Salavat: İmam Sahibəz Zamana (ə.f) salavat
İmam Məhdiyə (ə.f) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə səlli əla vəliyyikə vəbnə əvliyaik, əlləzinə fərəztə taətəhum və əvcəbtə həqqəhum | İlahi, Öz nümayəndən və nümayəndənin oğluna – itaət və haqlarını vacib etdiyin, | اللَّهُمَّ صَلِّ عَلَى وَلِيِّكَ وَ ابْنِ أَوْلِيَائِكَ الَّذِينَ فَرَضْتَ طَاعَتَهُمْ وَ أَوْجَبْتَ حَقَّهُمْ |
| və əzhəbtə ənhumur ricsə və təhhərtəhum təthira, | çirkinliklərdən uzaqlaşdırdığın və tamamilə pak-pakizə etdiyin şəxslərə salam yetir! | وَ أَذْهَبْتَ عَنْهُمُ الرِّجْسَ وَ طَهَّرْتَهُمْ تَطْهِيرا |
| Əllahummənsurhu vəntəsir bihi lidinik, vənsur bihi əvliyaəkə və əvliyaəhu və şiətəhu və ənsarəhu vəc`əlna minhum, | İlahi, ona, onun vasitəsilə dininə, Öz dostlarına, onun dostları, şiələri və köməkçilərinə yardım et və bizi də onların sırasına qat! | اللَّهُمَّ انْصُرْهُ وَ انْتَصِرْ بِهِ لِدِينِكَ وَ انْصُرْ بِهِ أَوْلِيَاءَكَ وَ أَوْلِيَاءَهُ وَ شِيعَتَهُ وَ أَنْصَارَهُ وَ اجْعَلْنَا مِنْهُمْ |
| Əllahummə əizhu min şərri kulli bağin və tağin və min şərri cəmii xəlqik, | İlahi, onu hər bir zalım, təcavüzkar və bütün məxluqatın şərindən amanda saxla, | اللَّهُمَّ أَعِذْهُ مِنْ شَرِّ كُلِّ بَاغٍ وَ طَاغٍ وَ مِنْ شَرِّ جَمِيعِ خَلْقِكَ |
| vəhfəzhu min bəyni yədəyhi və min xəlfihi və ən yəminihi və ən şimalih, vəhrushu vəmnə`hu ən yusələ iləyhi bisu, | ön və arxa, sağ və sol tərəfindən qoru, ona doğru tuşlanan zərərləri aradan qaldır, | وَ احْفَظْهُ مِنْ بَيْنِ يَدَيْهِ وَ مِنْ خَلْفِهِ وَ عَنْ يَمِينِهِ وَ عَنْ شِمَالِهِ وَ احْرُسْهُ وَ امْنَعْهُ أَنْ يُوصَلَ إِلَيْهِ بِسُوءٍ |
| vəhfəz fihi rəsuləkə və alə rəsulik, | Peyğəmbərin və Peyğəmbərinin Əhlibeytini onun varlığında qoru, | وَ احْفَظْ فِيهِ رَسُولَكَ وَ آلَ رَسُولِكَ |
| və əzhir bihil ədlə və əyyidhu bin nəsr, | onun əli ilə ədaləti aşkar et, onu zəfərlə təsdiqlə, | وَ أَظْهِرْ بِهِ الْعَدْلَ وَ أَيِّدْهُ بِالنَّصْرِ |
| vənsur nasirihi vəxzul xazilih | ona yardım edənə yardımçı ol və xar edəni xar et! | وَ انْصُرْ نَاصِرِيهِ وَ اخْذُلْ خَاذِلِيهِ |
| vəqsim bihi cəbabirətəl kufr, | Onun əlilə kafir hakimləri aradan qaldır, | وَ اقْصِمْ بِهِ جَبَابِرَةَ الْكُفْرِ |
| vəqtul bihil kuffarə vəl munafiqinə və cəmiəl mulhidin, həysu kanu min məşariqil ərzi və məğaribiha və bərriha və bəhriha | yerin şərq və qərbində, quru və suda olan bütün kafirləri, münafiqləri və dinsizləri həlak et! | وَ اقْتُلْ بِهِ الْكُفَّارَ وَ الْمُنَافِقِينَ وَ جَمِيعَ الْمُلْحِدِينَ حَيْثُ كَانُوا مِنْ مَشَارِقِ الْأَرْضِ وَ مَغَارِبِهَا وَ بَرِّهَا وَ بِحْرِهَا |
| Vəmlə` bihil ərzə ədlən və əzhir bihi dinə nəbiyyikə ələyhi və alihis səlam, | Onun vasitəsilə yer üzünü ədalətlə doldur və Peyğəmbərinin (salam olsun ona və Əhlibeytinə) dinini aşkar et! | وَ امْلَأْ بِهِ الْأَرْضَ عَدْلا وَ أَظْهِرْ بِهِ دِينَ نَبِيِّكَ عَلَيْهِ وَ آلِهِ السَّلامُ وَ اجْعَلْنِي |
| vəc`əlnillahummə min ənsarihi və ə`vanihi və ətbaihi və şi`ətih, | İlahi, məni də onun köməkçiləri, dostları, ardıcılları və şiələrindən yaz, | اللَّهُمَّ مِنْ أَنْصَارِهِ وَ أَعْوَانِهِ وَ أَتْبَاعِهِ وَ شِيعَتِهِ |
| və ərini fi ali Muhəmmədin ma yə`mulun, və fi əduvvihim ma yəhzərunə ilahəl həqq, amin. | Muhəmmədin Əhlibeytinin arzu etdiklərini və düşmənlərinin onlardan qorxusunu mənə göstər, ey haqq Allah, dualarımı qəbul et! | وَ أَرِنِي فِي آلِ مُحَمَّدٍ مَا يَأْمُلُونَ وَ فِي عَدُوِّهِمْ مَا يَحْذَرُونَ إِلَهَ الْحَقِّ آمِينَ |
