Ziyarətnamə: İmam Musa ibn Cəfərin (ə) məxsusi ziyarəti — 2

Print Friendly, PDF & Email

Əllamə Məclisi yazır ki, Şeyx Müfid, Şeyx Şəhid Əvvəl və Muhəmməd ibn Məşhədi buyurublar: “Bağdadda ikən o həzrəti ziyarət etmək istəsən, ziyarət niyyətilə qüsl verib, o həzrətin mütəhhər hərəminə tərəf yola düş. Hərəmin qapısına yetişdikdə dayan və daxil olmaq üçün izin alıb, sonar bu sözləri deyə-deyə içəriyə daxil ol:

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billahi və fi səbilillahi və əla milləti rəsulillah, salləllahu ələyhi və alih, vəs səlamu əla əvliyaillah.Allahın adı, Allahın köməyi, Allahın yolu və Allahın Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhlibeytinə) dini ilə başlayıram! Salam olsun Allahın dostlarına!بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ فِي سَبِيلِ اللَّهِ وَ عَلَى مِلَّةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ السَّلامُ عَلَى أَوْلِيَاءِ اللَّهِ

Sonra o həzrətin qəbrinə yaxınlaşıb, onunla üzbəüz dayan və de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya nurəllahi fi zulumatil ərz, əssəlamu ələykə ya vəliyyəllah, əssəlamu ələykə ya huccətəllah, əssəlamu ələykə ya babəllah, əşhədu ənnəkə əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və tələvtəl kitabə həqqə tilavətih, və cahədtə fillahi həqqə cihadih, və səbərtə ələl əza fi cənbihi muhtəsiba, və əbədtəhu muxlisən hətta ətakəl yəqin, əşhədu ənnəkə əvla billahi və bi rəsulihi və ənnəkə ibnu rəsulillahi həqqa, əbrəu iləllahi min ə`daikə və ətəqərrəbu iləllahi bi muvalatik, ətəytukə ya məvlayə arifən bi həqqik, muvaliyən li əvliyaik, muadiyən li ə`daik, fəşfə` li ində rəbbik.Salam olsun sənə, ey Allahın yer üzünün zülmətlərindəki nuru! Salam olsun sənə, ey Allahın nümayəndəsi! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey Allahın yer üzünün zülmətlərindəki nuru! Salam olsun sənə, ey Rəsulullahın oğlu! Salam olsun sənə və ata-babalarına! Salam olsun sənə və övladlarına! Salam olsun sənə və dostlarına! Şəhadət verirəm ki, namazı bərqərar etdin, zəkat verdin, yaxşılığa dəvət edib pislikdən çəkindirdin, Quranı layiqincə tilavət etdin, Allah yolunda layiqincə cihad etdin və əcəlin çatana qədər camaatın əzab-əziyyətlərinə səbir etdin. Haqqını tanıdığım, dostlarını sevdiyim və düşmənlərinlə düşmən olduğum halda, ziyarətinə gəlmişəm. Belə isə, Rəbbinin dərgahında mənə şəfaət et!السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا بَابَ اللَّهِ أَشْهَدُ أَنَّكَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلاوَتِهِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ صَبَرْتَ عَلَى الْأَذَى فِي جَنْبِهِ مُحْتَسِبا وَ عَبَدْتَهُ مُخْلِصا حَتَّى أَتَاكَ الْيَقِينُ أَشْهَدُ أَنَّكَ أَوْلَى بِاللَّهِ وَ بِرَسُولِهِ وَ أَنَّكَ ابْنُ رَسُولِ اللَّهِ حَقّا أَبْرَأُ إِلَى اللَّهِ مِنْ أَعْدَائِكَ وَ أَتَقَرَّبُ إِلَى اللَّهِ بِمُوَالاتِكَ أَتَيْتُكَ يَا مَوْلايَ عَارِفا بِحَقِّكَ مُوَالِيا لِأَوْلِيَائِكَ مُعَادِيا لِأَعْدَائِكَ فَاشْفَعْ لِي عِنْدَ رَبِّكَ

Sonra qəbri qucaqlayıb, öp və yanaqlarını qəbrin üzərinə qoy. Daha sonra qəbrin baş tərəfinə keçib, bu sözləri de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə yəbnə rəsulillah, əşhədu ənnəkə sadiqun əddəytə nasiha, və qultə əminən və məzəytə şəhida, ləm tu`sir əmən ələl huda, və ləm təmil min həqqin ila batil, səlləllahu ələykə və əla abaikə və əbnaikət tahirin.Salam olsun sənə, ey Rəsulullahın oğlu! Şəhadət verirəm ki, sən düzdanışansan və xeyirxahlıqla əmanətə sadiq qaldın, əmanətlə danışdın, şəhadət məqamı ilə dünyadan getdin, zəlaləti hidayətdən üstün bilmədin və haqdan batilə yönəlmədin. Allahı salamı olsun sənə, pak ata-babaların və övladlarına!السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ صَادِقٌ أَدَّيْتَ نَاصِحا وَ قُلْتَ أَمِينا وَ مَضَيْتَ شَهِيدا لَمْ تُؤْثِرْ عَمًى عَلَى الْهُدَى وَ لَمْ تَمِلْ مِنْ حَقٍّ إِلَى بَاطِلٍ صَلَّى اللَّهُ عَلَيْكَ وَ عَلَى آبَائِكَ وَ أَبْنَائِكَ الطَّاهِرِينَ

Burada o nurani qəbri öpdükdən sonra 2rəkət ziyarət namazı və 2 rəkət də istədiyin bir namazı qılaraq səcdəyə gedib, bu sözləri de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə iləykə`təmədtu və iləykə qəsədtu və bi fəzlikə rəcəvt, və qəbrə imamiyəlləzi əvcəbtə ələyyə taətəh, zurtu və bihi iləykə təvəssəlt, Fə bihəqqihimulləzi əvcəbtə əla nəfsik, iğfir li və li validəyyə və lil mu`mininə ya kərim.İlahi, Sənə arxalanır və Sənə doğru can atıram. Sənin lütf və mərhəmətinə ümidvaram. İtaətini mənə vacib etdiyin imamımın qəbrini ziyarət və onun vasitəsilə Sənə təvəssül etdim. Belə isə, Özünə vacib bildiyin onların haqqına xatir məni, ata-anamı və möminləri bağışla, ey kərim Allah!اللَّهُمَّ إِلَيْكَ اعْتَمَدْتُ وَ إِلَيْكَ قَصَدْتُ وَ بِفَضْلِكَ رَجَوْتُ وَ قَبْرَ إِمَامِيَ الَّذِي أَوْجَبْتَ عَلَيَّ طَاعَتَهُ زُرْتُ وَ بِهِ إِلَيْكَ تَوَسَّلْتُ فَبِحَقِّهِمُ الَّذِي أَوْجَبْتَ عَلَى نَفْسِكَ اغْفِرْ لِي وَ لِوَالِدَيَّ وَ لِلْمُؤْمِنِينَ يَا كَرِيمُ

Sonra sağ yanağını qəbrin üzərinə qoyub, de:
Ərəbcəاللَّهُمَّ قَدْ عَلِمْتَ حَوَائِجِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اقْضِهَا
Tərcüməİlahi, həqiqətən, Sən mənim hacətimi bilirsən, belə isə, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və həmin hacəti rəva qıl!
TranskripsiyaƏllahummə qəd əlimtə həvaici, fəsalli əla Muhəmmədin və ali Muhəmmədin vəqziha.

Daha sonra sol yanağını qəbrin üzərinə qoyub, bu sözləri de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə qəd əhsəytə zunubi fə bihəqqi Muhəmmədin və ali Muhəmməd, salli əla Muhəmmədin və ali Muhəmməd, vəğfirha və təsəddəq ələyyə bima əntə əhluh.İlahi, həqiqətən, Sən mənim günahımın sayını bilirsən, belə isə, Muhəmməd və Muhəmmədin haqqına xatir, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, həmin günahları bağışla və Sənə layiq olduğu kimi, mənə rəhm et!اللَّهُمَّ قَدْ أَحْصَيْتَ ذُنُوبِي فَبِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْهَا وَ تَصَدَّقْ عَلَيَّ بِمَا أَنْتَ أَهْلُهُ

Bu sözləri dedikdən sonra yenidən səcdəyə get və 100 dəfə “Şukrən, şukrən” zikrini de. Sonra səcdədən qalx və ürəyindən keçən hər bir kəsə istədiyin duanı et. [1]
Şeyx Abbas Qumi deyir: “Möhtərəm Seyid Əli ibn Tavus (r) “Misbahuz-zair” adlı kitabında həzrət Musa ibn Cəfərin (ə) ziyarətnamələri bölümündə o həzrətin bir sıra fəzilətini, ibadətini və mənəvi üstünlüklərini özündə xülasələşdirən aşağıdakı salamları nəql etmişdir və biz də, bu salamları (salavatları) [2] burada qeyd edirik ki, o həzrətin əziz zəvvarları onu oxumaqdan məhrum qalmasınlar:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahumə salli əla Muhəmmədin və əhli bəytih, və salli əla Musəbni Cə`fərin vəsiyyil əbrar, və imamil əxyari və əybətil ənvar, və varisis səkinəti vəl vəqari vəl hikəmi vəl asar, əlləzi kanə yuhyil ləylə bis səhəri iləs səhər, bi muvasələtil istiğfar, həlifis səcdətit təviləti vəd dumuil ğəzirəh, vəl munacatil kəsirəti vəz zəraatil muttəsiləh, və məqərrin nuha vəl ədli vəl xəyri vəl fəzli vən nəda vəl bəzl, və mə`ləfil bəlva vəs səbri vəl muztəhədi biz zulmi vəl məqburi bil cəvr, vəl muəzzəbi fi qə`ris sucuni və zuləmil mətamir, zis saqil mərzuzi bihələqil quyud, vəl cənazətil munada ələyha bi zullil istixfaf, vəl varidi əla cəddihil Mustəfa və əbihil Murtəza, və ummihi səyyidətin nisa, bi irsin məğsubin və vilain məslub, və əmrin məğlubin və dəmin mətlubin və səmmin məşrub, Əllahummə və kəma səbərə əla ğəlizil mihəni və təcərrəə ğusəsəl kurəb, vəstəsləmə lirizakə və əxləsət taətə lək, və məhəzəl xuşuə vəstəş`ərəl xuzuə və adəl bid`ətə və əhləha, və ləm yəlhəqhu fi şəy`in min əvamirikə və nəvahikə ləvmətu laim, salli ələyhi səlatən namiyətən munifətən zakiyəh, tucibu ləhu biha şəfaətə uməmin min xəlqikə və qurunin min bərayak, və bəlliğhu ənna təhiyyətən və səlama, və atina min lədunkə fi muvalatihi fəzlən və ihsana, və məğfirətən və rizvana, innəkə zul fəzlil əmim, vət təcavuzil əzim, birəhmətikə ya ərhəmər rahimin.İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir. Xeyirxahların canişini, seçilmişlərin rəhbəri, nurlar xəzinəsi və aramlıq, vüqar, hikmət və nişanələr varisi Musa ibn Cəfərə salam yetir; elə bir şəxsə ki, gecəni sübhə qədər oyaq qalaraq ibadət və tövbə ilə keçirir, uzun səcdə, ağlar göz, çoxlu münacat, daimi raz-niyaz və ah-nalə ilə yoldaş, əql və şüur, ədalət, yaxşılıq, fəzilət, bəxşiş və ehsan mədəni idi. Onun müqəddəs vücudu müsibət və səbirlə yoğurulmuş, zalımların zülmünə düçar olmuş, onların sitəm zindanlarına atılmış, zindanların qaranlıqlarında işgəncəyə məruz qalmış və (mübarək) ayaqları zəncir halqalarının sıxıntısından əzilmişdi. Amma (şəhadətə çatdıqda) cənazəsi üstə xar və zəlilliklə dad-fəryad edirdilər. Xilafəti qəsb olunduğu, vilayətdən kənarlaşdırıldığı, işlərində düşmənlərə məğlub olduğu, qanı töküldüyü və zəhərlə qətlə yetirildiyi halda, babası Məhəmməd Mustafa, atası Əli Mürtəza və anası qadınların sərvəri Fatimeyi-Zəhranın yanına daxil oldu. İlahi, o həzrət müsibətə səbir etdiyi, qəm-qüssə və ağrı-acılara sinə gərdiyi, Sənin razılığına təslim olduğu, Sənə ixlasla itaət etdiyi, Sənin dərgahında baş əyib təvazökarlıq etdiyi, bidət və bidət əhli ilə düşmənçilik etdiyi, əmr və qadağalarının icrası uğrunda qınaqçının qınağı ilə əsla təsirlənmədiyi kimi, Sən də ona bərəkətli, uca və gözəl salam yetir, elə bir salam ki, ümmətlərin və keçmiş insanların şəfaətinə səbəb olsun. Bizim salamımızı ona çatdır və bizə də bələdiyimiz üçün Öz lütf, mərhəmət, bəxşiş və razılığını şamil et. Həqiqətən, Sən geniş lütf və mərhəmət, böyük əfv sahibisən. Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ صَلِّ عَلَى مُوسَى بْنِ جَعْفَرٍ وَصِيِّ الْأَبْرَارِ وَ إِمَامِ الْأَخْيَارِ وَ عَيْبَةِ الْأَنْوَارِ وَ وَارِثِ السَّكِينَةِ وَ الْوَقَارِ وَ الْحِكَمِ وَ الْآثَارِ الَّذِي كَانَ يُحْيِي اللَّيْلَ بِالسَّهَرِ إِلَى السَّحَرِ بِمُوَاصَلَةِ الاسْتِغْفَارِ حَلِيفِ السَّجْدَةِ الطَّوِيلَةِ وَ الدُّمُوعِ الْغَزِيرَةِ وَ الْمُنَاجَاةِ الْكَثِيرَةِ وَ الضَّرَاعَاتِ الْمُتَّصِلَةِ وَ مَقَرِّ النُّهَى وَ الْعَدْلِ وَ الْخَيْرِ وَ الْفَضْلِ وَ النَّدَى وَ الْبَذْلِ وَ مَأْلَفِ الْبَلْوَى وَ الصَّبْرِ وَ الْمُضْطَهَدِ بِالظُّلْمِ وَ الْمَقْبُورِ بِالْجَوْرِ وَ الْمُعَذَّبِ فِي قَعْرِ السُّجُونِ وَ ظُلَمِ الْمَطَامِيرِ ذِي السَّاقِ الْمَرْضُوضِ بِحَلَقِ الْقُيُودِ وَ الْجَنَازَةِ الْمُنَادَى عَلَيْهَا بِذُلِّ الاسْتِخْفَافِ وَ الْوَارِدِ عَلَى جَدِّهِ الْمُصْطَفَى وَ أَبِيهِ الْمُرْتَضَى وَ أُمِّهِ سَيِّدَةِ النِّسَاءِ بِإِرْثٍ مَغْصُوبٍ وَ وِلاءٍ مَسْلُوبٍ وَ أَمْرٍ مَغْلُوبٍ وَ دَمٍ مَطْلُوبٍ وَ سَمٍّ مَشْرُوبٍ اللَّهُمَّ وَ كَمَا صَبَرَ عَلَى غَلِيظِ الْمِحَنِ وَ تَجَرَّعَ غُصَصَ الْكُرَبِ وَ اسْتَسْلَمَ لِرِضَاكَ وَ أَخْلَصَ الطَّاعَةَ لَكَ وَ مَحَضَ الْخُشُوعَ وَ اسْتَشْعَرَ الْخُضُوعَ وَ عَادَى الْبِدْعَةَ وَ أَهْلَهَا وَ لَمْ يَلْحَقْهُ فِي شَيْ‏ءٍ مِنْ أَوَامِرِكَ وَ نَوَاهِيكَ لَوْمَةُ لائِمٍ صَلِّ عَلَيْهِ صَلاةً نَامِيَةً مُنِيفَةً زَاكِيَةً تُوجِبُ لَهُ بِهَا شَفَاعَةَ أُمَمٍ مِنْ خَلْقِكَ وَ قُرُونٍ مِنْ بَرَايَاكَ وَ بَلِّغْهُ عَنَّا تَحِيَّةً وَ سَلاما وَ آتِنَا مِنْ لَدُنْكَ فِي مُوَالاتِهِ فَضْلا وَ إِحْسَانا وَ مَغْفِرَةً وَ رِضْوَانا اِنَّكَ ذُو الْفَضْلِ الْعَمِيمِ وَ التَّجَاوُزِ الْعَظِيمِ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 11, hədis 7,
Muhəmməd ibn Məşədi — Məzar-Kəbir, səh 536,
Şəhid Əvvəl — Məzar-Şəhid, səh188 (bir qədər fərqlə).
[2] Seyid ibn Tavus — Misbahuz-zair, səh 382,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 17, hədis 10 (bir qədər fərqlə)

Читайте также: