَلِيٍّ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ جَعْفَرَ بْنَ مُحَمَّدٍ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا [أَبَا الْحَسَنِ] مُوسَى بْنَ جَعْفَرٍ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا [أَبَا الْحَسَنِ] عَلِيَّ بْنَ مُوسَى السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا [أَبَا جَعْفَرٍ] مُحَمَّدَ بْنَ عَلِيٍّ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا [أَبَا الْحَسَنِ] عَلِيَّ بْنَ مُحَمَّدٍ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا [أَبَا مُحَمَّدٍ] الْحَسَنَ بْنَ عَلِيٍّ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا [أَبَا الْقَاسِمِ] مُحَمَّدَ بْنَ الْحَسَنِ صَاحِبَ الزَّمَانِ صَلَّى اللَّهُ عَلَيْكَ وَ عَلَى عِتْرَتِكَ الطَّاهِرَةِ الطَّيِّبَةِ يَا مَوَالِيَّ كُونُوا شُفَعَائِي فِي حَطِّ وِزْرِي وَ خَطَايَايَ آمَنْتُ بِاللَّهِ وَ بِمَا أُنْزِلَ إِلَيْكُمْ وَ أَتَوَالَى آخِرَكُمْ بِمَا أَتَوَالَى أَوَّلَكُمْ وَ بَرِئْتُ مِنَ الْجِبْتِ وَ الطَّاغُوتِ وَ اللاتِ وَ الْعُزَّى يَا مَوَالِيَّ أَنَا سِلْمٌ لِمَنْ سَالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ وَ عَدُوٌّ لِمَنْ عَادَاكُمْ وَ وَلِيٌّ لِمَنْ وَالاكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ وَ لَعَنَ اللَّهُ ظَالِمِيكُمْ وَ غَاصِبِيكُمْ وَ لَعَنَ اللَّهُ أَشْيَاعَهُمْ وَ أَتْبَاعَهُمْ وَ أَهْلَ مَذْهَبِهِمْ وَ أَبْرَأُ إِلَى اللَّهِ وَ إِلَيْكُمْ مِنْهُمْ |
Mənbələr:
[1] Seyid ibn Tavus — İqbalul-ə`mal, səh 382,
Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 374 (cüzi fərqlə).
