Minacat: 7-ci Minacat — İtaət edənlərin (Allaha müti olanların) minacatı

Print Friendly, PDF & Email

4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «itaət edənlərin» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, Allahın əmrlərinə müti olanların minacatıdır. Onlar Allahdan istəyirlər ki, şəkk-şübhə pərdələrini onların gözü önündən qaldırsın və onlar tam əminliklə Ona itaətkarlıq göstərsinlər:

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhimBağışlayan və mehriban Allahın adı ilə!بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
Əllahummə əlhimna taətək, və cənnibna mə`siyətək, İlahi, Sənə ibadət və itaəti qəlbimizə ilham et, Sənə üsyankarlığı bizdən uzaqlaşdır, اللَّهُمَّ أَلْهِمْنَا طَاعَتَكَ وَ جَنِّبْنَا مَعْصِيَتَكَ
və yəssir ləna buluğə ma nətəmənna min ibtiğai rizvanik, Sənin razılığın yolunda arzu etdiklərimizə çatmağı bizə asanlaşdır, وَ يَسِّرْ لَنَا بُلُوغَ مَا نَتَمَنَّى مِنِ ابْتِغَاءِ رِضْوَانِكَ
və əhlilna buhbuhətə cinanik, bizə əbədi cənnətində mənzil əta et, وَ أَحْلِلْنَا بُحْبُوحَةَ جِنَانِكَ
vəqşə` ən bəsairina səhabəl irtiyab, vəkşif ən qulubina əğşiyətəl miryəti vəl hicab, bəsirət gözlərimiz və agah qəlbimizdən qara buludlar, şəkk, tərəddüd və zülmət pərdələrini kənarlaşdır, وَ اقْشَعْ عَنْ بَصَائِرِنَا سَحَابَ الارْتِيَابِ وَ اكْشِفْ عَنْ قُلُوبِنَا أَغْشِيَةَ الْمِرْيَةِ وَ الْحِجَابِ
və əzhiqil batilə ən zəmairina, və əsbitil həqqə fi sərairina, batilə meyilliliyi batinimizdən (ağlımızdan) çıxar və vücudumuzda haqq və həqiqəti sabitqədəm et! وَ أَزْهِقِ الْبَاطِلَ عَنْ ضَمَائِرِنَا وَ أَثْبِتِ الْحَقَّ فِي سَرَائِرِنَا
fəinnəş şukukə vəz zununə ləvaqihul fitən, və mukəddirətun lisəfvil mənaihi vəl minən. Çünki çirkin şəkk və gümanlar fitnə toxumu səpir, eyş-işrət bizi nemət və əta etdiklərinə qarşı rəğbətsiz edir. فَاِنَّ الشُّكُوكَ وَ الظُّنُونَ لَوَاقِحُ الْفِتَنِ وَ مُكَدِّرَةٌ لِصَفْوِ الْمَنَائِحِ وَ الْمِنَنِ
Əllahumməhmilna fi sufuni nəcatik, və mətti`na biləzaizi munacatik, İlahi, bizi nicat gəmilərində yerləşdir, münacatının ləzzətindən kam alanlardan et, اللَّهُمَّ احْمِلْنَا فِي سُفُنِ نَجَاتِكَ وَ مَتِّعْنَا بِلَذِيذِ مُنَاجَاتِكَ
və əvridna hiyazə hubbik, və əziqna həlavətə vuddikə və qurbik, məhəbbətinin arxlarına daxil edərək Sənə yaxın və dost olmaq məqamının şirinliyini bizə dadızdır وَ أَوْرِدْنَا حِيَاضَ حُبِّكَ وَ أَذِقْنَا حَلاوَةَ وُدِّكَ وَ قُرْبِكَ
vəc`əl cihadəna fikə və həmməna fi taətik, və Sənin yolunda çalışqanlığı bizə müyəssər et, iradəmizi sənə itaət etməyə sərf etməkdə yardımçı ol, وَ اجْعَلْ جِهَادَنَا فِيكَ وَ هَمَّنَا فِي طَاعَتِكَ
və əxlis niyyatina fi muamələtik, Səninlə ticarətdə xalis niyyət nəsib et! وَ أَخْلِصْ نِيَّاتِنَا فِي مُعَامَلَتِكَ
fəinnə bikə və ləkə və la vəsilətə ləna iləykə illa ənt, Bizim varlığımız və sahib olduqlarımız yalnız Səndəndir. Sənə doğru addımlamaqda Səndən başqa, heç bir vasitəmiz yoxdur. فَاِنَّا بِكَ وَ لَكَ وَ لا وَسِيلَةَ لَنَا إِلَيْكَ إِلا أَنْتَ
ilahic`əlni minəl mustəfəynəl əxyar, və əlhiqni bis salihinəl əbrar, İlahi, məni ən yaxşı, seçilmiş və saleh bəndələrinə qovuşdur. إِلَهِي اجْعَلْنِي مِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ وَ أَلْحِقْنِي بِالصَّالِحِينَ الْأَبْرَارِ
əssabiqinə iləl məkrumat, əl musariinə iləl xeyrat, Çünki onlar ən ali məqama tərəf sürətlə irəliləyən və yaxşılıqda bir-birilə müsabiqəyə girənlər, السَّابِقِينَ إِلَى الْمَكْرُمَاتِ الْمُسَارِعِينَ إِلَى الْخَيْرَاتِ
əl amilinə lil baqiyatis salihat, əs sainə ila rəfiid dərəcat, digər bəyənilən işləri yerinə yetirməkdə (Sənə itaət və mərifətdə) sabitqədəm olan və uca məqamlara çatmaqda çalışanlardır. الْعَامِلِينَ لِلْبَاقِيَاتِ الصَّالِحَاتِ السَّاعِينَ إِلَى رَفِيعِ الدَّرَجَاتِ
innəkə əla kulli şey`in qədir, və bil icabəti cədir, Şübhəsiz, Sən hər bir işə qadir və bəndələrin duasını qəbul etməkdə daha layiqsən. اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ وَ بِالْإِجَابَةِ جَدِيرٌ
birəhmətikə ya ərhəmər rahimin.Sənə and verirəm rəhmətini, bizim dualarımızı qəbul et, ey mehribanların ən mehribanı!بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 147

Читайте также: