Dua: Ruzi haqqında olan bəzi dualar

Print Friendly, PDF & Email

Hədislərdə buyurulur ki, evdə oturub ruzinin artması üçün dua edənlərin duası əsla müstəcab olmaz. Onlara deyilər ki, nə üçün ruzi üçün çalışmırsınız.[1] Lakin əgər insan məişəti üçün çalışmaqla yanaşı bu duaları da oxuyarsa və Allahın lütfünü diləyərsə, böyük nəticələr əldə edər. Ruzinin artması üçün 5 dua çatdırırıq:
1) Müaviyə ibn Əmmardan belə nəql olunmuşdur: Mən İmam Sadiqdən (ə)  ruzi barəsində mənə bir dua öyrətməsini istədim. O həzrət, bu duanı mənə öyrətdi və bu qədər ruzimin çoxalmasını görməmişdim[2]:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummərzuqni min fəzlikəl vasiil həlalit təyyib, rizqən vasiən həlalən təyyibən bəlağən lid dunya vəl axirəh, səbbən səbba, həniən məria, min ğəyri kəddin və la mənnin min əhədin min xəlqik, illa səətən min fəzlikəl vasi, İlahi, mənə Öz geniş, halal və pak fəzlindən, yalnız Öz geniş lütf və mərhəmətindən dünya və axirətimə kifayət edən geniş, halal, pak, davamlı, mübarək, ləzzətli, zəhmətsiz və məxluqatından minnətsiz ruzi nəsib et! اللَّهُمَّ ارْزُقْني مِنْ فَضْلِكَ الْوَاسِعِ الْحَلالِ الطَّيِّبِ، رِزْقاً وَاسِعاً حَلالاً طَيِّباً، بَلاغاً لِلدُّنْيَا وَالْآخِرَةِ، صَبّاً صَبّاً هَنيئاً مَريئاً، مِنْ غَيْرِ كَدٍّ وَلا مَنٍّ مِنْ اَحَدٍ مِنْ خَلْقِكَ، اِلاَّ سَعَةً مِنْ فَضْلِكَ الْوَاسِعِ
fəinnəkə qultə və əs`əlullahə min fəzlih, Çünki Sən Özün buyurmusan ki: “Allahın lütf və mərhəmətindən istəyin.” فَاِنَّكَ قُلْتَ وَاسْئَلُوا اللهَ مِـنْ فَضْلِهِ
fəmin fəzlikə əs`əl, Odur ki, mən də Sənin lütf və mərhəmətindən istəyirəm. فَمِنْ فَضْلِكَ اَسْئَلُ
və min ətiyyətikə əs`əlu Sənin hədiyyələrindən istəyirəm. وَ مِنْ عَطِيَّتِكَ اَسْئَلُ
və min yədikəl məl`a əs`əl.Sənin dolu əlindən (sərvətindən) istəyirəm.وَ مِنْ يَدِكَ الْمَلْئَا اَسْئَلُ

2) Zeyd Şəhham İmam Baqirin (ə) belə buyurduğunu nəql etmişdir: “Allahdan ruzi istəmək məqsədilə vacibi namazın səcdəsində deyin[3]:
TranskripsiyaTərcüməƏrəbcə
Ya xəyrəl məs`ulin və ya xəyrəl mutiin, Ey istənilənlərin ən yaxşısı və ey əta edənlərin ən yaxşısı! يَا خَيْرَ الْمَسْئُولينَ، وَ يَا خَيْرَ الْمُعْطينَ
urzuqni vərzuq iyali min fəzlik, finnəkə zul fəzlil əzim.Mənə və əhli-əyalıma Öz lütf və mərhəmətindən ruzi ver ki, həqiqətən, Sən böyük lütf və mərhəmət sahibisən.اُرْزُقْني وَارْزُقْ عِيَالي مِنْ فَضْلِكَ، فَاِنَّكَ ذُوالْفَضْلِ الْعَظيمِ

3) Əbu Bəsir belə deyir: “Öz hacətimi İmam Sadiqə (ə) dedim və o həzrətdən ruzimin çoxalması barəsində mənə bir dua öyrətməsini istədim. O həzrət mənə elə bir dua öyrətdi ki, onu oxuduğum vaxtdan heç vaxt möhtac olmadım. O həzrət mənə buyurdu ki, gecə namazının səcdəsində belə de[4]:
TranskripsiyaTərcüməƏrəbcə
Ya xəyrə məd`uvvin və xəyrə məs`ulin, və ya əvsəə mən ə`ta və ya xəyrə murtəca, Ey çağırılanların ən yaxşısı, ey istənilənlərin ən yaxşısı, ey əta edənlərin ən səxavətlisi və ey ümid verənlərin ən yaxşısı! يَا خَيْرَ مَدْعُوٍّ، وَ يَا خَيْرَ مَسْئُولٍ، وَ يَااَوْسَعَ مَنْ اَعْطَى، وَ يَا خَيْرَ مُرْتَجيً
urzuqni və əvsi ələyyə min rizqik, və səbbib li rizqən min qibəlik, innəkə əla kulli şəy`in qədir.Mənə ruzi ver, Öz ruzinin mənim üçün artır, Öz dərgahından mənim üçün ruzi vasitələri göndər ki, doğrudan da, Sən hər bir şeyə qadirsən.اُرْزُقْني وَ اَوسِعْ عَلَيَّ مِنْ رِزْقِكَ، وَ سَبِّبْ لي رِزْقاً مِنْ قِبَلِكَ، اِنَّكَ عَلَى كُلِّ شَيْيٍ قَديرٌ

Şeyx Abbas Qummi deyir: «Şeyx Tusi özünün «Misbah» kitabında[5] gecə namazının 8-ci rəkətinin axırıncı səcdəsində bu duanı oxumağı qeyd etmişdir».
4) Rəvayət olunmuşdur ki, Həzrət Peyğəmbəri-Əkrəm (s) Allahdan ruzi istəmək məqsədilə bu duanı oxuyurdu[6]:
TranskripsiyaTərcüməƏrəbcə
Ya raziqəl muqillin, və ya rahiməl məsakin, və ya vəliyyəl mu`minin, və ya zəl quvvətil mətin, Ey möhtaclara ruzi verən, ey çarəsizlərə rəhm edən, ey möminlərin sahibi və ey möhkəm qüdrət sahibi! يَا رَازِقَ الْمُقِلّينَ، وَ يَا رَاحِمَ الْمَسَاكينَ، وَ يَا وَلِيَ الْمُؤْمِنينَ، وَ يَا ذَا الْقُوَّةِ الْمَتينَ
salli əla Muhəmmədin və ali Muhəmmədin və əhli bəytih, vərzuqni və afini vəkfini ma əhəmməni.Muhəmməd və onun Əhlibeytinə salam yetir, mənə ruzi və sağlamlıq ver və mühüm işlərimdə mənə yetərli ol.صَلِّ عَلَى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ، وَارْزُقْني وَ عَافِني، وَ اكْفِني مَا اَهَمَّني

5) Əbu Bəsir ruzi əldə etmək məqsədilə bu duanı İmam Sadiqdən (ə) nəql etmişdir ki, o həzrət belə buyurmuşdur: Bu dua İmam Əli ibn Hüseynin (ə) duasıdır ki, onu oxumaqla Allahı çağırırmış[7]:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əs`əlukə husnəl məişəti məişətən ətəqəvva biha əla cəmii həvaici, İlahi! Səndən yaxşı məişət istəyirəm; elə bir məişət ki, bütün hacətlərimə çatmaq üçün mənə güc versin. اللَّهُمَّ اِنّي اَسْئَلُكَ حُسْنَ الْمَعيشَةِ، مَعيشَةً اَتَقَوَّى بِهَا عَلَى جَميعِ حَوَائِجي
və ətəvəssəlu biha fil həyati ila axirəti, min ğəyri ən tutrifəni fiha fəətğa, əv tuqəttirə biha ələyyə fəəşqa, Xəbərim olmadan, dikbaşlıq etmədən, özümü çətinliyə salmadan və bədbəxtliyə düşmədən dünya həyatımı axirətə çatdırsın. وَ اَتَوَصَّلُ بِهَا فِي الْحَيوةِ اِلَى آخِرَتي، مِنْ غَيْرِ اَنْ تُتْرِفَني فيهَا فَاَطْغَى، اَوْ تُقَتِّرَ بِهَا عَلَيَّ فَاَشْقَى
əvsi` ələyyə min həlali rizqik, və əfzil ələyyə min səybi fəzlik, ni`mətən minkə sabiğətən və ətaən ğəyrə məmnun, summə la təşğəlni ən şukri ni`mətikə biiksarin minha tulhini bəhcətuh, və təftinuni zəhəratu zəhvətih, Halal ruzini mənim üçün genişləndir, davamlı lütf və mərhəmətindən böyük nemət və minnətsiz hədiyyəni mənim üçün artır və nemətini artırdıqdan sonra məni onun şükründən qafil etmə ki, onun sevincinə qapılaraq şükrünü unutdursun və ötəri bəzəkləri məni aldatsın. اَوْسِعْ عَلَيَّ مِنْ حَلالِ رِزْقِكَ، وَ اَفْضِلْ عَلَيَّ مِنْ سَيْبِ فَضْلِكَ، نِعْمَةً مِنْكَ سَابِغَةً، وَ عَطَاءً غَيْرَ مَمْنُونٍ، ثُمَّ لاتَشْغَلْني عَنْ شُكْرِ نِعْمَتِكَ بِاِكْثَارٍ مِنْهَا تُلْهيني بَهْجَتُهُ، وَ تَفْتِنُني زَهَرَاتُ زَهْوَتِهِ
və la biiqlalin ələyyə minha yəqsuru biəməli kədduh, və yəmləu sədri həmməhu Həmçinin onu mənim üçün azaltma ki, zəhmətimi artıracaq və qəm-qüssəsi sinəmi dolduracaq. وَلا بِاِقْلالٍ عَلَيَّ مِنْهَا يَقْصُرُ بِعَمَلي كَدُّهُ، وَ يَمْلاَ صَدْري هَمُّهُ
ə`tini min zalikə ya ilahi ğinyən ən şirari xəlqik, və bəlağən ənalu bihi rizvanək, Ey Rəbbim, məxluqatından ehtiyacsız olacağım və razılığını qazanacağım qədər ondan mənə əta et! اَعْطِني مِنْ ذلِكَ يَا اِلَهي غِنيً عَنْ شِرَارِ خَلْقِكَ وَ بَلاغاً اَنَالُ بِهِ رِضْوَانَكَ
və əuzu bikə ya ilahi min şərrid dunya və şərri ma fiha, İlahi, dünya və onda olanların şərindən Sənə pənah aparıram. وَ اَعُوذُ بِكَ يَا اِلَهي مِنْ شَرِّ الدُّنْيَا وَ شَرِّ مَا فيهَا
və la təc`əl ələyyəd dunya sicnən və la firaqəha ələyyə huzna, Mənim üçün dünyanı zindana, ondan ayrılığı isə qəm-qüssəyə çevirmə. وَ لاتَجْعَلْ عَلَيَّ الدُّنْيَا سِجْناً، وَلافِرَاقَهَا عَلَيَّ حُزْناً
əxricni min fitnətiha mərziyyən ənni məqbulən fiha əməli ila daril həyəvan, və məsakinil əxyar, və əbdilni bid dunyəl faniyəti nəiməd daril baqiyəh, Məndən razı olduğun və əməlimi qəbul etdiyin halda, məni onun fitnələrindən çıxarıb, (əbədi) həyat evinə və xeyirxahların məskənlərinə doğru apar və mənim üçün fani dünyanı əbədi evin nemətləri ilə əvəz et. اَخْرِجْني مِنْ فِتْنَتِهَا مَرْضِيّاً عَنّي مَقْبُولاً فيهَا عَمَلي اِلَى دَارِ الْحَيَوَانِ، وَ مَسَاكِنِ الاَخْيَارِ، وَ اَبْدِلْني بِالدُّنْيَا الْفَانِيَةِ نَعيمَ الدَّارِ الْبَاقِيَةِ
Əllahummə inni əuzu bikə min əzliha və zilzaliha və min sətəvati şəyatiniha və səlatiniha və nəkaliha, və min bəğyi mən bəğa ələyyə fiha, İlahi! Onun sıxıntı və çətinliyindən, şeytan və soltanların hücumlarından, işgəncələrindən və mənə zülm edən hər bir kəsin zülmündən Sənə pənah aparıram. اللَّهُمَّ اِنّي اَعُوذُ بِكَ مِنْ اَزْلِهَا وَ زِلْزَالِهَا، وَ مِنْ سَطَوَاتِ شَيَاطينِهَا، وَ سَلاطينِهَا وَ نَكَالِهَا، وَ مِنْ بَغْيِ مَنْ بَغَى عَلَيَّ فيهَا
Əllahummə mən kadəni fəkidh, və mən əradəni fəəridh, İlahi! Mənə qurğu quranın qurğusunu özünə qaytar və sui-qəsd etmək istəyənin bəd niyyətini özünə qaytar. اللَّهُمَّ مَنْ كَادَني فَكِدْهُ، وَ مَنْ اَرَادَني فَاَرِدْهُ
və fullə ənni həddə mən nəsəbə li həddəh, və ətfi` ənni narə mən şəbbə li vəqudəh, Mənim üçün silahını itiləyənin silahını kütləşdir və od qalayanın odunu söndür. وَ فُلَ عَنّي حَدَّ مَنْ نَصَبَ لي حَدَّهُ وَاَطْفِءْ عَنّي نَارَ مَنْ شَبَ لي وَ قُودَهُ
vəkfini məkrəl məkərəti vəfqə ənni uyunəl kəfərəh, Hiyləgərlərin hiyləsində mənə yetərli ol və kafirlərin gözünü bağla ki, məni görməsin. وَاكْفِني مَكْرَ الْمَكَرَةِ وَ افْقَاْعَنّي عُيُونَ الْكَفَرَةِ
vəkfini həmmə mən ədxələ ələyyə həmməh, vədfə` ənni şərrəl həsədəh, və`simni min zalikə bis səkinəti və əlbisni dir`əkəl həsinəh, vəhyini fi sitrikəl vaqi, və əslih li hali və səddiq qəvli bifiali, və barik li fi əhli və mali.Qəm-qüssəsini ürəyimə atan hər bir kəsin qəm-qüssəsində mənə yetərli ol, paxılların şərini məndən uzaqlaşdır, məni ondan qoruyaraq aramlıq bəxş et, möhkəm zirehinə bürü, qoruyucu libasınla məni yaşat, halımı islah et, sözümlə rəftarımı təsdiqlə, əhli-əyalıma və malıma bərəkət ver.وَاكْفِني مَكْرَ الْمَكَرَةِ وَ افْقَاْعَنّي عُيُونَ الْكَفَرَةِ وَاكْفِني هَمَ مَنْ اَدْخَلَ عَلَيَّ هَمَّهُ، وَادْفَعْ عَنّي شَرَّ الْحَسَدَةِ، وَاعْصِمْني مِنْ ذلِكَ بِالسَّكينَةِ، وَاَلْبِسْني دِرْعَكَ الْحَصينَةَ، وَاَحْيِني في سِتْرِكَ الْوَاقي، وَ اَصْلِحْ لي حَالي، وَ صَدِّقْ قَوْلي بِفِعَالي، وَ بَارِكْ لي في اَهْلي وَ مَالي

Mənbələr:
[1] Şeyx Hürr Amili — Vəsailuş-şiə, c 4, səh 1159, hədis 3
[2] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 550, hədis 1
[3] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 551, hədis 4,
Şeyx Kəf`əmi — Misbah, səh 170
[4] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 551, hədis 5
[5] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 147
[6] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 552, hədis 7
[7] Şeyx Kuleyni -Usuli-kafi, c 2, səh 553, hədis 13

 

Читайте также: