Ziyarətnamə: Həzrət Muhəmməd Peyğəmbərin (s) yaxından ziyarəti
Həzrət Rəsulallahı (s) yaxından ziyarət etmək
Mədinədə Həzrət Rəsulallahın (s) qəbrini ziyarət etmək, xüsusilə də Allah evi zəvvarlarının (hacıların) Peyğəmbərin (s) qəbrini ziyarət etməsi təkid olunmuş müstəhəb bir əməldir. O həzrəti ziyarət etməyin savabı barədə çoxlu hədislər vardır. Onlardan bir neçəsinə nəzər salaq:
1) İmam Sadiq (ə) buyurmuşdur: «İmam Hüseyn (ə) Həzrət Rəsulallahdan (s) soruşdu: «Sizi ziyarət edənin mükafatı nədir?» O həzrət buyurdu: «Övladım, hər kim sağlığımda və ya ölümümdən sonra məni ziyarət edərsə, yaxud atanı, qardaşını və səni sağlığınızda və ya ölümünüzdən sonra ziyarət edərsə, mənim boynuma haqq düşür ki, Qiyamət günü günahlarından xilas etmək üçün onu ziyarət edim»[1]
2) Bir sıra hədislərdə buyurulur ki, kim xalis niyyətlə Həzrət Rəsulallahın (s) qəbrinin ziyarətinə gedərsə, Qiyamət günü o həzrət ona şəfaətçi olar və inşaallah həmin şəxs Cənnətə daxil olar[2]
3) Həzrət Rəsulallahın (s) qəbrini ziyarət etmək o həzrətlə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir.[3]
4) Həzrət Rəsulallah (s) buyurub: «Kim məni sağlığımda və ya ölümümdən sonra ziyarət edərsə, Qiyamət günü mənim qonşuluğumda, kənarımda olar»[4]
5) Həzrət Rəsulallah (s) buyurub: «Mənim evimlə minbərim arasında cənnət bağlarından biri yerləşir»[5]
6) Mərhum Səduq Əmirəlmöminin Əlinin (ə) belə buyurduğunu nəql edir: «Həccinizi Rəsulallahın (s) ziyarəti ilə kamil edin, çünki onun ziyarətini tərk etmək vəfasızlıq və ədəbə ziddir»[6]
7) Şeyx Şəhid yazır: «Əgər camaat o həzrətin ziyarətini tərk etsələr, haram olunmuş cəfa və zülmə düçar olarlar»
8) Əba Səlt Hərəvi belə nəql etmişdir: «İmam Rzaya (ə) dedim: «Yəbnə Rəsulillah! Bu hədis haqqında nə deyə bilərsiniz: «Möminlər behiştdə Allahı öz evlərindən ziyarət edəcəklər!»Bu hədis nədən kinayədir? Halbuki onun zahiri haqq əqidə ilə uyğun gəlmir?!»» Həzrət ona belə cavab verdi: «Ey Əba Səlt! Allah taala Muhəmməd (s) peyğəmbəri bütün məxluqatdan, peyğəmbərlərdən, mələklərdən fəzilətli və üstün qərar verdi, onun itaətini Öz itaəti, beyətini Öz beyəti, ziyarətini Öz ziyarəti hesab etdi. Necə ki, Qurani Kərimdə buyurur: «Hər kim Peyğəmbərə itaət etsə, sözsüz ki, Allaha itaət etmişdir!» Həzrət Peyğəmbəri Əkrəm (s) də belə buyurmuşdur: «Hər kim məni həyatımda, yaxud ölümümdən sonra ziyarət etsə, sanki Allahı ziyarət etmişdir…»»
9) Şeyx Tusi «Təhzib» kitabında Yezid ibn Əbdul Məlikdən, o da ata-babalarından belə dediklərini nəql etmişdir: «Bir gün xanım Fatimeyi Zəhranın (s) hüzuruna getdim. Əvvəlcə o, mənə salam verdi. Sonra məndən soruşdu: «Nə üçün gəlmisən?» Dedim: «Bərəkət və savab qazanmaq üçün!» Buyurdu: «Atam mənə xəbər verdi ki, hər kim ona (Peyğəmbərə) və mənə üç gün salam versə, Allah taala cənnəti ona vacib edər!» Dedim: «Bu, Peyğəmbərin və sizin həyatınızda salam verənlərə aiddirmi?» Buyurdu: «Həm həyatımızda, həm də öləndən sonra (hər kim bizə salam versə, behişt ona vacib olar)»
Ziyarətin qaydası:
1) İmam Sadiq (ə) buyurub ki, Mədinəyə daxil olmazdan qabaq qüsl edin.[7]
2) Şeyx Tusi «Məscidun-nəbi»yə (Peyğəmbər məscidinə) daxil olmaq və Rəsulallahı (s) ziyarət etmək üçün bir qüsl də edildiyini qeyd edir.[8]
3) Hərəmə daxil olarkən izni-duxul oxuyun. İzni-duxulu Şeyx Kəf`əmi və başqaları öz kitablarında qeyd etmişlər və sizdə sözünə basmaqda linkə daxil ola bilərsiz.
4) Hər zaman peyğəmbərin Mədinəsinə daxil oldun (inşaallah), ziyarət üçün qüsl al və həzrətin məscidinə daxil olarkən qapının yanında dayan və o birinci daxil olma iznini oxu. «Cəbrail» qapısından daxil ol və daxil olan zaman əvvəl sağ ayağını qoy, sonra 100 dəfə «Əllahu əkbər» de və sonra iki rəkət məscidə təhiyyət namazı qıl. «Şərif» hücrə tərəfə get, əlini ona sürt və onu öpüb de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya rəsuləllah, əssəlamu ələykə ya nəbiyyəllah, əssəlamu ələykə ya Muhəmmədəbnə Əbdillah, əssəlamu ələykə ya xatəmən nəbiyyin, əşhədu ənnəkə qəd bəlləğtər risalətə və əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və əbədtəllahə muxlisən hətta ətakəl yəqin, fəsələvatullahi ələykə və rəhmətuh, və əla əhli bəytikət tahirin. | Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey Abdullahın oğlu Muhəmməd! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu! Şəhadət verirəm ki, həqiqətən, sən əcəlin çatan vaxta qədər risalətini çatdırdın, namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, çirkinliklərdən çəkindirdin və Allaha ixlasla ibadət etdin. Elə isə Allahın salam və rəhməti olsun sənə və sənin pak-pakizə Əhlibeytinə! | السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نَبِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خَاتَمَ النَّبِيِّينَ أَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ الرِّسَالَةَ وَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا حَتَّى أَتَاكَ الْيَقِينُ فَصَلَوَاتُ اللَّهِ عَلَيْكَ وَ رَحْمَتُهُ وَ عَلَى أَهْلِ بَيْتِكَ الطَّاهِرِينَ |
Sonra qarşıdakı, qəbrin sağ tərəfində olan sütunun yanında, üzü qibləyə, sol çiynin qəbrə tərəf və sağ çiynin mənbərə tərəf dayan ki, o yer Allahın Rəsulunun (s) baş tərəfidir və belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, və əşhədu ənnəkə rəsulullahi və ənnəkə Muhəmmədubnu əbdillah, və əşhədu ənnəkə qəd bəlləğtə risalati rəbbik, və nəsəhtə liummətikə və cahədtə fi səbilillah, və əbədtəllahi hətta ətakəl yəqin, bil hikməti vəl məv`izətil həsənəh, və əddəytəlləzi ələykə minəl həqq, və ənnəkə qəd rəuftə bil mu`minin, və ğəluztə ələl kafirin, fəbəlləğəllahu bikə əfzələ şərəfi məhəllil mukərrəmin, əlhəmdu lillahilləzi istənqəzəna bikə minəş şirki vəz zəlaləh, Əllahummə fəc`əl sələvatikə və sələvati məlaikətikəl muqərrəbin, və ənbiyaikəl mursəlinə və ibadikəs salihin, və əhlis səmavati vəl ərəzin, və mən səbbəhə ləkə ya rəbbəl aləmin, minəl əvvəlinə vəl axirin, əla Muhəmmədin əbdikə və rəsulikə və nəbiyyikə və aminik, və nəciyyikə və həbibikə və səfiyyik, və xassətikə və səfvətikə və xəyərətikə min xəlqik, Əllahummə ə`tihid dərəcətər rəfiətə və atihil vəsilətə minəl cənnəh, vəb`əshu məqamən məhmudən yəğbituhu bihil əvvəlunə vəl axirun, Əllahummə innəkə qultə və ləv ənnəhum iz zələmu ənfusəhum, caukə fəstəğfərullahə vəstəğfərə ləhumur rəsul, ləvəcədullahə təvvabən rəhima, və inni ətəytukə mustəğfirən taibən min zunubi, və inni ətəvəccəhu bikə iləllahi rəbbi və rəbbik, liyəğfirə li zunubi. | Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. Şəhadət verirəm ki, həqiqətən, sən əcəlin çatan vaxta qədər Rəbbinin tapşırıqlarını təbliğ etdin, ümmətinə nəsihət etdin, Allah yolunda mübarizə apardın, Allaha ibadət etdin, ümməti Allah yoluna hikmət və gözəl öyüdlərlə dəvət etdin, boynunda olan haqqı layiqincə yerinə yetirdin. Həqiqətən də, sən möminlərə qarşı mehriban, kafirlərə qarşı isə qəzəbli idin. Buna görə də Allah-Tala səni kəramət sahiblərinin ən yüksək məqamına çatdırdı. Həmd olsun Allaha ki, bizi sənin vasitənlə şirk və zəlalətdən xilas etdin. İlahi, ey aləmlərin Rəbbi, Sənin, “müqərrəb” (Allaha yaxın) mələklərin, “mürsəl” peyğəmbərlərin, saleh bəndələrinin, göy və yer əhlinin, Sənə təsbeh edənlərin, məxluqatın birinci və sonuncularının salam və salavatları olsun bəndən, rəsulun, peyğəmbərin, əmanətdarın, sirdaşın, həbibin və pak, səfalı, xas, xalis və Öz yaratdıqlarının arasından seçdiyin ən yaxşı bəndən Məhəmmədə! İlahi, ona uca məqam və cənnətdə “vəsilə” (şəfaət məqamı) əta et, onu yaranmışların birinci və axırıncılarının qibtə etdiyi “məhmud” (bəyənilmiş) məqamla qəbirdən qaldır. İlahi, Sən Özün buyurubsan: “Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.” Ey Allahın Peyğəmbəri, həqiqətən, mən də günahlarımdan tövbə edib bağışlanmaq üçün sənin yanına gəlmişəm və sənin vasitənlə mənim və sənin Rəbbin Allaha üz tutmuşam ki, günahlarımı bağışlasın! | أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدا عَبْدُهُ وَ رَسُولُهُ وَ أَشْهَدُ أَنَّكَ رَسُولُ اللَّهِ وَ أَنَّكَ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ وَ أَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ رِسَالاتِ رَبِّكَ وَ نَصَحْتَ لِأُمَّتِكَ وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ وَ عَبَدْتَ اللَّهَ حَتَّى أَتَاكَ الْيَقِينُ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ وَ أَدَّيْتَ الَّذِي عَلَيْكَ مِنَ الْحَقِّ وَ أَنَّكَ قَدْ رَؤُفْتَ بِالْمُؤْمِنِينَ وَ غَلُظْتَ عَلَى الْكَافِرِينَ فَبَلَّغَ اللَّهُ بِكَ أَفْضَلَ شَرَفِ مَحَلِّ الْمُكَرَّمِينَ الْحَمْدُ لِلَّهِ الَّذِي اسْتَنْقَذَنَا بِكَ مِنَ الشِّرْكِ وَ الضَّلالَةِ اللَّهُمَّ فَاجْعَلْ صَلَوَاتِكَ وَ صَلَوَاتِ مَلائِكَتِكَ الْمُقَرَّبِينَ وَ أَنْبِيَائِكَ الْمُرْسَلِينَ وَ عِبَادِكَ الصَّالِحِينَ وَ أَهْلِ السَّمَاوَاتِ وَ الْأَرَضِينَ وَ مَنْ سَبَّحَ لَكَ يَا رَبَّ الْعَالَمِينَ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ وَ نَبِيِّكَ وَ أَمِينِكَ وَ نَجِيِّكَ وَ حَبِيبِكَ وَ صَفِيِّكَ وَ خَاصَّتِكَ وَ صَفْوَتِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ اللَّهُمَّ أَعْطِهِ الدَّرَجَةَ الرَّفِيعَةَ وَ آتِهِ الْوَسِيلَةَ مِنَ الْجَنَّةِ وَ ابْعَثْهُ مَقَاما مَحْمُودا يَغْبِطُهُ بِهِ الْأَوَّلُونَ وَ الْآخِرُونَ اللَّهُمَّ اِنَّكَ قُلْتَ وَ لَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَ اسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابا رَحِيما وَ إِنِّي أَتَيْتُكَ مُسْتَغْفِرا تَائِبا مِنْ ذُنُوبِي وَ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اللَّهِ رَبِّي وَ رَبِّكَ لِيَغْفِرَ لِي ذُنُوبِي |
Əgər sənin bir hacətin varsa, arxanı çevirmədən çiynin üstə mütəhhər qəbrin ətrafına fırlan və üzünü qibləyə çevir, əllərini qaldır və öz hacətini istə. Həqiqətən duanız qəbul olmağa layiqdir (inşaallah Təala).
5) İbn Qavlaveyh mötəbər bir sənədə əsasən Muhəmməd ibn Məsuddan rəvayət edərək belə deyir: «İmam Sadiqi (ə) gördüm ki, həzrət Rəsulullahın (s) qəbrinin yanına gəldi və öz mübarək əlini qəbrin üstünə qoyub dedi»:
| Ərəbcə | أَسْأَلُ اللَّهَ الَّذِي اجْتَبَاكَ وَ اخْتَارَكَ وَ هَدَاكَ وَ هَدَى بِكَ أَنْ يُصَلِّيَ عَلَيْكَ |
| Tərcümə | Səni bəyənib-seçən, sənə yol göstərən və sənin vasitənlə insanları hidayət edən Allahdan istəyirəm ki, sənə salam və salavat göndərsin |
| Transkripsiya | Əs`əlullahəlləzictəbakə vəxtarəkə və hədakə və həda bikə ən yusəlliyə ələyk. |
| Ərəbcə | اِنَّ اللَّهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيما |
| Tərcümə | Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salam və salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərib, onu layiqincə salamlayın! |
| Transkripsiya | İnnəllahə və məlaikətəhu yusəllunə ələn nəbiy, ya əyyuhəlləzinə amənu sallu ələyhi və səllimu təslima. |
6) Şeyx «Misbah» kitabında yazır: «Qəbrin yanında duanı oxuyub qurtardıqdan sonra minbərə tərəf get, əlini ona sürt və minbərin iki ayaqlarından tut, üz-gözünü ona sürt. Çünki onda göz şəfası vardır. Minbərin yanında Allaha həmd-səna et, hacətlərini Allahdan dilə. Həqiqətən, Allahın Rəsulu (s) buyurmuşdur: «Mənim qəbrimlə minbərimin arasında behişt bağlarından bir bağ vardır, minbərim behişt qapılarından biridir.” Ondan sonra «Peybəmbər (s) məqamına» get və orada istədiyin namazı qıl. Ümumiyyətlə, Peyğəmbərin (s) məscidində çoxlu namaz qıl. Çünki orada qılınan bir rəkət namaz, 1000 rəkət namaza bərabərdir. Hər vaxt məscidə girsən, yaxud məsciddən çıxsan, o həzrətə salavat göndər. Fatimeyi Zəhranin (s) evində namaz qıl, sonra Cəbrailin (ə) məqamına get. Cəbrail (ə) içəri daxil olmaq istədikdə, orada durub, Peyğəmbərdən (s) icazə istəyər və deyərdi:
| Ərəbcə | أَسْأَلُكَ أَيْ جَوَادُ أَيْ كَرِيمُ أَيْ قَرِيبُ أَيْ بَعِيدُ أَنْ تَرُدَّ عَلَيَّ نِعْمَتَكَ |
| Tərcümə | Ey bəxşiş edən, ey kəramət sahibi, ey (bəndələrə) yaxın və ey uzaq Allah, Səndən nemətlərini mənə doğru yönəltməyini istəyirəm! |
| Transkripsiya | Əs`əlukə əy cəvadu əy kərimu əy qəribu əy bəidu ən təruddə ələyyə ni`mətək. |
Ondan sonra Peyğəmbərin (s) məscidindən Fatimə Zəhranın (s) ziyarət et. O xanımın qəbrinin harada olduğu barədə fikir ayrılığı vardır: Bəzilərinin dediyinə görə, o xanımın qəbri Peyğəmbərin (s) minbəri ilə qəbri arasında yerləşir. Bəziləri deyirlər ki, öz evindədir; bəziləri də deyirlər ki, «Bəqi» qəbiristanlığındadır. Bizim səhabələrimizin əksəriyyətinin nəzərinə görə, xanım Fatimeyi Zəhra (s) Peyğəmbərin (s) qəbrinin yanından ziyarət olunsun. O xanımı, hər üç yerdə ziyarət etmək, daha fəzilətlidir. Hər vaxt həmin yerlərdə ziyarət məqsədilə dursan, belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mumtəhənətu imtəhənəkillahulləzi xələqəki qəblə ən yəxluqək, fəvəcədəki lima imtəhənəki sabirətən və zə`əmna ənna ləki əvliyau və musəddiqun, və sabirunə likulli ma ətana bihi əbuki salləllahu ələyhi və alih, və əta (ətana) bihi vəsiyyuh, fəinna nəs`əluki in kunna səddəqnaki illa əlhəqtina bitəsdiqina ləhuma, linubəşşirə ənfusəna biənna qəd təhurna bivilayətik. | Ey imtahandan çıxan şəxs, Allah səni xəlq etməmişdən öncə imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Biz özümüzü sənin dostun, səni təsdiq edən, atanın (Allahın salamı olsun ona və Əhlibeytinə) və onun canişininin bizə gətirdikləri müqabilində səbirli olaraq onlara təslim olduğumuzu hesab edirik. Biz səndən istəyirik ki, əgər onları təsdiq edənlərdən olsaq, sən də mütləq bizim təsdiqimizi onların hər ikisinə (Rəsulullah və imam Əliyə) çatdır ki, sənin vilayətin vasitəsilə pak olmağımızı özümüzə müjdə verək! | يَا مُمْتَحَنَةُ امْتَحَنَكِ اللَّهُ الَّذِي خَلَقَكِ قَبْلَ أَنْ يَخْلُقَكِ فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً وَ زَعَمْنَا أَنَّا لَكِ أَوْلِيَاءُ وَ مُصَدِّقُونَ وَ صَابِرُونَ لِكُلِّ مَا أَتَانَا بِهِ أَبُوكِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ أَتَى [أَتَانَا] بِهِ وَصِيُّهُ فَاِنَّا نَسْأَلُكِ إِنْ كُنَّا صَدَّقْنَاكِ إِلا أَلْحَقْتِنَا بِتَصْدِيقِنَا لَهُمَا لِنُبَشِّرَ أَنْفُسَنَا بِأَنَّا قَدْ طَهُرْنَا بِوِلايَتِكِ |
Ardınca demək müstəhəbdir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələyki ya bintə rəsulillah, əssəlamu ələyki ya bintə nəbiyyillah, əssəlamu ələyki ya bintə həbibillah, əssəlamu ələyki ya bintə xəlilillah, əssəlamu ələyki ya bintə səfiyyillah, əssəlamu ələyki ya bintə əminillah, əssəlamu ələyki ya bintə xəyri xəlqillah, əssəlamu ələyki ya bintə əfzəli ənbiyaillah və rusulihi və məlaikətih, əssəlamu ələyki ya bintə xəyril bəriyyəh, əssəlamu ələyki ya səyyidəti nisail aləminə minəl əvvəlinə vəl axirin, əssəlamu ələyki ya zəvcətə vəliyyillah və xəyril xəlqi bə`də rəsulillah, əssəlamu ələyki ya umməl Həsəni vəl Husəyni səyyidəy şəbabi əhlil cənnəh, əssəlamu ələyki əyyətuhəs siddiqətuş şəhidəh, əssəlamu ələyki əyyətuhər rəziyyəh, əssəlamu ələyki əyyətuhəl fazilətuz zəkiyyəh, əssəlamu ələyki əyyətuhəl həvraul insiyyəh, əssəlamu ələyki əyyətuhət təqiyyətun nəqiyyəh, əssəlamu ələyki əyyətuhəl muhəddəsətul əliməh, əssəlamu ələyki əyyətuhəl məzlumətul məğsubəh, əssəlamu ələyki əyyətuhəl muztəhədətul məqhurəh, əssəlamu ələyki ya Fatimətu bintə rəsulillah və rəhmətullahi və bərəkatuh, salləllahu ələyki və əla ruhiki və bədənik, əşhədu ənnəki məzəyti əla bəyyinətin min rəbbik, və ənnə min sərrəki fəqəd sərrə rəsuləllahi salləllahu ələyhi və alih, və mən cəfaki fəqəd cəfa rəsuləllahi salləllahu ələyhi və alih, və mən azaki fəqəd aza rəsuləllahi salləllahu ələyhi və alih, və mən vəsələki fəqəd vəsələ rəsuləllahi salləllahu ələyhi və alih, və mən qətəəki fəqəd qətəə rəsuləllahi salləllahu ələyhi və alih, liənnəki biz`ətun minhu və ruhuhulləzi bəynə cənbəyh, kəma qalə salləllahu ələyhi və alih, uşhidullahə və rusuləhu və məlaikətəhu ənni razin əmmən rəzitu ənh, saxitun əla mən səxitti ələyh, mətəbərriun mimmən təbərrə`ti minh, muvalin limən valəyt, muadin limən adəyt, mubğizun limən əbğəzt, muhibbun limən əhbəbt, və kəfa billahi şəhidən və həsibən və caziyən və musiba. | Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Allahın Peyğəmbərinin qızı! Salam olsun sənə, ey Allahın həbibinin qızı! Salam olsun sənə, ey Allahın dostunun qızı! Salam olsun sənə, ey Allahın seçdiyinin (xalis bəndəsinin) qızı! Salam olsun sənə, ey Allahın əmanətdarının qızı! Salam olsun sənə, ey Allahın yaratdıqlarının ən yaxşısının qızı! Salam olsun sənə, ey Allahın peyğəmbərləri, elçiləri və mələklərinin ən yaxşısının qızı! Salam olsun sənə, ey insanların ən yaxşısının qızı! Salam olsun sənə, ey əvvəldən axıra qədər aləmlərin qadınlarının sərvəri! Salam olsun sənə, ey Allahın vəlisi və Rəsulullahdan sonra məxluqatın ən yaxşısının həyat yoldaşı! Salam olsun sənə, ey cənnət əhlinin cavanlarının sərvərləri Həsən və Hüseynin anası! Salam olsun sənə, ey Siddiqə (düzdanışan) və ey şəhidə xanım! Salam olsun sənə, ey Allahdan razı olan və Allahın razı olduğu xanım! Salam olsun sənə, ey fəzilət və paklıq sahibi! Salam olsun sənə, ey insan növündən olan huri! Salam olsun sənə, ey təqvalı və pak-pakizə xanım! Salam olsun sənə, ey mələklərlə danışan alimə xanım! Salam olsun sənə, ey zülmə məruz qalan və haqqı qəsb olunan xanım! Salam olsun sənə, ey sitəm olunan və düşmənlərin qəzəbinə tuş gələn xanım! Salam olsun sənə, ey Rəsulullahın qızı Fatimə! Allahın rəhmət və bərəkətləri olsun sənə! Allahın salamı olsun sənə, sənin pak ruhuna və bədəninə! Şəhadət verirəm ki, həqiqətən, sən Rəbbin tərəfindən aşkar bir dəlillə dünyadan köçdün. Şəhadət verirəm ki, həqiqətən, səni sevindirən, şübhəsiz, Rəsulullahı (Allahın salamı olsun ona və Əhlibeytinə) sevindirmiş, sənə zülm edən, şübhəsiz, Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) zülm etmiş, sənə əzab-əziyyət verən, şübhəsiz, Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) əzab-əziyyət vermiş, sənin yoluna qovuşan, şübhəsiz, Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) qovuşmuş və sənə qırmanc vuran, şübhəsiz Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) qırmanc vurmuşdur. Çünki sən onun ciyərinin parası və bədənindəki ruhusan. Necə ki, Rəsulullah (Allahın salamı olsun ona və Əhlibeytinə) buyurmuşdur: “Allahı, Onun Rəsulunu və mələklərini şahid tuturam ki, mən sənin razı olduğun şəxslərdən razı, qəzəbləndiyin şəxslərə qəzəbli, nifrət etdiyin şəxslərə nifrət edir, dost bildiklərini dost və düşmən bildiklərini düşmən bilirəm, kin bəslədiyin şəxslərə qarşı kinliyəm və sevdiyin şəxsləri sevirəm. Allah şahidlik, hesab çəkmək, cəzalandırmaq və mükafat vermək üçün kifayətdir. | السَّلامُ عَلَيْكِ يَا بِنْتَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ حَبِيبِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ صَفِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ أَمِينِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ خَيْرِ خَلْقِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ أَفْضَلِ أَنْبِيَاءِ اللَّهِ وَ رُسُلِهِ وَ مَلائِكَتِهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ خَيْرِ الْبَرِيَّةِ السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ السَّلامُ عَلَيْكِ يَا زَوْجَةَ وَلِيِّ اللَّهِ وَ خَيْرِ الْخَلْقِ بَعْدَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا أُمَّ الْحَسَنِ وَ الْحُسَيْنِ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الصِّدِّيقَةُ الشَّهِيدَةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الرَّضِيَّةُ الْمَرْضِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْفَاضِلَةُ الزَّكِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْحَوْرَاءُ الْإِنْسِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا التَّقِيَّةُ النَّقِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمُحَدَّثَةُ الْعَلِيمَةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَغْصُوبَةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمُضْطَهَدَةُ الْمَقْهُورَةُ السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ بِنْتَ رَسُولِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ صَلَّى اللَّهُ عَلَيْكِ وَ عَلَى رُوحِكِ وَ بَدَنِكِ أَشْهَدُ أَنَّكِ مَضَيْتِ عَلَى بَيِّنَةٍ مِنْ رَبِّكِ وَ أَنَّ مَنْ سَرَّكِ فَقَدْ سَرَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ جَفَاكِ فَقَدْ جَفَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ آذَاكِ فَقَدْ آذَى رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ وَصَلَكِ فَقَدْ وَصَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ قَطَعَكِ فَقَدْ قَطَعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ لِأَنَّكِ بَضْعَةٌ مِنْهُ وَ رُوحُهُ الَّذِي بَيْنَ جَنْبَيْهِ كَمَا قَالَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ أُشْهِدُ اللَّهَ وَ رُسُلَهُ وَ مَلائِكَتَهُ أَنِّي رَاضٍ عَمَّنْ رَضِيتِ عَنْهُ سَاخِطٌ عَلَى مَنْ سَخِطْتِ عَلَيْهِ مُتَبَرِّئٌ مِمَّنْ تَبَرَّأْتِ مِنْهُ مُوَالٍ لِمَنْ وَالَيْتِ مُعَادٍ لِمَنْ عَادَيْتِ مُبْغِضٌ لِمَنْ أَبْغَضْتِ مُحِبٌّ لِمَنْ أَحْبَبْتِ وَ كَفَى بِاللَّهِ شَهِيدا وَ حَسِيبا وَ جَازِيا وَ مُثِيبا |
Sonra Allahın Rəsuluna (s) və Əhlibeytinə (ə) salavat göndərirsən.
Şeyx Abbas Qumi deyir: Biz Cəmadiul-axərin 3-cü günündə başqa bir ziyarət həzrəti Fatimə (s) üçün nəql etdik və alimlər yenə məzlum xanım üçün geniş surətdə ziyarətnamə nəql ediblər və o, bizim Şeyxdən nəql etdiyimiz həmin ziyarətdir. Onun əvvəli «Əssəlamu ələyki ya bintə rəsulillah»-dır, ora qədər ki, «uşhidullahə və rusuləhu və məlaikətəh» ki, bundan sonrası belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Uşhidullahə və məlaikətəhu ənni vəliyyun limən valak, və əduvvu limən adak, və hərbun limən harəbək, əna ya məvlati biki və biəbiki və bə`liki vəl əimməti min vələdiki muqin, və bivilayətihim mu`minun və litaətihim multəzim, əşhədu ənnəd dinə dinuhum vəl hukmə hukmuhum, və hum qəd bəlləğu ənillahi əzzə və cəll, və dəəv ila səbilillahi bil hikməti vəl məv`izətil həsənəh, la tə`xuzuhum fillahi ləvmətu laim, və sələvatullahi ələyki və əla əbiki və bə`liki və zurriyyətikil əimmətit tahirin, Əllahummə salli əla Muhəmmədin və əhli bəytih, və səlli ələl bətulit tahirətis siddiqəh, əl mə`sumətit təqiyyətin nəqiyyəh, ərrəziyyətil mərziyyətiz zəkiyyətir rəşidəh, əlməzlumətil məqhurətil məğsubəh (əl məğsub), həqquhəl məmnuəti (əl məmnui) irsuhəl məksurəh (əl məksur), zil`uhəl məzlumi bə`luhəl məqtul, vələduha Fatimətə binti rəsulik, və biz`əti ləhmihi və səmimi qəlbihi və filzəti kəbidih, vən nuxbəti (vət təhiyyəti) minkə ləhu vət tuhfəti xəsəstə biha vəsiyyəhu və həbibətil (və həbibəhu) Mustəfa, və qərinətil (qərinəhul) Murtəza, və səyyidətin nisai və mubəşşirətil əvliyai xəlifətil vərəi vəz zuhd, və tuffahətil firdəvsi vəl xuldilləti şərrəftə məvlidəha binisail cənnəh, və sələltə minha ənvarəl əimməh, və ərxəytə dunəha hicabən nubuvvəh, Əllahummə salli ələyha səlatən təzidu fi məhəlliha indək, və şərəfiha lədəykə və mənzilətiha min rizak, və bəlliğha minna təhiyyətən və səlama, və atina min lədunkə fi hubbiha fəzlən və ihsana, və rəhmətən və ğufranən innəkə zul əfvil kərim. | Allah və Onun mələklərini şahid tuturam ki, mən səni sevənləri sevir, düşmən bilənləri özümə düşmən bilirəm və səninlə döyüşənlə döyüşdəyəm. Ey mənim mövlam, mənim sənə, atana, ərinə və övladlarından olan imamlara etiqadım və vilayətinizə imanım var. Sizə itaəti vacib bilirəm. Şəhadət verirəm ki, həqiqətən, din onların dini, hökm onların hökmüdür və onlar Allah-Təala tərəfindən öz vəzifələrini layiqincə çatdırdılar, insanları hikmət və yaxşı öyüdlə Allaha doğru dəvət etdilər və Allah yolunda qınaqçının qınağına əsla etina etmədilər. Allahın salamı olsun sənə, atana, ərinə, pak-pakizə imam övladların! İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir! Həmçinin təmizkar, pak, düzdanışan, günahsız, pak-pakizə, Allahdan razı olan və Allahın da razı olduğu, təqvalı, hidayət edən, zülmə məruz qalan, düşmənlərin qəzəbinə tuş gələn, haqqı qəsb olunan, irsindən qadağan olunan, qabırğaları sınan, ərinə zülm olunan, övladı qətlə yetirilən, (yəni) Sənin Peyğəmbərinin qızı, onun ətinin bir parçası, qəlbinin sevdası, ciyərinin parası, Sənin tərəfindən onun üçün seçilən, Peyğəmbərin canişininə məxsus etdiyin töhfə, Mustafanın sevimlisi, Mürtəzanın həyat yoldaşı, qadınların sərvəri, övliyaları müjdələyən, təqva və zahidlik nümunəsi, “Firdovs” bağının alması, behişt qadınlarını mövludu ilə şərəfləndirdiyin əbədi behiştin, məsum imamların nurlarını ondan dünyaya gətirdiyin və qarşısında nübüvvət pərdəsini asdığın Fatiməyə salam yetir! İlahi, ona Sənin dərgahında məqamını, şərəfini və onu Sənin razılıq məqamına ucaldan bir salam yetir və bizim salamımızı da ona çatdır. Bizə ona məhəbbət bəslədiyimiz üçün Öz dərgahından fəzilət, ehsan, rəhmət və məğfirət əta et ki, həqiqətən, Sən əfv və kəramət sahibisən! | أُشْهِدُ اللَّهَ وَ مَلائِكَتَهُ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاكِ وَ عَدُوٌّ لِمَنْ عَادَاكِ وَ حَرْبٌ لِمَنْ حَارَبَكِ أَنَا يَا مَوْلاتِي بِكِ وَ بِأَبِيكِ وَ بَعْلِكِ وَ الْأَئِمَّةِ مِنْ وُلْدِكِ مُوقِنٌ وَ بِوِلايَتِهِمْ مُؤْمِنٌ وَ لِطَاعَتِهِمْ مُلْتَزِمٌ أَشْهَدُ أَنَّ الدِّينَ دِينُهُمْ وَ الْحُكْمَ حُكْمُهُمْ وَ هُمْ قَدْ بَلَّغُوا عَنِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ دَعَوْا إِلَى سَبِيلِ اللَّهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ لا تَأْخُذُهُمْ فِي اللَّهِ لَوْمَةُ لائِمٍ وَ صَلَوَاتُ اللَّهِ عَلَيْكِ وَ عَلَى أَبِيكِ وَ بَعْلِكِ وَ ذُرِّيَّتِكِ الْأَئِمَّةِ الطَّاهِرِينَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ صَلِّ عَلَى الْبَتُولِ الطَّاهِرَةِ الصِّدِّيقَةِ الْمَعْصُومَةِ التَّقِيَّةِ النَّقِيَّةِ الرَّضِيَّةِ الْمَرْضِيَّةِ الزَّكِيَّةِ الرَّشِيدَةِ الْمَظْلُومَةِ الْمَقْهُورَةِ الْمَغْصُوبَةِ [الْمَغْضُوبِ] حَقُّهَا الْمَمْنُوعَةِ [الْمَمْنُوعِ] إِرْثُهَا الْمَكْسُورَةِ [الْمَكْسُورِ] ضِلْعُهَا الْمَظْلُومِ بَعْلُهَا الْمَقْتُولِ وَلَدُهَا فَاطِمَةَ بِنْتِ رَسُولِكَ وَ بَضْعَةِ لَحْمِهِ وَ صَمِيمِ قَلْبِهِ وَ فِلْذَةِ كَبِدِهِ وَ النُّخْبَةِ [وَ التَّحِيَّةِ] مِنْكَ لَهُ وَ التُّحْفَةِ خَصَصْتَ بِهَا وَصِيَّهُ وَ حَبِيبَةِ [وَ حَبِيبَهُ] الْمُصْطَفَى وَ قَرِينَةِ [وَ قَرِينَهُ] الْمُرْتَضَى وَ سَيِّدَةِ النِّسَاءِ وَ مُبَشِّرَةِ الْأَوْلِيَاءِ حَلِيفَةِ الْوَرَعِ وَ الزُّهْدِ وَ تُفَّاحَةِ الْفِرْدَوْسِ وَ الْخُلْدِ الَّتِي شَرَّفْتَ مَوْلِدَهَا بِنِسَاءِ الْجَنَّةِ وَ سَلَلْتَ مِنْهَا أَنْوَارَ الْأَئِمَّةِ وَ أَرْخَيْتَ دُونَهَا حِجَابَ النُّبُوَّةِ اللَّهُمَّ صَلِّ عَلَيْهَا صَلاةً تَزِيدُ فِي مَحَلِّهَا عِنْدَكَ وَ شَرَفِهَا لَدَيْكَ وَ مَنْزِلَتِهَا مِنْ رِضَاكَ وَ بَلِّغْهَا مِنَّا تَحِيَّةً وَ سَلاما وَ آتِنَا مِنْ لَدُنْكَ فِي حُبِّهَا فَضْلا وَ إِحْسَانا وَ رَحْمَةً وَ غُفْرَانا اِنَّكَ ذُو الْعَفْوِ الْكَرِيمِ |
Şeyx Tusi «Təhzib» kitabında yazır ki, Xanım Fatimeyi Zəhranın (s) ziyarətinin fəziləti haqqında nəql olunan rəvayətlər olduqca çoxdur. Əllamə Məclisi «Misbahul-ənvar» kitabında xanım Fatimeyi Zəhradan (s) belə nəql etmişdir: «Atam mənə buyurdu: «Hər kəs sənə salavat desə, Allah-Təala onu bağışlayar və mən behiştin hər yerində olsam, onu mənə qovuşdurar!»»
7) İbn Qavləveyh Qumi «Kamiluz-ziyarat» kitabında nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Şəhadət verirəm ki, Allahdan qeyri ilah yoxdur, yeganədir, şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi və elçisidir. Şəhadət verirəm ki, həqiqətən sən Allahın elçisisən və həqiqətən sən Muhəmməd ibn Abdullahsan. Şəhadət verirəm ki, həqiqətən sən Rəbbinin tapşırıqlarını yerinə yetirdin, ümmətinə nəsihət etdin, Allah yolunda cihad etdin, həyatının sonuna qədər hikmət və gözəl moizələr sayəsində Allaha ibadət etdin, öhdəndə olan haqları yerinə yetirdin. Həqiqətən sən möminlərə qarşı mehriban və kafirlərə qarşı sərt oldun. Allah səni müqərrəblərin məqamının ən üstün şərafətinə nail etdi. Həmd-səna o Allaha məxsusdur ki, sənin vasitənlə bizi şirkdən və azğınlıqdan çıxartdı. Ey Allahım, Öz salamını və müqərrəb mələklərinin, saleh bəndələrinin, göndərdiyin elçilərin, göylərin və yerlərin sakinlərinin, aləmlərin Rəbbinə təsbih deyən bütün keçmişdəkilərin və gələcəkdəkilərin salamını Öz bəndən, rəsulun, nəbin, əminin, sirdaşın, dostun, seçilmişin, xas bəndən, məxluqat arasından seçdiyin Muhəmməd üçün qərar ver. Ey Allahım, ona (ali) məqam və Cənnətə vasitəçi (şəfaətçi) olmağı əta et. Onu keçmişdəkilərin və gələcəkdəkilərin qibtə etdikləri layiqli məqama nail et. Ey Allahım, həqiqətən Sən buyurmusan: “Əgər onlar özlərinə zülm etdikləri (Allahın əmrlərinə qarşı çıxdıqları) zaman sənin yanına gəlsələr və Allahdan bağışlanma istəsələr, Peyğəmbər də onlar üçün bağışlanma istəsə, Allahı tövbə qəbul edən və mehriban görərlər.” Mən Sənin peyğəmbərinin hüzuruna gəlmişəm və bağışlanma diləyir, günahlarıma görə tövbə edirəm. Mən Sənin peyğəmbərinə - rəhmət peyğəmbəri olan Muhəmmədə - Allahın salamı ona və xanidanına olsun – üz tuturam. Ey Muhəmməd, həqiqətən mən mənim və sənin Rəbbin olan Allaha üz tuturam ki, mənim günahlarımı bağışlasın. | أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِيكَ لَهُ. وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُولُهُ. وَ أَشْهَدُ أَنَّكَ رَسُولُ الله، وَ أَنَّكَ مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ. وَ أَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ رِسَالَاتِ رَبِّكَ، وَ نَصَحْتَ لِأُمَّتِكَ، وَ جَاهَدْتَ فِى سَبِيلِ اللهِ، وَ عَبَدْتَ اللهَ حَتَّىٰ أَتَاكَ الْيَقِينُ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ، وَ أَدَّيْتَ الَّذِى عَلَيْكَ مِنَ الْحَقِّ. وَ أَنَّكَ قَدْ رَؤُفْتَ بِالْمُؤْمِنِينَ، وَ غَلُظْتَ عَلَى الْكَافِرِينَ. فَبَلَّغَ اللهُ بِكَ أَفْضَلَ شَرَفِ مَحَلِّ الْمُكَرَّمِينَ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى اسْتَنْقَذَنَا بِكَ مِنَ الشِّرْكِ وَ الضَّلَالَةِ. اَللَّهُمَّ اجْعَلْ صَلَوَاتِكَ وَ صَلَوَاتِ مَلَآئِكَتِكَ الْمُقَرَّبِينَ٬ وَ عِبَادِکَ الصَّالِحینَ، وَ أَنْبِيَائِكَ الْمُرْسَلِينَ٬ وَ أَهْلِ السَّمَاوَاتِ وَ الْأَرضِينَ٬ وَ مَنْ سَبَّحَ لِرَبِّ الْعَالَمِینَ مِنَ الْأَوَّلِينَ وَ الْاٰخِرِينَ٬ عَلَىٰ مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ٬ وَ نَبِيِّكَ وَ أَمِينِكَ وَ نَجِيِّكَ٬ وَ حَبِيبِكَ وَ صَفِيِّكَ٬ وَ صَفْوَتِكَ وَ خَاصَّتِكَ٬ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ. اَللَّهُمَّ وَ أَعْطِهِ الدَّرَجَةَ وَ الْوَسِيلَةَ مِنَ الْجَنَّةِ، وَ ابْعَثْهُ مَقَامًا مَحْمُودًا يَغْبِطُهُ بِهِ الْأَوَّلُونَ وَ الْاٰخِرُونَ. اَللَّهُمَّ إِنَّكَ قُلْتَ: وَ لَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاۤءُوكَ فَاسْتَغْفَرُوا اللهَ، وَ اسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوَّابًا رَحِيمًا. وَ إِنِّى اَتَيْتُ نَبِيَّكَ مُسْتَغْفِرًا تَاۤئِبًا مِنْ ذُنُوبِى، إِنِّى اَتَوَجَّهُ اِلَیْکَ بِنَبِیِّکَ نَبِىِّ الرَّحْمَةِ، مُحَمَّدٍ صَلَّى اللهُ عَلَیْهِ وَ اٰلِهِ. یَا مُحَمَّدُ إِنِّى اَتَوَجَّهُ اِلَى اللهِ رَبِّى وَ رَبِّکَ، لِیَغْفِرَ لِى ذُنُوبِى |
8) Yenə də «Kamiluz-ziyarat» kitabında başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: «Dua edib qurtardıqdan sonra minbərin yanında dayan, Allaha həmd-səna et, istəyini dilə. Çünki Rəsulallah (s) buyurub: «Mənim qəbrimlə minbərim arasında cənnət bağlarından biri yerləşir…» Sonra istədiyin qədər namaz qıl».[10]
9) İshaq ibn Əmmar deyir: «İmam Sadiqə (ə) ərz etdim: «Rəsulallahın (s) qəbri yanında ona qısa salam deməyi mənə öyrədin.» İmam buyurdu ki, belə de:
| Ərəbcə | أَسْأَلُ اللهَ الَّذِى انْتَجَبَكَ وَ اصْطَفَاكَ وَ اخْتَارَكَ، وَ هَدَاكَ وَ هَدَىٰ بِكَ، أَنْ يُصَلِّىَ عَلَيْكَ صَلَاةً كَثِيرَةً طَيِّبَةً |
| Tərcümə | Səni seçən, səni hidayət edən və sənin vasitənlə başqalarını hidayət edən Allahdan istəyirəm ki, sənə çoxlu və pakizə salamlar göndərsin. |
| Transkripsiya | Əsəlullahəlləzi inticəbəkə vəstəfəkə vəxtərəkə, və hədəkə və hədə bikə ən yusalliyə ələykə səlatən kəsirətən təyyibətən. |
10) Bəzənti İmam Rzadan (ə) soruşur: «Rəsulallaha (s) necə salam verək?» İmam Rza (ə) buyurur: «Belə de[11]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| َلسَّلَامُ عَلَىٰ رَسُولِ اللهِ. اَلسَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللهِ وَ بَرَكَاتُهُ. اَلسَّلَامُ عَلَيْكَ يَا رَسُولَ اللهِ. اَلسَّلَامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَبْدِ اللهِ. اَلسَّلَامُ عَلَيْكَ يَا خِيَرَةَ اللهِ. اَلسَّلَامُ عَلَيْكَ يَا حَبِيبَ اللهِ. اَلسَّلَامُ عَلَيْكَ يَا صَفْوَةَ اللهِ. اَلسَّلَامُ عَلَيْكَ يَا اَمِينَ اللهِ. أَشْهَدُ أَنَّكَ رَسُولُ اللهِ، وَ أَشْهَدُ أَنَّكَ مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ، وَ أَشْهَدُ أَنَّكَ قَدْ نَصَحْتَ لِأُمَّتِكَ، وَ جَاهَدْتَ فِى سَبِيلِ رَبِّكَ، وَ عَبَدْتَهُ حَتَّىٰ أَتَاكَ الْيَقِينُ. فَجَزَاكَ اللهُ أَفْضَلَ مَا جَزَىٰ نَبِيًّا عَنْ أُمَّتِهِ. اَللّٰهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، أَفْضَلَ مَا صَلَّيْتَ عَلَىٰ إِبْرَاهِيمَ وَ اٰلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ |
11) «Məscidun-nəbi» məscidində (Peyğəmbər məscidində) çox namaz qılın. Həzrət Rəsulallahın (s) özü buyurmuşdur: «Burada qılınan bir rəkət namaz başqa məscidlərdə qılınan 1000 rəkət namaza bərabərdir. Məscidul-həramda qılınan bir rəkət namaz isə mənim məscidimdə qılınan 1000 rəkət namaza bərabərdir (yəni milyon rəkət namazın savabı vardır)».[12]
Mənbələr:
[1] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, səh 11, hədis 2, bölüm 1
[2] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, bölüm 2, hədis: 1-4, 7,8,10, 12- 16
[3] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, səh 15, hədis 19
[4] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, səh 13, hədis 11
[5] Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 554, hədis 3,
Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 146, hədis 1
[6] Şeyx Səduq — Xisal, c 2, səh 616
[7] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, səh 15, hədis1, bölüm 3
[8] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 12
[9] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, səh 15, bölüm 3, hədis 1
[10] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, səh 16, hədis 2
[11] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, səh 20, hədis 10
[12] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, səh 21, hədis 4, bölüm 4
