TAM Əsr namazının təqibatı
Əsr namazından sonra bu duanı[1] oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumur rəhmanur rəhimu zul cəlali vəl ikram, | O Allahdan bağışlanmağımı istəyirəm ki, Ondan başqa məbud yoxdur, diri və əbədidir, bağışlayan və mehribandır, hər şeydən üstün və son dərəcə bəxş edəndir. | أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ الرَّحْمَنُ الرَّحِيمُ ذُو [ذَا] الْجَلالِ وَ الْإِكْرَامِ |
| və əs`əluhu ən yətubə ələyyə təvbətə əbdin zəlilin xaziin fəqir, baisin miskinin mustəkinin mustəcir, | Ondan tövbəmin qəbul etməsini istəyirəm; son dərəcə xar, zəlil, təvazökar, yoxsul, zəif, çarəsiz, fəqir bəndənin tövbəsini. | وَ أَسْأَلُهُ أَنْ يَتُوبَ عَلَيَّ تَوْبَةَ عَبْدٍ ذَلِيلٍ خَاضِعٍ فَقِيرٍ بَائِسٍ مِسْكِينٍ مُسْتَكِينٍ مُسْتَجِيرٍ |
| la yəmluku linəfsihi nəf`ən və la zərra, və la məvtən və la həyatən və la nuşura. | Elə bir bəndən ki, nə xeyirinə malikdir, nə də zərərinə və nə diriliyinə malikdir, nə də ölüm və məhşərə çağırılışına! | لا يَمْلِكُ لِنَفْسِهِ نَفْعا وَ لا ضَرّا وَ لا مَوْتا وَ لا حَيَاةً وَ لا نُشُورا |
Sonra bu duanı[2] de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əuzu bikə min nəfsin la təşbə, və min qəlbin la yəxşə, və min ilmin la yənfə, və min səlatin la turfə, və min duain la yusmə, | Allahım, doymayan nəfsdən, qorxmayan qəlbdən, faydasız elmdən, (dərgahına) ucalmayan namazdan və eşidilməyən (qəbul olunmayan) duadan Sənə sığınıram. | اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ نَفْسٍ لا تَشْبَعُ وَ مِنْ قَلْبٍ لا يَخْشَعُ وَ مِنْ عِلْمٍ لا يَنْفَعُ وَ مِنْ صَلاةٍ لا تُرْفَعُ وَ مِنْ دُعَاءٍ لا يُسْمَعُ |
| Əllahummə inni əs`əlukəl yusrə bə`dəl usr, vəl fərəcə bə`dəl kərb, vər rəxaə bə`dəş şiddəh, | Allahım, Səndən çətinlikdən sonra asanlığı, bəla və müsibətdən sonra rifahı, yoxsulluqdan sonra bolluğu istəyirəm! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْيُسْرَ بَعْدَ الْعُسْرِ وَ الْفَرَجَ بَعْدَ الْكَرْبِ وَ الرَّخَاءَ بَعْدَ الشِّدَّةِ |
| Əllahummə ma bina min ni`mətin fəmink, la ilahə illa ənt, əstəğfirukə və ətubu iləyk. | Allahım, ixtiyarımızda olan nemət Səndəndir! Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyir və Sənə üz tutub tövbə edirəm. | اللَّهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْكَ لا إِلَهَ إِلا أَنْتَ أَسْتَغْفِرُكَ وَ أَتُوبُ إِلَيْكَ |
İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, Əsr namazından sonra 70 dəfə istiğfar edən şəxsdən Allah Təala yeddi yüz günah bağışlayar. İmam Məhəmməd Təqi (ə)-dan nəql olunur ki, hər kəs “Qədr” surəsini əsr çağı (axşamüstü) 10 dəfə oxusa, Qiyamət günü onun üçün camaatın burada keçirdiyi günlər kimi keçəcək. “Əşərat” duasını gecə-gündüz oxumaq müstəhəbdir. Bu duanın oxunması üçün ən fəzilətli vaxt cümə gününün əsr çağıdır[3].
Mənbələr:
[1] Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 20
[2] Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 20
[3] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 61-63
