TAM Mübarək Ramazan ayı — Qədr gecələrinin müştərək əməlləri
Qədr gecələrinin əməlləri:
Qədr gecələrinin əməlləri 2 qisimdir:
1) Hər üç gecənin müştərək əməlləri.
2) Hər bir gecənin məxsus əməlləri (19-cu gecə, 21-ci gecə, 23-cü gecə)
Qədr gecələrinin müştərək əməlləri:
1) Qədr gecəsinin qüslünü etmək: Mərhum Əllamə Məclisi deyir: «Qədr gecələrinin qüslünü günəş qürub edərkən etmək və məğrib namazını bu qüsl ilə qılmaq daha yaxşıdır.»[1]
2) 2 rəkət namaz qılmaq («7 qul huvəllah» namazı adlanır): Hər rəkətdə «Həmd» surəsindən sonra 7 dəfə «İxlas» surəsi oxunur. Namazı qılıb qurtardıqdan sonra 70 dəfə deyin: «Əstəğfirullahə və ətubu iləyh.»
Hədislərin birində Həzrət Rəsulallah (s) buyurub: «Kim bu əməli yerinə yetirsə, yerindən qalxdığı vaxt artıq Allah-Təala onun və ata-anasının günahlarını bağışlanmış olar. Allah mələklər təyin edər ki, gələn ilə qədər onun üçün savab yazsınlar…»[2]
3) İmam Baqir (ə) bu gecənin əməllərindən birinin bu əməl olduğunu buyurmuşdur: Quranı aç və qarşına qoyub de:
| Ərəbcə | َللَّهُمَّ اِنِّى اَسْئَلُکَ بِکِتَابِکَ الْمُنْزَلِ، وَ مَا فِیهِ، وَ فِیهِ اسْمُکَ [الْاَعْظَمُ] الْاَکْبَرُ، وَ اَسْمَاؤُکَ الْحُسْنَىٰ، وَ مَا یُخَافُ وَ یُرْجَىٰ، اَنْ تَجْعَلَنِى مِنْ عُتَقَائِکَ مِنَ النَّارِ |
| Tərcümə | İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsən. |
| Transkripsiya | Əllahummə inni əs`əlukə bi kitabikəl munzəli və ma fih, və fihismukəl əkbəru və əsmaukəl husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minən nar. |
4) İmam Sadiqin (ə) hədisinə əsasən, Quranı başa qoymaq və bunu demək:
| Ərəbcə | َللَّهُمَّ بِحَقِّ هٰذَا الْقُرْاٰنِ، وَ بِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ، وَ بِحَقِّ کُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِیهِ، وَ بِحَقِّکَ عَلَیْهِمْ، فَلَا اَحَدَ اَعْرَفُ بِحَقِّکَ مِنْکَ |
| Tərcümə | İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını! |
| Transkripsiya | Əllahummə bihəqqi hazəl Qur`an, və bihəqqi mə ərsəltəhu bih, və bihəqqi kulli mu`minin mədəhtəhu fih, və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə mink. |
Sonra aşağıda qeyd olunanların hər birin 10 dəfə təkrarla:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bikə ya Əllahu Bi Muhəmmədin Bi Əliyyin Bi Fatimətə Bil Həsəni Bil Husəyni Bi Əliyyibnil Husəyni Bi Muhəmmədibni Əliyyin Bi Cə`fəribni Muhəmmədin Bi Musəbni Cə`fərin Bi Əliyyibni Musa Bi Muhəmmədibni Əliyyin Bi Əliyyibni Muhəmmədin Bil Həsənibni Əliyyin Bil Huccəti | Ey Allah, Öz zatına xatir, Həzrət Muhəmmədə (s) xatir, Həzrət Əliyə (ə) xatir, Həzrət Fatiməyə (ə.s) xatir, Həzrət Həsənə (ə) xatir, Həzrət Hüseynə (ə) xatir, Həzrət Əli ibn Hüseynə (ə) xatir, Həzrət Muhəmməd ibn Əliyə (ə) xatir, Həzrət Cəfər ibn Muhəmmədə (ə) xatir, Həzrət Musa ibn Cəfərə (ə) xatir, Həzrət Əli ibn Musaya (ə) xatir, Həzrət Muhəmməd ibn Əliyə (ə) xatir, Həzrət Əli ibn Muhəmmədə (ə) xatir, Həzrət Həsən ibn Əliyə (ə) xatir, Həzrət Höccətə (ə) xatir. | بِكَ يَا اللَّهُ بِمُحَمَّدٍ بِعَلِيٍّ بِفَاطِمَةَ بِالْحَسَنِ بِالْحُسَيْنِ بِعَلِيِّ بْنِ الْحُسَيْنِ بِمُحَمَّدِ بْنِ عَلِيٍّ بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ بِمُوسَى بْنِ جَعْفَرٍ بِعَلِيِّ بْنِ مُوسَى بِمُحَمَّدِ بْنِ عَلِيٍّ بِعَلِيِّ بْنِ مُحَمَّدٍ بِالْحَسَنِ بْنِ عَلِيٍّ بِالْحُجَّةِ |
Sonra öz hacətlərini istə.[4]
Bu zikrləri hüzuri-qəlb ilə deməyə və Allah dərgahına sidq-ürəklə üz tutmağa çalışın. Əgər Məsumlara (ə) təvəssül etmək istəsəniz, yaxud onların müsibətlərini yad etmək istəsəniz, duadan əvvəl və ya sonra edin, yəni duanı kəsməyin.
5) İmam Hüseyni (ə) ziyarət etmək: Əllamə Məclisi deyir ki, bu üç gecənin hər birində İmam Hüseyni (ə) ziyarət etmək təkid olunan müstəhəb əməllərdəndir.[5] Hədisdə buyurulur ki, bu əməl günahların bağışlanmasına səbəb olar.[6] Hədisdə belə deyilir: Qədr gecəsi yetişdikdə 7-ci səmadan carçı çağırış edir ki, Allah Təala hər kim İmam Hüseyni (ə) ziyarətinə gəlib onların günahlarını bağışlayar.
Kim İmam Hüseyni (ə) yaxından ziyarət etmək imkanında deyilsə, o həzrəti uzaqdan ziyarət etsin.
6) Bu gecələri əhya saxlamaq: yəni sübhə qədər oyaq qalıb ibadət, dua və Quran oxumaqla məşğul olmaq, dini söhbətlərə qulaq asmaq, dini mövzularda sual-cavab məclisləri təşkil etmək, yaxud təfsir, əqaid, əhkam və bu kimi mövzularda kitab mütaliə etmək. İmam Baqir (ə) nəql olunur ki, hər kim Qədr gecələrini əhya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.[7]
7) 100 rəkət (iki rəkət-iki rəkət) namaz qılmağın böyük savabı vardır. Daha fəzilətlisi hər rəkətdə 1 dəfə «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsini oxuyun.[8]
Yaxşı olar ki, Qədr gecəsindən əvvəlki gün istirahət edəsiniz, yüngül yeməklər yeyib az su içəsiniz ki, gecə sizi yuxu aparmasın. Bütün gecəni əhya saxlaya bilməyənlər yaxşı olar ki, gecənin əvvəlində bir qədər istirahət etsinlər və gecə yarıdan sonra oyanıb ibadətlə məşğul olsunlar.
8) Mərhum Şeyx Kəf`əmi «Misbah» kitabında yazır ki, İmam Zeynulabidin (ə) bu duanı 19-cü, 21-ci və 23-cü gecələr ayaq üstə və oturan yerdə, rükuda və səcdələrdə oxuyardı[9]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən və özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. | اللَّهُمَّ إِنِّي أَمْسَيْتُ لَكَ عَبْدا دَاخِرا لا أَمْلِكُ لِنَفْسِي نَفْعا وَ لا ضَرّا وَ لا أَصْرِفُ عَنْهَا سُوءا أَشْهَدُ بِذَلِكَ عَلَى نَفْسِي وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِي وَ قِلَّةِ حِيلَتِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِي هَذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَيَّ مَا آتَيْتَنِي فَإِنِّي عَبْدُكَ الْمِسْكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ اللَّهُمَّ لا تَجْعَلْنِي نَاسِيا لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِي وَ لا [غَافِلا] لِإِحْسَانِكَ فِيمَا أَعْطَيْتَنِي وَ لا آيِسا مِنْ إِجَابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّي فِي سَرَّاءَ [كُنْتُ] أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ اِنَّكَ سَمِيعُ الدُّعَاءِ | |
| Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ə`tərifu ləkə bizə`fi quvvəti və qilləti hiləti, | İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən və özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! | |
| fəsəlli əla Muhəmmədin və ali Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mu`mininə vəl mu`minat, minəl məğfirəti fi hazihil ləyləh, və ətmim ələyyə ma atəytəni, | İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. | |
| Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ə`tərifu ləkə bizə`fi quvvəti və qilləti hiləti, fəinni əbdukəl miskinul mustəkinuz zəiful fəqirul məhin, | ||
| Əllahummə la təc`əlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafilən) liihsanikə fima ə`təytəni, və la ayisən min icabətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyətin əv bəlain əv bu`sin əv nə`ma, innəkə səmiud dua. | İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən dualarımı eşidənsən! | |
9) Əllamə Məclisi buyurmuşdur: «Bu gecələrdə ən yaxşı əməl, özünün, ata-ananın, sağ və ya dünyasını dəyişmiş mömin qardaşlarının, dünya və axirət istəklərini istəməklə yanaşı bağışlanmaq diləməkdir.» Habelə mümkün qədər Məhəmməd (s) və onun Əhlibeytinə (ə) salavat göndərməkdir. Şeyx Abbas Qumi deyir: «Hədislərin birində oxuyuruq ki, bir nəfər Həzrət Rəsulallahın (s) yanına gəlib ərz etdi: «Əgər mən Qədr gecəsini yaşasam, Allahdan nə istəyim?» Həzrət Rəsulallah (s) buyurdu: «Sağlamlıq və salamatlığı istə.»[10]
Mənbələr:
[1] Əllamə Məclisi – Zadul-məad, səh 185
[2] Seyid ibn Tavus – İqbal, səh 186
[3] Əllamə Məclisi – Zadul-məad, səh 185,
Seyid ibn Tavus – İqbal, səh 186
[4] Seyid ibn Tavus – İqbal, səh 187
[5] Əllamə Məclisi — Zadul-məad, səh 186
[6] Şeyx Tusi — Təhzibul-ehkam, c 6, səh 49, hədis 26
[7] Seyid ibn Tavus — İqbal, səh 186
[8] Seyid ibn Tavus — İqbal, səh 167
[9] Şeyx Kəf`əmi – Bələdul-əmin, səh 203
[10] Mirzə Hüseyn Nuri – Müstədrəkul-vəsail, c 7, səh 458, hədis 12
