Ziyarətnamə: Fərat çayı və Fərat çayının fəzilətləri

Print Friendly, PDF & Email

Fərat çayı Kərbəladan və Nəcəfin yaxınlığından, yəni hal-hazırda Nəcəfə bitişik olan Kufə şəhərindən keçir. Fərat çayının fəziləti barədə bizim hədis kitablarımızda, o cümlədən İbn Qavlaveyhin “Kamiluz-ziyarat” kitabında çoxlu hədislər nəql olunmuşdur. Bu fəzilət və bərəkətlərdən bir neçəsinə nəzər salaq:
1) İmam Baqirin (ə) səhabəsi nəql edir ki, Kufə əhlindən olan bir kişi o həzrətin yanına gəldi.
İmam Baqir (ə) ondan soruşdu: “Hər gün Fərat çayında qüsl edirsənmi?”
O kişi: “Xeyr”- deyə cavab verdi.
İmam (ə) ondan: “Bəs hər həftə qüsl edirsənmi?” – deyə soruşdu.
O kişi yenə də: “Xeyr” – deyə cavab verdi.
— Hər ay qüsl edirsənmi?
— Xeyr.
— Hər il qüsl edirsənmi?
— Xeyr.
— Sən həqiqətən xeyir və bərəkətdən məhrumsan.”[1]
2) Hədislərin birində İmam Sadiq (ə): “Biz o ikisini (Məryəmi və övladı İsanı (ə)) abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik”[2] ayəsindəki məkanı “Nəcəf (Kufə yaxınlığına yerləşir) və Fərat çayı” təfsir etmişdir.[3]
3) Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: “Əgər mən Fəratın yaxınlığında olsaydım, səhər və axşam onun kənarına gedər, ondan bəhrələnərdim”.[4]
4) Başqa bir səhih hədisdə Fərat çayı cənnətin dörd çayından biri kimi tanıtdırılıb.[5]

Qeyd: Fəratın suyundan təbərrük aparmaq üçün çayda qüsl etməyə lüzum yoxdur. Fərat çayından çəkilmiş su borularından axan su ilə qüsl etmək həmin bərəkətə malikdir, inşaallah.

Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 8, səh 31, hədis 12
[2] Muminun surəsi, ayə 50.
[3] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 13, səh 47, hədis 5
[4]İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 13, səh 47, hədis 4
[5] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 13, səh 47, hədis 1

Читайте также: