TAM Məğrib (şam) namazının təqibatı
Fatimə Zəhranın (s.ə) təsbihatından sonra bu duanı[1] oxu:
| Transkrispiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İnnəllahə və məlaikətəhu yusəllunə ələn nəbiy, ya əyyuhəlləzinə amənu səllu ələyhi və səllimu təslima, | Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın. | اِنَّ اللَّهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ ءَامَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيما |
| Əllahummə səlli əla Muhəmmədin nəbiyyi, və əla zuriyyətihi və əla əhli bəytih. | İlahi! Muhəmmədə, onun övladları və Əhlibeytinə salam və salavat göndər. | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِيِّ وَ عَلَى ذُرِّيَّتِهِ وَ عَلَى أَهْلِ بَيْتِهِ |
Sonra 7 dəfə bu duanı[2] oxu:
| Ərəbcə | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ |
| Tərcümə | Mehriban və bağışlayan Allahın adı ilə! Böyük və uca Allahdan başqa güc və qüdrət sahibi yoxdur |
| Transkripsiya | Bismillahir rəhmanir rəhim, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim |
3 dəfə bu duanı[3] oxu:
| Ərəbcə | الْحَمْدُ لِلَّهِ الَّذِي يَفْعَلُ مَا يَشَاءُ وَ لا يَفْعَلُ مَا يَشَاءُ غَيْرُهُ |
| Tərcümə | İstədiyini yerinə yetirən və başqasının istədiyini yerinə yetirməyən. Allaha həmd olsun |
| Transkripsiya | Əlhəmdu lillahilləzi yəf`əlu ma yəşa, və la yəf`əlu ma yəşau ğəyruh |
Sonra bu duanı[4] oxu:
| Ərəbcə | سُبْحَانَكَ لا إِلَهَ إِلا أَنْتَ اغْفِرْ لِي ذُنُوبِي كُلَّهَا جَمِيعا فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ كُلَّهَا جَمِيعا إِلا أَنْتَ |
| Tərcümə | İlahi, Sən bütün eyiblərdən pak və uzaqsan! Səndən başqa məbud yoxdur, bütün günahlarımı bağışla. Çünki Səndən başqa bütün günahları bağışlayan olmaz |
| Transkripsiya | Subhanəkə la ilahə illa ənt, iğfir li zunubi kulləha cəmia, fəinnəhu la yəğfiruz zunubə kulləha cəmiən illa ənt |
Sonra məğrib namazının nafiləsini qılırsan. Məğrib namazının nafiləsi iki salamla 4 rəkətdir (yəni sübh namazı kimi 2 rəkət qılıb salam verirsən, sonra məğrib namazının nafiləsi niyyəti ilə yenidən 2 rəkət namaz qılırsan.) Məğrib namazı ilə onun nafiləsi arasında söz danışma.[5] Şeyx demişdir: “Rəvayət olunmuşdur ki, 1-ci rəkətdə “Kafirun” surəsi, 2-ci rəkətdə “İxlas” surəsi, qalan 2 rəkətdə isə istənilən surə oxunsun.” Rəvayətə görə, Həzrət İmam Əli Nəqi (ə) 3-cü rəkətdə “Həmd” surəsindən sonra “Hədid” surəsinin əvvəlindən “Və huvə əlimun bizatis sudur” ayəsinə qədər (yəni Hədid surəsi, 1-6-cı ayələr) və 4-cü rəkətdə “Həmd” surəsindən sonra “Həşr” surəsinin axırını, yəni “Ləv ənzəlna hazəl Quranə…” ayəsindən surənin axırına qədər (yəni Həşr surəsi, 21-24-cü ayələr) oxuyardı.[6]
Müstəhəbdir ki, nafilə namazlarının axırıncı rəkətində, xüsusilə, cümə gecəsində bu dua[7] 7 dəfə oxunsun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bivəchikəl kərim vəsmikəl əzim, və mulkikəl qədim, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təğfirə li zənbiyəl əzim, innəhu la yəğfirul əzimə illəl əzim. | İlahi, Sənin uca zatını, böyük adını və əbədi hakimiyyətini and verib Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam və salavat göndər, mənim böyük günahlarımı bağışla! Çünki böyüyü böyükdən başqası bağışlamaz. | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِوَجْهِكَ الْكَرِيمِ وَ اسْمِكَ الْعَظِيمِ وَ مُلْكِكَ الْقَدِيمِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَغْفِرَ لِي ذَنْبِيَ الْعَظِيمَ اِنَّهُ لا يَغْفِرُ الْعَظِيمَ إِلا الْعَظِيمُ |
Nafilə namazı qurtardıqdan sonra, istədiyin duanı oxu və daha sonra 10 dəfə bu duanı[8] de:
| Ərəbcə | مَا شَاءَ اللَّهُ لا قُوَّةَ إِلا بِاللَّهِ أَسْتَغْفِرُ اللَّهَ |
| Tərcümə | Allahın istəyi labüddür. Allahdan başqa qüdrət yoxdur. Allahdan bağışlanma diləyirəm |
| Transkripsiya | Ma şaəllahu la quvvətə illa billahi əstəğfirullah |
Sonra bu duanı[9] oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə mucibati rəhmətik, və əzaimə məğfirətik, vən nicatə minən nar, və min kulli bəliyyəh, vəl fəvzə bil cənnəti vər rizvanə fi daris səlam, və civari nəbiyyikə Muhəmmədin ələyhi və alihis səlam, | İlahi, Səndən rəhmət və bağışlamağına səbəb olanları, hər cür bəla və atəşdən qurtuluşu, cənnətinə çatmağı, “Sağlamlıq” yurdunda (cənnətdə) razılığını və peyğəmbərin Muhəmmədin (ona və Əhlibeytinə salam olsun) kənarında olmağı diləyirəm. | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ وَ عَزَائِمَ مَغْفِرَتِكَ وَ النَّجَاةَ مِنَ النَّارِ وَ مِنْ كُلِّ بَلِيَّةٍ وَ الْفَوْزَ بِالْجَنَّةِ وَ الرِّضْوَانَ [الرِّضْوَانِ] فِي دَارِ السَّلامِ وَ جِوَارَ [جِوَارِ] نَبِيِّكَ مُحَمَّدٍ عَلَيْهِ وَ آلِهِ السَّلامُ |
| Əllahummə ma bina min ni`mətin fəminkə la ilahə illa ənt, əstəğfirukə və ətubu iləyk. | İlahi, ixtiyarımızda olan hər nemət Səndəndir. Səndən başqa məbud yoxdur. Səndən məğfirət diləyir və tövbə edərək Sənə doğru üz tuturam. | اللَّهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْكَ لا إِلَهَ إِلا أَنْتَ أَسْتَغْفِرُكَ وَ أَتُوبُ إِلَيْكَ |
Nafilələri və təqibatı yerinə yetirdikdən sonra şükür səcdəsi yerinə yetir. Şükür səcdəsində ən azı üç dəfə de: “Şukrən, şukrən, şukrən.”
İmam Sadiq (ə) buyurub ki, məğrib namazını qılıb qurtardıqdan sonra əlini alnına çəkib 3 dəfə de[10]:
| Ərəbcə | بِسْمِ اللهِ الَّذِى لَا اِلٰهَ اِلَّا هُوَ، عَالِمُ الْغَیْبِ وَ الشَّهَادَةِ، اَلرَّحْمٰنُ الرَّحِیمُ. اَللَّهُمَّ اَذْهِبْ عَنِّى الْهَمَّ وَ الْغَمَّ وَ الْحَزَنَ |
| Tərcümə | O Allahın adı ilə ki, Ondan qeyri İlah yoxdur, gizlini və aşkarı bilir, rəhman və rəhimdir. Ey Allahım, kədəri, giriftarlığı və qəm-qüssəni məndən uzaqlaşdır |
| Transkripsiya | Bismillahilləzi lə ilahə illə huvə, aliməl ğəybi və şəhadə, ərrəhmanur rəhim. Əllahummə əzhib ənnil həmə vəl ğəmə vəl həzənə. |
Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 98
[2] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 98
[3] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 98
[4] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 98
[5] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 99
[6] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 98
[7] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 99
[8] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 102
[9] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 102
[10] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 549, hədis 10
