Ziyarətnamə: İmam Əliyyən Nəqinin (ə) və İmam Həsən Əskərinin (ə) ziyarəti və bu ziyarətin fəzilətləri

Print Friendly, PDF & Email

Heç şübhəsiz, bu iki İmamı (ə) ziyarət etməyin fəziləti o biri İmamların ziyarətinin fəzilətindən az deyildir. Necə ki, İmam Sadiq (ə) buyurmuşdur: “Hər kim İmamlardan (ə) hər birini ziyarət edərsə, Rəsulallahı (s) ziyarət etmiş kimidir.”[1]
Yenə də İmam Sadiq (ə) buyurub: “Hər kim itaəti vacib olan İmamı (ə) ziyarət etsə və onun yanında dörd rəkət namaz qılsa, ona bir həcc və bir ümrənin savabı yazılar.”[2]
Əllamə Məclisi öz kitabının “Peyğəmbərin (s) və İmamların (ə) qəbrinin abadlaşdırılması və ziyarəti”[3] bölümündə təxminən on beş hədis nəql etmişdir ki, burada bütün İmamlar (ə) nəzərdə tutulmuşdur. Burada isə 3 hədisi qeyd edirik:
1) Şeyx Tusi nəql edir ki, Əbu Haşim Cəfəri İmam Həsən Əskərinin (ə) belə buyurduğunu nəql edir: “Mənim “Surrun mən rəa”da (Samirra şəhəri) yerləşən qəbrim hər iki dəstə üçün (bəlalardan və ilahi əzabdan) amandır.”[4] (Hədisdə vurğulanan “iki dəstə” oranın əhalisi olan şiə və əhli-sünnədir.) Deməli, o həzrətin qəbrinin bərəkəti hamıya şamildir, necə ki, İmam Musa ibn Cəfərin (ə) qəbrinin bərəkəti bütün Bağdad əhalisinə şamildir və onlar üçün aman yeridir.[5]
2) Şeyx Tusi “Əmali”də səhabələrin birinin belə dediyini nəql edir: Mən İmam Hadiyə (ə) ərz etdim: “Ey ağam, mənə bir dua öyrədin ki, onun vasitəsilə izzətli və cəlalətli Allaha yaxınlaşa bilim.” İmam Hadi (ə) buyurdu: “Mən çox vaxt sənə söyləyəcəyim bu dua ilə Allahla raz-niyaz edirəm. İzzətli və cəlalətli Allahdan istəmişəm ki, mənim hərəmimdə bu duanı oxuyan şəxsi naümid geri qaytarmasın. Dua[6]  budur:

Imam Hadi (ə)-ın ziyarəti_6

TranskripsiyaTərcüməƏrəbcə
Ya uddəti indəl ədəd (udəd), və ya rəcai vəl mu`təməd, və ya kəhfi vəs sənəd, ya vahidu ya əhəd, və ya qul huvəllahu əhəd, əs`əlukəllahummə bihəqqi mən xələqtə min xəlqik, və ləm təc`əl fi xəlqikə misləhum əhəda, salli əla cəmaətihim vəf`əl bi kəza və kəza.Ey zəxirələr müqabilində mənim zəxirəm, ey ümidim və dayağım, ey pənahgahım və gözətçim, ey bir və yeganə və ey “De: O Allah birdir”! İlahi, yaratdıqlarından yaratdığın və heç kimi onlar kimi yaratmadığın şəxslərə xatir Səndən istəyirəm ki, onların hamısına salam göndərəsən və mənim “filan və filan” hacətlərimi yerinə yetirəsən!يَا عُدَّتِي عِنْدَ الْعَدَدِ [الْعُدَدِ] وَ يَا رَجَائِي وَ الْمُعْتَمَدَ وَ يَا كَهْفِي وَ السَّنَدَ يَا وَاحِدُ يَا أَحَدُ وَ يَا قُلْ هُوَ اللَّهُ أَحَدٌ أَسْأَلُكَ اللَّهُمَّ بِحَقِّ مَنْ خَلَقْتَ مِنْ خَلْقِكَ وَ لَمْ تَجْعَلْ فِي خَلْقِكَ مِثْلَهُمْ أَحَدا صَلِّ عَلَى جَمَاعَتِهِمْ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا
“Kəza və kəza” sözlərinin yerinə öz hacətini söylə.
3) “İddətud-da`i” kitabında nəql olunur ki, İmam Hadinin (ə) dövründə bir nəfər böyük bir çətinliklə üzləşmişdi. O, İmam Hadidən (ə) xahiş edir ki, dövrün xəlifəsinin yanında onun üçün vasitəçilik etsin. Çox keçmir ki, həmin şəxsin çətinliyi tamamilə həll olur. O, İmam Hadinin (ə) yanına gəlib deyir: “Siz xəlifənin yanında mənim üçün vasitəçilik etdinizmi?” İmam Hadi (ə) buyurur: “Allah bizə təlim etmişdir ki, mühüm işlərdə yalnız Ona pənah aparaq və Ondan qeyri kimsədən bir şey istəməyək. Qorxdum ki, (əgər xəlifənin yanında sənin üçün vasitəçilik etsəm və) öz adət-ənənəmi dəyişsəm, Allah da Öz lütfünü dəyişər (kəsər). Mən Allahdan istəmişəm ki, mən vəfat etdikdən sonra bu duanı mənim qəbrimin kənarında oxuyan hər bir kəsin duasını qəbul etsin.” Sonra o həzrət yuxarıdakı duanı buyurdu.[7]
İmam Hadi (ə) və İmam Həsən Əskəri (ə) ziyarətləri 2 hissəyə bölünür:
1) Müştərək ziyarətlər
2) Hərəsinə məxsus ziyarətlər

Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 59, səh 147, hədis 1,
Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 579, hədis 1
[2] Şeyx Tusi — Təhzib, c 6, səh 79, hədis 4
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 116-124
[4] Şeyx Tusi — Təhzib, c 6, səh 93, hədis 3,
Əllamə Məclisi — Buharul-ənvar, c 99, səh 59, hədis 1
[5] İbn Əbi Cumhur İhsai — Əvali əl-ləali, c 4, səh 84, hədis 93
[6] Şeyx Tusi — Əmali, səh 280, hədis 76,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 59, hədis 2
[7] İbn Fəhd Hilli — İddətud-da`i, səh 65,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 59, hədis 3 (xülasə olaraq)

Читайте также: