TAM «Malikəl mülk» ayəsi — Ali İmran surəsi, 26-27-ci ayələr
Ali İmran surəsi, 26-27-ci ayələr:
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| 26 | Qulillahummə malikəl mulkil tu`til mulkə mən təşau vətənziul mulkə mimmən təşau vətu`izzu mən təşau vətuzillu mən təşau biyədikəl xəyru innəkə `əla kulli şəy`in ğədir | (Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! | قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ ۖ بِيَدِكَ الْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ |
| 27 | Tulicu lləylə finnəhari və tulicu nəharə filləyli və tuxricul həyyə minəl məyyiti və tuxricul məyyitə minəl həyyi və tərzuqu mən təşau bi ğəyri hisab. | Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən” | تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۖ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ ۖ وَتَرْزُقُ مَنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ |
