Minacat: 11-ci Minacat — Möhtacların (ehtiyaclı olanların) minacatı

Print Friendly, PDF & Email

4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «möhtacların» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, özlərini başdan-başa Allaha möhtac bilən kimsələrin minacatıdır. Onlar Allahdan nemət diləyir, bu nemətlərin davamlı olmasını rica edirlər. Bütün çətinliklərin, məğlubiyyətlərin və kədərlərin aradan qalxmasını Allahdan diləyirlər:

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhimBağışlayan və mehriban Allahın adı ilə!بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
İlahi kəsri la yəcburuhu illa lutfukə və hənanuk, İlahi, nöqsanlarımı Sənin lütf və məhəbbətindən başqa bir şey bərpa إِلَهِي كَسْرِي لا يَجْبُرُهُ إِلا لُطْفُكَ وَ حَنَانُكَ
və fəqri la yuğnihi illa ətfukə və ihsanuk, və fəqirliyimi Sənin ehsanından başqa bir şey qəni, وَ فَقْرِي لا يُغْنِيهِ إِلا عَطْفُكَ وَ إِحْسَانُكَ
və rəv`əti la yusəkkinuha illa əmanuk, qorxu və vəhşətimə amanından başqa bir şey əmniyyət verə, وَ رَوْعَتِي لا يُسَكِّنُهَا إِلا أَمَانُكَ
və zilləti la yuizzuha illa sultanuk, zəlilliyimi Sənin qüdrətindən başqa bir şey izzətlə əvəz edə bilməz. وَ ذِلَّتِي لا يُعِزُّهَا إِلا سُلْطَانُكَ
və umniyyəti la yubəlliğuniha illa fəzluk, Sənin lütf və kərəmindən başqa bir şey məni arzularıma çatdıra وَ أُمْنِيَّتِي لا يُبَلِّغُنِيهَا إِلا فَضْلُكَ
və xəlləti la yəsudduha illa təvluk, və fəqirliyimin qarşısını nemətlərindən başqası ala bilməz. وَ خَلَّتِي لا يَسُدُّهَا إِلا طَوْلُكَ
və hacəti la yəqziha ğəyruk, Hacətimi Səndən başqası rəva etməz, وَ حَاجَتِي لا يَقْضِيهَا غَيْرُكَ
və kərbi la yufərricuhu siva rəhmətik, kədərimi rəhmətindən başqa bir şey şadlığa çevirməz, وَ كَرْبِي لا يُفَرِّجُهُ سِوَى رَحْمَتِكَ
və zurri la yəkşifuhu ğəyru rə`fətik, çətinliklərimi mehribanlığından başqa bir şey aradan qaldırmaz. وَ ضُرِّي لا يَكْشِفُهُ غَيْرُ رَأْفَتِكَ
və ğulləti la yubərriduha illa vəsluk, Sənə meylimin hərarətini vüsalından başqa bir şey soyuda وَ غُلَّتِي لا يُبَرِّدُهَا إِلا وَصْلُكَ
və ləv`əti la yutfiha illa liqauk, və yandırıcı (məhəbbət) atəşimi görüşündən başqa bir şey söndürə bilməz. وَ لَوْعَتِي لا يُطْفِيهَا إِلا لِقَاؤُكَ
və şəvqi iləykə la yəbulluhu illən nəzəru ila vəchik, Şövqümün alovuna camalına nəzər salmaqdan başqa bir şey su səpə
وَ شَوْقِي إِلَيْكَ لا يَبُلُّهُ إِلا النَّظَرُ إِلَى وَجْهِكَ
və qərari la yəqirru dunə dunuvvi mink, və qəlbim Sənə yaxın olmaqdan başqa bir şeylə aram ola bilməz. وَ قَرَارِي لا يَقِرُّ دُونَ دُنُوِّي مِنْكَ
və ləhfəti la yərudduha illa rəvhuk, Həsrət və kədərimi rəhmət yelindən başqa bir şey aradan qaldıra, وَ لَهْفَتِي لا يَرُدُّهَا إِلا رَوْحُكَ
və suqmi la yəşfihi illa tibbuk, xəstəliyimə diqqət yetirməyindən başqa, heç nə şəfa verə, وَ سُقْمِي لا يَشْفِيهِ إِلا طِبُّكَ
və ğəmmi la yuzilluhu illa qurbuk, yaxınlığından başqa, kimsə qəlbimdəki qüssəni çıxara bilməz. وَ غَمِّي لا يُزِيلُهُ إِلا قُرْبُكَ
və curhi la yubriuhu illa səfhuk, Yaralarıma bağışlamağından başqa bir şey məlhəm ola, وَ جُرْحِي لا يُبْرِئُهُ إِلا صَفْحُكَ
və rəynu qəlbi la yəcluhu illa əfvuk, qəlbimin bərkliyini əfvindən başqa bir şey cilalamaz, وَ رَيْنُ قَلْبِي لا يَجْلُوهُ إِلا عَفْوُكَ
və vəsvasu sədri la yuzihuhu illa əmruk, batil düşüncə və vəsvəsələri əmrindən (yardımından) başqa, heç nə aparmaz, وَ وَسْوَاسُ صَدْرِي لا يُزِيحُهُ إِلا أَمْرُكَ
fəya muntəha əməlil amilin, və ya ğayətə su`lis sailin, ey arzu edənlərin arzusunun sonu, ey tələb edənlərin ən ali istəyi, فَيَا مُنْتَهَى أَمَلِ الْآمِلِينَ وَ يَا غَايَةَ سُؤْلِ السَّائِلِينَ
və ya əqsa təlibətit talibin, və ya ə`la rəğbətir rağibin, ey xahiş edənlərin ən uca xahişi, وَ يَا أَقْصَى طَلِبَةِ الطَّالِبِينَ وَ يَا أَعْلَى رَغْبَةِ الرَّاغِبِينَ
və ya vəliyyəs salihin, ey salehlərin yardımçısı, وَ يَا وَلِيَّ الصَّالِحِينَ
və ya əmanəl xaifin, ey qorxan qəlblərin aman yeri, وَ يَا أَمَانَ الْخَائِفِينَ
və ya mucibə də`vətil muztərrin, ey iztirabda olanların duasını qəbul edən, وَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ
və ya zuxrəl mu`dimin, ey bir şeyə malik olmayanların zəxirəsi (ehtiyatı), وَ يَا ذُخْرَ الْمُعْدِمِينَ
və ya kənzəl baisin, və ya ğiyasəl mustəğisin, ey çarəsizlərin xəzinəsi, ey fəryad edənlərin dadına çatan, وَ يَا كَنْزَ الْبَائِسِينَ وَ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ
və ya qaziyə həvaicil fuqərai vəl məsakin, ey fəqir və miskinlərin ehtiyaclarını ödəyən, وَ يَا قَاضِيَ حَوَائِجِ الْفُقَرَاءِ وَ الْمَسَاكِينِ
və ya əkrəm əkrəmin, və ya ərhəmər rahimin, ey kərimlərin kərimi, ey rəhmlilərin rəhmlisi! وَ يَا أَكْرَمَ الْأَكْرَمِينَ وَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
ləkə təxəzzui və suali, və iləykə təzərrui vəbtihali, Səndən istəyirəm və şikayətim Sənədir. لَكَ تَخَضُّعِي وَ سُؤَالِي وَ إِلَيْكَ تَضَرُّعِي وَ ابْتِهَالِي
əs`əlukə ən tuniləni min rəvhi rizvanik, və tudimə ələyyə niəməmtinanik, Səndən məni asudəlik və razılıq məqamına nail etməyini və nemətlərini kəsmədiyini istəyirəm. أَسْأَلُكَ أَنْ تُنِيلَنِي مِنْ رَوْحِ رِضْوَانِكَ وَ تُدِيمَ عَلَيَّ نِعَمَ امْتِنَانِكَ
və ha ənə bibabi kərəmikə vaqif, və linəfəhati birrikə mutəərriz, Onların sayəsində indi mən Sənin kərəm qapında dayanmış, lütfün halıma şamil olmuş, وَ هَا أَنَا بِبَابِ كَرَمِكَ وَاقِفٌ وَ لِنَفَحَاتِ بِرِّكَ مُتَعَرِّضٌ
və bihəblikəş şədidi mu`təsim, və biurvətikəl vusqa mutəməssik, qırılmaz və möhkəm ipinə sarılmışam. وَ بِحَبْلِكَ الشَّدِيدِ مُعْتَصِمٌ وَ بِعُرْوَتِكَ الْوُثْقَى مُتَمَسِّكٌ
ilahi irhəm əbdəkəz zəlil, zəl lisanil kəlil, vəl əməlil qəlil, İlahi, həyasından dili bağlı, əməli az və zəlil bəndənə rəhm et, إِلَهِي ارْحَمْ عَبْدَكَ الذَّلِيلَ ذَا اللِّسَانِ الْكَلِيلِ وَ الْعَمَلِ الْقَلِيلِ
vəmnun ələyhi bitəvlikəl cəzil, vəknufhu təhtə zillikəz zəlil, böyük nemətlərini əta etməklə ona minnət qoy, məni sabit kölgənin (rəhmətinin) himayəsində yerləşdir, وَ امْنُنْ عَلَيْهِ بِطَوْلِكَ الْجَزِيلِ وَ اكْنُفْهُ تَحْتَ ظِلِّكَ الظَّلِيلِ
ya kərimu ya cəmilu ya ərhəmər rahimin.ey kərim, ey camal sahibi, ey mehribanların ən mehribanı!يَا كَرِيمُ يَا جَمِيلُ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 149

Читайте также: