Dua: Qəm-qüssənin, qorxunun və bəlaların aradan getməsi üçün oxunan bəzi dualar toplusu

Print Friendly, PDF & Email

Bu məqalə 12 duadan ibarətdir:
1) İmam Baqirin (ə) belə buyurduğu nəql olunmuşdur: «Sənə qorxu üz gətirdikdə, üzü qibləyə durub, iki rükət namaz qıldıqdan sonra yetmiş dəfə bu duanı oxu və hər dəfə onu oxuduqda, öz hacətini də Allahdan istə:

TranskripsiyaTərcüməƏrəbcə
Ya əbsərən nazirinEy görənlərin ən yaxşı görəniيَا أَبْصَرَ النَّاظِرِينَ
və ya əsmə`əs sami`in ey eşidənlərin ən yaxşı eşidəni,وَ يَااَسْمَعَ السَّامِعينَ
və ya əsrəəl hasibin ey hesab çəkənlərin sürətlisiوَ يَااَسْرَعَ الْحَاسِبينَ
və ya ərhəmər rahimin.və ey mehribanların mehribanı!وَ يَااَرْحَمَ الرَّاحِمينَ

2) Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, o həzrət belə buyurmuşdur: “Hər kəsə qorxu, ya qəm-qüssə, və ya bəla üz gətirdikdə, bu duanı oxusun:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahu rəbbi la uşriku bihi şəy`a, Mənim Rəbbim Allahdır. Mən Ona heç bir şeyi şərik qoşmuram. اَللهُ رَبّي لا اُشْرِكُ، بِهِ شَيْئاً
təvəkkəltu ələl həyyilləzi la yəmut.Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm.تَوَكَّلْتُ عَلَي الْحَيِ الَّذي لايَمُوتُ

3) İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Yusifin (ə) qardaşları onu quyuya atdıqdan sonra, Cəbrail (ə) onun yanına gəlib dedi: “Yusif! Burada nə edirsən?» Həzrət Yusif (ə): “Qardaşlarım məni bu quyuya atıb getdilər” – deyə cavab verdi. Cəbrail (ə) dedi: «Buradan çıxmaq istəyirsənmi?» O həzrət dedi: “Buradan çıxmağım Allahın istək və iradəsinə bağlıdır.” Cəbrail (ə) dedi: “Allah taala buyurur: “Əgər Yusif bu duanı oxusa, onu oradan çıxararam.” Yusif (ə) dedi: «O hansı duadır?» Cəbrail (ə) dedi: «Həmin dua belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əs`əlukə biənnə ləkəl həmd,İlahi, mən Səndən istəyirəm! Həqiqətən, həmd Sənə məxsusdur.اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِاَنَّ لَكَ الْحَمْدَ
lə ilahə illa əntəl mənnan, bədius səmavati vəl ərz, zul cəlali vəl ikram,Səndən başqa heç bir tanrı yoxdur. Sən minnət sahibi, göyləri və yeri yaradan, calal və kəramət sahibisən.لا اِلَهَ اِلاََّ اَنْتَ الْمَنَّانُ، بَديعُ السَّمَاوَاتِ وَالاَرْضِ، ذُوالْجَلالِ وَالاِْكْرَامِ
ən tusalliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təc`ələ li mimma ənə fihi fərəcən və məxrəca.(Səndən istəyirəm ki,) Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən, məni fərəc və genişlikdə qərar verəsən.اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَجْعَلَ لي مِمَّا اَنَا فيهِ فَرَجَاً وَ مَخْرَجَاً

Həzrət Yusif (ə) bu duanı oxuduqdan sonra bir karvan gəlib, onu quyudan çıxartdı. Necə ki, Allah taala onun hadisəsini Qurani-kərimdə qeyd etmişdir.
4) a) İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: “Bir şeydən qorxduğunuz zaman bu duanı oxuyun:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə innəkə la yəkfi minkə əhəd, və əntə təkfi min kulli əhədin min xəlqik, İlahi, heç kim Sənə yetərli deyil, Sən isə yaratdıqlarının hər birinə yetərlisən. اللَّهُمَّ اِنَّكَ لايَكْفي مِنْكَ اَحَدٌ، وَ اَنْتَ تَكْفي مِنْ كُلِاَحَدٍ مِنْخَلْقِكَ
fəkfini *kəza və kəza.Elə isə *filan və filan işlərimdə mənə yetərli ol!فَاكْفِني كَذَا وَكَذَا
*Kəza və kəza yerinə işlərini söyləyirsən.
b) O Həzrət başqa bir hədisdə bu duanın oxumasını göstəriş vermişdir:
TranskripsiyaTərcüməƏrəbcə
Ya kafiyən min kulli şəy`in və la yəkfi minkə şəy`un fis səmavati vəl ərz, Ey hər bir şeyə yetərli olan və göylərdə və yerdə olanların heç birinin Ona yetərli olmadığı! يَاكَافِياً مِنْ كُلِّ شَيْءٍ، وَلايَكْفي مِنْكَ شَيْءٌ فِي السَّمَاوَاتِ وَالاَرْضِ
ikfini ma əhəmməni min əmrid dunya vəl axirəh, və salli əla Muhəmmədin və alih.Mənə dünya və axirətlə bağlı mühüm işlərimdə yetərli ol və Muhəmməd və onun Əhlibeytinə salam yetir!اِكْفِني مَا اَهَمَّني مِنْ اَمْرِ الدُّنْيَا وَالْآخِرَةِ، وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ

c ) Yenə də o həzrət buyurmuşdur: “Hər kəs zalım şahın yanına getmək istəsə, bu duanı oxusun:
TranskripsiyaTərcüməƏrəbcə
Billahi əstəftihu və billahi əstəncih, və bi Muhəmmədin salləllahu ələyhi və alihi ətəvəccəh, Allahın vasitəsilə qələbə və səadət diləyir, Muhəmmədə (Allahın salamı olsun ona və Əhlibeytinə) üz tuturam. بِاللهِ اَسْتَفْتِحُ، وَ بِاللهِ اَسْتَنْجِحُ، وَ بِمُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ اَتَوَجَّهُ
Əllahummə zəllil li suubətəhu və səhhil li huzulətəh, fəinnəkə təmhu ma təşau və tusbitu və indəkə ummul kitab.İlahi, onun (qələbənin) eniş-yoxuşlarını mənə ram et və çətinliyi asanlaşdır ki, həqiqətən, Sən istədiyini məhv edir, istədiyini isə saxlayırsan və kitabın əsası Sənin yanındadır.اللَّهُمَّ ذَلِّلْ لي صُعُوبَتَهُ، وَ سَهِّلْ لي حُزُونَتَهُ، فَاِنَّكَ تَمْحُو مَا تَشَاءُ، وَ تُثْبِتُ وَ عِنْدَكَ اُمُ الْكِتَابِ

d) Həmçinin buyurur:
TranskripsiyaTərcüməƏrəbcə
Həsbiyəllahu lə ilahə illa huvə ələyhi təvəkkəlt, və huvə rəbbul ərşil əzim, Allah mənə yetər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül edirəm. O, böyük ərşin Rəbbidir. حَسْبِيَ اللهُ لا اِلَهَ اِلاََّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ، وَ هُوَ رَبُ الْعَرْشِ الْعَظيمِ
vəmtəniu bihəvlillahi və quvvətih, min həvlihim və quvvətihim, və əmtəniu birəbbil fələqi min şərri ma xələq, Allahın güc və qüdrəti ilə özümü onların güc və qüdrətindən qoruyub-saxlayır və məxluqatın şərindən sübhün Rəbbinə pənah aparıram! وَ اَمْتَنِعُ بِحَوْلِ اللهِ وَ قُوَّتِهِ، مِنْ حَوْلِهِمْ وَ قُوَّتِهِمْ وَ اَمْتَنِعُ بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ
və lə həvlə və lə quvvətə illa billah.Allahdan başqa güc və qüdrət yoxdur.وَ لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ

5) Rəvayət olunmuşdur ki, İmam Baqirin (ə) qarşısına çətin bir iş çıxdıqda, bu duanı oxuyurdu:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmmədin vəğfir li vərhəmni və zəkki əməli, və yəssir munqələbi İlahi! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, məni bağışla, mənə rəhm et, əməlimi pakla və dönüş yerimi asanlaşdır. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَاغْفِرْلي وَارْحَمْني، وَزَكِ عَمَلي، وَ يَسِّرْ مُنْقَلَبي
vəhdi qəlbi, və amin xəvfi və afini fi umri kullih, və səbbit huccəti vəğfir xətayay, və bəyyiz vəchi Qəlbimi doğru yola yönəlt, qorxumu əmin-amanlığa çevir, bütün ömrüm boyu mənə sağlamlıq əta et, dəlil-sübutumu möhkəmlət, günahlarımı bağışla və məni üzüağ et. وَاهْدِ قَلْبي، وَ آمِنْ خَوْفي، وَ عَافِني في عُمْري كُلِّهِ، وَ ثَبِّتْ حُجَّتي، وَ اغْفِرْ خَطَايَايَ، وَ بَيِّضْ وَجْهي
və`simni fi dini, və səhhil mətləbi və vəssi ələyyə fi rizqi, Dinimi qoru, istəyimi asanlaşdır və ruzimi bol et! وَاعْصِمْني في ديني، وَ سَهِّلْ مَطْلَبي، وَ وَسِّعْ عَلَيَّ في رِزْقي
fə inni zəifun və təcavəz ən səyyii ma indi bihusni ma indik, və la təfcə`ni binəfsi və la təfcə li həmima, Çünki mən zəif və acizəm, Sənin dərgahında olan yaxşılıqların xatirinə pisliklərimdən keç, məni və yaxınlarımı müsibətə düçar etmə. فَاِنّي ضَعيفٌ، وَ تَجَاوَزْ عَنْ سَيِّيِ مَا عِنْدي بِحُسْنِ مَا عِنْدَكَ، وَلاتَفْجَعْني بِنَفْسي، وَلاتَفْجَعْ لي حَميماً
vəhəb li ya ilahə ləhzətən min ləhəzatik, təkşifu biha ənni cəmiə ma bihi tələytəni, və təruddu biha ələyyə ma huvə əhsənu adətukə indi, Ey Rəbbim, nəzəri-lütfünü mənə şamil et, onunla bütün çətinliklərimi aradan qaldır və mənim nəzərimdə ən yaxşı olan adətini mənə tərəf çevir. وَهَبْ لي يَا اِلَهي لَحْظَةً مِنْ لَحَظَاتِكَ، تَكْشِفُبِهَا عَنّي جَميعَ مَابِهِ ابْتَلَيْتَني، وَ تَرُدُّبِهَا عَلَيَّ مَا هُوَ اَحْسَنُ عَادَتِكَ عِنْدي
fəqəd zəufət quvvəti və qəllət hiləti, vənqətəə min xəlqikə rəcai, Çünki taqətdən düşmüş, çarəsiz qalmışam və camaatdan ümidimi üzmüşəm. فَقَدْ ضَعُفَتْ قُوَّتي، وَ قَلَّتْ حيلَتي، وَانْقَطَعَ مِنْ خَلْقِكَ رَجَائي
və ləm yəbqə illa rəcauk, və təvəkkuli ələykə və qudrətukə ələyy, Sənə ümid bəsləmək, təvəkkül etmək və qüdrətinə sığınmaqdan başqa bir yolum qalmayıb. وَ لَمْ يَبْقَ اِلاََّ رَجَاؤُكَ، وَ تَوَكُّلي عَلَيْكَ، وَ قُدْرَتُكَ عَلَيَّ
ya rəbbi ən tərhəməni və tuafiyəni, kə qudrətikə ələyyə ən tuəzzibəni və təbtəliyəni, Ey Rəbbim, mənə rəhm etməyin və mənə sağlamlıq verməyin eynilə mənə əzab verməyə və məni müsibətə düçar etməyə qadir olmağın kimidir! يَا رَبِّ اَنْ تَرْحَمَني وَ تُعَافِيَني، كَقُدْرَتِكَ عَلَيَّ اَنْ تُعَذِّبَني وَ تَبْتَلِيَني
ilahi zikru əvaidikə yu`nisuni vər rəcau li in`amikə yuqəvvini, İlahi, nemətlərini xatırlatmaq mənə aramlıq bəxş edir və nemətlərinə ümid etmək məni qüvvətləndirir. اِلَهي ذِكْرُ عَوَايِدِكَ يُؤْنِسُني، وَ الرَّجَاءُ لاِِنْعَامِكَ يُقَوّيني
və ləm əxlu min niəmikə munzu xələqtəni, Məni yaratdığın gündən heç vaxt nemətlərindən uzaq qalmamışam. وَ لَمْ اَخْلُ مِنْ نِعَمِكَ مُنْذُ خَلَقْتَني
fəəntə rəbbi və səyyidi və məfzəi və məlcəi, vəl hafizu li vəz zabbu ənni vər rəhimu bi vəl mutəkəffilu birizqi, Elə isə mənim Rəbbim, sərvərim, pənahım, sığınacaq yerim, gözətçim, məni müdafiə edən, mənə rəhmli olan və ruzimi öhdəsinə götürən Sənsən! فَاَنْتَ رَبّي وَ سَيّدِي، وَ مَفْزَعي وَ مَلْجَاي، وَ الْحَافِظُ لي وَالذَّابُ عَنّي، وَالرَّحيمُ بي وَ الْمُتَكَفِّلُ بِرِزْقي
və fi qəzaikə və qudrətikə kullu ma ənə fih, Mənim sahib olduqlarım Sənin qəza-qədərin sayəsindədir. وَ في قَضَائِكَ وَ قُدْرَتِكَ كُلُّ مَا اَنَا فيهِ
fəlyəkun ya səyyidi və məvlayə fima qəzəytə və qəddərtə və hətəmt, tə`cilu xəlasi mimma ənə fihi cəmiihi vəl afiyətu liEy mənim sərvərim və mövlam, hökm və müqəddər etdiklərinlə yanaşı, məni düçar olduğum bütün çətinliklərdən xilas etmək və mənə afiyət vermək üçün tələs! فَلْيَكُنْ يَا سَيِّدي وَ مَوْلايَ، فيمَا قَضَيْتَ وَ قَدَّرْتَ وَ حَتَمْتَ، تَعْجيلُ خَلاصي مِمَّا اَنَا فيهِ جَميعِهِ، وَالْعَافِيَةُ لي
fəinni la əcidu lidəf`i zalikə əhədən ğəyrək, və la ə`təmidu fihi illa ələyk,Çünki mən onları aradan qaldırmaq üçün Səndən başqasını tapa bilmədim və Səndən başqasına arxalanmadım. فَاِنّي لا اَجِدُ لِدَفْعِ ذلِكَ اَحَداً غَيْرَكَ، وَلا اَعْتَمِدُ فيهِ اِلاََّ عَلَيْكَ
fəkun ya zəl cəlali vəl ikrami ində əhsəni zənni bik, və rəcai ləkə Elə isə ey calal və kəramət sahibi! Mənimlə Sənə qarşı yaxşı gümanda olduğum və Sənə yaxşı ümid bəslədiyim kimi rəftar et. فَكُنْ يَاذَا الْجَلالِ وَالاِْكْرَامِ عِنْدَ اَحْسَنِ ظَنّي بِكَ، وَ رَجَائي لَكَ
vərhəm təzərrua vəstikanəti və zə`fə rukni, vəmnun bizalikə ələyyə və əla kulli dain dəak, ya ərhəmər rahimin, Ah-naləmə, çarəsizliyimə və dayağımın zəifliyinə rəhm et, onu mənə və Səni çağıran hər bir kəsə minnət qoy, ey mehribanların ən mehribanı! وَارْحَمْ تَضَرُّعي وَاسْتِكَانَتي، وَ ضَعْفَ رُكْني، وَ امْنُنْ بِذلِكَ عَلَيَ، وَ عَلَى كُلِّ دَاعٍ دَعَاكَ، يَا اَرْحَمَ الرَّاحِمينَ
və salləllahu əla Muhəmmədin və alih.Allahın salamı olsun Muhəmməd və onun Əhlibeytinə!وَ صَلَّي اللهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ

6) İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Həzrət Əli ibn Hüseyn (ə) buyurmuşdur: “Mən bu duanı oxuduqda, heç vaxt özümdə qorxu hissi keçirmirəm, hətta cinlər və insanlar mənə ziyan yetirmək üçün toplaşsalar da belə:
TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billahi və minəllahi və iləllahi və fi səbilillah, və əla milləti rəsulillahi səlləllahu ələyhi və alih,Allahın adı və Allahın köməyi ilə, Allah tərəfindən, Allaha tərəf, Allah yolunda və Allahın Rəsulunun (Allahın salamı olsun ona və Əhli-beytinə) təriqəti ilə! بِسْمِ اللهِ وَ بِاللهِ وَ مِنَ اللهِ، وَ اِلَي اللهِ وَ في سَبيلِ اللهِ، وَ عَلَى مِلَّةِ رَسُولِ اللهِ، صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ
Əllahummə iləykə əsləmtu nəfsi və iləykə vəccəhtu vəchi, və iləykəl əlcə`tu zəhri, və iləykə fəvvəztu əmri, İlahi, özümü Sənə təslim etdim, Sənin dərgahına üz tutdum, Sənə arxalandım və işimi Sənə həvalə etdim! اللَّهُمَّ اِلَيْكَ اَسْلَمْتُ نَفْسي، وَ اِلَيْكَ وَجَّهْتُ وَجْهي، وَ اِلَيْكَ اَلْجَاْتُ ظَهْري، وَ اِلَيْكَ فَوَّضْتُاَمْري،
Əllahumməh fəzni bihifzil imani min bəyni yədəy, və min xəlfi və ən yəmini və ən şimali, və min fəvqi və min təhti və ma qibəli, vədfə` ənni bihəvlikə və quvvətik, fəinnəhu la həvlə və la quvvətə illa bik.İlahi, məni və mənim imanımı ön və arxa, sağ və sol, yuxarı və aşağı tərəfdən qoru, hər cür zərər və pisliyi Öz güc və qüdrətinlə məndən uzaqlaşdır ki, həqiqətən, Səndən başqa güc və qüdrət yoxdur!اللَّهُمَّ احْفَظْني بِحِفْظِ الاْيمَانِ،مِنْ بَيْنِ يَدَيَ، وَ مِنْ خَلْفي، وَ عَنْ يَميني وَ عَنْ شِمَالي، وَ مِنْ فَوْقي وَ مِنْ تَحْتي وَ مَا قِبَلي، وَادْفَعْ عَنّي بِحَوْلِكَ وَ قُوَّتِكَ،

7) Əhlibeytdən (ə) nəql olunmuşdur ki, şahdan qorxmamaq və onun zərərini uzaqlaşdımaq üçün bu duanı oxuyun:
TranskripsiyaTərcüməƏrəbcə
Ya kainən qəblə kulli şəy`in və ya mukəvvinə kulli şəy`, və ya baqiyən bə`də kulli şəy`, Ey hər bir şeydən öncə olan, ey hər bir şeyi vücuda gətirən və ey hər bir şeydən sonra (diri) qalan! يَا كَائِناً قَبْلَ كُلِّشَيْءٍ، وَ يَا مُكَوِّنَ كُلِّشَيْءٍ، وَ يَا بَاقِياًبَعْدَ كُلِّشَيْءٍ
salli əla Muhəmmədin və ali Muhəmmədin vəf`əl bi *kəza və kəza.Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və mənimlə *belə və belə rəftar et (hacətlərimi rəva et).صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ افْعَلْ بي كَذَا وَ كَذَا
*Kəza və kəza sözlərinin yerinə öz hacətlərinizi deyin.
8) İmam Baqir (ə) buyurmuşdur: “Hacətlərin rəva olması və işlərin öz qaydasına düşməsi üçün bu duanı oxumaq kifayətdir:
Ərəbcəيَا مَنْ يَكْفيمِنْ كُلِّشَيْءٍ، وَلايَكْفي مِنْهُ شَيْيءٌ، اِكْفِني مَا اَهَمَّني
TərcüməEy hər bir şeyə yetərli olan və heç bir şeyin Ona yetərli olmadığı! Mühüm işlərimdə mənə yetərli ol!
TranskripsiyaYa mən yəkfi min kulli şəy`in və la yəkfi minhu şəy`un ikfini ma əhəmməni.

9) İmam Zeynəlabidindən (ə) nəql olunmuşdur ki, o həzrət öz oğluna belə buyurdu: “Ey oğlum! Sizin hər birinizə bir müsibət üz gətirdikdə, dəstəmaz alıb 2, yaxud 4 rəkət namaz qılın və namazdan sonra belə deyin:
TranskripsiyaTərcüməƏrəbcə
Ya məvziə kulli şəkva, və ya samiə kulli nəcva, və ya şahidə kulli məl`a, və ya alimə kulli xəfiyyəh, və dafiə ma yəşau min bəliyyəh, və xəlilə İbrahimə və ya nəciyyə Musa, və ya mustəfiyə Muhəmmədin salləllahu ələyhi və alih, Ey bütün şikayətlərin mərkəzi, ey bütün sirləri eşidən, ey bütün yığıncaqlarda hazır olan, ey bütün gizli işlərdən xəbərdar olan, ey istədiyi bəlanı dəf edən, ey İbrahimin dostu, ey Musanın sirdaşı və ey Muhəmmədi (Allahın salamı olsun ona və Əhli-beytinə) (peyğəmbərliyə) seçən! يَا مَوْضِعَ كُلِّ شَكْوَى، وَ يَا سَامِعَ كُلِّ نَجْوَى، وَ يَا شَاهِدَ كُلِّ مَلْئاَ، وَ يَا عَالِمَ كُلِّ خَفِيَّةٍ وَ يَا دَافِعَ مَا يَشَاءُ مِنْ بَلِيَّةٍ، يَا خَليلَ اِبْرَاهيمَ، وَ يَا نَجِيَ مُوسَى، وَ يَا مُصْطَفِيَ مُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ
əd`ukə duaə məniştəddət faqətuh, və qəllət hilətuhu və zəufət quvvətuh, duaəl ğəribil ğəriqil muztərrilləzi la yəcidu likəşfi ma huvə fihi illa ənt, ya ərhəmər rahimin.Səni möhtac, çarəsiz, gücsüz, qərib, boğulan, sərgərdan və çətinliklərini Səndən başqa heç kimin aradan qaldıra bilmədiyi bir şəxs kimi çağırıram, ey mehribanların ən mehribanı!اَدْعُوكَ دُعَاءَ مَنِ اشْتَدَّتْ فَاقَتُهُ، وَ قَلَّتْ حيلَتُهُ، وَ ضَعُفَتْ قُوَّتُهُ، دُعَاءَ الْغَريبِ، الْغَريقِ الْمُضْطَرِّ الَّذي لايَجِدُ لِكَشْفِ مَا هُوَ فيهِ اِلاََّ اَنْتَ، يَا اَرْحَمَ الرَّاحِمينَ

Doğrudan da hər kəs bu duanı oxusa, mütəal Allah ona üz gətirən bəla və müsibəti aradan qaldırar.
10) İmam Sadiq (ə) belə buyurmuşdur: “Qəm-qüssənin aradan qaldırılması məqsədilə qüsl edib, 2 rəkət namaz qılın və namazdan sonra deyin:
TranskripsiyaTərcüməƏrəbcə
Ya faricəl həmmi və ya kaşifəl ğəmm, ya rəhmanəd dunya vəl axirəti və rəhiməhuma, Ey qəmi dağıdan, ey qüssəni aradan qaldıran, ey dünya və axirətdə bağışlayan və hər iki aləmdə rəhmli olan! يَا فَارِجَ الْهَمِ، وَ يَا كَاشِفَ الْغَمِ، يَا رَحْمَانَ الدُّنْيَا، وَالْآخِرَةِ وَ رَحيمَهُمَا
fərric həmmi vəkşif ğəmmi, Mənim qəmimi aç, qüssəmi aradan qaldır.فَرِّجْ هَمّي، وَاكْشِفْ غَمّي
ya Əllahul vahidul əhədus səmədulləzi ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd,Ey yeganə, bir və ehtiyacsız olan, doğmayan, doğulmayan və tayı-bərabəri olmayan Allah! يَا اَللهُ الْوَاحِدُ الاَحَدُ الصَّمَدُ، الَّذي لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ، وَ لَمْ يَكُنْ لَهُ كُفُواً اَحَدٌ
i`simni və təhhirni vəzhəb bibəliyyəti.Məni (təhlükələrdən) qoru, (günahlardan) pakla və çətinliyimi aradan qaldır.اِعْصِمْني وَ طَهِّرْني، وَ اذْهَبْ بِبَلِيَّتي

Həmçinin yaxşıdır ki, «Ayətəl-kürsi» ayələrini, «Fələq»«Nas» surələri oxunsun.
11) Rəvayət olunmuşdur ki, qəm-qüssənin aradan getməsi üçün səcdədə 100 dəfə bu duanı oxuyun:
TranskripsiyaTərcüməƏrəbcə
Ya həyyu ya qəyyum, ya la ilahə illa ənt, Ey diri, ey əbədi, ey Səndən başqa heç bir tanrı olmayan! يَا حَيُ يَا قَيُّومُ، يَا لا اِلَهَ اِلاََّ اَنْتَ
birəhmətikə əstəğisu Sənin rəhmətinə pənah aparıram.بِرَحْمَتِكَ اَسْتَغيثُ
fəkfini ma əhəmməni, və la təkilni ila nəfsi.Mühüm işlərimdə mənə yetərli ol və məni özbaşına buraxma!فَاكْفِني مَا اَهَمَّني، وَلا تَكِلْني اِلَى نَفْسي

12) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, Səmaəyə buyurdu: “Ey Səmaə! Allahdan bir hacət istədikdə, belə de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və Əliyyin, fəinnə ləhuma indikə şə`nən minəş şə`ni, və qədrən minəl qədr, fəbihəqqi zalikəş şə`n, və bihəqqi zalikəl qədri, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təf`ələ bi *kəza və kəza.İlahi, Sənin dərgahında uca məqam və dərəcələri olan Muhəmməd və Əlinin, onların həmin məqam və dərəcələrinin xatirinə Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə belə rəftar edəsən (hacətlərimi rəva edəsən)!اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ عَلِيٍ، فَاِنَّ لَهُمَا عِنْدَكَ شَاْناً مِنَ الشَّاْنِ، وَ قَدْراً مِنَ الْقَدْرِ، فَبِحَقِّ ذلِكَ الْشَّاْنِ، وَ بِحَقِّ ذلِكَ الْقَدْرِ، اَنْ تُصَلِّيَ عَلََى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَفْعَلْ بي كَذَا وَ كَذَا
*Kəza və kəza sözlərinin yerinə öz hacətlərinizi deyin.
Həqiqətən, Qiyamət günü başlayanda hər bir mürsəl peyğəmbər, mömin şəxs və Allaha ən yaxın olan mələk Muhəmmədə (s) və Əliyə (ə) möhtac olacaqlar.
Şeyx Abbas Qumi deyir: «İbn Əbil Hədid Hz. Əmirəlmöminin Əlidən (ə) nəql etmişdir ki, o həzrət belə buyurmuşdur: “Mən Hz. Peyğəmbərdən (s) istədim ki, İlahi məğfirətə şamil olmağım üçün məni dua etsin.” O həzrət buyurdu: «Dua edərəm.» Sonra ayağa qalxıb namaz qıldı və əllərini göyə qaldırıb dua etdi. O həzrətin duasına qulaq asdıqda, belə dediyini eşitdim:
Ərəbcəاللَّهُمَّ بِحَقِّ عَلِيٍّ عِنْدَكَ اِغْفِرْ لِعَلِيٍّ
Tərcüməİlahi! Əlinin Sənin yanında olan haqqına and verirəm ki, Əlini bağışla!
TranskripsiyaƏllahummə bihəqqi Əliyyin indək, iğfir li Əliyyin.

Mən dedim: «Ya Rəsuləllah! Bu necə duadır!» Buyurdu: «Allahın dərgahında səndən əziz və hörmətli şəxs varmı ki, onun haqqına and verim?»

Читайте также: