Dua: Ölümlə bağlı bəzi dualar və göstərişlər
Bil və agah ol! Hər kəsdə ölümün əsər-əlaməti aşkar olsa, bu haqda fikirləşən ilk şəxs onun özü olmalı, əbədi axirət aləminə səfər etməsini bilməlidir. Beləliklə, ona vacib olan birinci əməl günahkar olmasını etiraf etməli, çirkin olan keçmiş əməllərindən peşman olmalı, ah-nalə çəkərək ağlamalı, kamil tövbə etməli, uca Allahdan günahlarının bağışlamasını diləməlidir. Sonra vəsiyyət edib, Allahın və boynunda haqqı olan şəxslərin borcunu ödəməli və bu işi öləndən sonra başqalarının öhdəsinə qoymamalıdır. Çünki ola bilsin ki, Şeytan həmin şəxsi vəsvəsə edib, ölən şəxsin boynunda qalan haqqını ödəməsin.
O, mal-dövlətinin üçdə bir hissəsini öz qohum-əqrəbalarına və xeyir işlərə vəsiyyət etsin, mömin qardaşlarından, qeybət etdiyi, töhmət vurduğu, əzab-əziyyət verdiyi şəxslərdən halallıq istəsin. Əgər onları tapa bilməsə, digər mömin qardaşlarından onun üçün halallıq istəməsini xahiş etsin. Öz ailə və uşaqlarını Allaha təvəkkül etdikdən sonra əmin bir şəxsə tapşırsın, kiçik yaşlı övladı üçün bir vəli tutsun, sonra özü üçün bir kəfən hazırlasın. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: «Hər kəs öz kəfənini hazırlasa, qafillər sırasında yazılmaz, hər vaxt kəfəninə baxsa, ona savab verilər və ondan sonra artıq qadın, övlad və mal-dövlət haqqında fikirləşməsin. Həmişə Allaha üz tutub, Onu yad etsin, bu dünyanın puç və fani olması, dünya və axirətdə mehriban və bağışlayan Allahdan başqa heç kəsin ona yardım etməməsi haqqında düşünsün, bilsin ki, əgər Allaha təvəkkül etsə, özündən sonra ailə-uşaqlarının işləri sahmana düşər.»
Bunu da bilməlidir ki, əgər özü də ölməyib həyat sürsə, Allahın istək və iradəsi olmadan öz ailə-uşaqlarına nə fayda, nə də zərər yetirə bilər. İnsanları yaradan Allah daha mehriban, daha mərhəmətlidir. İnsan həmişə ümidlə yaşamalı, İlahinin rəhmət və mərhəmətinə, Peyğəmbərin (s) və məsum imamların şəfaətinə ümidvar olmalıdır.
Şeyx Tusi «Misbahil-mütəhəccid» kitabında yazmışdır: İnsanın vəsiyyət etməsi və bu işi təxirə salmaması müstəhəbdir. Belə ki, rəvayətlərdə bəyan olunduğu kimi, insanın gecəni sübh olmamış, xüsusilə xəstə olduğu halda gözəl vəsiyyətnamə yazması, özü ilə Allah və Onun bəndələri arasında olan hüququnu əda etməsi təkidli müstəhəbdir.
Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: «Hər kəsin ölümü yaxınlaşdıqda, yaxşı vəsiyyət etməsə, onun mürüvvət və əqlində naqislik vardır. Peyğəmbərdən (s): «Yaxşı vəsiyyətdən məqsəd nədir?» – deyə soruşduqda, o həzrət buyurdu: «İnsan ölüm ayağında olub, camaat onun ətrafına toplaşdıqda, desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə fatirəs səmavati vəl ərz, aliməl ğəybi vəş şəhadətir rəhmanər rəhim, | Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən, mehriban və bağışlayan Allah! | اللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَالاَرْضِ، عَالِمَ الْغَيْبِ وَ الشَّهَادَةِ، الرَّحْمَانَ الرَّحيمَ، |
| inni ə`hədu iləykə ənni əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, | Mən Səninlə əhd bağlayır və şəhadət verirəm ki, yeganə və şəriksiz Allahdan başqa heç bir tanrı yoxdur. | اِنّي اَعْهَدُ اِلَيْكَ اَنّي اَشْهَدُ اَنْ لاَ الهَ اِلاَّ اللهُ |
| və ənnə Muhəmmədin səlləllahu ələyhi və alihi əbduhu və rəsuluh, | Muhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə) Onun bəndəsi və rəsuludur. | وَحْدَهُ لاشَريكَ لَهُ، وَاَنَّ مُحَمَّداً صَلَي اللهُ عَلَيْهِ وَ آلِهِ عَبْدُهُ وَ رَسُولُهُ |
| və ənnəs saətə atiyətun la rəybə fiha, | Qiyamət gələcək və onda şəkk-şübhə yoxdur. | وَ اَنَّ السَّاعَةَ آتِيَةٌ لارَيْبَ فيهَا |
| və ənnəllahu yəb`əsu mən fil qubur, | Allah qəbirdə olan hər bir kəsi qaldıracaq. | وَ اَنَّ اللهَ يَبْعَثُ مَنْ فِي الْقُبُورِ |
| və ənnəl hisabə həqqun | Hesab haqdır. | وَ اَنَّ الْحِسَابَ حَقٌّ |
| və ənnəl cənnətə həqq, | Cənnət haqdır. | وَ اَنَّ الْجَنَّةَ حَقٌّ |
| və ənnə ma vuidə fiha minən nəimi minəl mə`kəli vəl məşrəbi vən nikahi həqq, | Yeməli və içməlilərdən olan nemətlərlə bağlı verilən vədlər və nikah haqdır. | وَ اَنَّ مَا وُعِدَ فيهَا مِنَ النَّعيمِ مِنَ الْمَـاْكَلِ وَ الْمَشْرَبِ وَ النِّكَاحِ حَقٌّ |
| və ənnən narə həqqun | Cəhənnəm haqdır. | وَ اَنَّ النَّارَ حَقٌّ |
| və ənnəl imanə həqqun | İman haqdır. | وَ اَنَّ الاْيمَانَ حَقٌّ |
| və ənnəd dinə kəma vəsəfə və ənnəl islamə kəma şərə, və ənnəl qəvlə kəma qalə, və ənnəl Qur`anə kəma ənzəl, | Din Onun vəsf etdikləri, İslam Onun verdiyi göstərişlər, söz Onun dediyi sözlər və Quran Onun nazil etdiklərindən ibarətdir. | وَ اَنَّ الدّينَ كَمَا وَصَفَ، وَ اَنَّ الاِْسْلامَ كَمَا شَرَعَ، وَ اَنَّ الْقَوْلَ كَمَا قَالَ، وَ اَنَّ الْقُرآنَ كَمَا اَنْزَلَ |
| və ənnəllahə huvəl həqqul mubin, | Həqiqətən, aşkar haqq Allahdır. | وَ اَنَّ اللهَ هُوَ الْحَقُ الْمُبينُ |
| və ənni ə`hədu iləykə fi darid dunya, ənni rəzəytu bikə rəbba, və bil islami dinən və bi Muhəmmədin səlləllahu ələyhi və alihi nəbiyya, və bi Əliyyin vəliyya, və bil Qur`ani kitaba, | Mən dünya evində Səninlə əhd bağlayır və Sənin Rəbb, İslamın din, Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə) peyğəmbər, Əlinin rəhbər və Quranın (dini) kitab (mənim kitabım) olmağına razıyam. | وَ اَنّي اَعْهَدُ اِلَيْكَ في دَارِ الدُّنْيَا، اَنّي رَضيتُ بِكَ رَبّاً، وَ بِاْلاِسْلامِ ديناً، وَ بِمُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ نَبِيّاً، وَ بِعَلِيٍّ وَلِيّاً، وَ بِالْقُرْآنِ كِتَاباً |
| və ənnə əhlə bəyti nəbiyyikə ələyhi və ələyhimus səlamu əimməti, | Həqiqətən, Sənin Peyğəmbərinin Əhlibeyti (salam olsun ona və onlara) mənim imamımdır. | وَ اَنَّ اَهْل َبَيْتِ نَبِّيِّكَ عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلامُ اَئِمِّتي |
| Əllahummə əntə siqəti ində şiddəti və rəcai ində kurbəti, və uddəti indəl umurilləti tənzilu bi, | İlahi, çətinlikdə sığınacağım, möhnət zamanı ümidim, mənə üz gətirən ağır hadisələrdə ehtiyatım Sənsən! | اللَّهُمَّ اَنْتَ ثِقَتي عِنْدَ شِدَّتي، وَ رَجَائي عِنْدَ كُرْبَتي، وَ عُدَّتي عِنْدَ الاُمُورِ الَّتي تَنْزِلُ بي |
| və əntə vəliyyi fi ni`məti, və ilahi və ilahu abai, | Sən mənim nemətimin sahibi, məbudum və ata-babalarımın Rəbbisən. | وَ اَنْتَ وَلِيّي في نِعْمَتي، وَاِلَهي وَ اِلَهُ آبَائي |
| salli əla Muhəmmədin və alih, | Muhəmməd və onun Əhlibeytinə salam yetir. | صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ |
| və la təkilni ila nəfsi tərfətə əynin əbəda, | Məni bir göz qırpımı belə özbaşına buraxma. | وَ لاتَكِلْني اِلَى نَفْسي طَرْفَةَ عَيْنٍ اَبَداً |
| və anis fi qəbri vəhşəti, vəc`əl li indəkə əhdən yəvmə əlqakə mənşura. | Qəbrimin qorxulu anlarında munisim ol və qiyamətdə Səninlə görüşdüyüm zaman Öz dərgahında mənim üçün əhd-peyman qərar ver! | وَ َانِسْ في قَبْري وَحْشَتي، وَاجْعَلْ لي عِنْدَكَ عَهْدَاً يَوْمَ اَلْقَاكَ مَنْشُوراً |
Ölüm ayağında olan şəxs bu duanı vəsiyyət etdiyi gün deməsi bir əhddir. Vəsiyyət hər bir müsəlmanın haqqıdır. İmam Sadiq (ə) buyurmuşdur: «Allah taala bu həqiqəti «Məryəm» surəsində (Məryəm surəsi, 87-ci ayədə) belə açıqlamışdır:
| Ərəbcə | لايَمْلِكُونَ الشَّفَاعَةَ اِلاََّ مَنِ اتَّخَذَ عِنْدَ الرَّحْمَانِ عَهْداً |
| Transkripsiya | Lə yəmlikunə şəfə`ətə illə mənittəxəzə `indərrəhmani `əhdən |
| Tərcümə | Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə olmazlar. |
Allahdan əhd almış kəslər müstəsna olmaqla, qalanları şəfaət etməyə qadir olmazlar, (yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Allahın izni ilə şəfaət etməyə layiqdirlər).
Bu, dediyimiz həmin əhddən ibarətdir.
Həzrət Peyğəmbər (s) Əmirəlmöminin Əliyə (ə) buyurdu: «Bu duanı həm özün öyrən, həm də öz əhli-beytinə və şiələrinə öyrət.» Həzrət buyurur ki, bu duanı Cəbrail (ə) mənə öyrətmişdir.
Şeyxin yazdığına görə, bu dua aşağıda qeyd edəcəyimiz duanı oxuduqdan sonra yazılıb meyyitin kəfəninə qoyulsun:
| Transkrispsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, | Bağışlayan və mehriban Allahın adı ilə! Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və Onun şəriki yoxdur. | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، اَشْهَدُ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ وَحْدَهُ لاشَريكَ لَهُ |
| və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, səlləllahu ələyhi və alihi | Şəhadət verirəm ki, Muhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə) Onun bəndəsi və rəsuludur. | وَ اَشْهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ، صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ |
| və ənnəl cənnətə həqqun və ənnən narə həqq, | Həqiqətən, cənnət haqdır. Cəhənnəm haqdır. | وَ اَنَّ الْجَنَّةَ حَقٌّ، وَ اَنَّ النَّارَ حَقٌّ |
| və ənnəs saətə həqqun atiyətun la rəybə fiha, və ənnəllahə yəb`əsu mən fil qubur. | Qiyamət gələcək və onda şəkk-şübhə yoxdur. Allah qəbirdə olan hər bir kəsi qaldıracaq. | وَ اَنَّ السَّاعَةِ حَقٌّ، آتِيَةٌ لارَيْبَ فيهَا، وَ اَنَّ اللهَ يَبْعَثُ مَنْ فِي الْقُبُورِ |
Sonra bu duanı da yazıb kəfənə qoysunlar:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, şəhidəş şuhudul musəmməvnə fi hazəl kitab, ənnə əxahum fillahi əzzə və cəll (fulan ibn fulan - sözlərinin yerinə şəxsin adının desin) əşhədəhum vəstəvdəəhum və əqərrə indəhum, | Bağışlayan və mehriban Allahın adı ilə! Bu kitabda adıçəkilənlər şahiddirlər ki, onların qadir və uca Allaha iman gətirən qardaşı filankəs oğlu filan (bu sözlərin yerinə şəxsin adı deyilsin) kəs onları şahid tutmuş və onların hüzurunda etiraf etmişdir ki, | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، شَهِدَ الشُّهُودُ الْمُسَمَّوْنَ في هَذا الْكِتَابِ، اَنَّ اَخَاهُمْ فِي اللهِ عَزَّوَجَلَّ (فلان بن فلان اَشْهَدَهُمْ وَاسْتَوْدَعَهُمْ وَاَقَرَّ عِنْدَهُمْ |
| ənnəhu yəşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, | yeganə və şəriksiz Allahdan başqa heç bir tanrı yoxdur. | اَنَّهُ يَشْهَدُ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ، وَحْدَهُ لاشَريكَ لَهُ |
| və ənnə Muhəmmədən salləllahu ələyhi və alihi əbduhu və rəsuluh, | Muhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə) Onun bəndəsi və rəsuludur. | وَ اَنَّ مُحَمَّداً صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ عَبْدُهُ وَ رَسُولُهُ |
| və ənnəhu muqirrun bicəmiil ənbiyai vər rusuli ələyhimus səlam, | O, bütün peyğəmbər və rəsullara (salam olsun onlara) inanır. | وَ اَنَّهُ مُقِرٌّ بِجَميعِ الاَنْبِيَاءِ وَالرُّسُلِ عَلَيْهِمُ السَّلامُ |
| və ənnə Əliyyən vəliyyullahi və imamuh, və ənnəl əimmətə min vuldihi əimmətuh, | Həqiqətən, Əli Allahın vəlisi və onun imamıdır. Onun nəslindən olan imamlar da onun rəhbərləridir. | وَ اَنَّ عَلِيّاً وَلِيُّ اللهِ وَ اِمَامُهُ، وَ اَنَّ الاَئِمَّةَ مِنْ وُلْدِهِ اَئِمَّتُهُ |
| və ənnə əvvələhumul Həsənu vəl Husəyn, və Əliyyubnul Husəyni və Muhəmmədubnu Əliyy, və Cə`fərubnu Muhəmmədin və Musəbnu Cə`fər, və Əliyyubnu Musa və Muhəmmədubnu Əliyy, və Əliyyubnu Muhəmmədin vəl Həsənubnu Əliyy, vəl qaimul huccətu ələyhimus səlam, | Onların birinci Həsəndir və ondan sonra Hüseyn, Əli ibn Hüseyn, Muhəmməd ibn Əli, Cəfər ibn Muhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Muhəmməd ibn Əli, Əli ibn Muhəmməd, Həsən ibn Əli və Qaim-Höccətdir (salam olsun onlara). | وَ اَنَّ اَوَّلَهُمُ الْحَسَنُ وَالْحُسَيْنُ، وَ عَلِيُّ بْنُ الْحُسَيْنِ وَ مُحَمَّدُ بْنُ عَلِيٍّ، وَجَعْفَرُ بْنُ مُحَمَّدٍ،وَ مُوسَي بْنُ جَعْفَرٍ، وَ عَلِيُّ بْنُ مُوسَى، وَ مُحَمَّدُ بْنُ عَلِيٍّ، وَ عَلِيُّ بْنُ مَحَمَّدٍ، وَ الْحَسَنُ بْنُ عَلِيٍّ، وَالْقَائِمُ الْحُجَّةُ عَلَيْهِمُ السَّلامُ |
| və ənnəl cənnətə həqqun vən narə həqq, | Həqiqətən, cənnət haqdır. Cəhənnəm haqdır. | وَ اَنَّ الْجَنَّةَ حَقٌّ، وَالنَّارَ حَقٌّ |
| vəs saətə atiyətun la rəybə fiha, | Qiyamət gələcək və onda şəkk-şübhə yoxdur. | وَالسَّاعَةَ آتِيَةٌ لارِيْبَ فيهَا |
| və ənnəllahə yəb`əsu mən fil qubur, | Allah qəbirdə olan hər bir kəsi qaldıracaq. | وَ اَنَّ اللهَ يَبْعَثُ مَنْ فِي الْقُبُورِ |
| və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi (əbduhu və rəsuluhu) caə bil həqq, | Onun bəndəsi və rəsulu olan Muhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə) haqq olaraq gəlmişdir. | وَ اَنَّ مُحَمَّداً صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ [عَبْدُهُ وَ رَسُولُهُ] جَاءَ بِالْحَقِّ |
| və ənnə Əliyyən vəliyyullahi vəl xəlifətu min bə`di rəsulillah, salləllahu ələyhi və alih, | Əli (ə) Allahın vəlisi və Rəsulullahdan, Allahın salamı olsun ona və Əhlibeytinə, sonra xəlifədir. | وَ اَنَّ عَلِيّاً وَلِيُّ اللهِ، وَالْخَليفَةُ مِنْ بَعْدِ رَسُولِ اللهِ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ |
| və mustəxləfuhu fi ummətihi muəddiyən liəmri rəbbihi təbarəkə və təala, | Belə ki, Rəsulullah (s) böyük və uca Rəbbinin əmrini yerinə yetirərək, onu ümməti arasında özünə xəlifə seçmişdir. | وَ مُسْتَخْلَفُهُ في اُمَّتِهِ، مُؤَدِّياً لاَِمْرِ رَبِّهِ تَبَارَكَ وَ تَعَالَى |
| və ənnə Fatimətə bintu rəsulillahi vəbnəyhəl Həsənə vəl Husəyn, ibna rəsulillahi və sibtah, və imaməl huda və qaidər rəhməh, | Fatimə (ə) Rəsulullahın (s) qızıdır. Hidayət imamları və rəhmət öndərləri olan Həsən (ə) və Hüseyn (ə) o həzrətin övladları və nəvələridir. | وَ اَنَّ فَاطِمَةَ بِنْتُ رَسُولِ اللهِ، وَ ابْنَيْهَا الْحَسَنَ وَالْحُسَيْنَ، اِبْنَا رَسُولِ اللهِ وَسِبْطَاهُ، [وَ] اِمَامَا الْهُدَى، وَ قَائِدَ الرَّحْمَةِ |
| və ənnə Əliyyən və Muhəmmədən və Cə`fərən və Musa və Əliyyən və Muhəmmədən və Əliyyən və Həsəna, vəl huccətə ələyhimus səlamu əimmətun və qadətun və duatun iləllahi cəllə və əla, və huccətun əla ibadih. | Əli (ə), Muhəmməd (ə), Cəfər (ə), Musa (ə), Əli (ə), Muhəmməd (ə), Əli (ə), Həsən (ə) və Höccət (salam olsun onlara) imam, rəhbər, böyük və uca Allaha doğru dəvətçi və Onun bəndələri üzərində höccətdirlər. | وَ اَنَّ عَلِيّاً وَ مُحَمَّداً، وَ جَعْفَراً وَ مُوسَى، وَ عَلِيّاً وَ مُحَمَّداً، وَ عَلِيّاً وَ حَسَناً، وَالْحُجَّةَ عَلَيْهُم السَّلامُ اَئِمَّةٌ وَقَادَةٌ، وَ دُعَاةٌ اِلَي اللهِ جَلَّ وَ عَلا، وَ حُجَّةٌ |
Sonra desin: Ey şahidlər! Bu yazıda adı çəkilən ey filankəs! Öz yanınızda mənim üçün bu şəhadəti sabit edin və onun vasitəsilə mənimlə Kövsər hovuzunun kənarında görüşün. Sonra orada hazır olanlar desinlər:
| Transkrispsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya fulan ibn fulan! Nəstəvdiukəllahə vəş şəhadətu vəl iqrar, vəl ixau məvduətun ində rəsulillah, salləllahu ələyhi və alih, və nəqrəu ələykəs səlam, və rəhmətullahi və bərəkatuh. | Ey filankəs oğlu filankəs! Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) əmanət olaraq tapşırılmış bu şəhadət, iqrar və qardaşlıqla səni Allaha tapşırır və sənə salam deyirəm. Allahın rəhmət və bərəkətləri olsun ona! | نَسْتَوْدِعُكَ اللهَ، وَالشَّهَادَةُ وَالاِْقْرَارُ، وَ الاِْخَاءُ مَوْدُوعَةٌ عِنْدَ رَسُولِ اللهِ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ، وَنَقْرَءُ عَلَيْكَ السَّلامُ، وَ رَحْمَةُاللهِ وَ بَرَكَاتُهُ |
Sonra həmin kağızı büküb, şahidlərin imzası ilə möhürlənsin və meyyitin sağ tərəfinə qoyulsun. Kağıza yazılan duanın kafurla yazılması daha yaxşıdır.
Can vermə halında olan şəxsi arxası üstə yatırtmaq və ayaqlarını üzü qibləyə tərəf uzatmaq lazımdır. Onun yanında «Yasin», «Saffat» surələrinin oxunması, zikr deyilməsi, Allahın, Peyğəmbərin və imamların haqq olmasına şəhadət verməsi, eləcə də aşağıdakı qeyd edəcəyimiz duanın ona təlqin edilməsi müstəhəbdir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Lə ilahə illəllahul həlimul kərim, lə ilahə illəllahul əliyyul əzim, subhanəllahi rəbbis səmavatis səb, və rəbbil ərəzinəs səb`i və ma fihinnə və ma bəynəhunnə və ma təhtəhunn, və rəbbil ərzil əzim, vəl həmdu lillahi rəbbil aləmin, vəs səlatu əla Muhəmmədin və alihit təyyibin. | Səbirli və kəramətli Allahdan başqa heç bir tanrı yoxdur. Uca və böyük Allahdan başqa heç bir tanrı yoxdur. Yeddi səma, yeddi yer, onlarda olanlar, onların içindəkilər və altındakıların və böyük ərşin Rəbbi olan Allah pak və müqəddəsdir. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun Muhəmməd və onun pak-pakizə Əhlibeytinə! | لاَالهَ اِلاَّاللهُ الْحَليمُ الْكَريمُ، لا اِلَهَ اِلاَّ اللهُ الْعَلِيُّ الْعَظيمُ، سُبْحَانَ اللهِ رَبِّ السَّمَاوَاتِ السَّبْعِ، وَ رَبِّ الاَرَضينَ السَّبْعِ، وَ مَا فيهِنَّ وَ مَا بَيْنَهُنَّ، وَ مَا تَحْتَهُنَّ، وَ رَبِّ الْعَرشِ الْعَظيمِ، وَالْحَمْدُ للهِِ رَبِّ الْعَالَمينَ، وَالصَّلوةُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِبينَ |
Boynunda cənabət və heyz qüslü olan şəxs can verən şəxsin yanında olmasın. Müstəhəbdir ki, insan dünyadan getdikdən sonra onun gözlərini, ağzını və çənəsini bağlasınlar, əl-ayağını düzəltsinlər.
Meyyitə kəfən biçmək vacibdir. Ona biçilən kəfən 3 parçadan ibarətdir: Fitə, köynək və sərtasər. Meyyitin kəfəninə «Hibreyi Yəmaniyyə» adlı Yəmən parçasının əlavə edilməsi, ona əmmamə qoyulması, eləcə də meyyitin budlarını bükmək üçün başqa bir parça da müstəhəbdir.
Müstəhəbdir ki, bu dua İmam Hüseynin (ə) türbəti ilə, yaxud barmaqla kəfənə yazılsın:
| Ərəbcə | فُلانٌ يَشْهَدُ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ، وَحْدَهُ لا شَريكَ لَهُ، وَ اَنَّ مُحَمَّداً رَسُولُ اللهِ، وَ اَنَّ عَلِيّاً اَميرُ الْمُؤْمِنينَ، وَ الاَئِمَّةَ مِنْ وُلْدِهِ |
| Tərcümə | Filankəs şəhadət verir ki, həqiqətən, yeganə və şəriksiz Allahdan başqa heç bir tanrı yoxdur. Muhəmməd Allahın rəsulu, Əli möminlərin əmiri və onun övladları imamdırlar. |
| Transkripsiya | Fulanun yəşhədu əllə ilahə illəllahu vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən rəsulullahi və ənnə Əliyyən əmirəl mu`mininə vəl əimmətə min vuldih. |
Həmçinin kəfənə imamlaran adlarını və bu kəlmənidə yazmaq müstəhəbdir:
| Ərəbcə | اَئِمَّتُهُ اَئِمَّةُ الْهُدَي الاَبْرَارُ |
| Tərcümə | Onun imamları hidayət və xeyirxah rəhbərlərdir. |
| Transkripsiya | Əimmətuhu əimmətul hudəl əbrar. |
Meyyitə 3 qüsl vermək vacibdir: Sidr, kafur və xalis su ilə. Ona verilən qüslün qaydası eyni ilə cənabət qüslü kimidir: Əvvəlcə meyyitin əllərini, sonra cinsi alətini 3 dəfə yumaq müstəhəbdir. Sonra qüsl niyyəti edib sidrlə qarışmış su ilə əvvəl meyyitin başını və boynunu, sonra sağ tərəfini və daha sonra sol tərəfini yumaq lazımdır. Su olan qabı yumaq lazımdır ki, onda olan sidrin əsər-əlaməti getsin. Sidrlə qarışmış su ilə verilən qüsl kimi, kafurla qarışmış su ilə, ondan sonra eyni ilə bu qayda kimi xalis su ilə üçüncü qüsl verilməlidir. Müstəhəbdir ki, meyyitin hər hansı bir bədən üzvünü yuduqda, «Əfvən-əfvən» sözləri deyilsin və qüsl verildikdən sonra pak bir parça ilə qurulansın.
Sonra meyyit kəfənə bükülməlidir, əvvəlcə bir parçaya pambıq qoyub, onunla meyyitin budları bağlanılmalı, sonra fitə ilə göbəyindən dizinə qədər, (vacib ehtiyata əsasən) köynək ilə çiyinlərindən baldırın yarısına qədər, sərtasərlə də bütün bədəni örtülməlidir. Bir dirsək uzunluğunda iki yaş xurma, yaxud başqa bir ağac çubuğunun birini meyyitin sağ, digərini isə sol tərəfinə qoymaq müstəhəbdir.
Meyyitə qüsl verdikdən sonra onun yeddi səcdə yerlərinə –alnına, dizlərinin gözünə, əllərinin içinə və ayaqlarının baş barmaqlarına kafur sürtmək vacibdir. Əgər kafurdan artıq qalarsa, onu meyyitin sinəsinə sürtmək və kəfəninə qoymaq da müstəhəbdir.
Meyyitin kəfəninin ucları (baş və ayaq tərəfdən) iplə bağlanılmalı, onu qəbrə qoymaq istədikdə isə həmin iplər açılmalıdır.
Meyyitin kəfən işləri qurtardıqda, onu tabuta qoyub, namaz qılınan yerə aparmaq və ona namaz qılmaq lazımdır.
Əllamə Məclisi «Zadul-məad» kitabının «Meyyit namazı» bölümündə yazır: Meyyitə namaz qılmaq hər bir müsəlmana kifai vacibdir, əgər bu işi onların biri yerinə yetirsə, ona namaz qılmaq başqalarının boynundan götürülür. Alimlər arasında məşhur nəzərə əsasən, altı yaşına çatan müsəlman uşağa qürbət qəsdi ilə meyyit namazı qılmaq vacibdir. Bəziləri altı aylıq dünyaya gəlib, sonra ölən uşağa namaz qılmağı müstəhəb, bəziləri bidət, bəziləri də namaz qılmamağı ehtiyata uyğun bilirlər. Yaxşıdır ki, meyyitə namaz qılan şəxs, onun yaxın adamlarından olsun. Məşhur nəzərə görə, əgər meyyit qadındırsa, ona əri namaz qılsın. Namaz qılan şəxs üzü qibləyə durmalı, cənazənin baş tərəfi onun sağ tərəfində qalmalı və meyyit arxası üstə olmalıdır. Meyyit namazında dəstəmaz və qüsl almaq, təyəmmüm etmək, eləcə də bədən və ya paltarın pak olması şərt deyildir, lakin dəstəmazlı halda qılmaq müstəhəbdir. Əgər su tapılmasa, yaxud namaz qılan şəxsə suyun zərəri olsa, namazı təyəmmümlə də qıla bilər. Bəzi rəvayətlərin zahirindən başa düşülür ki, heç bir üzr olmasa da, təyəmmüm etmək müstəhəbdir.
Əgər meyyit kişidirsə, ona namaz qılan şəxs, onun orta hissəsində, əgər qadındırsa, onun sinə tərəfində durması, eləcə də ayaqqabı geymədiyi halda qılması müstəhəbdir.
Namazda niyyət etmək və beş təkbir demək vacibdir. Meyyit namazı qılan şəxs hər dəfə təkbir deyəndə, əllərini qulaqlarına tərəf aparması müstəhəbdir.
Məşhur nəzərə görə, 1-ci təkbiri deyəndən sonra belə desin:
| Ərəbcə | اَشْهَدُ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ، وَ اَشْهَدُ اَنَّ مُحَمَّداً رَسُولُ اللهِ |
| Tərcümə | Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Allahın rəsuludur. |
| Transkripsiya | Əşhədu əllə ilahə illəllah, və əşhədu ənnə Muhəmmədər rəsulullah. |
2-ci təkbirdən sonra desin:
| Ərəbcə | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| Tərcümə | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam və salavat göndər! |
| Transkripsiya | Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd. |
3-cü təkbirdən sonra desin:
| Ərəbcə | اللَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنينَ وَالْمُؤْمِنَاتِ |
| Tərcümə | İlahi, mömin kişilər və möminə qadınları bağışla! |
| Tranrskripsiya | Əllahumməğfir lil mumininə vəl muminat. |
4-cü təkbirdən sonra belə desin:
| Ərəbcə | اللَّهُمَّ اغْفِرْ لِهَذا الْمَيِّتِ |
| Tərcümə | İlahi, bu meyiti bağışla! |
| Trankripsiya | Əllahumməğfir lihazəl məyyit. |
5-ci təkbir deyilməklə namaz qurtarır. Məşhur nəzərə əsasən, yaxşıdır ki, 1-ci təkbirdən sonra desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu əkbəru əşhədu ən lə ilahə illəllahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, ərsələhu bil həqqi bəşirən və nəzirən bəynə yədəyis saəh. | Allah böyükdür. Şəhadət verirəm ki, yeganə və şəriksiz Allahdan başqa heç bir tanrı yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi, rəsuludur və onu qiyamətdən qabaq (möminlərə) haqq ilə (Quranla) müjdə vermək və (kafirləri) qorxutmaq üçün göndərmişdir. | اَللهُ اَكْبَرُ اَشْهَدُ اَنْ لا اِلَهَ اللهُ، وَحْدَهُ لاشَريكَ لَهُ، وَ اَشْهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ، اَرْسَلَهُ بِالْحَقِّ بَشيراً وَ نَذيراً، بَيْنَ يَدَيِ السَّاعَةِ |
Sonra desin:
| Tranksripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu əkbər, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və barik əla Muhəmmədin və ali Muhəmməd, vərhəm Muhəmmədən və alə Muhəmməd, kəəfzəli ma səlləytə və barəktə və tərəhhəmtə əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcidun və salli əla cəmiil ənbiyai vəl mursəlin. | Allah böyükdür. İlahi! İbrahim və İbrahimin övladlarına salam və rəhmət göndərdiyin, bərəkət verdiyin kimi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə də salam yetir, Muhəmməd və Muhəmmədin Əhlibeytinə bərəkət ver, Muhəmməd və Muhəmmədin Əhlibeytinə rəhm et ki, həqiqətən, Sən tərifəlayiq və böyüksən. Bütün peyğəmbər və rəsullara salam yetir! | اللهُ اَكْبَرُ، اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ بَارِكْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَارْحَمْ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ، كَاَفْضَلِ مَا صَلَّيْتَ وَ بَارَكْتَ وَ تَرَحَّمْتَ عَلَى إِبْرَاهِيمَ وَ آلِ اِبْرهيمَ، اِنَّكَ حَميدٌ مَجيدٌ، وَ صَلِّ عَلَى جَميعِ الاَنْبِيَاءِ وَالْمُرْسَلينَ |
Sonra desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu əkbər, Əllahumməğfir lil mu`mininə vəl mu`minat, vəl musliminə vəl muslimat, əl əhyai minhum vəl əmvat, tabi` bəynəna və bəynəhum bil xəyrat, innəkə mucibud dəəvat, innəkə əla kulli şəy`in qədir. | Allah böyükdür. İlahi! Mömin kişilər və möminə qadınları, müsəlman kişilər və müsəlman qadınları, onların diri və ölülərini bağışla. Bizimlə onların arasında xeyir işlərlə rabitə yarat ki, həqiqətən, Sən duaları qəbul edən və hər şeyə qadirsən! | اَللهُ اَكْبَرُ، اللَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنينَ وَالْمُؤْمِنَاتِ، وَالْمُسْلِمينَ وَالْمُسْلِمَاتِ، الاَحْيَاءِ مِنْهُمْ وَالاَمْوَاتِ، تَابِعْ بَيْنَنَا وَ بَيْنَهُمْ بِالْخَيْرَاتِ، اِنَّكَ مُجيبُ الدَّعَوَاتِ، اِنَّكَ عَلَى كُلِّشَيْيٍ قَديرٌ |
Sonra desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu əkbər, Əllahummə innə haza əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bik, və əntə xəyru mənzulin bih, Əllahummə innə la nə`ləmu minhu illa xəyra, və əntə ə`ləmu bihi minna, Əllahummə in kanə muhsinən fəzid fi ihsanih, və in kanə musiən fətəcavəz ənhu vəğfir ləh, Əllahumməc`əlhu indəkə fi ə`la illiyyin, vəxluf əla əhlihi fil ğabirin, vərhəmhu birəhmətikə ya ərhəmər rahimin. | Allah böyükdür. İlahi! Bu Sənin bəndəndir, bəndənin və kənizinin oğludur. Sənin hüzuruna gəlib və Sən yaxşı qonaqpərvərsən. İlahi! Biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik və Sən onu bizdən yaxşı tanıyırsan. İlahi! əgər o, xeyirxahdırsa, xeyirxahlığını artır və əgər günahkardırsa, günahından keç və onu bağışla. İlahi, rəhmətinlə Onu Öz yanında – behiştin ən yüksək mərtəbəsində yerləşdir, gələcəkdə onun əhli-əyalı arasında canişini ol və ona rəhm et, ey rəhmlilərin ən rəhmlisi! | اللهُ اَكْبَرُ، اللَّهُمَّ اِنَّ هَذا عَبْدُكَ وَابْنُ عَبْدِكَ، وَابْنُ اَمَتِكَ، نَزَلَ بِكَ، وَ اَنْتَ خَيْرُ مَنْزُولٍ بِهِ، اللَّهُمَّ اِنَّا لا نَعْلَمُ مِنْهُ اِلاََّ خَيْراً، وَ اَنْتَ اَعْلَمُ بِهِ مِنَّا، اللَّهُمَّ اِنْ كَانَ مُحْسِناً فَزِدْ في اِحْسَانِهِ، وَ اِنْ كَانَ مُسيئاً فَتَجَاوَزْ عَنْهُ وَاغْفِرِ لَهُ، اللَّهُمَّ اجْعَلْهُ عِنْدَكَ في اَعْلا عِلِّيّينَ، وَاخْلُفْ عَلَى اَهْلِهِ فِي الْغَابِرينَ، وَارْحَمْهُ بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ |
Sonra «Əllahu əkbər» –deyib, namazı qurtarır. Əlbəttə əgər meyyit qadındırsa, belə desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innə hazihi əmətukə vəbnətu əbdikə nəzələt bik, və əntə xəyru mənzulin bih, Əllahummə innə la nə`ləmu minha illa xəyra, və əntə ə`ləmu biha minna, Əllahummə in kanət muhsinətən fəzid fi ihsanih, və in kanət musiətən fətəcavəz ənha vəğfir ləha, Əllahumməc`əlha indəkə fi ə`la illiyyin, vəxluf əla əhliha fil ğabirin, vərhəmha birəhmətikə ya ərhəmər rahimin. | İlahi! Bu Sənin kənizindir, bəndənin və kənizinin qızıdır. Sənin hüzuruna gəlib və Sən yaxşı qonaqpərvərsən. İlahi! Biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik və Sən onu bizdən yaxşı tanıyırsan. İlahi! əgər xeyirxahdırsa, xeyirxahlığını artır və əgər günahkardırsa, günahından keç və onu bağışla. İlahi, rəhmətinlə Onu Öz yanında – behiştin ən yüksək mərtəbəsində yerləşdir, gələcəkdə onun əhli-əyalı arasında canişini ol və ona rəhm et, ey rəhmlilərin ən rəhmlisi! | اللَّهُمَّ اِنَّ هاذِهِ اَمَتُكَ، وَابْنَةُ عَبْدِكَ، نَزَلَتْ بِكَ، وَ اَنْتَ خَيْرُ مَنْزوُلٍ بِهِ، اللَّهُمَّ اِنَّا لا نَعْلَمُ مِنْهَا اِلاََّ خَيْراً، وَ اَنْتَ اَعْلَمُ بِهَامِنَّا، اللَّهُمَّ اِنْ كَانَتْ مُحْسِنَةً فَزِدْ في اِحْسَانِهَا، وَ اِنْ كَانَتْ مُسيئةً فَتَجَاوَزْ عَنْهَا وَاغْفِرْ لَهَا، اللَّهُمَّ اجْعَلْهَا عِنْدَكَ في اَعْلا عِلِّييّنَ، وَاخْلُفْ عَلَى اَهْلِهَا فِي الْغَابِرينَ، وَارْحَمْهَا بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ |
Əgər meyyit fəqir və məzlumdursa, belə desin:
| Ərəbcə | اللَّهُمَّ اغْفِرْ لِلَّذينَ تَابُوا وَاتَّبَعُوا سَبيلَكَ، وَقِهِمْ عَذَابَ الْجَحيمِ |
| Tərcümə | İlahi, tövbə edən və Sənin yoluna itaət edənləri bağışla, onları cəhənnəm odundan qoru! |
| Transkripsiya | Əllahumməğfir lilləzinə tabu vəttəbəu səbilək, və qihim əzabəl cəhim. |
Əgər meyyit həddi-büluğa çatmamış uşaq olsa, belə desin:
| Ərəbcə | اللَّهُمَّ اجْعَلْهُ لاَِبَوَيْهِ وَ لَنَا سَلَفاً وَ فَرَطاً وَ اَجْراً |
| Tərcümə | İlahi, onu ata-anası və bizim üçün zəxirə və mükafat qərar ver! |
| Transkripsiya | Əllahumməc`əlhu liəbəvəyhi və ləna sələfən və fərətən və əcra. |
Cənazə götürüldükdən sonra meyyitə namaz qılan şəxslərin, xüsusilə imamın öz yerlərindən hərəkət etməsi müstəhəbdir.
Bir rəvayətdə göstərilir ki, namazı qılıb qurtardıqdan sonra desin:
| Ərəbcə | رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَ فِي الْآخِرَةِ حَسَنَةً، وَ قِنَا عَذَابَ النَّارِ |
| Tərcümə | Ey Rəbbimiz, dünyada da, axirətdə də bizə yaxşılıq əta et və bizi cəhənnəm əzabından qoru! |
| Transkripsiya | Rəbbəna atina fid dunya həsənəh, və fil axirəti həsənəh, və qina əzabən nar. |
İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, müsəlman bir şəxs dünyadan getdikdə, möminləri bu hadisədən xəbərdar etmək lazımdır ki, onun dəfn mərasimində iştirak edib namaz qılsınlar, Allahdan onun bağışlanmasını diləsinlər, çünki həm meyyit, həm də dəfn mərasimində iştirak edən şəxs savab qazanır.
İmam Sadiqin (ə) bir hədisdə belə buyurduğu nəql olunmuşdur: «Mömin şəxs qəbrə qoyulanda ona deyilər: Sənə əta edəcəyimiz ilk şey behiştdir və sənin dəfn mərasimində iştirak edən şəxslərə əta edəcəyimiz ilk şey onların günahlarının bağışlanmasıdır.»
O həzrət başqa bir hədisdə belə buyurmuşdur: «Qəbirdə mömin şəxsə verilən ilk müjdə, onun dəfn mərasimində iştirak edənlərin günahlarının bağışlanmasıdır.»
Həmçinin buyurmuşdur: «Hər kəs mömin bir şəxsin dəfn mərasimində iştirak etsə, Allah taala Qiyamət günündə onunla birgə olan yetmiş mələk göndərər, eləcə də Allahdan qəbir evindən hesab gününə qədər onun günahlarının bağışlanmasını diləyərlər.»
Yenə də buyurmuşdur: «Hər kəs tabutun bir tərəfindən tutsa, onun iyirmi beş böyük günahı, əgər tabutun dörd tərəfindən tutmuş olsa, bütün günahları bağışlanar.»
Tabutu dörd nəfər götürməlidir. Yaxşı olar ki, tabutu götürən şəxslər hər şeydən əvvəl sol tərəflərində qalan meyyitin sağ tərəfini özlərinin sağ çiyinlərinə və sol tərəfini də sol çiyinlərinə qoysunlar. Cənazənin ayaq tərəfindən götürənlər, onun arxasından hərəkət etsinlər. Müstəhəbdir ki, heç kəs cənazənin önündə getməsin. Əlbəttə çoxlu hədislərin zahirinə əsasən, əgər meyyit mömindirsə, onun cənazəsinin önündə hərəkət etmək yaxşıdır. Əgər şiə və mömin deyilsə, dəfndə iştirak edənlər onun önündə hərəkət etməsinlər, çünki mələklər ona əzab vermək üçün cənazənin ön tərəfindən gələrlər. Cənazəni miniklə aparmaq məkruhdur.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, hər kəs bir cənazəni görsə, bu duanı oxusun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu əkbər haza ma vəədənəllahu və rəsuluh, və sədəqəllahu və rəsuluh, Əllahummə zidna imanən və təslima, əlhəmdu lillahilləzi təəzzəzə bil qudrəh, və qəhərəl ibadə bil məvt. | Allah böyükdür. Allah və Rəsulunun vəd etdikləri budur! Allah və Rəsulu doğru buyurmuşdur. İlahi, bizim iman və təslimçiliyimizi artır! Qüdrəti ilə ucaldan (izzət sahibi edən) və bəndələri ölümlə məğlub edən Allaha həmd olsun! | اَللهُ اَكْبَرُ، هَذا مَا وَعَدَنَا اللهُ وَ رَسُولُهُ، وَ صَدَقَ اللهُ وَ رَسُولُهُ، اللَّهُمَّ زِدْنَا ايمَاناً وَ تَسْليماً، اَلْحَمْدُللهِِ الَّذي تَعَزَّزَ بِالْقُدْرَةِ، وَ قَهَرَ الْعِبَادَ بِالْمَوْتِ |
Hər kəs cənazəni gördükdə, bu duanı oxusa, ona rəhmət etmək üçün asimandakı mələklərin hamısı ağlayarlar.
İmam Sadiq (ə) buyurmuşdur: «Tabutu götürəndə bu duanı oxuyun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billah, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir lil mumininə vəl muminat. | Allahın adı və Allahın köməyi ilə! (İlahi!) Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, mömin kişilər və möminə qadınları bağışla. | بِسْمِ اللهِ وَ بِاللهِ، اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَاغْفِرْ لِلْمُؤْمِنينَ وَ الْمُؤْمِنَاتِ |
Nəql olunmuşdur ki, İmam Zeynəlabidin (ə) hər vaxt bir cənazə görsəydi, bu duanı oxuyardı:
| Ərəbcə | اَلْحَمْدُ للهِِ الَّذي لَمْ يَجْعَلْني مِنَ السَّوَادِ الْمُخْتَرَمِ |
| Tərcümə | Bizi həlak olanlar zümrəsinə qatmayan Allaha həmd olsun! |
| Transkripsiya | Əlhəmdu lillahilləzi ləm yəc`əlni minəs səvadil muxtərəm. |
Əgər meyyit qadındırsa, onu dəfn üçün müşayiət etmək sünnə deyildir. Bəzilərinin dediklərinə əsasən, cənazəni sürətlə aparmaq məkruhdur. Dəfn mərasimində iştirak edənlərin gülməsi, yersiz və boş sözlər danışması da məkruhdur.
Əllamə Məclisi «Hilyətul müttəqin» kitabında Hz. Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişdir: «Meyyitə namaz qılan şəxsin keçmiş günahları bağışlanar və o ölən zaman yetmiş mələk ona namaz qılar. Əgər onun dəfn mərasimində iştirak etsə, götürdüyü hər bir qədəmi üçün ona bir qirat savab yazılar.»
O həzrət başqa bir hədisdə belə buyurmuşdur: «Meyyitə namaz qılan şəxs münafiq, yaxud aq valideyn olmasa, ona behişt vacibdir.»
Mötəbər sənədlə İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: «Mömin şəxs öləndə, onun dəfnində qırx nəfər iştirak edib, «Əllahummə la nə`ləmu minhu illa xəyrən və əntə ə`ləmu bihi minna» (İlahi, biz ondan yaxşı əməldən başqa bir şey görmədik, Sən onun halını bizdən daha yaxşı bilirsən!) – desə, Allah taala onların cavabında buyurar: «Mən sizin şəhadətinizi qəbul etdim və günahlarını bağışladım.»
Başqa bir mötəbər hədisdə Hz. Peyğəmbərdən (s) belə nəql olunmuşdur: «Mömin şəxsin ölümündən sonra əməl dəftərində yazılan ilk şey camaatın onun haqqında dedikləri sözlərdir, belə ki, əgər onlar ölən şəxsin yaxşılığından danışsalar, əməl dəftərində yaxşı, əgər pisliyindən danışsalar, pis adla yad edərlər.»
Şeyx Abbas Qumi deyir: «Şeyx Tusi «Misbahil mütəhəccid» kitabında yazmışdır: Cənazəni götürən şəxslər meyyitin sağ tərəfini sol çiyinlərinə, sol tərəfini sağ çiyinlərinə qoymaqları, eləcə də ayaq tərəfindən tutanlar, cənazənin arxa tərəfindən tutmaqları müstəhəbdir. Cənazəni qəbrə yaxınlaşdırdıqda, əgər meyyit kişidirsə, onu qəbrin aşağı tərəfindən, əgər qadındırsa, qəbrin baş tərəfindən qoymaq və onu 3 dəfə yerə qoyub götürmək müstəhəbdir.
Meyyiti qəbrə qoymaq üçün qəbrə daxil olan şəxs, qəbrə aşağı tərəfdən, ayaq yalın, başı açıq və geniş paltar geyindiyi halda daxil olması müstəhəbdir. O, qəbrə daxil olduqda, belə desin:
| Ərəbcə | اللَّهُمَّ اجْعَلْهَا رَوْضَةً مِنْ رِيَاضِ الْجَنَّةِ، وَ لا تَجْعَلْهَا حُفْرَةً مِنْ حُفَرِ النَّارِ |
| Tərcümə | İlahi, onu cənnət bağlarından qərar ver və cəhənnəm quyularından qərar vermə! |
| Transkripsiya | Əllahumməc`əlha rəvzətən min riyazil cənnəh, və la təc`əlha hufrətən min hufərin nar. |
Qəbrə daxil olan şəxs meyyiti başından tutub qəbrə qoysun və o zaman desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billahi və fi səbilillah, və əla milləti rəsulillah, Əllahummə imanən bikə və təsdiqən bikitabik, haza ma vəədənallahu və rəsuluh, və sədəqəllahu və rəsuluh, Əllahummə zidna imanən və təslima. | Allahın adı, Allahın köməyi, Allahın yolu və Allahın Rəsulunun təriqəti ilə! İlahi, Sənə iman gətirmiş və kitabını təsdiq etmişəm! Allah və Rəsulunun vəd etdikləri budur! Allah və Rəsulu doğru buyurmuşdur. İlahi, bizim iman və təslimçiliyimizi artır! | Bismillahi və billahi və fi səbilillah, və əla milləti rəsulil-lah, Əllahummə imanən bikə və təsdiqən bikitabik, haza ma vəədənallahu və rəsuluh, və sədəqəllahu və rəsuluh, Əlla-hummə zidna imanən və təslima |
Meyyiti qəbirdə sağ tərəfi üstə üzü qibləyə uzadıb, kəfənin bəndlərini açsın, onun üzünü torpağa qoysun, İmam Hüseynin (ə) türbətini onun yanına qoymaq müstəhəbdir.
Ləhədin üstünü taxta və yaxud daş ilə bağlayan şəxs desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə sil vəhdətəhu və anis vəhşətəh, vərhəm ğurbətəhu və əskin iləyhi min rəhmətik, rəhmətən yəstəğni biha ən rəhmətin mən sivak, vəhşurhu məə mən kanə yətəvəllahu minəl əimmətit tahirin. | İlahi! Onun təkliyini birliyə və qorxusunu ünsiyyətə çevir. Kimsəsizliyinə rəhm et və onu Öz rəhmətinə qovuşdur ki, bir daha başqalarının mehr-məhəbbətindən ehtiyacsız olsun. Onu sevdiyi kəslərlə – pak-pakizə imamlarla məhşur et. | اللَّهُمَّ صِلْ وَحْدَتَهُ، وَ َانِسْ وَحْشَتَهُ، وَارْحَمْ غُرْبَتَهُ، وَاَسْكِنْ اِلَيْهِ مِنْ رَحْمَتِكَ، رَحْمَةً يَسْتَغْني بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ، وَاحْشُرْهُ مَعَ مَنْ كَانَ يَتَوَلاََّهُ مِنَ الائِمَّةِ الطَّاهِرينَ |
Meyyiti qəbrə qoyduqdan və ləhədi üstünü daş, yaxud taxta, yaxud da başqa şeylərlə örtməzdən öncə, Allahın, Peyğəmbərin və imamların adlarına şəhadət verməyi ona təlqin etmək müstəhəbdir. Meyyitə belə təlqin deyilməlidir: «Ya filan ibni filan.» Bu kəlmələrin yerinə meyyitin adını və atasının adını demək lazımdır. Sonra təlqini bu sözlərlə davam etdirməlidir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Uzkuril əhdəlləzi xərəctə ələyhi min darid dunya, şəhadətə ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən əbduhu və rəsuluh, və ənnə Əliyyən əmirəl mu`mininə vəl Həsənə vəl Husəynə... | O əhd-peymanı yadına sal ki, onunla, (yəni) yeganə və şəriksiz Allahdan başqa heç bir tanrının olmadığı, Muhəmmədin Onun bəndəsi və rəsulu, Əlinin möminlərin əmiri olduğuna verdiyin şəhadətlə dünya evindən köçdün. Həsən və Hüseyn... | اُذْكُرِ العَهْدَ الَّذي خَرَجْتَ عَلَيْهِ مِنْ دَارِ الدُّنْيَا، شَهَادَةَ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ، وَحْدَهُ لا شَريكَ لَهُ، وَ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ، وَ اَنَّ عَلِيّاً اَميرَ الْمُؤْمِنينَ، وَ الْحَسَنَ وَ الْحُسَيْنَ |
İmamların adlarını bir-bir axıra kimi zikr edin. Sonra belə de:
| Ərəbcə | اَئِمَتُّكَ اَئِمَّةُ الْهُديَ الاَبْرَارُِ |
| Tərcümə | Sənin hidayət və xeyirxah imamlarındır. |
| Transkripsiya | Əimmətukə əimmətul hudəl əbrar. |
Ləhədin (qəbrin) üstünü bağladıqdan sonra torpaq tökmək lazımdır və müstəhəbdir ki, orada hazır olanlar qəbrə torpağı öz əllərinin arxası ilə töküb desinlər:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İnna lillahi və inna iləyhi raciun, haza ma vəədənəllahu və rəsuluh, və sədəqəllahu və rəsuluh, Əllahummə zidna imanən və təslima. | Biz Allah tərəfindən gəlmişik, Ona tərəf də qayıdacağıq. Allah və Rəsulunun vəd etdikləri budur! Allah və Rəsulu doğru buyurmuşdur. İlahi, bizim iman və təslimçiliyimizi artır! | اِنَّا للهِِ وَ اِنَّا اِلَيْهِ رَاجِعُونَ، هَذا مَا وَعَدَنَا اللهُ وَ رَسُولُهُ، وَ صَدَقَ اللهُ وَ رَسُولُهُ، اللَّهُمَّ زِدْنَا ايمَاناً وَ تَسْليماً |
Qəbrə daxil olan şəxs qəbirdən çıxmaq istəsə, meyyitin ayaq tərəfindən çıxsın. Sonra qəbri dörd barmaq hündürlüyündə doldursunlar, ora qəbrin torpağından başqa torpaq tökməsinlər və meyyitin baş tərəfinə əlamət olaraq bir daş, yaxud bir ağac basdırsınlar. Qəbri örtdükdən sonra onun üstünə su töksünlər, suyu qəbrin baş tərəfindən tökməyə başlasın və axırda da orada qurtarsınlar. Əgər sudan artıq qalarsa, qəbrin ortasına töksünlər. Nəhayət, orada hazır olanlar barmaqlarını qəbrə qoyub, meyyit üçün dua etsin və bu duanı oxusunlar:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə anis vəhşətəh, vərhəm ğurbətəhu və əskin rəv`ətəhu və sil vəhdətəh, və əskin iləyhi min rəhmətikə rəhmətən yəstəğna biha ən rəhməti mən sivak, vəhşurhu məə mən kanə yətəvəllah. | İlahi! Onun qorxusunu ünsiyyətə çevir, kimsəsizliyinə rəhm et, həyəcanını aradan qaldır, təkliyinə son qoy və onu Öz rəhmətinə qovuşdur ki, bir daha başqalarının mehr-məhəbbətindən ehtiyacsız olsun. Onu sevdiyi kəslərlə – pak-pakizə imamlarla məhşur et. | اللَّهُمَّ َانِسْ وَحْشَتَهُ، وَارْحَمْ غُرْبَتَهُ، وَاَسْكِنْ رَوْعَتَهُ، وَصِلْ وَحْدَتَهُ، وَاَسْكِنْ اِلَيْهِ مِنْ رَحْمَتِكَ، رَحْمَةً يَسْتَغْني، بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ، وَ احْشُرْهُ مَعَ مَنْ كَانَ يَتَوَلاََّهُ |
Hamıdan axırda meyyitin yaxın adamları meyyitlə xudahafizləşsin və evə qayıtmamışdan öncə uca səslə desin: «Ya filan ibni filan! (Bu sözlərin yerinə meyyitin adını və atasının adını desin!)
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu rəbbuk, və Muhəmmədun nəbiyyuk, vəl Qur`anu kitabuk, vəl Kə`bətu qiblətuk, və Əliyyun imamuk, vəl Həsənu vəl Huseynu... Əimmətukə əimmətul hudəl əbrar. | Allah Sənin Rəbbin, Muhəmməd peyğəmbərin, Quran kitabın, Kəbə qiblən və Əli imamındır. Həsən və Hüseyn... Sonra imamların adlarını çəkib desin: Sənin hidayət və xeyirxah imamlarındır. | اَللهُ رَبُّكَ، وَمُحَمَّدٌ نَبِيُّكَ، وَ الْقُرْآنُ كِتَابُكَ، وَ الْكَعْبَةُ قِبْلَتُكَ، وَ عَلِيٌ اِمَامُكَ، وَالْحَسَنُ وَ الْحُسَيْنُ... ائِمَّتُكَ، ائِمَّةُالْهُديَ الاَبْرَارُ |
Şeyx Abbas Qumi deyir: «İnsan can verdiyi halda ona təlqin demək müstəhəb olduğu kimi, digər iki yerdə də müstəhəbdir: 1) Onu qəbrə qoyanda: Müstəhəbdir ki, qəbrə daxil olan şəxs sağ əli ilə meyyitin sağ çiynini, sol əli ilə sol çiynini tutub, onu silkələsin və təlqin deməyə başlasın.
Onu dəfn etdikdən sonra, belə ki, camaat meyyiti dəfn edib evlərinə qayıtdıqdan sonra meyyitin vəlisi, yəni yaxın adamlarından biri, qəbrin baş tərəfində əyləşib, uca səslə təlqini deməyə başlasın, əlbəttə yaxşı olar ki, onu deyəndə hər iki əlinin içini qəbrin üstünə qoyub, ağzını qəbrə yaxınlaşdırsın. Əgər təlqini meyyitin vəlisi demək istəməsə, başqasını naib tuta bilər.
Rəvayətlərdə bəyan olduğu kimi, meyyitə təlqin deyildikdə, Münkir adlı mələk Nəkir adlı mələyə deyər: «Gəl gedək, ona təlqin dedilər, artıq ondan sorğu-sual etmək lazım deyildir. Bununla da onlar meyyitdən sorğu-sual etməyib, geri qayıdarlar.»
Əllamə Məclisi deyir: «Yaxşı olar ki, təlqin deyən şəxs belə desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İsmə` ifhəm ya fulanəbni fulan. Həl əntə ələl əhdilləzi farəqtəna ələyhi min şəhadəti ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən salləllahu ələyhi və alihi əbduhu və rəsuluh, və səyyidun nəbiyyinə və xatəmul mursəlin, və ənnə Əliyyən əmirul mu`mininə və səyyidul vəsiyyin, və imamuniftərəzəllahu taətəhu ələl aləmin, və ənnəl Həsənə vəl Husəynə və Əliyyəbnəl Husəyni və Muhəmmədəbnə Əliyy, və Cə`fərəbnə Muhəmmədin və Musabnə Cə`fər, və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmməd, vəl Həsənəbnə Əliyyin vəl Qaiməl huccətil Məhdiyyi səlavatullahi ələyhim əimmətul mu`minin, və hucəcullahi ələl xəlqi əcməin, və əimmətukə əimmətu hudən əbrar, ya fulanəbnə fulanin iza ətakəl mələkanil muqərrəban, rəsuləyni min indillahi təbarəkə və təala, və səəlakə ən rəbbikə və ən nəbiyyik, və ən dinikə və ən kitabik, və ən qiblətikə və ən əimmətik, fəla təxəf və qul fi cəvabihima cəllə cəlaluhu rəbbi, və Muhəmmədun salləllahu ələyhi və alihi nəbiyyi, vəl islamu dini vəl Qur`anu kitabi vəl Kə`bətu qibləti, və əmirəl mu`minin Əliyyubnu Əbi Talibin imami, vəl Həsənubnu Əliyyinil Muctəba imami, vəl Huseynubnu Əliyyiniş şəhidi bi Kərbəla imami, və Əliyyun Zəynul abidini imami, və Muhəmmədun Baqiru ilmin nəbiyyinə imami, və Cə`fərunis Sadiqu imami, və Muhəmmədunil Cəvadu imami, və Əliyyunil Hadi imami, vəl Həsənul Əskəriyyu imami, vəl Huccətul muntəzəru imami, haulai səlavatullahi ələyhim əcməinə əimməti, və sadəti və qadəti və şufəai, bihim ətəvəlla və min ə`daihim ətəbərrəu fid dunya vəl axirəh, summə`ləm ya fulanəbnə fulan, ənnəllahə təbarəkə və təala ni`mər rəbb, ənnə Muhəmmədən salləllahu ələyhi və alihi ni`mər rəsul, və ənnə əmirəl mu`mininə Əliyyəbnə Əbitalib, və əvladəhul əimməh, əl əhədə əşərə ni`məl əimməh, və ənnə ma caə bihi Muhəmmədun salləllahu ələyhi və alihi həqq, və ənnəl məvtə həqq, və sualə munkərin və nəkirin fil qəbri həqq, vəl bə`sə həqqun vən nuşurə həqq, vəs siratə həqqun vəl mizanə həqq, və tətaurəl kutubi həqq, vəl cənnətə həqqun vən narə həqq, və ənnəs saətə atiyətun la rəybə fih, və ənnəllahə yəb`əsu mən fil qubur. | Eşit və başa düş, ey filankəs oğlu filankəs! Sən bizdən ayrıldığın əhd-peymana sadiq qalıbsanmı? Həmin əhd-peyman (əqidə) bu şəhadətdən ibarət idi: “Yeganə və şəriksiz Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə) Onun bəndəsi və rəsulu, peyğəmbərlərin sərvəri və elçilərin sonuncusudur. Əli möminlərin əmiri, vəsilərin sərvəri və itaəti Allah tərəfindən aləmlərə vacib olunan imamdır. Həsən, Hüseyn, Əli ibn Hüseyn, Muhəmməd ibn Əli, Cəfər ibn Muhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Muhəmməd ibn Əli, Əli ibn Muhəmməd, Həsən ibn Əli və Mehdi (Qaim-Höccət) (Allahın salamı olsun onlara) möminlərin imamları, Allahın bütün məxluqat üzərində höccətləri və sənin hidayət və xeyirxah imamlarındır.” Ey filankəs oğlu filankəs! Böyük və uca Allah tərəfindən göndərilən iki “müqərrəb” (Allaha yaxın) mələk sənin yanına gəlib, Səndən Rəbbin, Peyğəmbərin, dinin, kitabın, qiblən və imamların barəsində soruşduqda, qorxma və onların cavabında belə de: “Böyük və uca Allah mənim Rəbbim, Muhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə) peyğəmbərim, İslam dinim, Quran kitabım, Kəbə qibləm, möminlərin əmiri Əli ibn Əbu Talib imamım, Həsən ibn Əli imamım, Kərbəla şəhidi Hüseyn ibn Əli imamım, Əli Zeynəlabidin (abidlərin zinəti) imamım, peyğəmbərlərin elmini açan Muhəmməd imamım, Cəfər Sadiq imamım, Musa Kazim imamım, Muhəmməd Cavad imamım, Əli Hadi imamım, Həsən Əskəri imamım və intizarı çəkilən Höccət imamımdır. Onlar (Allahın salamı olsun onların hamısına) mənim imamlarım, sərvərlərim, rəhbərlərim və (qiyamətdə) şəfaətçilərimdir. Mən dünya və axirətdə onları sevir, düşmənlərinə nifrət bəsləyirəm. Sonra bil və agah ol, ey filankəs oğlu filankəs! Həqiqətən, böyük və uca Allah yaxşı Rəbb, Muhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə) yaxşı rəsul, möminlərin əmiri Əli ibn Əbu Talib və onun on bir övladı yaxşı imamdır. Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə) gətirdiklərinin hamısı haqdır. Nəkir və Münkərin qəbirdə sorğu-sualı haqdır. Qəbirdən baş qaldırmaq haqdır. Yenidən dirilmək haqdır. Sirat haqdır. Mizan (tərəzi) haqdır. İnsanların əməl dəftərinin bir-birindən fərqliliyi haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır. Qiyamət gələcək və onda şəkk-şübhə yoxdur. Allah qəbirdə olan hər bir kəsi qaldıracaq. | اِسْمَعْ اِفْهَمْ يَا فُلانَ بْنَ فُلانٍ هَلْ اَنْتَ عَلَي الْعَهْدِ الَّذي فَارَقْتَنَا عَلَيْهِ مِنْ شَهَادَةِ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ، وَحْدَهُ لا شَريكَ لَهُ، وَ اَنَّ مُحَمَّداً صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ، عَبْدُهُ وَ رسُولُهُ، وَ سَيِّدُ النَبِّييّنَ وَ خَاتَمُ الْمُرْسَلينَ، وَ اَنَّ عَلِيّاً اَميرُ الْمُؤْمِنينَ، وَ سَيّدُ الْوَصِيّينَ، وَ اِمَامٌ افْتَرَضَ اللهُ طَاعَتَهُ عَلَي الْعَالَمينَ، وَ اَنَّ الْحَسَنَ وَالْحُسَيْنَ، وَ عَلِيَ بْنَ الْحُسَيْنِ، وَ مُحَمَّدَ بْنَ عَلِيٍّ، وَ جَعْفَرَ بْنَ مُحَمَّدٍ، وَمُوسَي بْنَ جَعْفَرٍ، وَعَلِيَ بْنَ مُوسَى، وَمُحَمَّدَ بْنَ عَلِيٍّ، وَ عَلِيَ بْنَ مُحَمَّدٍ، وَالْحَسَنَ بْنَ عَلِيٍّ، وَالقَائِمَ الْحُجَّةَ الْمَهْدِيَ صَلَوَاتُ اللهِ عَلَيْهِمْ اَئِمَّةُ الْمُؤْمِنينَ، وَ حُجَجُ اللهِ عَلَي الْخَلْقِ اَجْمَعينَ، وَ اَئِمَّتُكَ اَئِمَّةُ هُدَيً اَبْرَارٌ، يَا فُلانَ بْنَ فُلانٍ اِذَا اَتَاكَ الْمَلَكَانِ الْمُقَرَّبَانِ، رَسُولَيْنِ مِنْ عِنْدِاللهِ تَبَارَكَ وَ تعَالَى، وَ سَئَلاكَ عَنْ رَبِّكَ وَ عَنْ نَبِيِّكَ، وَ عَنْ دينِكَ، وَ عَنْ كِتَابِكَ، وَ عَنْ قِبْلَتِكَ، وَ عَنْ اَئِمَّتِكَ، فَلا تَخَفْ وَ قُلْ في جَوَابِهِمَا اَللهُ جَلَ جَلالُهُ رَبّي، وَ مُحَمَّدٌ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ نَبِيّي، وَالاِْسْلامُ ديني، وَ الْقُرْآنُ كِتَابي، وَالْكَعْبَهُ قِبْلَتي، وَ اَميرُالْمُؤْمِنينَ عَلِيُّ بْنُ اَبيطَالِبٍ اِمَامي، وَالْحَسَنُ بْنُ عَلِيٍّ الْمُجْتَبَى اِمَامي، وَ الْحُسَيْنُ بْنُ عَلِيٍّ الشَّهيدُ بِكَرْبَلاءَ اِمَامي، وَ عَلِيٌ زَيْنُ الْعَابِدينَ اِمَامي، وَ مُحَمَّدٌ بَاقِرُ عِلْمِ النَّبِيّينَ اِمَامي، وَ جَعْفَرٌ الصَّادِقُ اِمَامي، وَ مُوسَي الْكَاظِمُ اِمَامي، وَ عَليٌ الرِّضَا اِمَامي، وَ مُحَمَّدٌ الْجَوَادُ اِمَامي، وَ عَلِيٌ الْهَادي اِمَامي، وَ الْحَسَنُ الْعَسْكَريُ اِمَامي، وَالْحُجَّةُ الْمُنْتَظَرُ اِمَامي، هاؤُلاءِ صَلَوَاتُ اللهِ عَلَيْهِمْ اَجْمَعينَ اَئِمَّتي، وَ سَادَتي وَ قَادَتي وَ شُفَعَائي، بِهِمْ اَتَوَلَّى، وَ مِنْ اَعْدآئِهِمْ اَتَبَرَّءُ فِي الدُّنْيَا وَالْآخِرَةِ، ثُمَّ اعْلَمْ يَا فُلانَ بْنَ فُلانٍ اَنَّ اللهَ تَبَارَكَ وَ تَعَالَى نِعْمَ الرَّبُّ، وَ اَنَّ مُحَمَّداً صَلَّي الله عَلَيْهِ وَ آلِهِ نِعْمَ الرَّسُولُ وَ اَنَّ اَميرَ الْمُؤْمِنينَ عَلِيَ بْنَ اَبي طَالِبٍ، وَ اَوْلادَهُ الاْئِمَّةَ، الاَحَدَ عَشَرَ نِعْمَ الاَئِمَّةُ وَ اَنَّ مَا جَاءَ بِهِ مُحَمَّدٌ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ حَقٌّ، وَ اَنَّ الْمَوْتَ حَقٌّ وَ سُؤَالَ مُنْكَرٍ وَ نَكيرٍ فِي الْقَبْرِ حَقٌّ، وَالْبَعْثَ حَقٌّ، وَالنُّشُورَ حَقٌّ، وَ الصِّرَاطَ حَقٌّ، وَالْميزَانَ حَقٌّ، وَ تَطَائُرَ الْكُتُبِ حَقٌّ، وَالْجَنَّةَ حَقٌّ، وَالنَّارَ حَقٌّ وَ اَنَّ السَّاعَةَ آتِيَةٌ لارَيْبَ فيهَا، وَ اَنَّ اللهَ يَبْعَثُ مَنْ فِي الْقُبُورِ |
Sonra desin:
| Ərəbcə | اَفَهِمْتَ يَا فُلان |
| Tərcümə | Ey filankəs! Başa düşdünmü? |
| Tranksripsiya | Əfəhimtə ya filan? |
Rəvayətdə göstərilir ki, meyyit cavabında: «Bəli, başa düşdüm!» – deyir. Sonra desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Səbbətəkəllahu bil qəvlis sabit, hədakəllahu ila siratin mustəqim, ərrəfəllahu bəynəkə və bəynə əvliyaikə fi mustəqərrin min rəhmətih. | Allah səni sabit və tutarlı sözlə sabitqədəm saxlasın. Allah səni doğru yola yönəltsin. Allah rəhmət diyarında səninlə Öz dostları arasında tanışlıq yaratsın. | ثَبَّتَكَ اللهُ بِالْقَوْلِ الثَّابِتِ، هَدَاكَ اللهُ اِلَى صِرَاطٍ مُسْتَقيمٍ، عَرَّفَ اللهُ بَيْنَكَ وَ بَيْنَ اَوْلِيَائِكَ في مُسْتَقرٍّ مِنْ رَحْمَتِهِ |
Sonra desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə cafil ərzə ən cənbəyh, vəs`ud biruhihi iləyk, və ləqqihi minkə burhana, Əllahummə əfvəkə əfvək. | İlahi! Yeri onun böyürlərindən uzaqlaşdır (onu qəbir sıxıntısından qoru), ruhunu Öz dərgahına qaldır və ona Öz tərəfindən olan bürhanla təskinlik ver. İlahi! Sənin əfvin lazımdır, Sənin əfin lazımdır. | اللَّهُمَّ جَافِ الاَرْضَ عَنْ جَنْبَيْهِ، وَاصْعَدْ بِرُوحِهِ اِلَيْكَ، وَلَقِّهِ مِنْكَ بُرْهَاناً، اللَّهُمَّ عَفْوَكَ عَفْوَكَ |
Şeyx Abbas Qumi: «Allaha həmd-səna edirəm ki, bu bölümü də sona çatdırdım. Ümid edirəm ki, Allah Təala məni və bu kitaba əməl edən şəxsləri bağışlasın. Bu kitabı, 1345-ci hicri qəməri ilinin Muhərrəm ayının 19-u, cümə günü, İmam Rzanın (ə) məqbərəsinin kənarında tamamladım. İlahi, Muhəmməd və ali Muhəmmədə salam və salavat göndər!»
Abbas ibn Muhəmməd Rza Qummi.
