Minacat: 14-cü Minacat — Günahkarların (pənah aparanların) minacatı
4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «günahkarların (pənah aparanların)» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, saysız-hesabsız bəlalardan Allaha pənah aparanların minacatıdır. Onlar ilahi ipdən yapışmış, Allahın himayəsini diləyirlər:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Əllahummə ya məlazəl laizin, və ya məazəl aizinə və ya munciəl halikin, | İlahi, ey sığınacaq axtaranlara pənah və həlakətə uğrayanlara nicat verən, | اللَّهُمَّ يَا مَلاذَ اللائِذِينَ وَ يَا مَعَاذَ الْعَائِذِينَ وَ يَا مُنْجِيَ الْهَالِكِينَ |
| və ya asiməl baisin, və ya rahiməl məsakin, | ey çarəsizləri qoruyan, miskinlərə rəhm edən, | وَ يَا عَاصِمَ الْبَائِسِينَ وَ يَا رَاحِمَ الْمَسَاكِينِ |
| və ya mucibəl muztərrin, və ya kənzəl muftəqirin, | ey iztirabda olanların duasını qəbul edən, ey fəqirlərin xəzinəsi, | وَ يَا مُجِيبَ الْمُضْطَرِّينَ وَ يَا كَنْزَ الْمُفْتَقِرِينَ |
| və ya cairəl munkəsirin, və ya mə`vəl muntəqiinə və ya nasirəl mustəz`əfin, | ey sınıq qəlblilərin qəlbini birləşdirən, hər şeydən əli üzülənlərə sığınacaq verən, ey zəiflərin köməkçisi, | وَ يَا جَابِرَ الْمُنْكَسِرِينَ [الْبَائِسِ الْمُسْتَكِينِ] وَ يَا مَأْوَى الْمُنْقَطِعِينَ وَ يَا نَاصِرَ الْمُسْتَضْعَفِينَ |
| və ya mucirəl xaifin, və ya muğisəl məkrubin, və ya hisnəl lacinə | ey qorxanlara pənah verən, ey məzlumların fəryadına yetən, ey sığınanların möhkəm hasarı! | وَ يَا مُجِيرَ الْخَائِفِينَ وَ يَا مُغِيثَ الْمَكْرُوبِينَ وَ يَا حِصْنَ اللاجِينَ |
| in ləm əuz biizzətikə fəbimən əuzu, | Sənin izzətinə sığınmasam, kimə sığınaram?! | إِنْ لَمْ أَعُذْ بِعِزَّتِكَ فَبِمَنْ أَعُوذُ |
| və in ləm əluz biqudrətikə fəbimən əluzu, | Sənin qüdrətinə arxalanmasam, kimə arxalanaram?! | وَ إِنْ لَمْ أَلُذْ بِقُدْرَتِكَ فَبِمَنْ أَلُوذُ |
| və qəd əlcəətniz zunubu ilət təşəbbusi biəzyali əfvik, | Həqiqətən, saysız günahlarım məni Sənin əfvinin ətəyindən yapışmağa vadar, | وَ قَدْ أَلْجَأَتْنِي الذُّنُوبُ إِلَى التَّشَبُّثِ بِأَذْيَالِ عَفْوِكَ |
| və əhvəcətnil xətaya iləstiftahi əbvabə səfhik, | xətalarım Sənin güzəşt qapılarını döyməyə ehtiyaclı edib. | وَ أَحْوَجَتْنِي الْخَطَايَا إِلَى اسْتِفْتَاحِ أَبْوَابِ صَفْحِكَ |
| və dəətnil isaətu iləl inaxəti bifinai izzik, | Pis əməllərim böyük dərgahına üz tutmağa səbəb olub. | وَ دَعَتْنِي الْإِسَاءَةُ إِلَى الْاِنَّاخَةِ بِفِنَاءِ عِزِّكَ |
| və həmələtnil məxafətu min niqmətikə ələt təməssuki biurvəti ətfikə | İntiqamından qorxu mehribanlıq qapını döyməyə vadar edib. | وَ حَمَلَتْنِي الْمَخَافَةُ مِنْ نِقْمَتِكَ عَلَى التَّمَسُّكِ بِعُرْوَةِ عَطْفِكَ |
| və ma həqqu məni`təsəmə bihəblik, ən yuxzələ | Sənin ipindən yapışanlar heç vaxt xar edilməyə, | وَ مَا حَقُّ مَنِ اعْتَصَمَ بِحَبْلِكَ أَنْ يُخْذَلَ |
| və la yəliqu bimənistəcarə biizzikə ən yusləmə əv yuhməl, | izzətinə sığınanlar (cəhənnəm oduna) təhvil verilməyə və özbaşına buraxılmağa layiq deyil. | وَ لا يَلِيقُ بِمَنِ اسْتَجَارَ بِعِزِّكَ أَنْ يُسْلَمَ أَوْ يُهْمَلَ |
| ilahi fəla tuxlina min himayətikə və la tu`rina min riayətik, və zudna ən məvaridil hələkəti | İlahi, bizi Öz himayən və rəhmətindən məhrum etmə və bizi həlakətdən qoru! | إِلَهِي فَلا تُخْلِنَا مِنْ حِمَايَتِكَ وَ لا تُعْرِنَا مِنْ رِعَايَتِكَ وَ ذُدْنَا عَنْ مَوَارِدِ الْهَلَكَةِ |
| fəinna biəynikə və fi kənəfik, | Həqiqətən, biz Sənin nəzarət və himayəndəyik. | فَاِنَّا بِعَيْنِكَ وَ فِي كَنَفِكَ |
| və ləkə əs`əlukə biəhli xassətikə min məlaikətikə vəs salihinə min bəriyyətikə ən təc`ələ ələyna vaqiyətən tuncina minəl hələkat, | İlahi, Səndən yaxın mələklərini, məxluqatının xeyirxahlarını bizə həlakətdən nicat vermək, | وَ لَكَ أَسْأَلُكَ بِأَهْلِ خَاصَّتِكَ مِنْ مَلائِكَتِكَ وَ الصَّالِحِينَ مِنْ بَرِيَّتِكَ أَنْ تَجْعَلَ عَلَيْنَا وَاقِيَةً تُنْجِينَا مِنَ الْهَلَكَاتِ |
| və tucənnibuna minəl afat, və tukinnuna min dəvahil musibat, | bəlalardan qorumaq üçün gözətçi təyin etməyini | وَ تُجَنِّبُنَا مِنَ الْآفَاتِ وَ تُكِنُّنَا مِنْ دَوَاهِي الْمُصِيبَاتِ |
| və ən tunzilə ələyna min səkinətik, və ən tuğəşşiə vucuhəna biənvari məhəbbətik, | və qəlbimizi məhəbbətinin nuraniliyi ilə örtülməsi üçün aramlıq nazil etməyini istəyirəm. | وَ أَنْ تُنْزِلَ عَلَيْنَا مِنْ سَكِينَتِكَ وَ أَنْ تُغَشِّيَ وُجُوهَنَا بِأَنْوَارِ مَحَبَّتِكَ |
| və ən tu`viyəna ila şədidi ruknik, və ən təhviyəna fi əknafi ismətikə | Bizə möhkəm sütunun (tövhid və mərifət) vasitəsilə pənah ver, bizi hər tərəfdən Öz ismətinlə əhatə et. | وَ أَنْ تُؤْوِيَنَا إِلَى شَدِيدِ رُكْنِكَ وَ أَنْ تَحْوِيَنَا فِي أَكْنَافِ عِصْمَتِكَ |
| birə`fətikə və rəhmətik, ya ərhəmər rahimin | Sənə and verirəm mərhəmət və mehribanlığını, ey mehribanların ən mehribanı! | بِرَأْفَتِكَ وَ رَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 152
