Ziyarətnamə: Peyğəmbərlərin (s) ziyarəti
Bilməlisiniz ki, bütün peyğəmbərləri (ə) ehtiramla xatırlamaq, həm əql cəhətindən və həm də şəriət baxımından vacibdir. “Lə nufərriqu bəynə əhədin min rusulihi” (Biz peyğəmbərlərin arasında heç bir fərq qoymadıq) — Bəqərə surəsi 285-ci ayə. Onları ziyarət etmək bəyənilir və alimlər bu əməlin müstəhəb bir əməl olduğunu bildirmişlər. İlahi peyğəmbərlərin sayının çoxluğuna baxmayaraq, onların dəfn olunduqları məkanların hamısı bizə məlum deyildir və bizim tanıdığımız peyğəmbər məzarlarının sayı çox-çox azdır. Bizə məlum olan peyğəmbər məzarları aşağıdakılardan ibarətdir:
Həzrət Adəm (ə) və həzrət Nuh (ə) — Əmirilmöminin Əlinin (ə) nurani hərəmində dəfn olunubdurlar, Həzrət İbrahim (ə) Beytül-müqəddəsin yaxınlığında yerləşən “Qüdsü xəlil”də dəfn olunubdur. Həzrət İbrahimin (ə) kənarında onun zövcəsi Sara, həzrət İshaq (ə), həzrət Yəqub (ə) və həzrət Yusif (ə) dəfn olunubdurlar. Həzrət İsmayıl (ə) və anası Hacər “Məscidül-həram”da Həcərdə dəfn olunubdurlar. Burada həmçinin bir çox peyğəmbərlər dəfn olunubdur və bu barədə həzrət Baqir (ə) buyurub: “Rükn” və “Məqam” arasındakı məkan, peyğəmbərlərin qəbri ilə doludur.”[1] Həzrət Sadiq (ə) buyurubdur ki, “Rüknü-yəmani” və “Həcərül-əsvəd” arasındakı məkanda 70 peyğəmbərin qəbri yerləşir. [2] Beytül-müqəddəsdə də bir çox peyğəmbərlərin, o cümlədən həzrət Davudun (ə) və həzrət Süleymanın (ə) qəbirləri yerləşir və oranın əhalisi bu peyğəmbərləri daha yaxşı tanıyırlar. Cənab Zəkəriyyanın (ə) qəbri Hələbdə yerləşir. Kufə şəhərinin tabeliyində olan Şəriə adlı məkanda isə həzrət Yunisin (ə) tanınmış ziyarətgahı yerləşir. Həzrət Hud (ə) və həzrət Salehin (ə) məzarları Nəcəf şəhərində yerləşir. Fərat çayının sahillərində Kufə şəhərindən bir neçə fərsəx uzaqda həzrət Zil-Kiflin (ə) məzarı yerləşir. Cərcis (ə) peyğəmbərin məzarı Mosul şəhərində və şəhərdən kənarda isə həzrət Şeysin (ə) məzarı yerləşir. Şuş şəhərində həzrət Danyalın (ə) və Bürasa məscidinin qiblə tərəfində həzrət Yuşənin (ə) qəbirləri yerləşmişdir.
Hədislərimizdə həzrət Adəm (ə) və həzrət Nuhdan (ə) başqa peyğəmbərlər üçün ziyarətnamə nəql olunmamışdır və biz, bu iki peyğəmbərin ziyarətnaməsini həzrət Əmirilmöminin Əlinin (ə) ziyarəti bölümündə qeyd etmişik. Birinci Camiə ziyarətnaməsinin şərhindən də aydın olur ki, peyğəmbərləri də bu ziyarətnamə vasitəsilə ziyarət etmək olar. Sözümüzə qüvvət olaraq xatırladırıq ki, möhtərəm şeyx Məhəmməd ibn Məşhədi “Məzar” adlı kitabında, Seyid Əli ibn Tavus “Misbahuz-zair” adlı kitabında və başqaları, bu Camiə ziyarətnaməsini,[3] “Kufə şəhərinin əməlləri” bölümündə həzrət Yunisin (ə) ziyarətgahında oxunan bir ziyarətnamə ünvanında qeyd etmişdirlər və çox güman ki, onlar, bu ziyarətnamənin ümumi bir ziyarətnamə olduğununu yetirən hədisə əsalanıbdırlar.
Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 214, hədis 7
[2] Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 214, hədis 10
[3] Seyid ibn Tavus — Misbahuz-zair, səh 75
