Minacat: 13-cü Minacat — Zikr edənlərin minacatı

Print Friendly, PDF & Email

4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «zikr edənlərin» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, Allahı zikr edənlərin minacatıdır. Onlar Allahdan istəyirlər ki, Öz zikrini, yadını hər bir yerdə və hər bir halda onların qəlbinə, canına ilham etsin. Onlar bilirlər ki, qəlblər yalnız Allahı yad etməklə, Onun camalını mənəvi gözlə müşahidə etməklə aramlaşır:

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhimBağışlayan və mehriban Allahın adı ilə!بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
İlahi ləv ləl vacibu min qəbuli əmrikə lənəzzəhtukə min zikri iyyakə İlahi, Sənin əmrini qəbul etmək vacib olmasaydı, mütləq Səni öz dilimlə zikr etməkdən pak bilərdim. إِلَهِي لَوْ لا الْوَاجِبُ مِنْ قَبُولِ أَمْرِكَ لَنَزَّهْتُكَ [مِنْ عَنْ‏] ذِكْرِي إِيَّاكَ
əla ənnə zikri ləkə biqədri la biqədrik, Çünki mənim zikrim Sənə məqamına layiq deyil, dərrakə və düşüncəm qədərdir عَلَى أَنَّ ذِكْرِي لَكَ بِقَدْرِي لا بِقَدْرِكَ
və ma əsa ən yəbluğə miqdari hətta uc`ələ məhəllən litəqdisik, və Səni təqdis edəcək (subbuhun-quddus deyəcək) qədər yaxın ola biləcəyimə ümidim yoxdur. وَ مَا عَسَى أَنْ يَبْلُغَ مِقْدَارِي حَتَّى أُجْعَلَ مَحَلّا لِتَقْدِيسِكَ
və min ə`zəmin niəmi ələyna cərəyanu zikrikə əla əlsinətina və iznukə ləna biduaikə və tənzihikə və təsbihik, Dilimizlə Sənin zikrini deməyimiz, Səni pak hesab etməyə icazə verməyin də bizə bəxş etdiyin böyük nemətlərdəndir. وَ مِنْ أَعْظَمِ النِّعَمِ عَلَيْنَا جَرَيَانُ ذِكْرِكَ عَلَى أَلْسِنَتِنَا وَ إِذْنُكَ لَنَا بِدُعَائِكَ وَ تَنْزِيهِكَ وَ تَسْبِيحِكَ
ilahi fəəlhimna zikrəkə fil xəlai vəl məlai vəl ləyli vən nəhar, vəl i`lani vəl israr, İlahi, gizli və aşkar, gecə və gündüz, asudəlik və çətinlik, إِلَهِي فَأَلْهِمْنَا ذِكْرَكَ فِي الْخَلاءِ وَ الْمَلاءِ وَ اللَّيْلِ وَ النَّهَارِ وَ الْإِعْلانِ وَ الْإِسْرَارِ
və fis sərai vəz zərrai və anisna biz zikril xəfiyyi zahir və batində Səni zikr etməyi və gizli zikrlə qəlbimizin Səni yad etməsini bizə ilham et! وَ فِي السَّرَّاءِ وَ الضَّرَّاءِ وَ آنِسْنَا بِالذِّكْرِ الْخَفِيِّ
vəstə`milna bil əməliz zəkiyyi vəs sə`yil mərziyy, Bizi ixlaslı əməl və bəyənilən çalışqanlıqla məşğul et, وَ اسْتَعْمِلْنَا بِالْعَمَلِ الزَّكِيِّ وَ السَّعْيِ الْمَرْضِيِّ
və caziba bil mizanil vəfiyy, kamil mizanla bizə mükafat ver. وَ جَازِنَا بِالْمِيزَانِ الْوَفِيِّ
ilahi bikə hamətil qulubul valihətu və əla mə`rifətikə cumiətil uqulul mutəbayinəh, İlahi, valeh qəlblər yalnız Sənə aşiq və yalnız Sənə mərifətin sayəsində bir-birindən fərqlənən bütün ağıllar (düşüncələr) həmfikir olur! إِلَهِي بِكَ هَامَتِ الْقُلُوبُ الْوَالِهَةُ وَ عَلَى مَعْرِفَتِكَ جُمِعَتِ الْعُقُولُ الْمُتَبَايِنَةُ
fəla tətməinnul qulubu illa bizikrak, və la təskunun nufusu illa ində ru`yak, Qəlblər yalnız Sənin zikrinlə aram olar və nəfslər (ruhlar) yalnız Səni (camalını) müşahidə ilə sakitləşər. فَلا تَطْمَئِنُّ الْقُلُوبُ إِلا بِذِكْرَاكَ وَ لا تَسْكُنُ النُّفُوسُ إِلا عِنْدَ رُؤْيَاكَ
əntəl musəbbəhu fi kulli məkanin vəl mə`budu fi kulli zəman, Hər bir məkanda (göy və yerdə) təsbih və hər bir zamanda ibadət olunan, أَنْتَ الْمُسَبَّحُ فِي كُلِّ مَكَانٍ وَ الْمَعْبُودُ فِي كُلِّ زَمَانٍ
vəl məvcudu fi kulli əvanin vəl məd`uvvu bikulli lisan, vəl muəzzəmu fi kulli cənan, hər zaman aləmin məbudu, həmişə mövcud olan, bütün dillərdə çağırılan, bütün qəlblərdə əzəmətlə yad edilən Sənsən. وَ الْمَوْجُودُ فِي كُلِّ أَوَانٍ وَ الْمَدْعُوُّ بِكُلِّ لِسَانٍ وَ الْمُعَظَّمُ فِي كُلِّ جَنَانٍ
və əstəğfirukə min kulli ləzzətin biğəyri zikrik, Sənin zikrindən başqa şeylərdən aldığım hər bir ləzzətdən, وَ أَسْتَغْفِرُكَ مِنْ كُلِّ لَذَّةٍ بِغَيْرِ ذِكْرِكَ
və min kulli rahətin biğəyri unsik, Səninlə ünsiyyətindən başqa duyduğum hər bir asayişdən, وَ مِنْ كُلِّ رَاحَةٍ بِغَيْرِ أُنْسِكَ
və min kulli sururin biğəyri qurbik, və min kulli şuğlin biğəyri taətik, Sənin dərgahına yaxınlıq və Sənə itaətdən başqa yolla əldə etdiyim sevincdən ötrü Səndən bağışlanmaq diləyirəm. وَ مِنْ كُلِّ سُرُورٍ بِغَيْرِ قُرْبِكَ وَ مِنْ كُلِّ شُغْلٍ بِغَيْرِ طَاعَتِكَ
ilahi əntə qultə və qəvlukəl həqqu ya əyyuhəlləzinə amənuzkurullahə zikrən kəsirən və səbbihuhu bukrətən və əsilən İlahi, müqəddəs kitabında buyurduğun və “Ey iman gətirənlər, Allahı çox-çox yad edin və gecə-gündüz Ona təsbih deyin!” – deyə söylədiyin kəlamın haqdır. إِلَهِي أَنْتَ قُلْتَ وَ قَوْلُكَ الْحَقُّ يَأَيُّهَا الَّذِينَ ءَامَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرا كَثِيرا وَ سَبِّحُوهُ بُكْرَةً وَ أَصِيلا
və qultə və qəvlukəl həqqu fəzkuruni əzkurkum, “Məni yad (zikr) edin ki, Mən də sizi yad edim!” – deyə buyurubsan. وَ قُلْتَ وَ قَوْلُكَ الْحَقُّ فَاذْكُرُونِي أَذْكُرْكُمْ
fəəmərtəna bizikrikə və vəədtəna ələyhi ən təzkurəna, təşrifən ləna və təfximən və i`zama, Çünki Səni yad etmək bizə şərafət və izzət bəxş edir. فَأَمَرْتَنَا بِذِكْرِكَ وَ وَعَدْتَنَا عَلَيْهِ أَنْ تَذْكُرَنَا تَشْرِيفا لَنَا وَ تَفْخِيما وَ إِعْظَاما
və ha nəhnu zakirukə kəma əmərtəna İndi isə biz Sənin əmr etdiyin kimi, Səni yad edirik. وَ هَا نَحْنُ ذَاكِرُوكَ كَمَا أَمَرْتَنَا
fəənciz ləna ma vəədtəna ya zakirəz zakirin, və ya ərhəmər rahimin.Belə isə, bizə vəd etdiyinə vəfa et, ey onu zikr edənləri yad edən, ey mehribanların ən mehribanı!فَأَنْجِزْ لَنَا مَا وَعَدْتَنَا يَا ذَاكِرَ الذَّاكِرِينَ وَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 151

Читайте также: