Ziyarətnamə: Rəsuli Əkrəm Muhəmməd peyğəmbərin (s) şənbə günündə oxunan ziyarəti
Şənbə günü — Muhəmməd peyğəmbərin (s) günüdür və ona xitabər de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əşhədu ən lə ilahə illəllah, vəhdəhu la şərikə ləh, | Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur, birdir və şəriki yoxdur. | أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ |
| və əşhədu ənnəkə rəsuluh, və ənnəkə Muhəmmədubnu Əbdillah, | Şəhadət verirəm ki, həqiqətən, sən Onun rəsulu və Abdullahın oğlu Muhəmmədsən. | وَ أَشْهَدُ أَنَّكَ رَسُولُهُ وَ أَنَّكَ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ |
| və əşhədu ənnəkə qəd bəlləğtə risalati rəbbik, | Şəhadət verirəm ki, sən Rəbbinin tapşırıqlarını təbliğ etdin, | وَ أَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ رِسَالاتِ رَبِّكَ |
| və nəsəhtə biummətikə və cahədtə fi səbilillahi bil hikməti vəl məv'izətil həsənəh, | ümmətinə öyüd verdin, hikmət və yaxşı öyüd-nəsihətinlə Allah yolunda cihad etdin | وَ نَصَحْتَ لِأُمَّتِكَ وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ |
| və əddəytəlləzi ələykə minəl həqq, | və Allah tərəfindən məmur olduqlarını yerinə yetirdin. | وَ أَدَّيْتَ الَّذِي عَلَيْكَ مِنَ الْحَقِّ |
| və ənnəkə qəd rəuftə bil mu`minin, və ğələztə ələl kafirin, | Həqiqətən, sən möminlərlə mehriban, kafirlərə sərt davrandın, | وَ أَنَّكَ قَدْ رَؤُفْتَ بِالْمُؤْمِنِينَ وَ غَلُظْتَ عَلَى الْكَافِرِينَ |
| və əbədtəllahu muxlisən hətta ətakəl yəqin, | Allaha ixlasla bəndəçilik etdin və nəhayət, “yəqin” məqamına çatdın. | وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا حَتَّى أَتَاكَ الْيَقِينُ |
| fəbələğəllahu bikə əşrəfə məhəllil mukərrəmin, | Beləcə, Allah səni hörmətli insanların məqamına çatdırdı. | فَبَلَغَ اللَّهُ بِكَ أَشْرَفَ مَحَلِّ الْمُكَرَّمِينَ |
| əlhəmdu lillahilləzi istənqəzəna bikə minəş şirki vəz zəlal, | Həmd olsun Allaha ki, sənin vasitənlə bizi şirk və zəlalətdən xilas etdi. | الْحَمْدُ لِلَّهِ الَّذِي اسْتَنْقَذَنَا بِكَ مِنَ الشِّرْكِ وَ الضَّلالِ |
| Əllahummə salli əla Muhəmmədin və alih, | İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir. | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ |
| vəc`əl sələvatikə və sələvati məlaikətikə və ənbiyaik, vəl mursəlinə və ibadikəs salihin, və əhlis səmavati vəl ərəzin, və mən səbbəhə ləkə ya rəbbəl aləmin, minəl əvvəlinə vəl axirin, əla Muhəmmədin əbdikə və rəsulik, və nəbiyyikə və əminik, və nəcibikə və həbibik, və səfiyyikə və sifvətik, və xassətikə və xalisətik, və xiyərətikə min xəlqik, | Ey aləmlərin Rəbbi, Sənin, mələklərinin, peyğəmbərlərinin, elçilərinin, saleh bəndələrinin, səma və yer əhlinin, Sənə təsbeh deyənlərin, birincilər və sonuncuların salamı bəndən, rəsulun, peyğəmbərin, əmanətdarın, bəyəndiyin, həbibin, seçdiyin, pak-pakizə, xas və xalis bəndən, məxluqat içindən seçdiyin, Muhəmmədə olsun. | وَ اجْعَلْ صَلَوَاتِكَ وَ صَلَوَاتِ مَلائِكَتِكَ وَ أَنْبِيَائِكَ وَ الْمُرْسَلِينَ وَ عِبَادِكَ الصَّالِحِينَ وَ أَهْلِ السَّمَاوَاتِ وَ الْأَرَضِينَ وَ مَنْ سَبَّحَ لَكَ يَا رَبَّ الْعَالَمِينَ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ وَ نَبِيِّكَ وَ أَمِينِكَ وَ نَجِيبِكَ وَ حَبِيبِكَ وَ صَفِيِّكَ وَ صِفْوَتِكَ وَ خَاصَّتِكَ وَ خَالِصَتِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ |
| və ə`tihil fəzlə vəl fəziləh, vəl vəsilətə vəd dərəcətər rəfiəh, | Ona “üstünlük”, “fəzilət”, “vəsilə” (şəfaət) məqamı və yüksək dərəcə əta et. | وَ أَعْطِهِ الْفَضْلَ وَ الْفَضِيلَةَ وَ الْوَسِيلَةَ وَ الدَّرَجَةَ الرَّفِيعَةَ |
| vəb`əshu məqamən məhmudən yəğbituhu bihil əvvəlunə vəl axirun, | Onu birincilər və sonuncuların qibtə etdiyi “məhmud” (bəyənilmiş) məqamına yüksəlt. | وَ ابْعَثْهُ مَقَاما مَحْمُودا يَغْبِطُهُ بِهِ الْأَوَّلُونَ وَ الْآخِرُونَ |
| Əllahummə innəkə qultə və ləv ənnəhum iz zələmu ənfusəhum caukə fəstəğfərullahə vəstəğfərə ləhumur rəsulu ləvəcədullahə təvvabən rəhima, | İlahi, Özün buyurubsan: “Özlərinə zülm edənlər dərhal Sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.” | اللَّهُمَّ اِنَّكَ قُلْتَ وَ لَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَ اسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابا رَحِيما |
| ilahi fəqəd ətəytu nəbiyyikə mustəğfirən taibən min zunubi, | İlahi, günahlarımdan peşman olub tövbə edərək Sənin Peyğəmbərinin yanına gəlmişəm, | إِلَهِي فَقَدْ أَتَيْتُ نَبِيَّكَ مُسْتَغْفِرا تَائِبا مِنْ ذُنُوبِي |
| fəsəlli əla Muhəmmədin və alihi vəğfirha li ya səyyidina, | belə isə, Muhəmməd və onun Əhli-beytinə salam yetir və günahlarımı bağışla! | فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اغْفِرْهَا لِي يَا سَيِّدَنَا |
| ətəvəccəhu bikə və biəhli bəytikə iləllah, təala rəbbikə və rəbbi liyəğfirə li. | Ey mənim sərvərim, sənin və Əhlibeytinin vasitəsilə sənin və mənim Rəbbim olan Allah-Taalanın dərgahına üz tutmuşam ki, mənim günahlarımı bağışlasın! | أَتَوَجَّهُ بِكَ وَ بِأَهْلِ بَيْتِكَ إِلَى اللَّهِ تَعَالَى رَبِّكَ وَ رَبِّي لِيَغْفِرَ لِي |
Sonra 3 dəfə de:
| Ərəbcə | اِنَّا لِلَّهِ وَ اِنَّا إِلَيْهِ رَاجِعُونَ |
| Tərcümə | Həqiqətən, biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq |
| Transkripsiya | İnna lillahi və inna iləyhi raciun. |
Sonra bu duanı[1] de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Usibna bikə ya həbibə qulubina, | Biz sənin vasitənlə müsibətə düçar olmuşuq, ey qəlblərimizin həbibi! | أُصِبْنَا بِكَ يَا حَبِيبَ قُلُوبِنَا |
| fəma ə`zəməl musibətə bikə həysunqətəə ənnəl vəhy, və həysu fəqədnakə | Doğrudan da, sənin müsibətin nə qədər böyükdür, belə ki, ondan sonra vəhy bizdən kəsildi və sənin ayrılığınla müsibətə düçar olduq. | فَمَا أَعْظَمَ الْمُصِيبَةَ بِكَ حَيْثُ انْقَطَعَ عَنَّا الْوَحْيُ وَ حَيْثُ فَقَدْنَاكَ |
| fəinna lillahi və inna iləyhi raciun, | Biz də Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq. | فَاِنَّا لِلَّهِ وَ اِنَّا إِلَيْهِ رَاجِعُونَ |
| ya səyyidəna ya rəsuləllah, sələvatullahi ələykə və əla ali bəytikət (təyyibinət) tahirin, | Ey bizim sərvərimiz, ey Allahın Rəsulu, Allahın salamı sənə və pak-pakizə Əhli-beytinə olsun! | يَا سَيِّدَنَا يَا رَسُولَ اللَّهِ صَلَوَاتُ اللَّهِ عَلَيْكَ وَ عَلَى آلِ بَيْتِكَ [الطَّيِّبِينَ] الطَّاهِرِينَ |
| haza yəvmus səbti və huvə yəvmuk, | Bu gün şənbədir və sənə məxsus bir gündür. | هَذَا يَوْمُ السَّبْتِ وَ هُوَ يَوْمُكَ |
| və ənə fihi zəyfukə və caruk, | Mən həmin gün sənin qonağınam və sənə sığınıram. | وَ أَنَا فِيهِ ضَيْفُكَ وَ جَارُكَ |
| fəəsifni və əcirni fəinnəkə kərimun tuhibbuz ziyafəh, və mə`murun bil icarəh, | Belə isə məni qonaqlığa qəbul et və mənə sığınacaq ver ki, sən böyüksən, qonaqpərvərsən və Allah tərəfindən sığınacaq verməyə məmursan. | فَأَضِفْنِي وَ أَجِرْنِي فَاِنَّكَ كَرِيمٌ تُحِبُّ الضِّيَافَةَ وَ مَأْمُورٌ بِالْإِجَارَةِ |
| fəəzifni və əhsin ziyafəti və əcirni və əhsin icarətəna, bimənzilətillahi indəkə və ində ali bəytik, və bimənzilətihim indəhu və bima istəvdəəkum min ilmih, fəinnəhu əkrəməl əkrəmin. | Sənin və Əhli-beytinin yanındakı Allahın məqamına, onların da Allahın dərgahındakı məqamına və Allahın sənə tapşırdığı elminə xatir məni qonaqlığa qəbul et, yaxşı qəbul et və öz kənarında mənə yaxşı sığınacaq ver ki, həqiqətən, Allah hörmətlilərin ən hörmətlisidir. | فَأَضِفْنِي وَ أَحْسِنْ ضِيَافَتِي وَ أَجِرْنَا وَ أَحْسِنْ إِجَارَتَنَا بِمَنْزِلَةِ اللَّهِ عِنْدَكَ وَ عِنْدَ آلِ بَيْتِكَ وَ بِمَنْزِلَتِهِمْ عِنْدَهُ وَ بِمَا اسْتَوْدَعَكُمْ مِنْ عِلْمِهِ فَاِنَّهُ أَكْرَمُ الْأَكْرَمِينَ |
Şeyx Abbas Qumi deyir: “Mən Rəsuli Əkrəmi (ə) bu ziyarətlə ziyarət etmək istədikdə, əvvəl Həzrət İmam Rzanın (ə) Bəzəntiyə təlim etdiyi ziyarətlə ziyarət edib, sonra bu (yuxarıda qeyd olunan) ziyarəti oxuyuram. İmam Rzanın (ə) Bəzəntiyə təlim etdiyi ziyarət belədir: “Səhih sənədlə rəvayət olunmuşdur ki, İbni Əbu Nəsr Bəzənti Həzrət İmam Rzanın (ə) hüzuruna gedib soruşdu: “Namazdan sonra Rəsuli Əkrəmə (s) necə salavat və salam göndərək?” Həzrət buyurdu: “Belə ziyarət[2] de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya Rəsuləllah, və rəhmətullahi və bərəkatuh, | Salam olsun sənə, ey Allahın Rəsulu,Allahın rəhmət və bərəkətləri olsun sənə! | السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
| Əssəlamu ələykə ya Muhəmmədəbnə Əbdillah, | Salam olsun sənə, ey Abdullahın oğlu Məhəmməd! | السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَبْدِ اللَّهِ |
| Əssəlamu ələykə ya xiyərətəllah, | Salam olsun sənə, ey Allahın seçdiyi! | السَّلامُ عَلَيْكَ يَا خِيَرَةَ اللَّهِ |
| Əssəlamu ələykə ya həbibəllah, | Salam olsun sənə, ey Allahın həbibi! | السَّلامُ عَلَيْكَ يَا حَبِيبَ اللَّهِ |
| Əssəlamu ələykə ya sifvətəllah, | Salam olsun sənə, ey Allahın bəyəndiyi (xas bəndəsi)! | السَّلامُ عَلَيْكَ يَا صِفْوَةَ اللَّهِ |
| Əssəlamu ələykə ya əminəllah, | Salam olsun sənə, ey Allahın əmanətdarı! | السَّلامُ عَلَيْكَ يَا أَمِينَ اللَّهِ |
| əşhədu ənnəkə rəsulullah, | Şəhadət verirəm ki, sən Allahın rəsulusan. | أَشْهَدُ أَنَّكَ رَسُولُ اللَّهِ |
| və əşhədu ənnəkə Muhəmmədubnu Əbdillah, | Şəhadət verirəm ki, sən Abdullahın oğlu Məhəmmədsən. | وَ أَشْهَدُ أَنَّكَ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ |
| və əşhədu ənnəkə qəd nəsəhtə liummətikə və cahədtə fi səbili rəbbikə və əbədtəhu hətta ətakəl yəqin, | Şəhadət verirəm ki, sən ümmətinə öyüdnəsihət verdin, Allah yolunda cihad və Allaha ixlasla bəndəçilik edərək “yəqin” məqamına çatdın (əcəlin çatdı). | وَ أَشْهَدُ أَنَّكَ قَدْ نَصَحْتَ لِأُمَّتِكَ وَ جَاهَدْتَ فِي سَبِيلِ رَبِّكَ وَ عَبَدْتَهُ حَتَّى أَتَاكَ الْيَقِينُ |
| Fəcəzakəllahu ya rəsuləllah, əfzələ ma cəza nəbiyyən ən ummətih, | Belə isə, ey Rəsulullah, Allah sənə ümməti tərəfindən hər bir peyğəmbərə verilən ən yaxşı savabı versin. | فَجَزَاكَ اللَّهُ يَا رَسُولَ اللَّهِ أَفْضَلَ مَا جَزَى نَبِيّا عَنْ أُمَّتِهِ |
| Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, əfzələ ma səlləytə əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcid. | İlahi, İbrahim və onun övladlarına göndərdiyin salamdan yaxşısını Məhəmməd və onun Əhli-beytinə göndər ki, həqiqətən, Sən tərifəlayiq və böyüksən! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَ آلِ إِبْرَاهِيمَ اِنَّكَ حَمِيدٌ مَجِيدٌ |
Mənbələr:
[1] Seyid ibn Tavus – Cəmalul-usbu, səh 29
Əllamə Məclisi – Biharul-ənvar, c 99, səh 211 (cüzi fərqlə)
[2] Abdullah ibn Cəfər Himyəri – Qurbul-əsnad, səh 169
Əllamə Məclisi – Biharul-ənvar, c 83, səh 24, hədis 25
