Ziyarətnamə: İlin istənilən günü oxunan «Camiə» ziyarəti
Burada imamları (ə) ziyarət etmək üçün bir “Camiə ziyarətnaməsi”ni sizin nəzərinizə çatdıracağıq. Bu ziyarətnamə vasitəsilə ayın hər bir günündə istədiyin imamı ziyarət edə bilərsən. Seyid ibn Tavus “Misbahuz-zair” adlı kitabında bu ziyarətnamə ilə yanaşı, ziyarət səfərinə yola düşən vaxt oxunan dua və namazları da məsum imamlardan (ə) nəql etmişdir. Seyid ibn Tavus belə nəql edir ki, ziyarət qüslü verdiyiniz vaxt bu duanı oxuyun:
Camiə ziyarətnaməsi_1
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billah, və fi səbilillahi və əla milləti rəsulillah, Əllahumməğsil ənni dərənəz zunubi və vəsəxəl uyub, və təhhirni bimait təvbəti və əlbisni ridaəl isməh, və əyyidni bilutfin minkə yuvəffiquni lisalihil ə`mal, innəkə zul fəzlil əzim. | Allahın adı, Allahın köməyi ilə, Allahı yolu və Rəsulullahın təriqətində olduğum halda başlayıram. İlahi, günahların pislikləri və eyiblərin çirkinliklərini məndən uzaqlaşdır, tövbə suyu ilə məni pakla, Öz tərəfindən bir lütf olaraq əynimə paklıq libası geyindir və məni xeyir əməllərə müvəffəq et! Həqiqətən, Sən böyük fəzilət sahibisən! | بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ فِي سَبِيلِ اللَّهِ وَ عَلَى مِلَّةِ رَسُولِ اللَّهِ اللَّهُمَّ اغْسِلْ عَنِّي دَرَنَ الذُّنُوبِ وَ وَسَخَ الْعُيُوبِ وَ طَهِّرْنِي بِمَاءِ التَّوْبَةِ وَ أَلْبِسْنِي رِدَاءَ الْعِصْمَةِ وَ أَيِّدْنِي بِلُطْفٍ مِنْكَ يُوَفِّقُنِي لِصَالِحِ الْأَعْمَالِ اِنَّكَ ذُو الْفَضْلِ الْعَظِيمِ |
Sonra, elə ki, hər hansı imamın ziyarətgahına yaxınlaşdın belə oxu:
Camiə ziyarətnaməsi_2
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əlhəmdu lillahilləzi vəffəqəni liqəsdi vəliyyihi və ziyarəti huccətihi və əvrədəni hərəməh, və ləm yəbxəsni həzzi min ziyarəti qəbrihi vən nuzuli biəqvəti muğəyyəbihi və sahəti turbətih, Əlhəmdu lillahilləzi ləm yəsimni bihirmani ma əmməltuhu və la sərəfə ənni ma rəcəvtuh, və la qətəə rəcai fima təvəqqə`tuh, bəl əlbəsəni afiyətəhu və əfadəni ni`mətəhu və atani kəramətəh. | Həmd və sitayiş yalnız Onun vəlisini qəsd etmək və höccətini ziyarət etməkdə məni müvəffəq və onun ziyarətgahına daxil edən, onun qəbrini ziyarət etmək və qəbrinin türbətindən istifadə etməkdən məhrum etməyən Allaha məxsusdur! Həmd və sitayiş məni arzu etdiyim və ümid bəslədiklərimdən naümid etməyən, dərgahına üz tutub intizarında olduğum şeylərdə ümidimi üzməyən, əksinə əynimə afiyət və sağlamlıq libası geyindirən, mənə artıqlaması ilə nemət və kəramət bəxş edən Allaha məxsusdur! | الْحَمْدُ لِلَّهِ الَّذِي وَفَّقَنِي لِقَصْدِ وَلِيِّهِ وَ زِيَارَةِ حُجَّتِهِ وَ أَوْرَدَنِي حَرَمَهُ وَ لَمْ يَبْخَسْنِي حَظِّي مِنْ زِيَارَةِ قَبْرِهِ وَ النُّزُولِ بِعَقْوَةِ مُغَيَّبِهِ وَ سَاحَةِ تُرْبَتِهِ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَسِمْنِي بِحِرْمَانِ مَا أَمَّلْتُهُ وَ لا صَرَفَ عَنِّي مَا رَجَوْتُهُ وَ لا قَطَعَ رَجَائِي فِيمَا تَوَقَّعْتُهُ بَلْ أَلْبَسَنِي عَافِيَتَهُ وَ أَفَادَنِي نِعْمَتَهُ وَ آتَانِي كَرَامَتَهُ |
Ziyarətgaha daxil olan kimi, zərihlə üzbəüz dayanıb belə de:
Camiə ziyarətnaməsi_3
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykum əimmətəl mu`minin, və sadətəl muttəqin, və kubəraəs siddiqin, və uməraəs salihin, və qadətəl muhsinin, və ə`laməl muhtədin, və ənvarəl arifin, və vərəsətəl ənbiya, və səfvətəl əvsiya, və şumusəl ətqiyai və budurəl xuləfa, və ibadər rəhmani və şurəkaəl Qur`an, və mənhəcəl imani və məadinəl həqaiq, və şufəail xəlaiqi və rəhmətullahi və bərəkatuh, əşhədu ənnəkum əbvabullahi və məfatihu rəhmətih, və məqalidu məğfirətihi və səhaibu rizvanih, və məsabihu cinanih, və həmələtu furqanihi və xəzənətu ilmih, və həfəzətu sirrihi və məhbitu vəhyih, və indəkum əmanatun nubuvvəti və vədayiur risaləh, əntum umənaul lahi və əhibbauh, və ibaduhu və əsfiyauh, və ənsaru təvhidihi və ərkanu təmcidih, və duatuhu ila kutubihi və hərəsətu xəlaiqih, və həfəzətu vədaiihi la yəsbiqukum sənaul məlaikəti fil ixlasi vəl xuşu, və la yuzaddukum zubtihalin və xuzu, ənna və ləkumul qulubulləti təvəlləllahu riyazətəha bil xəvfi vər rəca, və cəələha əv`iyətən liş şukri vəs səna, və amanəha min əvarizil ğəfləti və səffaha min suil (şəvağilil) fətrəh, bəl yətəqərrəbu əhlus səmai bihubbikum, və bil bəraəti min ə`daikum, və təvaturil bukai əla musabikum, vəl istiğfari li şiətikum və muhibbikum, fə ənə uşhidullahə xaliqi, və uşhidu məlaikətəhu və ənbiyaəh, və uşhidukum ya məvaliyyə ənni mu`minun bivilayətikum (bivəlayətikum), mu`təqidun li imamətikum muqirrun bi xilafətikum, arifun bi mənzilətikum muqinun bi ismətikum, xaziun li vilayətikum (livəlayətikum), mutəqərribun iləllahi bihubbikum və bil bəraəti min ə`daikum, alimun biənnəllahə qəd təhhərəkum minəl fəvahişə ma zəhərə minha və ma bətən, və min kulli ribətin və nəcasətin və dəniyyəh, və rəcasətin və mənəhəkum rayətəl həqqilləti mən təqəddəməha zəll, və mən təəxxərə ənha zəll, və fərəzə taətəkum əla kulli əsvədə və əbyəz, və əşhədu ənnəkum qəd vəfəytum biəhdil lahi və zimmətih, və bikulli məştərətə (iştərətəhu) ələykum fi kitabih, və dəəvtum ila səbilih, və ənfəztum taqətəhum fi mərzatih, və həməltumul xəlaiqə əla minhacin nubuvvəh, və məsalikir risaləti və sirtum fihi bisirətil ənbiya, və məzahibil əvsiyai fələm yutə` ləkum əmr, və ləm tusğə iləykum uzun, fəsələvatullahi əla ərvahikum və əcsadikum. | Salam olsun sizə, ey möminlərin imamları, pəhrizkarların sərvərləri, düzdanışanların böyükləri, salehlərin əmirləri, ehsan edənlərin rəhbərləri, hidayət istəyənlərin bayraqdarları, ariflərin (qəlbinin) çıraqları, peyğəmbərlərin varisləri, vəsilər arasından seçilmişlər, təqvalıların günəşləri, xəlifələrin ayları, bağışlayan Allahın bəndələri, Quranın şərikləri, iman əhlinin bələdçiləri, həqiqət xəzinələri və məxluqatın şəfaətçiləri! Allahın rəhmət və bərəkətləri olsun sizə! Şəhadət verirəm ki, həqiqətən, siz Allahın (mərifət) qapıları, Onun rəhmətinin açarları, məğfirətinin vasitələri, razılığının buludları, cənnətin çıraqları, “Furqan”ın daşıyıcıları və elminin xəzinələri, ilahi sirrin gözətçiləri və vəhyin nazil olduğu yersiniz! Peyğəmbərlik və risalətin əmanətləri sizin ixtiyarınızdadır. Sizsiniz Allahın əmanətdar bəndələri, Onu sevən, Onun bəndələri, xas dostları, Onun tövhid dininə yardım edənlər, əzəmət və böyüklüyünün sütunları, məxluqatı Onun kitablarına doğru dəvət edənlər, məxluqatın gözətçiləri və əmanətlərini qoruyanlar! İxlas və təvazökarlıqda mələklərin həmd və sitayişi sizi üstələyə bilməz. Allah qəlblərinizi Öz qorxu və ümidinə yönəltdiyi, onu şükür və həmd, qəflət və unutqanlıq amillərindən əmin-amanlıq yerinə çevirdiyi halda, təvazökarlıqda kimsə sizə çata bilməz! Səma əhli sizi sevmək, düşmənlərinizə nifrət bəsləmək, müsibətlərinizdə daim göz yaşı tökmək, şiələriniz və sizi sevənlər üçün bağışlanmaq diləməyinizlə Allaha yaxınlaşırlar. Mən xaliqim Allahı, Onun mələkləri, peyğəmbərlərini və sizi şahid tuturam ki, ey mənim sərvərlərim, həqiqətən, mən məqamınızı tanıdığım, məsumluğunuza əmin olduğum və vilayətinizə təslim olduğum halda sizin vilayətinizə iman gətirmiş, imamətinizə etiqad bəsləmiş və Peyğəmbərin xəlifələri olmağınızı iqrar etmişəm! Sizə məhəbbət bəsləmək və düşmənlərinizdən uzaqlaşmaqla Allaha yaxınlaşır və bilirəm ki, Allah sizi bütün zahiri və batini pisliklərdən, eyib və çirkinliklərdən pak və uzaq etmiş, haqq bayrağını da sizə vermişdir; belə ki, ondan önə keçənlər və geridə qalanlar zəlalətə uğradı. Sizə itaəti hər bir qara və ağa (bütün irqdən olanlara) vacib etmişdir. Şəhadət verirəm ki, siz Allahla bağladığınız əhdə, Onun kitabda sizin üçün şərt etdiyi bütün şeylərə kamil şəkildə sadiq qaldınız, (məxluqatı) Allah yoluna dəvət etdiniz, Onun razılığı uğrunda bütün taqətinizlə çalışdınız, məxluqatı həqiqi peyğəmbərlik və risalət yoluna yönəltdiniz! Bu yolu peyğəmbərlər və vəsilərin metodu ilə geridə qoydunuz (keçdiniz)! Amma ümmət sizin əmrlərinizə itaət və haqq sözlərinizə qulaq asmadı! Allahın salamı olsun sizin ruh və cəsədlərinizə! | السَّلامُ عَلَيْكُمْ أَئِمَّةَ الْمُؤْمِنِينَ وَ سَادَةَ الْمُتَّقِينَ وَ كُبَرَاءَ الصِّدِّيقِينَ وَ أُمَرَاءَ الصَّالِحِينَ وَ قَادَةَ الْمُحْسِنِينَ وَ أَعْلامَ الْمُهْتَدِينَ وَ أَنْوَارَ الْعَارِفِينَ وَ وَرَثَةَ الْأَنْبِيَاءِ وَ صَفْوَةَ الْأَوْصِيَاءِ وَ شُمُوسَ الْأَتْقِيَاءِ وَ بُدُورَ الْخُلَفَاءِ وَ عِبَادَ الرَّحْمَنِ وَ شُرَكَاءَ الْقُرْآنِ وَ مَنْهَجَ الْإِيمَانِ وَ مَعَادِنَ الْحَقَائِقِ وَ شُفَعَاءَ الْخَلائِقِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكُمْ أَبْوَابُ اللَّهِ وَ مَفَاتِيحُ رَحْمَتِهِ وَ مَقَالِيدُ مَغْفِرَتِهِ وَ سَحَائِبُ رِضْوَانِهِ وَ مَصَابِيحُ جِنَانِهِ وَ حَمَلَةُ فُرْقَانِهِ وَ خَزَنَةُ عِلْمِهِ وَ حَفَظَةُ سِرِّهِ وَ مَهْبِطُ وَحْيِهِ وَ عِنْدَكُمْ أَمَانَاتُ النُّبُوَّةِ وَ وَدَائِعُ الرِّسَالَةِ أَنْتُمْ أُمَنَاءُ اللَّهِ وَ أَحِبَّاؤُهُ وَ عِبَادُهُ وَ أَصْفِيَاؤُهُ وَ أَنْصَارُ تَوْحِيدِهِ وَ أَرْكَانُ تَمْجِيدِهِ وَ دُعَاتُهُ إِلَى كُتُبِهِ وَ حَرَسَةُ خَلائِقِهِ وَ حَفَظَةُ وَدَائِعِهِ لا يَسْبِقُكُمْ ثَنَاءُ الْمَلائِكَةِ فِي الْإِخْلاصِ وَ الْخُشُوعِ وَ لا يُضَادُّكُمْ ذُو ابْتِهَالٍ وَ خُضُوعٍ أَنَّى وَ لَكُمُ الْقُلُوبُ الَّتِي تَوَلَّى اللَّهُ رِيَاضَتَهَا بِالْخَوْفِ وَ الرَّجَاءِ وَ جَعَلَهَا أَوْعِيَةً لِلشُّكْرِ وَ الثَّنَاءِ وَ آمَنَهَا مِنْ عَوَارِضِ الْغَفْلَةِ وَ صَفَّاهَا مِنْ سُوءِ [شَوَاغِلِ] الْفَتْرَةِ بَلْ يَتَقَرَّبُ أَهْلُ السَّمَاءِ بِحُبِّكُمْ وَ بِالْبَرَاءَةِ مِنْ أَعْدَائِكُمْ وَ تَوَاتُرِ الْبُكَاءِ عَلَى مُصَابِكُمْ وَ الاسْتِغْفَارِ لِشِيعَتِكُمْ وَ مُحِبِّيكُمْ فَأَنَا أُشْهِدُ اللَّهَ خَالِقِي وَ أُشْهِدُ مَلائِكَتَهُ وَ أَنْبِيَاءَهُ وَ أُشْهِدُكُمْ يَا مَوَالِيَّ أَنِّي مُؤْمِنٌ بِوِلايَتِكُمْ [بِوَلايَتِكُمْ] مُعْتَقِدٌ لِإِمَامَتِكُمْ مُقِرٌّ بِخِلافَتِكُمْ عَارِفٌ بِمَنْزِلَتِكُمْ مُوقِنٌ بِعِصْمَتِكُمْ خَاضِعٌ لِوِلايَتِكُمْ [لِوَلايَتِكُمْ] مُتَقَرِّبٌ إِلَى اللَّهِ بِحُبِّكُمْ وَ بِالْبَرَاءَةِ مِنْ أَعْدَائِكُمْ عَالِمٌ بِأَنَّ اللَّهَ قَدْ طَهَّرَكُمْ مِنَ الْفَوَاحِشِ مَا ظَهَرَ مِنْهَا وَ مَا بَطَنَ وَ مِنْ كُلِّ رِيبَةٍ وَ نَجَاسَةٍ وَ دَنِيَّةٍ وَ رَجَاسَةٍ وَ مَنَحَكُمْ رَايَةَ الْحَقِّ الَّتِي مَنْ تَقَدَّمَهَا ضَلَّ وَ مَنْ تَأَخَّرَ عَنْهَا زَلَّ وَ فَرَضَ طَاعَتَكُمْ عَلَى كُلِّ أَسْوَدَ وَ أَبْيَضَ وَ أَشْهَدُ أَنَّكُمْ قَدْ وَفَيْتُمْ بِعَهْدِ اللَّهِ وَ ذِمَّتِهِ وَ بِكُلِّ مَا اشْتَرَطَ [اشْتَرَطَهُ] عَلَيْكُمْ فِي كِتَابِهِ وَ دَعَوْتُمْ إِلَى سَبِيلِهِ وَ أَنْفَذْتُمْ طَاقَتَكُمْ فِي مَرْضَاتِهِ وَ حَمَلْتُمُ الْخَلائِقَ عَلَى مِنْهَاجِ النُّبُوَّةِ وَ مَسَالِكِ الرِّسَالَةِ وَ سِرْتُمْ فِيهِ بِسِيرَةِ الْأَنْبِيَاءِ وَ مَذَاهِبِ الْأَوْصِيَاءِ فَلَمْ يُطَعْ لَكُمْ أَمْرٌ وَ لَمْ تُصْغَ إِلَيْكُمْ أُذُنٌ فَصَلَوَاتُ اللَّهِ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ |
Sonra özünü qəbrə yapışdırıb deyirsən:
Camiə ziyarətnaməsi_4
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Biəbi əntə və ummi ya huccətəllahi ləqəd urzi`tə bisədyil iman, və futimtə binuril islami və ğuzziytə bi bərdil yəqin, və ulbistə hulələl isməti vəstufitə və vurristə ilməl kitab, və luqqintə fəsləl xitabi və uzihə biməkanikə məarifut tənzil, və ğəvamizut tə`vili və sullimət iləykə rayətul həqq, və kulliftə hidayətəl xəlqi və nubizə iləykə əhdul imaməh, və ulzimtə hifzəş şəriəh, və əşhədu ya məvlayə ənnəkə vəfəytə bişəraitil vəsiyyəh, və qəzəytə ma ləziməkə min həddit taəh, və nəhəztə biə`bail imaməh, vəhtəzəytə misalən nubuvvəti fis səbri vəl ictihad, vən nəsihəti lil ibadi və kəzmil ğəyzi vəl əfvi ənin nas, və əzəmtə ələl ədli fil bəriyyəh, vən nəsəfəti fil qəziyyəti və vəkkədtəl hucəcə ələl umməti bid dəlailis sadiqəti vəş şəriətin natiqəh, və dəəvtə iləllahi bil hikmətil baliğəti vəl məv`izətil həsənəh, fəmuni`tə min təqvimiz zəyği və səddis suləm, və islahil fasidi və kəsril muanid, və ihyais sunəni və imatətil bidə, hətta farəqtəd dunya və əntə şəhid, və ləqitə rəsuləllahi səlləllahu ələyhi və alih, və əntə həmidun sələvatullahi ələykə tətəradəfuvə təzid. | Atam-anam sənə fəda olsun, ey Allahın höccəti! Həqiqətən, iman mənbəyindən süd içdin, İslam nuru ilə yoğuruldun, yəqin qidası ilə qidalandın, ismət libası geyindin, seçildin, kitab elminə varis oldun, haqq ilə batilin ayırd edilməsi sənə ilham olundu, elmi məqamınla Quran maarifi və “təvil”in incəliklərini aydınlaşdırdın. Haqq bayrağı sənə təslim edildi, məxluqatın hidayət olunması sənə tapşırıldı, (ilahi) imamət və xilafət məqamı sənə tapşırıldı və şəriətin qorunması sənə vacib olundu! Şəhadət verirəm ki, ey mənim mövlam, həqiqətən, sən dünyadan köçənə qədər vəsiyyətin şərtlərinə sadiq qaldın, sənə vacib olanı imkanın daxilində yerinə yetirdin, imamət vəzifələrini icra etdin, bəndələrə yol göstərdin, səbir, çalışqanlıq və nəsihətdə Peyğəmbər kimi rəftar etdin (onun rəftarını izlədin), insanların (pis əməlləri) müqabilində qəzəbinə qalib gəldin və güzəştə getdin, insanlar arasında ədaləti bərpa etdin, qəzavət işlərində insafı gözlədin, doğru dəlillər və tutarlı şəriətlə ümmətə höccəti tamamladın (bəhanə yeri qoymadın), (insanları) kamil hikmət və gözəl moizə ilə Allaha doğru dəvət etdin, amma (düşmənlər və zalımlar) əyrilikləri düzəltməyə, boşluqları doldurmağa, fəsadı aradan qaldırmağa, düşmənləri həlak etməyə, sünnələri dirçəltməyə və bidəti məhv etməyə mane oldular! Sən dünyadan şəhid olduğun halda köçdün və mütləq Allahın Rəsulu ilə (Allahın salamı olsun ona və Əhli-beytinə) görüşəcəksən! Sən Allahın bəyənilmiş bəndəsi idin! Allahın daimi və çoxlu salamı olsun sənə! | بِأَبِي أَنْتَ وَ أُمِّي يَا حُجَّةَ اللَّهِ لَقَدْ أُرْضِعْتَ بِثَدْيِ الْإِيمَانِ وَ فُطِمْتَ بِنُورِ الْإِسْلامِ وَ غُذِّيتَ بِبَرْدِ الْيَقِينِ وَ أُلْبِسْتَ حُلَلَ الْعِصْمَةِ وَ اصْطُفِيتَ وَ وُرِّثْتَ عِلْمَ الْكِتَابِ وَ لُقِّنْتَ فَصْلَ الْخِطَابِ وَ أُوضِحَ بِمَكَانِكَ مَعَارِفُ التَّنْزِيلِ وَ غَوَامِضُ التَّأْوِيلِ وَ سُلِّمَتْ إِلَيْكَ رَايَةُ الْحَقِّ وَ كُلِّفْتَ هِدَايَةَ الْخَلْقِ وَ نُبِذَ إِلَيْكَ عَهْدُ الْإِمَامَةِ وَ أُلْزِمْتَ حِفْظَ الشَّرِيعَةِ وَ أَشْهَدُ يَا مَوْلايَ أَنَّكَ وَفَيْتَ بِشَرَائِطِ الْوَصِيَّةِ وَ قَضَيْتَ مَا لَزِمَكَ مِنْ حَدِّ الطَّاعَةِ وَ نَهَضْتَ بِأَعْبَاءِ الْإِمَامَةِ وَ احْتَذَيْتَ مِثَالَ النُّبُوَّةِ فِي الصَّبْرِ وَ الاجْتِهَادِ وَ النَّصِيحَةِ لِلْعِبَادِ وَ كَظْمِ الْغَيْظِ وَ الْعَفْوِ عَنِ النَّاسِ وَ عَزَمْتَ عَلَى الْعَدْلِ فِي الْبَرِيَّةِ وَ النَّصَفَةِ فِي الْقَضِيَّةِ وَ وَكَّدْتَ الْحُجَجَ عَلَى الْأُمَّةِ بِالدَّلائِلِ الصَّادِقَةِ وَ الشَّرِيعَةِ النَّاطِقَةِ وَ دَعَوْتَ إِلَى اللَّهِ بِالْحِكْمَةِ الْبَالِغَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ فَمَنَعْتَ مِنْ تَقْوِيمِ الزَّيْغِ وَ سَدِّ الثُّلَمِ وَ إِصْلاحِ الْفَاسِدِ وَ كَسْرِ الْمُعَانِدِ وَ إِحْيَاءِ السُّنَنِ وَ إِمَاتَةِ الْبِدَعِ حَتَّى فَارَقْتَ الدُّنْيَا وَ أَنْتَ شَهِيدٌ وَ لَقِيتَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ أَنْتَ حَمِيدٌ صَلَوَاتُ اللَّهِ عَلَيْكَ تَتَرَادَفُ وَ تَزِيدُ |
Sonra qəbrin ayaq tərəfinə gedib belə deyirsən:
Camiə ziyarətnaməsi_5
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya sadəti ya alə rəsulillah, inni bikum ətəqərrəbu iləllahi cəllə və əla, bil xilafi ələlləzinə ğədəru bikum və nəkəsu bəy`ətəkum, və cəhədu vilayətəkum və ənkəru mənzilətəkum, və xələu ribqətə taətikum və həcəru əsbabə məvəddətikum, və təqərrəbu ila fərainətihim bil bəraəti minkum, vəl i`razi ənkum və mənəukum min iqamətil hudud, vəstisalil cuhudi və şə`bis səd`i və ləmmiş şəəs, və səddil xələli vətəsqifil əvəd, və imzail əhkami və təhzibil islam, və qəm`il asami və ərhəcu ələykum nəq`əl hurubi vəl fitən, və ənhəv ələykum suyufəl əhqadi və hətəku minkumus sutur, vəbtau bixumsikumul xumur, və sərəfu sədəqatil məsakini iləl muzhikinə vəs saxirin, və zalikə bima tərrəqət ləhumul fəsəqətul ğuvat, vəl həsədətul buğatu əhlun nəksi vəl ğədri vəl xilafi vəl məkr, vəl qulubil muntinəti min qəzəriş şirki vəl əcsadil muşhənəti min dərənil kufr, əlləzinə əzəbbu ələn nifaqi və əkəbbu əla əlaiqiş şiqaq, fələmma məzəl Mustəfa səlləllahu ələyhi və alih, ixtətəful ğirrətə vəntəhəzul fursətə vəntəhəkul hurməh, və ğadəruhu əla firaşil vəfat, və əsrəu linəqzil bəy`əh, və muxaləfətil məvasiqil muəkkədəti və xiyanətil əmanətil mə`ruzəti ələl cibalir rasiyəh, və əbət ən təhmiləha və həmələhəl insanuz zəlumul cəhul, zuş şiqaqi vəl izzəti bil asamil muliməh, vəl ənəfəti ənil inqiyadi lihəmidil aqibəh, fəhuşirə siflətul ə`rabi və bəqayəl əhzabi ila darin nubuvvəti vər risaləh, və məhbitil vəhyi vəl məlaikəti və mustəqərri sultanil vilayəh, və mə`dinil vəsiyyəti vəl xilafəti vəl imaməh, hətta nəqəzu əhdəl Mustəfa fi əxihi ələmil huda, vəl mubəyyini təriqən nəcati min turuqir rəda, və cərəhu kəbidə xəyril vəra fi zulmibnətih, vəztihadi həbibətihi vəhtizami əzizətihi bəz`əti ləhmih, və filzəti kəbidihi və xəzəlu bə`ləha və səğğəru qədrəh, vəstəhəllu məhariməhu və qətəu rəhiməh, və ənkəru uxuvvətəhu və həcəru məvəddətəh, və nəqəzu taətəhu və cəhədu vilayətəh, və ətmə`ul (ət`əmul) əbidə fi xilafətih, və qaduhu ila bəy`ətihim muslitətən suyufəha muqziətən (muşriətən) əsinnətəha, və huvə saxitul qəlbi haicul ğəzəb, şədidus səbri kazimul ğəyz, yəd`unəhu ila bəy`ətihimulləti əmmə şumuhəl islam, və zərəət fi qulubi əhlihəl asam, və əqqət (və ənnəfət) Səlmanəha və tərədət Miqdadəha, və nəfət Cundubəha və fətəqət bətnə Əmmariha, və hərrəfətil Qur`anə və bəddələtil əhkam, və ğəyyərətil məqamə və əbahətil xumusə lit tuləqa, və səllətət əvladəl luənai ələl furuci vəd dima, və xəllətətil həlalə bil həram, vəstəxəffət bil imani vəl islam, və hədəmətil Kə`bətə və əğarət əla daril hicrəti yəvməl hərrəh, və əbrəzət bənatil muhacirinə vəl ənsari lin nəkali vəs səvrəti (vəs səv`əh), və əlbəsəthunnə səvbəl ari vəl fəzihəh, və rəxxəsət liəhliş şubhəti fi qətli əhli bəytis səfvəh, və ibadəti nəslihi vəstisali şə`fətih, və səbyi hərəmihi və qətli ənsarih, və kəsri minbərihi və qəlbi məfxərih, və ixfai dinihi və qət`i zikrih, ya məvaliyyə fələv ayənəkumul Mustəfa, və sihamul umməti muğrəqətun fi əkbadikum, və rimahuhum muşrəətun fi nuhurikum, və suyufuha muvləğətun (muləətun) fi dimaikum, yəşfi əbnaul əvahiri ğəliləl fisqi min vərəikum, və ğəyzəl kufri min imanikum və əntum bəynə səriin fil mihrab, qəd fələqəs səyfu hamətəhu və şəhidin fəvqəl cənazəh, qəd şukkət əkfanuhu bis siham (şubbikət bis sihami əkfanuh), və qətilin bil ərai qəd rufiə fəvqəl qənati rə`suh, və mukəbbəlin fis sicni qəd ruzzət bil hədidi ə`zauh, və məsmumin qəd qutti`ət (qutiət) bicurəis səmmi əm`auh, və şəmlukum (şəmələkum) əbadidu tufnihimul əbid, və əbnaul əbid, fəhəlil mihənu ya sadəti illəlləti ləzimətkum, vəl məsaibu illəlləti əmmətkum, vəl fəcaiu illəlləti xəssətkum vəl qəvari, illəlləti tərəqətkum sələvatullahi ələykum və əla ərvahikum və əcsadikum, və rəhmətullahi və bərəkatuh. | Ey mənim sərvərlərim, ey Rəsulullahın Əhli-beyti! Həqiqətən, mən sizin vasitəniz və sizə qarşı hiylə işlədən, sizinlə beyəti pozan, vilayətiniz və yüksək məqamınızı inkar edən, sizə itaət boyunduruğunu boynundan çıxaran, məhəbbətinizə səbəb olan işlərdən uzaqlaşan, sizdən üz çevirib haqsız hökmranlara yaxınlaşan düşmənlərinizdən uzaqlaşmaq və onlardan üz çevirməklə uca və böyük Allaha yaxınlaşıram! Onlar ilahi hüdudları bərpa etmək, Allahı inkar etməyin kökünü qırmaq, dini ayrılıqları və pərişanlıqları aradan qaldırmaq, çatışmazlıq və əyriliklərə son qoymaq, naqislikləri tamamlamaq, ilahi hökmləri icra etmək, İslamı (bidətlərdən) təmizləmək və günahları məhv etməkdə sizə mane oldular, daim sizin əleyhinizə müharibə və fitnələr hazırladılar, sizin üzərinizə qılınc çəkdilər, hörmətinizi saxlamadılar, haqqınız olan xüms pulunu şəraba verdilər, miskinlərə aid olan sədəqəni təlxək və masqaraçılara sərf etdilər. Bu, azğın və fasiq, paxıl, zalım, əhdə vəfasız, hiyləgər, müxalif, qəlbləri şirkin pislik və çirkinlikləri, cisimləri isə küfrün nifaqı ilə dolu olan, nifaq və daşürəklilikdə bir-birini ötən bir qövmün (yardımı) sayəsində idi. Onlar Mustafa (Allahın salamı olsun ona və Əhli-beytinə) dünyadan köçdüyü zaman fürsəti qənimət bilib xilafəti oğurladılar və ona hörmətsizlik etdilər. Peyğəmbər ölüm yatağında olarkən vaxt itirmədən hiyləyə əl atdılar. Beyəti pozmaq, onlarla bağlanan və ona təkid edilən əhdlə müxalifətçilik etmək, dağlara tapşırıldıqda onlara daşınmağı ağır gələn, amma zalım və cahil, nifaq və təfriqə sahibi, itaət və aqibətini düşünmək yerinə, təkəbbür edən və günah etməkdən çəkinməyən insanın onu daşıdığı əmanətə xəyanət etməkdə tələsdilər. Alçaqtəbiətli bədəvi ərəblər və “Əhzab” döyüşündən qalan kafirlər nübüvvət və risalət evinə, vəhy və mələklərin nazil olduğu məkana və vilayət soltanlarının, vəsiyyət, xilafət və imamət xəzinələrinin məskunlaşdığı yerə axışdılar ki, Mustafanın hidayət bayrağı, haqq yolunu batildən fərqləndirən qardaşı ilə bağladığı əhdi pozsunlar! Onlar məxluqatın ən yaxşısının, onun (Peyğəmbərin) ən çox sevdiyi və bədəninin bir parasını (Fatiməni) yaraladılar, ona zülmü rəva gördülər, ədalətsizcəsinə zərbə vurdular, həyat yoldaşını (imam Əlini) yalqız qoydular, məqamını kiçik saydılar, ehtiramını gözləmədilər, onunla rabitəni kəsdilər, onun Peyğəmbərlə qardaşlığını inkar etdilər, ona məhəbbət bəsləməkdən çəkindilər, ona itaətlə bağlı əhdi pozdular, vilayətini inkar etdilər, onun xilafət məqamına göz dikdilər, onu zorla, qılınc və nizələr altında özlərinə beyət etməyə məcbur etdilər və o, onlara qarşı qəzəbli olsa da, səbir etdi və qəzəbini boğdu. Onu özlərinə zorla beyətə dəvət etməyin acı nəticəsi İslam aləmini bürüdü və müsəlmanların qəlblərinə günah (şübhə) toxumu səpdi. Salman və Miqdad isə onlara beyət etmədi, Əmmarın qəm-qüssədən bağrı yarıldı, ümmətin idarə olunmasında Quran təhrif edildi, hökmlər dəyişdirildi, xilafət məqamı səlahiyyətsizlərə həvalə edildi, xüms (Məkkənin fəthi zamanı) azad olunmuş insanlara halal edildi və (Peyğəmbərin dili ilə) onların lənətlənmiş övladları müsəlmanların namus və qanına (canına) hakim oldular, halal harama qarışdı, iman və İslamı zəiflətdi, Kəbə evi viran edildi, “Hərrə” günü hicrət şəhəri sayılan Mədinə şəhəri qarət olundu, “ənsar” və “mühacir”in qızlarının əyninə zalımcasına təhqiramiz libaslar geyindirildi, nifaq və şübhə əhli (zatı bilinməyənlər) Əhli-beyti və nəsli pak olanları qətlə yetirmək, onları əsir tutmaq, onlara yardım edənləri öldürmək, Peyğəmbər minbərini sındırmaq, sevdiklərinin qəlbini qırmaq, dinini aradan aparmaq və adının xatırlanmasına mane olmaq üçün təyin edildi. Ey mənim sərvərlərim, əgər Mustafa (s) ümmətin oxlarının sizin ciyərinizin qanına boyandığını, nizələrinin boğazınıza sancıldığını və qılınclarının qanınıza bulaşdığını, zinadan doğulanların öz nifaqı və küfr qəzəbini sizin təqva və iman sahibi olduğunuz üçün qanınızla suvardığını, qılıncın bəzilərinizin ibadət mehrabında başını yardığını, bəzilərinizin şəhid olduğu halda cənazə və kəfəninə oxların yağdırılaraq dəlik-deşik edildiyini, bəzilərinizin (Kərbəlada) şəhid edildikdən sonra başının nizələrə sancılaraq yuxarı qaldırıldığını, zəncirlərə vurularaq zindanlarda arıqladığını, daxili və içalatının zəhərdən parça-parça olduğunu, düşmənlərin və onların övladlarının azad yaşadığını və hətta alçaq insanların belə onları məhv etməyə çalışdığını görsəydi, (halı necə olardı?) Elə isə, ey mənim sərvərlərim, görəsən, aləmdə sizə üz verən müsibətdən, ümmətin sizi düçar etdiyi faciədən, sizə yetişən acı hadisələrdən daha çətin və dəhşətlisi varmı?! Allahın salamı olsun sizə, sizin ruhlarınız və cəsədlərinizə! Allahın rəhmət və bərəkətləri olsun sizə! | يَا سَادَتِي يَا آلَ رَسُولِ اللَّهِ إِنِّي بِكُمْ أَتَقَرَّبُ إِلَى اللَّهِ جَلَّ وَ عَلا بِالْخِلافِ عَلَى الَّذِينَ غَدَرُوا بِكُمْ وَ نَكَثُوا بَيْعَتَكُمْ وَ جَحَدُوا وِلايَتَكُمْ وَ أَنْكَرُوا مَنْزِلَتَكُمْ وَ خَلَعُوا رِبْقَةَ طَاعَتِكُمْ وَ هَجَرُوا أَسْبَابَ مَوَدَّتِكُمْ وَ تَقَرَّبُوا إِلَى فَرَاعِنَتِهِمْ بِالْبَرَاءَةِ مِنْكُمْ وَ الْإِعْرَاضِ عَنْكُمْ وَ مَنَعُوكُمْ مِنْ إِقَامَةِ الْحُدُودِ وَ اسْتِيصَالِ الْجُحُودِ وَ شَعْبِ الصَّدْعِ وَ لَمِّ الشَّعَثِ وَ سَدِّ الْخَلَلِ وَ تَثْقِيفِ الْأَوَدِ وَ إِمْضَاءِ الْأَحْكَامِ وَ تَهْذِيبِ الْإِسْلامِ وَ قَمْعِ الْآثَامِ وَ أَرْهَجُوا عَلَيْكُمْ نَقْعَ الْحُرُوبِ وَ الْفِتَنِ وَ أَنْحَوْا عَلَيْكُمْ سُيُوفَ الْأَحْقَاد وَ هَتَكُوا مِنْكُمُ السُّتُورَ وَ ابْتَاعُوا بِخُمْسِكُمُ الْخُمُورَ وَ صَرَفُوا صَدَقَاتِ الْمَسَاكِينِ إِلَى الْمُضْحِكِينَ وَ السَّاخِرِينَ وَ ذَلِكَ بِمَا طَرَّقَتْ لَهُمُ الْفَسَقَةُ الْغُوَاةُ وَ الْحَسَدَةُ الْبُغَاةُ أَهْلُ النَّكْثِ وَ الْغَدْرِ وَ الْخِلافِ وَ الْمَكْرِ وَ الْقُلُوبِ الْمُنْتِنَةِ مِنْ قَذَرِ الشِّرْكِ وَ الْأَجْسَادِ الْمُشْحَنَةِ مِنْ دَرَنِ الْكُفْرِ الَّذِينَ أَضَبُّوا عَلَى النِّفَاقِ وَ أَكَبُّوا عَلَى عَلائِقِ الشِّقَاقِ فَلَمَّا مَضَى الْمُصْطَفَى صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ اخْتَطَفُوا الْغِرَّةَ وَ انْتَهَزُوا الْفُرْصَةَ وَ انْتَهَكُوا الْحُرْمَةَ وَ غَادَرُوهُ عَلَى فِرَاشِ الْوَفَاةِ وَ أَسْرَعُوا لِنَقْضِ الْبَيْعَةِ وَ مُخَالَفَةِ الْمَوَاثِيقِ الْمُؤَكَّدَةِ وَ خِيَانَةِ الْأَمَانَةِ الْمَعْرُوضَةِ عَلَى الْجِبَالِ الرَّاسِيَةِ وَ أَبَتْ أَنْ تَحْمِلَهَا وَ حَمَلَهَا الْإِنْسَانُ الظَّلُومُ الْجَهُولُ ذُو الشِّقَاقِ وَ الْعِزَّةِ بِالْآثَامِ الْمُولِمَةِ وَ الْأَنَفَةِ عَنِ الانْقِيَادِ لِحَمِيدِ الْعَاقِبَةِ فَحُشِرَ سِفْلَةُ الْأَعْرَابِ وَ بَقَايَا الْأَحْزَابِ إِلَى دَارِ النُّبُوَّةِ وَ الرِّسَالَةِ وَ مَهْبِطِ الْوَحْيِ وَ الْمَلائِكَةِ وَ مُسْتَقَرِّ سُلْطَانِ الْوِلايَةِ وَ مَعْدِنِ الْوَصِيَّةِ وَ الْخِلافَةِ وَ الْإِمَامَةِ حَتَّى نَقَضُوا عَهْدَ الْمُصْطَفَى فِي أَخِيهِ عَلَمِ الْهُدَى وَ الْمُبَيِّنِ طَرِيقَ النَّجَاةِ مِنْ طُرُقِ الرَّدَى وَ جَرَحُوا كَبِدَ خَيْرِ الْوَرَى فِي ظُلْمِ ابْنَتِهِ وَ اضْطِهَادِ حَبِيبَتِهِ وَ اهْتِضَامِ عَزِيزَتِهِ بَضْعَةِ لَحْمِهِ وَ فِلْذَةِ كَبِدِهِ وَ خَذَلُوا بَعْلَهَا وَ صَغَّرُوا قَدْرَهُ وَ اسْتَحَلُّوا مَحَارِمَهُ وَ قَطَعُوا رَحِمَهُ وَ أَنْكَرُوا أُخُوَّتَهُ وَ هَجَرُوا مَوَدَّتَهُ وَ نَقَضُوا طَاعَتَهُ وَ جَحَدُوا وِلايَتَهُ وَ أَطْمَعُوا [أَطْعَمُوا] الْعَبِيدَ فِي خِلافَتِهِ وَ قَادُوهُ إِلَى بَيْعَتِهِمْ مُصْلِتَةً سُيُوفَهَا مُقْذِعَةً [مُشْرِعَةً] أَسِنَّتَهَا وَ هُوَ سَاخِطُ الْقَلْبِ هَائِجُ الْغَضَبِ شَدِيدُ الصَّبْرِ كَاظِمُ الْغَيْظِ يَدْعُونَهُ إِلَى بَيْعَتِهِمُ الَّتِي عَمَّ شُومُهَا الْإِسْلامَ وَ زَرَعَتْ فِي قُلُوبِ أَهْلِهَا الْآثَامَ وَ عَقَّتْ [وَ عَنَّفَتْ] سَلْمَانَهَا وَ طَرَدَتْ مِقْدَادَهَا وَ نَفَتْ جُنْدُبَهَا وَ فَتَقَتْ بَطْنَ عَمَّارِهَا وَ حَرَّفَتِ الْقُرْآنَ وَ بَدَّلَتِ الْأَحْكَامَ وَ غَيَّرَتِ الْمَقَامَ وَ أَبَاحَتِ الْخُمُسَ لِلطُّلَقَاءِ وَ سَلَّطَتْ أَوْلادَ اللُّعَنَاءِ عَلَى الْفُرُوجِ وَ الدِّمَاءِ وَ خَلَّطَتِ الْحَلالَ بِالْحَرَامِ وَ اسْتَخَفَّتْ بِالْإِيمَانِ وَ الْإِسْلامِ وَ هَدَمَتِ الْكَعْبَةَ وَ أَغَارَتْ عَلَى دَارِ الْهِجْرَةِ يَوْمَ الْحَرَّةِ وَ أَبْرَزَتْ بَنَاتِ الْمُهَاجِرِينَ وَ الْأَنْصَارِ لِلنَّكَالِ وَ السَّوْرَةِ [وَ السَّوْءَةِ] وَ أَلْبَسَتْهُنَّ ثَوْبَ الْعَارِ وَ الْفَضِيحَةِ وَ رَخَّصَتْ لِأَهْلِ الشُّبْهَةِ فِي قَتْلِ أَهْلِ بَيْتِ الصَّفْوَةِ وَ إِبَادَةِ نَسْلِهِ وَ اسْتِيصَالِ شَأْفَتِهِ وَ سَبْيِ حَرَمِهِ وَ قَتْلِ أَنْصَارِهِ وَ كَسْرِ مِنْبَرِهِ وَ قَلْبِ مَفْخَرِهِ وَ إِخْفَاءِ دِينِهِ وَ قَطْعِ ذِكْرِهِ يَا مَوَالِيَّ فَلَوْ عَايَنَكُمُ الْمُصْطَفَى وَ سِهَامُ الْأُمَّةِ مُغْرَقَةٌ فِي أَكْبَادِكُمْ وَ رِمَاحُهُمْ مُشْرَعَةٌ فِي نُحُورِكُمْ وَ سُيُوفُهَا مُولَغَةٌ [مُولَعَةٌ] فِي دِمَائِكُمْ يَشْفِي أَبْنَاءُ الْعَوَاهِرِ غَلِيلَ الْفِسْقِ مِنْ وَرَعِكُمْ وَ غَيْظَ الْكُفْرِ مِنْ إِيمَانِكُمْ وَ أَنْتُمْ بَيْنَ صَرِيعٍ فِي الْمِحْرَابِ قَدْ فَلَقَ السَّيْفُ هَامَتَهُ وَ شَهِيدٍ فَوْقَ الْجَنَازَةِ قَدْ شُكَّتْ أَكْفَانُهُ بِالسِّهَامِ [شُبِّكَتْ بِالسِّهَامِ أَكْفَانُهُ] وَ قَتِيلٍ بِالْعَرَاءِ قَدْ رُفِعَ فَوْقَ الْقَنَاةِ رَأْسُهُ وَ مُكَبَّلٍ فِي السِّجْنِ قَدْ رُضَّتْ بِالْحَدِيدِ أَعْضَاؤُهُ وَ مَسْمُومٍ قَدْ قُطِّعَتْ [ قُطِعَتْ ] بِجُرَعِ السَّمِّ أَمْعَاؤُهُ وَ شَمْلُكُمْ [شَمَلَكُمْ] عَبَادِيدُ تُفْنِيهِمُ الْعَبِيدُ وَ أَبْنَاءُ الْعَبِيدِ فَهَلِ الْمِحَنُ يَا سَادَتِي إِلا الَّتِي لَزِمَتْكُمْ وَ الْمَصَائِبُ إِلا الَّتِي عَمَّتْكُمْ وَ الْفَجَائِعُ إِلا الَّتِي خَصَّتْكُمْ وَ الْقَوَارِعُ إِلا الَّتِي طَرَقَتْكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Qəbri öpüb belə de:
Camiə ziyarətnaməsi_6
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Biəbi əntum və ummi ya aləl Mustəfa, inna la nəmliku illa ən nətufə həvlə məşahidikum, və nuəzziyə fiha ərvahəkum əla hazihil məsaibil əzimətil halləti bifinaikum, vər rəzayəl cə-lilətin naziləti bisahətikumul-ləti əsbətət fi qulubi şiətikumul quruh, və əvrəsət əkbadəhumul curuh, və zərəət fi sudurihimul ğusəs, fənəhnu nuşhidullahə ənna qəd şarəkna əvliyaəkum, və ənsarəkumul mutəqəd-diminə fi iraqəti dimain na-kisinə vəl qasitinə vəl mariqin, və qətələti Əbi Əbdillahi səy-yidi şəbabi əhlil cənnəti ələyhis səlam, yəvmə Kərbəlaə bin niyyati vəl qulubi vət təəssufi əla fəvti tilkəl məvaqif, əlləti həzəru linusrətikum və ələy-kum minnəs səlamu və rəhmə-tullahi və bərəkatuh | Atam-anam sizə fəda olsun, ey Mustafanın Əhli-beyti! Biz sizin türbənizdə qəbirlərinizi təvaf etməkdən və sizə üz gətirən, şiələrinizin qəlbini dağlayan və ciyərlərini yaralayan, onların sinəsində qüssə toxumu səpən bu böyük müsibətlərə görə ruhlarınıza təsəlli verməkdən başqa, əlimizdən bir iş gəlmir! Biz Allahı şahid tuturuq ki, sizinlə əhdi pozanlar, ilahi hədlərə təcavüz edənlər, dindən çıxanlar və Kərbəlada cənnət gənclərinin ağası və şəhidlər sərvərini qətlə yetirənlər müqabilində sizin keçmiş dostlarınız və köməkçilərinizlə niyyət və qəlbimizdə şərikik. Sizə yardım etməklə bağlı belə bir mövqeyi əldən verdiyimiz (o zamanda hazır olmadığımız) üçün təəssüf edirik. Bizim salamımız, Allahın rəhmət və bərəkətləri sizə olsun! | بِأَبِي أَنْتُمْ وَ أُمِّي يَا آلَ الْمُصْطَفَى اِنَّا لا نَمْلِكُ إِلا أَنْ نَطُوفَ حَوْلَ مَشَاهِدِكُمْ وَ نُعَزِّيَ فِيهَا أَرْوَاحَكُمْ عَلَى هَذِهِ الْمَصَائِبِ الْعَظِيمَةِ الْحَالَّةِ بِفِنَائِكُمْ وَ الرَّزَايَا الْجَلِيلَةِ النَّازِلَةِ بِسَاحَتِكُمُ الَّتِي أَثْبَتَتْ فِي قُلُوبِ شِيعَتِكُمُ الْقُرُوحَ وَ أَوْرَثَتْ أَكْبَادَهُمُ الْجُرُوحَ وَ زَرَعَتْ فِي صُدُورِهِمُ الْغُصَصَ فَنَحْنُ نُشْهِدُ اللَّهَ أَنَّا قَدْ شَارَكْنَا أَوْلِيَاءَكُمْ وَ أَنْصَارَكُمُ الْمُتَقَدِّمِينَ فِي إِرَاقَةِ دِمَاءِ النَّاكِثِينَ وَ الْقَاسِطِينَ وَ الْمَارِقِينَ وَ قَتَلَةِ أَبِي عَبْدِ اللَّهِ سَيِّدِ شَبَابِ أَهْلِ الْجَنَّةِ عَلَيْهِ السَّلامُ يَوْمَ كَرْبَلاءَ بِالنِّيَّاتِ وَ الْقُلُوبِ وَ التَّأَسُّفِ عَلَى فَوْتِ تِلْكَ الْمَوَاقِفِ الَّتِي حَضَرُوا لِنُصْرَتِكُمْ وَ عَلَيْكُمْ مِنَّا السَّلامُ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Sonra şərif qəbri özün ilə qiblə arasında qərar verib de:
Camiə ziyarətnaməsi_7
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ya zəl qudrətilləti sədərə ənhəl aləm, mukəvvənən məbruən ələyha məfturən təhtə zillil əzəməh, fənətəqət şəvahidu sun`ikə fih, biənnəkə əntəllahu la ilahə illa ənt, mukəvvinuhu və bariuhu və fatiruhubtədə`təhu la min şəy, və la əla şəy`in və la fi şəy, və la livəhşətin dəxələt ələykə iz la ğəyruk, və la hacətin bədət ləkə fi təkvinih, və la listianətin minkə ələl xəlqu (ma təxluqu) bə`dəh, bəl ənşə`təhu liyəkunə dəlilən ələyk, biənnəkə bayiun minəs sun`i fəla yutiqul munsifu liəqlihi inkarək, vəl məvsumu bisihhətil mə`rifəti cuhudək, əs`əlukə bişərəfil ixlasi fi təvhidik, və hurmətit təəlluqi bikitabik, və əhli bəyti nəbiyyik, ən tusəlliyə əla Adəmə bədii fitrətik, və bikri huccətikə və lisani qudrətik, vəl xəlifəti fi bəsitətik, və əla Muhəmmədinil xalisi min səfvətik, vəl fahisi ən mə`rifətikə vəl ğaisil mə`mun, əla məknuni sərirətik, bima əvləytəhu min ni`mətikə biməunətik, və əla mən bəynəhuma minən nəbiyyinə vəl mukərrəmin, vəl əvsiyai vəs siddiqin, və ən təhəbəni li imami haza. | İlahi, ey qüdrəti ilə aləmləri meydana gətirən və əzəməti sayəsində onların yaradan qüdrət sahibi! Şahidlər və onda (aləmlərdə) yaratdıqların Sənin yeganə Allah olduğun və Səndən başqa heç bir tanrının olmadığın, Sənin onu (aləmlər və ondakıları) heç bir şey olmadan, bir şeyin üzərində durmadan və heç bir şeydə yerləşdirmədən icad etdiyin, yoxdan yaradıb genişləndirdiyin, Özündən başqa heç bir kəsin olmadığından vəhşətə gəlmədiyin, onları yaratmağa və məxluqatın yardımına möhtac olmadığın halda yaratdığın haqda danışırlar. Sən onları Özünün məxluqatdan fərqli olduğunu bildirmək üçün yaratdın. Belə isə insaflı olan heç bir əql sahibi və düzgün mərifət sahibi Səni inkar etməz! Səndən yeganəliyində xalis şərafəti, kitabını sevənlərin ehtiramı və Peyğəmbərinin Əhli-beytinin xatirinə istəyirəm ki, yoxdan yaratdığın, misilsiz höccətin, qüdrətinin dili və geniş yer üzündəki xəlifən Adəmə və seçdiklərinin xalisi, mərifət və elminin kamili (kamil nümunəsi), nemət və yardım olaraq bəxş etdiyin sirlərin və qeybi elmlərinin əmanətdarı olan Məhəmmədə və onların (o iki peyğəmbərin) arasındakı peyğəmbərlər, rəsullar, vəsilər və siddiqlərə (düzdanışanlara) salam yetirəsən və məni (ziyarəti ilə məşğul olduğum) bu imama bağışlayasan! | اللَّهُمَّ يَا ذَا الْقُدْرَةِ الَّتِي صَدَرَ عَنْهَا الْعَالَمُ مُكَوَّنا مَبْرُوءا عَلَيْهَا مَفْطُورا تَحْتَ ظِلِّ الْعَظَمَةِ فَنَطَقَتْ شَوَاهِدُ صُنْعِكَ فِيهِ بِأَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ مُكَوِّنُهُ وَ بَارِئُهُ وَ فَاطِرُهُ ابْتَدَعْتَهُ لا مِنْ شَيْءٍ وَ لا عَلَى شَيْءٍ وَ لا فِي شَيْءٍ وَ لا لِوَحْشَةٍ دَخَلَتْ عَلَيْكَ إِذْ لا غَيْرُكَ وَ لا حَاجَةٍ بَدَتْ لَكَ فِي تَكْوِينِهِ وَ لا لاسْتِعَانَةٍ مِنْكَ عَلَى الْخَلْقِ [مَا تَخْلُقُ] بَعْدَهُ بَلْ أَنْشَأْتَهُ لِيَكُونَ دَلِيلا عَلَيْكَ بِأَنَّكَ بَائِنٌ مِنَ الصُّنْعِ فَلا يُطِيقُ الْمُنْصِفُ لِعَقْلِهِ إِنْكَارَكَ وَ الْمَوْسُومُ بِصِحَّةِ الْمَعْرِفَةِ جُحُودَكَ أَسْأَلُكَ بِشَرَفِ الْإِخْلاصِ فِي تَوْحِيدِكَ وَ حُرْمَةِ التَّعَلُّقِ بِكِتَابِكَ وَ أَهْلِ بَيْتِ نَبِيِّكَ أَنْ تُصَلِّيَ عَلَى آدَمَ بَدِيعِ فِطْرَتِكَ وَ بِكْرِ حُجَّتِكَ وَ لِسَانِ قُدْرَتِكَ وَ الْخَلِيفَةِ فِي بَسِيطَتِكَ وَ عَلَى مُحَمَّدٍ الْخَالِصِ مِنْ صَفْوَتِكَ وَ الْفَاحِصِ عَنْ مَعْرِفَتِكَ وَ الْغَائِصِ الْمَأْمُونِ عَلَى مَكْنُونِ سَرِيرَتِكَ بِمَا أَوْلَيْتَهُ مِنْ نِعْمَتِكَ بِمَعُونَتِكَ وَ عَلَى مَنْ بَيْنَهُمَا مِنَ النَّبِيِّينَ وَ الْمُكَرَّمِينَ وَ الْأَوْصِيَاءِ وَ الصِّدِّيقِينَ وَ أَنْ تَهَبَنِي لِإِمَامِي هَذَا |
Sonra bir tərəfini zərihə yapışdırıb de:
Camiə ziyarətnaməsi_8
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə biməhəlli hazəs səyyidi min taətik, və bimənzilətihi indəkə la tumtini fucaəh, və la təhrimni təvbətən vərzuqnil vərəə ən məharimikə dinən və dunya, vəşğəlni bil axirəti ən tələbil ula, və vəffiqni lima tuhibbu və tərza, və cənnibnittibaəl həva vəl iğtirarə bil əbatili vəl muna, Əllahumməc`əlis sədadə fi qəvli vəs səvabə fi fi`li vəs sidqə vəl vəfaə fi zəmani və və`di, vəl hifzə vəl inasə məqrunəynə biəhdi və və`di, vəl birrə vəl ihsanə min şə`ni və xulqi, vəc`əlis səlamətə li şamilətən vəl afiyətə bi muhitətən multəffəh, və lətifə sun`ikə və əvnikə məsrufən iləyy, və husnə təvfiqikə və yusrikə məvfurən ələyy, və əhyini ya rəbbi səidən və təvəffəni şəhida, və təhhirni lil məvti və ma bə`dəh, Əllahummə vəc`əlis sihhətə vən nurə fi səm`i və bəsəri, vəl cidətə vəl xəyrə fi turuqi, vəl huda vəl bəsirətə fi dini və məzhəbi, vəl mizanə əbədən nəsbə əyni, vəz zikrə vəl məvizətə şiari və disari, vəl fikrətə vəl ibrətə unsi və imadi, və məkkinil yəqinə fi qəlbi, vəc`əlhu əvsəqəl əşyai fi nəfsi, vəğlibhu əla rə`yi və əzəmi, vəc`əlil irşadi fi əməli vət təslimə liəmrikə mihadi və sənədi, vər riza biqəzaikə və qədərik, əqsa əzmi və nihayəti, və əb`ədə həmmi və ğayəti, hətta la əttəqiyə əhədən min xəlqikə bidini, və la ətlubə bihi ğəyrə axirəti və la əstəd`iyə minhu itrai və mədhi, vəc`əl xəyrəl əvaqibi aqibəti, və xəyrəl məsayiri məsiri, və ən`əməl əyşi əyşi, və əfzələl huda haday, və əvfərəl huzuzi həzzi, və əczələl əqsami qismi və nəsibi, və kun li ya Rəbbi min kulli suin vəliyya, və ila kulli xəyrin dəlilən və qaida, və min kulli bağin və həsudin zəhirən və mania, Əllahummə bikə`tidadi və isməti vəsiqəti və təvfiqi və həvli və quvvəti, və ləkə məhyayə və məmati, və fi qəbzətikə sukuni və hərəkəti, və innə biurvətikəl vusqəstimsaki və vusləti, və ələykə fil umuri kullihə`timadi və təvəkkuli, və min əzabi cəhənnəmə və məssi səqərə nəcati və xəlasi, və fi dari əmnikə və kəramətikə məsvayə və munqələbi, və əla əydi sadəti və məvaliyyə alil mustəfa fəvzi və fərəci, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir lil mu`mininə vəl mu`minati vəl musliminə vəl muslimat, vəğfir li və livalidəyyə və ma vələda və əhli bəyti və cirani, və likulli mən qəllədəni yədən minəl mu`mininə vəl mu`minat, İnnəkə zu fəzlin əzim (vəs səlamu ələykə və rəhmətullahi və bərəkatuh). | İlahi, Sənə itaətdə məqam sahibi olan bu qəbir sahibinin xatirinə məni qəfil yaxalayan ölümlə dünyadan aparma, tövbədən məhrum etmə, mənə din və dünyada haram buyurduqlarından çəkinməyi ruzi et, məni dünyanı deyil, axirəti istəməyə məşğul et, sevdiyin və razı olduğun işlərdə müvəffəq et, məni nəfsi istəklərə uymaq, batil işlərlə öyünmək və uzun-uzadı arzulardan kənarlaşdır! İlahi, sözlərimdə mənə sədaqət, əməllərimdə doğruluq, vədə və əhdi-peymanımda sadiqlik əta et, əhd və peymanımı qorumaq (onu unutmamaq), ona diqqət yetirməyi, yaxşılıq və ehsan etməyi rəftar və işlərimə yaxınlaşdır, mənə sağlamlıq əta et, məni afiyətə bürü, lütf və yardımını mənə tərəf yönəlt, yaxşı müvəffəqiyyət və asayişini mənə artır! Ey Rəbbim, məni səadətə yetir, şəhid olaraq dünyadan apar, ölüm zamanı və öldükdən sonra da məni pakla! İlahi, qulaq və gözlərimdə sağlamlıq və aydınlıq, yollarımda ciddiyyət və xeyirxahlıq, din və məzhəbimdə hidayət və bəsirət, mizanı (ədalət və şəriət) göz bəbəyim, zikr və nəsihəti şüarım, düşüncə və ibrət almağı həmdəm və dayağım qərar ver, yəqinliyi qəlbimdə yerləşdir, onu vücudumda ən etibarlı şeyə çevir, düşüncə və iradəmə qalib et, əməldə doğruluğu, əmrlərinə təslim olmağı rahatlıq beşiyim və istinad yerimə, qəza və qədərinə razı olmağı ən üstün iradəm və arzularımın sonu, yüksək təlaş və məqsədimə çevir ki, dinimlə bağlı məxluqatın heç birindən qorxmayım və onların sayəsində axirətdən başqasını – camaatın tərifini – istəməyim! (İlahi!) Aqibətimi ən xeyirli aqibət, yolumu ən xeyirli yol? güzəranımı ən yaxşı güzəran və hidayətimi ən fəzilətli hidayətə çevir. Mənfəət və bəhrəmi hədsiz dərəcədə artır, (rəhmətindən) qismətinin ən çoxunu mənim üçün ayır! Ey Rəbbim, bütün pis işlərdən gözətçim, məni bütün xeyirlərə doğru yönəldən və bələdçim, bütün zalım və paxıllara qarşı maneəm və dayağım ol! İlahi, hazırlıq, qorunmaq və möhkəmliyim (davamiyyətim), müvəffəqiyyət və qüdrətim Səninlədir, həyat və ölümüm Sənin üçün, sükunət və fəaliyyətim Sənin qüdrətinin əhatəsindədir! Həqiqətən, yalnız Sənin möhkəm ipindən yapışmış və ona tutunmuş, bütün işlərimdə, eləcə də, cəhənnəm əzabından nicat tapmaq və “Səqər”in (cəhənnəmin təbəqəsi) atəşindən xilas olmaqda yalnız Sənə təvəkkül etmişəm! Sən əmin-amanlıq və kəramətli evdə (cənnətdə) mənim mənzil və məskənimsən! İşlərimdəki uğur və fəzilət mənim sərvərlərim olan Mustafanın Əhli-beytinin vasitəsi ilədir. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mömin kişi və möminə qadınları, müsəlman kişi və müsəlman qadınları, məni və valideynimi, övladlarımı, qonşularımı, mömin kişi və qadınlardan boynumda haqqı olanların hamısını bağışla! Həqiqətən, Sən böyük fəzilət sahibisən! (Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə!) | اللَّهُمَّ بِمَحَلِّ هَذَا السَّيِّدِ مِنْ طَاعَتِكَ وَ بِمَنْزِلَتِهِ عِنْدَكَ لا تُمِتْنِي فُجَاءَةً وَ لا تَحْرِمْنِي تَوْبَةً وَ ارْزُقْنِي الْوَرَعَ عَنْ مَحَارِمِكَ دِينا وَ دُنْيَا وَ اشْغَلْنِي بِالْآخِرَةِ عَنْ طَلَبِ الْأُولَى وَ وَفِّقْنِي لِمَا تُحِبُّ وَ تَرْضَى وَ جَنِّبْنِي اتِّبَاعَ الْهَوَى وَ الاغْتِرَارَ بِالْأَبَاطِيلِ وَ الْمُنَى اللَّهُمَّ اجْعَلِ السَّدَادَ فِي قَوْلِي وَ الصَّوَابَ فِي فِعْلِي وَ الصِّدْقَ وَ الْوَفَاءَ فِي ضَمَانِي وَ وَعْدِي وَ الْحِفْظَ وَ الْإِينَاسَ مَقْرُونَيْنِ بِعَهْدِي وَ وَعْدِي وَ الْبِرَّ وَ الْإِحْسَانَ مِنْ شَأْنِي وَ خُلُقِي وَ اجْعَلِ السَّلامَةَ لِي شَامِلَةً وَ الْعَافِيَةَ بِي مُحِيطَةً مُلْتَفَّةً وَ لَطِيفَ صُنْعِكَ وَ عَوْنِكَ مَصْرُوفا إِلَيَّ وَ حُسْنَ تَوْفِيقِكَ وَ يُسْرِكَ مَوْفُورا عَلَيَّ وَ أَحْيِنِي يَا رَبِّ سَعِيدا وَ تَوَفَّنِي شَهِيدا وَ طَهِّرْنِي لِلْمَوْتِ وَ مَا بَعْدَهُ اللَّهُمَّ وَ اجْعَلِ الصِّحَّةَ وَ النُّورَ فِي سَمْعِي وَ بَصَرِي وَ الْجِدَةَ وَ الْخَيْرَ فِي طُرُقِي وَ الْهُدَى وَ الْبَصِيرَةَ فِي دِينِي وَ مَذْهَبِي وَ الْمِيزَانَ أَبَدا نَصْبَ عَيْنِي وَ الذِّكْرَ وَ الْمَوْعِظَةَ شِعَارِي وَ دِثَارِي وَ الْفِكْرَةَ وَ الْعِبْرَةَ أُنْسِي وَ عِمَادِي وَ مَكِّنِ الْيَقِينَ فِي قَلْبِي وَ اجْعَلْهُ أَوْثَقَ الْأَشْيَاءِ فِي نَفْسِي وَ اغْلِبْهُ عَلَى رَأْيِي وَ عَزْمِي وَ اجْعَلِ الْإِرْشَادَ فِي عَمَلِي وَ التَّسْلِيمَ لِأَمْرِكَ مِهَادِي وَ سَنَدِي وَ الرِّضَا بِقَضَائِكَ وَ قَدَرِكَ أَقْصَى عَزْمِي وَ نِهَايَتِي وَ أَبْعَدَ هَمِّي وَ غَايَتِي حَتَّى لا أَتَّقِيَ أَحَدا مِنْ خَلْقِكَ بِدِينِي وَ لا أَطْلُبَ بِهِ غَيْرَ آخِرَتِي وَ لا أَسْتَدْعِيَ مِنْهُ إِطْرَائِي وَ مَدْحِي وَ اجْعَلْ خَيْرَ الْعَوَاقِبِ عَاقِبَتِي وَ خَيْرَ الْمَصَايِرِ مَصِيرِي وَ أَنْعَمَ الْعَيْشِ عَيْشِي وَ أَفْضَلَ الْهُدَى هُدَايَ وَ أَوْفَرَ الْحُظُوظِ حَظِّي وَ أَجْزَلَ الْأَقْسَامِ قِسْمِي وَ نَصِيبِي وَ كُنْ لِي يَا رَبِّ مِنْ كُلِّ سُوءٍ وَلِيّا وَ إِلَى كُلِّ خَيْرٍ دَلِيلا وَ قَائِدا وَ مِنْ كُلِّ بَاغٍ وَ حَسُودٍ ظَهِيرا وَ مَانِعا اللَّهُمَّ بِكَ اعْتِدَادِي وَ عِصْمَتِي وَ ثِقَتِي وَ تَوْفِيقِي وَ حَوْلِي وَ قُوَّتِي وَ لَكَ مَحْيَايَ وَ مَمَاتِي وَ فِي قَبْضَتِكَ سُكُونِي وَ حَرَكَتِي وَ اِنَّ بِعُرْوَتِكَ الْوُثْقَى اسْتِمْسَاكِي وَ وُصْلَتِي وَ عَلَيْكَ فِي الْأُمُورِ كُلِّهَا اعْتِمَادِي وَ تَوَكُّلِي وَ مِنْ عَذَابِ جَهَنَّمَ وَ مَسِّ سَقَرَ نَجَاتِي وَ خَلاصِي وَ فِي دَارِ أَمْنِكَ وَ كَرَامَتِكَ مَثْوَايَ وَ مُنْقَلَبِي وَ عَلَى أَيْدِي سَادَتِي وَ مَوَالِيَّ آلِ الْمُصْطَفَى فَوْزِي وَ فَرَجِي اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِلْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ وَ الْمُسْلِمِينَ وَ الْمُسْلِمَاتِ وَ اغْفِرْ لِي وَ لِوَالِدَيَّ وَ مَا وَلَدَا وَ أَهْلِ بَيْتِي وَ جِيرَانِي وَ لِكُلِّ مَنْ قَلَّدَنِي يَدا مِنَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ اِنَّكَ ذُوفَضْلٍ عَظِيمٍ (وَ السَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ) |
