Dua: Qəm-qüssənin aradan getməsi üçün oxunan dualar
1) Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, o həzrət belə buyurmuşdur: «Hər kəsə qorxu, ya qəm-qüssə, və ya bəla üz gətirdikdə, bu duanı oxusun»[1]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu rəbbi la uşriku bihi şəy`a, | Mənim Rəbbim Allahdır. Mən Ona heç bir şeyi şərik qoşmuram. | اَللهُ رَبّي لا اُشْرِكُ، بِهِ شَيْئاً |
| təvəkkəltu ələl həyyilləzi la yəmut. | Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. | تَوَكَّلْتُ عَلَي الْحَيِ الَّذي لايَمُوتُ |
2) İmam Sadiq (ə) buyurmuşdur: «Həzrət Yusifin (ə) qardaşları onu quyuya atdıqdan sonra, Cəbrail (ə) onun yanına gəlib dedi: «Yusif (ə)! Burada nə edirsən?» Həzrət Yusif (ə): «Qardaşlarım məni bu quyuya atıb getdilər» – deyə cavab verdi. Cəbrail (ə) dedi: «Buradan çıxmaq istəyirsənmi?» O həzrət dedi: «Buradan çıxmağım Allahın istək və iradəsinə bağlıdır.» Cəbrail (ə) dedi: «Allah Təala buyurur: «Əgər Yusif (ə) bu duanı oxusa, onu oradan çıxararam.» Yusif (ə) dedi: «O hansı duadır?» Cəbrail (ə) dedi: «Həmin dua belədir[2]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə biənnə ləkəl həmd, | İlahi, mən Səndən istəyirəm! Həqiqətən, həmd Sənə məxsusdur. | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِاَنَّ لَكَ الْحَمْدَ |
| lə ilahə illa əntəl mənnan, bədius səmavati vəl ərz, zul cəlali vəl ikram, | Səndən başqa heç bir tanrı yoxdur. Sən minnət sahibi, göyləri və yeri yaradan, calal və kəramət sahibisən. | لا اِلَهَ اِلاََّ اَنْتَ الْمَنَّانُ، بَديعُ السَّمَاوَاتِ وَالاَرْضِ، ذُوالْجَلالِ وَالاِْكْرَامِ |
| ən tusalliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təc`ələ li mimma ənə fihi fərəcən və məxrəca. | (Səndən istəyirəm ki,) Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən, məni fərəc və genişlikdə qərar verəsən. | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَجْعَلَ لي مِمَّا اَنَا فيهِ فَرَجَاً وَ مَخْرَجَاً |
3) İmam Sadiq (ə) belə buyurmuşdur: «Qəm-qüssənin aradan qaldırılması məqsədilə qüsl edib, 2 rəkət namaz qılın və namazdan sonra deyin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya faricəl həmmi və ya kaşifəl ğəmm, ya rəhmanəd dunya vəl axirəti və rəhiməhuma, | Ey qəmi dağıdan, ey qüssəni aradan qaldıran, ey dünya və axirətdə bağışlayan və hər iki aləmdə rəhmli olan! | يَا فَارِجَ الْهَمِ، وَ يَا كَاشِفَ الْغَمِ، يَا رَحْمَانَ الدُّنْيَا، وَالْآخِرَةِ وَ رَحيمَهُمَا |
| fərric həmmi vəkşif ğəmmi, | Mənim qəmimi aç, qüssəmi aradan qaldır. | فَرِّجْ هَمّي، وَاكْشِفْ غَمّي |
| ya Əllahul vahidul əhədus səmədulləzi ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd, | Ey yeganə, bir və ehtiyacsız olan, doğmayan, doğulmayan və tayı-bərabəri olmayan Allah! | يَا اَللهُ الْوَاحِدُ الاَحَدُ الصَّمَدُ، الَّذي لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ، وَ لَمْ يَكُنْ لَهُ كُفُواً اَحَدٌ |
| i`simni və təhhirni vəzhəb bibəliyyəti. | Məni (təhlükələrdən) qoru, (günahlardan) pakla və çətinliyimi aradan qaldır. | اِعْصِمْني وَ طَهِّرْني، وَ اذْهَبْ بِبَلِيَّتي |
4) Rəvayət olunmuşdur ki, qəm-qüssənin aradan getməsi üçün səcdədə 100 dəfə bu duanı oxuyun[3]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya həyyu ya qəyyum, ya la ilahə illa ənt, | Ey diri, ey əbədi, ey Səndən başqa heç bir tanrı olmayan! | يَا حَيُ يَا قَيُّومُ، يَا لا اِلَهَ اِلاََّ اَنْتَ |
| birəhmətikə əstəğisu | Sənin rəhmətinə pənah aparıram. | بِرَحْمَتِكَ اَسْتَغيثُ |
| fəkfini ma əhəmməni, və la təkilni ila nəfsi. | Mühüm işlərimdə mənə yetərli ol və məni özbaşına buraxma! | فَاكْفِني مَا اَهَمَّني، وَلا تَكِلْني اِلَى نَفْسي |
5) Hər kədərin aradan qalxması üçün İmam Zeynulabidinin (ə) Səhifəyi-Səccadiyə kitabının 54-cu duasını oxuyun.
Mənbələr:
[1] İbn Fəhd Hilli — Uddətud-da`i, səh 278,
Əllamə Məclisi — Biharul-ənvar, c 92, səh 208, hədis 39
[2] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 556, hədis 4
[3] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 562, hədis 20
