Müstəhəb namaz: Həzrət Fatimə Zəhraya (s) istiğasə namazı

Print Friendly, PDF & Email

1) İmam Sadiqdən (ə) rəvayət olunur ki, Allahdan bir hacətin olsa və bu hacət, səni sıxıntıya salsa, 2 rəkət namaz qıl. Namazın salamlarını dedikdən sonra 3 təkbir (Allahu Əkbər) de və Həzrət Fatimə Zəhranın (s.ə) zikrini de. Daha sonra səcdəyə get və 100 dəfə “Ya məvlati, ya Fatimətu, əğisini” (ey Mövlam Fatimə (s.ə), köməyimə çat) sözlərini de. Əvvəlcə üzünün sağ tərəfini, sonra isə sol tərəfini yerə qoy və yenə də 100 dəfə bu sözləri de. Sonra bir daha səcdəyə get və 110 dəfə bu sözləri dedikdən sonra öz hacətini istə. Şübhəsiz ki, Allah Taala sənin bu hacətini rəva edəcəkdir.[1]
2) Şeyx Abbas Qumi deyir Şeyx Həsən ibni Fəzl Təbərsi “Məkarimul-əxlaq” adlı kitabında buyurubdur: “Həzrət Fatimə Zəhranın (s.ə) istiğasə namazı bu qaydadadır: 2 rəkət namaz qılırsan və namazdan sonra səcdəyə gedib, 100 dəfə “Ya Fatimətu” sözünü deyirsən. Əvvəlcə üzünün sağ tərəfini və sonra üzünün sol tərəfini yerə qoyub, yenə də 100 dəfə “Ya Fatimətu” sözünü deyirsən. Daha sonra bir daha səcdəyə gedib, 110 dəfə bu sözü deyirsən. Sonunda bu duanı oxuyursan:

TranskripsiyaTərcüməƏrəbcə
Ya aminən min kulli şəy, və kulli şəy`in minkə xaifun həzir, əs`əlukə biəmnikə min kulli şəy, və xəvfə kulli şəy`in mink, ən tusəlliyə əla Muhəmməd, və ən tu`tiyəni əmanən linəfsi və əhli və mali və vələdi, hətta la əxafu əhədən və la əhzəru min şəy`in əbəda, innəkə əla kulli şəy`in qədirEy hər bir şeyə əmin-amanlıq verən və hər bir şeyin Səndən qorxub çəkindiyi! Səndən hər bir şeyə verdiyin əmin-amanlıq və hər bir şeyin Səndən qorxusu ilə istəyirəm ki, Məhəmmədə salam yetirəsən, heç kimdən və heç bir şeydən qorxmamaq üçün özümə, əhli-əyalıma, malıma və övladlarıma əmin-amanlıq əta edəsən. Doğrudan da, Sən hər bir şeyə qadirsənيَا آمِناً مِنْ كُلِّ شَيْيءٍ، وَ كُلُّ شَيْيءٍ مِنْكَ خَائِفٌ حَذِرٌ، اَسْئَلُكَ بِاَمْنِكَ مِنْ كُلِّ شَيْءٍ، وَ خَوْفِ كُلِّ شَيْءٍ مِنْكَ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ، وَ اَنْ تُعْطِيَني اَمَاناً لِنَفْسي وَ اَهْلي وَ مَالي وَ وَلَدي حَتَّى لا اَخَافَ اَحَداً وَ لا اَحْذَرَ مِنْ شَيْءٍ اَبَدَاً، اِنَّكَ عَلَى كُلِّ شَيْيءٍ قَديرٌ

Yenə də bu kitabda İmam Sadiqdən (ə) belə buyurduğu rəvayət olunur: “Sizlərdən hər biriniz Allah Taalaya istiğasə eləmək istəsəniz, 2 rəkət namaz qılaraq səcdəyə gedib belə desin:
TranskripsiyaTərcüməƏrəbcə
Ya aminən min kulli şəy, və kulli şəy`in minkə xaifun həzir, əs`əlukə biəmnikə min kulli şəy, və xəvfə kulli şəy`in mink, ən tusəlliyə əla Muhəmməd, və ən tu`tiyəni əmanən linəfsi və əhli və mali və vələdi, hətta la əxafu əhədən və la əhzəru min şəy`in əbəda, innəkə əla kulli şəy`in qədir.
Ya Muhəmmədu ya rəsuləl-lah, ya Əliyyun ya səyyidəyil mu`minin vəl mu`minat, kəma əstəğisu iləllahi təala, ya Mu-həmmədu ya Əliyyu əstəğisu bikuma, ya ğəvsahu billahi və bi Muhəmmədin və Əliyyin və Fatimətə...
Bikum ətəvəssəlu iləllahi təala
Ey Məhəmməd, ey Allahın Rəsulu! Ey Əli, ey mömin kişilər və qadınların sərvəri! Sizin vasitənizlə uca Allaha yalvarıb-yaxarıram. Ey Məhəmməd, ey Əli! Sizin vasitənizlə yardım diləyirəm. Ey Allah, ey Məhəmməd, ey Əli və ey Fatimə ... fəryada yet! Mən sizin vasitənizlə uca Allaha təvəssül edirəm!يَا مُحَمَّدُ يَا رَسُولَ اللهِ، يَا عَلِيُّ يَا سَيِّدَيِ الْمُؤْمِنينَ وَالْمُؤْمِنَاتِ، بِكُمَا اَسْتَغيثُ اِلَي اللهِ تَعَالَى، يَا مُحَمَّدُ يَا عَلِيُّ اَسْتَغيثُ بِكُمَا، يَا غَوْثَاهُ، بِاللهِ وَ بِمُحَمَّدٍ وَ عَلِيٍ وَ فَاطِمَة...َ
بِكُمْ اَتَوَسَّلُ اِلَي اللهِ تعالَى

… — əvəzinə axıra qədər bütün imamların adlarını sayırsan

Mənbə:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 91, səh 30,
Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 159 (cüzi fərqlə)

Читайте также: