TAM Mübarək Ramazan ayının on doqquzuncu gecəsi — Ramazan ayı, 19-cu gecə — 1-ci Qədr gecəsi və onun əməlləri

Print Friendly, PDF & Email

Bu gecənin əməlləri 2 qismdir:
a) Qədr gecələrinin müştərək əməlləri
b) 19-cu gecəyə məxsus əməllər (Bu məqalədə yalnız bu gecəyə məxsus əməlləri qeyd etməyə çalışmışıq)

19-cu gecəyə məxsus əməllər:
1) 100 dəfə de[1]:

Ərəbcəاَسْتَغْفِرُ اللهُ رَبِّى وَ أَتُوبُ إِلَیْهِ
Tərcümə
TranskripsiyaƏstəğfirullahə rəbbi və ətubu iləyh

2) 100 dəfə de[2]:
Ərəbcəاَللَّهُمَّ الْعَنْ قَتَلَةَ أَمِیرِ الْمُؤْمِنِینَ
TərcüməAllahım, Əmirəlmömininin qatilinə lənət et!
TranskripsiyaƏllahumməl`ən qətələ Əmiril muminin.

3) Bir qədər əvvəldə «Mübarək Ramazan ayının gündüzlərinin müştərək əməlləri» başlığı altında qeyd etdiyimiz bu duanı oxu: «Ya zəlləzi kanə qəblə kulli şəyin, sümmə xələqə kulli şəyin…»[3]
4) Bu duanı oxu:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahumməc`əl fima təqzi və tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkim, fi ləylətil qədr, və fil qəzailləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həramil, əl məbruri həccuhum, əl məşkuri sə`yuhum, əl məğfuri zunubu-humul mukəffəri ənhum səy-yiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə fi rizqi, və təf`ələ bi kəza və kəza.İlahi, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin – “Beytül-Haram”ın həcləri gözəl, səylərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimi bol edəsən və mənim üçün bu işləri yerinə yetirəsən...
اللَّهُمَّ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ وَ فِيمَا تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكِيمِ فِي لَيْلَةِ الْقَدْرِ وَ فِي الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِي وَ تُوَسِّعَ عَلَيَّ فِي رِزْقِي وَ تَفْعَلَ بِي كَذَا وَ كَذَا

*Kəza və kəza
(belə və belə et) sözlərinin yerinə öz hacətlərinizi istəyin.

Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 186,
Əllamə Məclisi — Zadul-məad, səh 186
[2] Seyid ibn Tavus — İqbal, səh 186,
Əllamə Məclisi — Zadul-məad, səh 186
[3] Seyid ibn Tavus — İqbal, səh 187

Читайте также: