İslam aylarının əməlləri: Zilqədə ayının iyirmi beşinci günü — Zilqədə ayı, 25-ci gün — Dəhvul-ərz günü

Print Friendly, PDF & Email

Zilqədə ayı, 25-ci gün — Dəhvul-ərz günü
«Dəhvul-ərz» günüdür. Bu gün ilk torpaq sahəsi suyun altından üzə çıxdı və tədricən genişləndi.  İlin orucunun ən çox savabı olan dörd günündən biridir. Bir rəvayətə görə, orucu 70 ilin orucu ilə bərabərdir. Başqa rəvayətə görə, 70 ilin kəffarəsidir. Hər kəs gündüzünü oruc tutsa, gecəsini ibadətlə başa vursa, onun üçün 100 ilin ibadəti yazılar (Hədislərin birində Əmirəlmöminin Əli (ə) buyurur: «İlk rəhmət asimandan yerə zilqədə ayının 25-də nazil olmuşdur. Buna görə də hər kim bu günü oruc tutsa və bu günün gecəsini ibadətlə məşğul olsa, yüz ilin ibadətinin savabını əldə edər».
Həmçinin o həzrət buyurmuşdur: «Əgər bu gün bir dəstə Allahı zikr etməklə məşğul olsa, onlar dağılışmamış Allah onların istəklərini həyata keçirər. Allah bu gün min-min rəhmət nazil edər və bu rəhmətin bir qismini bir yerə toplaşıb Allahı zikr edən, bu günü oruc tutub gecəsini ibadət edən kəslərə şamil olar»[1]) Bu günü oruc tutan şəxs üçün, yerlə göy arasında olanların hamısı istiğfar edərlər. Bu gün Allahın rəhmətinin paylanan günüdür. Bu gündə ibadətin və Allahın zikri üçün toplaşmağın böyük savabı vardır. Bu gün üçün oruc, ibadət, Allahın zikri və qüsllərdən başqa 2 əməl də yazılmışdır:
1) Qum şiələrinin kitablarında gələn 2 rəkət namaz və bu namaz, zöhr namazına bir az qalmış qılınır. Hər rəkətdə «Həmd» surəsindən sonra 5 dəfə «Şəms» surəsini oxumaq lazımdı.[2] Salamdan sonra isə desin:

Ərəbcəلَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ
TərcüməUca və böyük Allahdan başqa güc və qüdrət yoxdur!
TranskripsiyaLə həvlə vəla quvvətə illa billahil `əliyil `əzim

Sonra dua edib oxu:
Ərəbcəيَا مُقِيلَ الْعَثَرَاتِ أَقِلْنِي عَثْرَتِي يَا مُجِيبَ الدَّعَوَاتِ أَجِبْ دَعْوَتِي يَا سَامِعَ الْأَصْوَاتِ اسْمَعْ صَوْتِي وَ ارْحَمْنِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي وَ مَا عِنْدِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِِ
TərcüməEy xətalardan keçən, mənim yanlışlıqlarımdan keç! Ey duaları qəbul edən, duamı qəbul et! Ey səsləri eşidən, səsimi eşit, mənə rəhm et, pisliklərimi bağışla, ey əzəmət və ehsan sahibi!
TranskripsiyaLa həvlə və la quvvətə illa billahil əliyyil əzim.
Ya muqiləl əsərati əqilni əsrəti, ya mucibəd dəəvati əcib də`vəti, ya samiəl əsvati ismə` səvti, vərhəmni və təcavəz ən səyyiati, və ma indi ya zəl cəlali vəl ikram

2) Şeyx Tusinin «Misbah» kitabında müstəhəb buyurduğu bu duanı[3] oxumaq:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə dahiyəl kə`bəti və faliqəl həbbəh, və sarifəl ləzbəti və kaşifə kulli kurbəh, İlahi, ey Kəbənin ərazisini genişləndirən, toxumu yaran, çətinlikləri uzaqlaşdıran, bütün bəla və qəm-kədəri aradan qaldıran! اللَّهُمَّ دَاحِيَ الْكَعْبَةِ وَ فَالِقَ الْحَبَّةِ وَ صَارِفَ اللَّزْبَةِ وَ كَاشِفَ كُلِّ كُرْبَةٍ
əs`əlukə fi hazəl yəvmi min əyyamikəlləti ə`zəmtə həqqəha və əqdəmtə səbqəha, və cəəltəha indəl mu`mininə vədiəh, və iləykə zəriətən və birəhmətikəl vəsiəh, ən tusalliyə əla Muhəmmədin əbdikəl muntəcəb, fil misaqil qəribi yəvmət təlaq, fatiqi kulli rətqin və dain ila kulli həqq, və əla əhli bəytihil ətharil hudatil mənar, dəayimil cəbbari və vulatil cənnəti vən nar, və ə`tina fi yəvmina haza min ətaikəl məxzun, ğəyrə məqtuin və la məmnu` (məmnun), təcməu ləna bihit təvbətə və husnəl əvbəh, Haqqını böyük, özünü şərəf baxımından digər günlərdən üstün və onu iman gətirənlər üçün Sənə doğru bir vasitə etdiyin və ixtiyarlarında qoyduğun bu gündə Sənə geniş rəhmətini and verir və Səndən saleh və nəcib bəndən və onun vasitəsilə (Səninlə) görüş günü və verdiyin vədinin yaxın olduğunu bildirdiyin, bağlı olanları açdığın, məxluqatı tamamilə haqqa dəvət edən Muhəmmədə və onun pak, parlaq hidayət çırağı və Allaha doğru hidayətin təməli, cənnət və cəhənnəm üzərinə hakimiyyətə malik olan Əhlibeytinə salam göndərməyini, bu gündə bizə kəsilməyən və qadağan olmayan dəyərli nemətlərini bəxş etməyini və bunlara Sənə doğru gözəl bir dönüş və tövbə ilə qayıtmağı da əlavə etməyini istəyirəm! أَسْأَلُكَ فِي هَذَا الْيَوْمِ مِنْ أَيَّامِكَ الَّتِي أَعْظَمْتَ حَقَّهَا وَ أَقْدَمْتَ سَبْقَهَا وَ جَعَلْتَهَا عِنْدَ الْمُؤْمِنِينَ وَدِيعَةً وَ إِلَيْكَ ذَرِيعَةً وَ بِرَحْمَتِكَ الْوَسِيعَةِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ الْمُنْتَجَبِ فِي الْمِيثَاقِ الْقَرِيبِ يَوْمَ التَّلاقِ فَاتِقِ كُلِّ رَتْقٍ وَ دَاعٍ إِلَى كُلِّ حَقٍّ وَ عَلَى أَهْلِ بَيْتِهِ الْأَطْهَارِ الْهُدَاةِ الْمَنَارِ دَعَائِمِ الْجَبَّارِ وَ وُلاةِ الْجَنَّةِ وَ النَّارِ وَ أَعْطِنَا فِي يَوْمِنَا هَذَا مِنْ عَطَائِكَ الْمَخْزُونِ غَيْرَ مَقْطُوعٍ وَ لا مَمْنُوعٍ [مَمْنُونٍ‏] تَجْمَعُ لَنَا بِهِ التَّوْبَةَ وَ حُسْنَ الْأَوْبَةِ
ya xəyrə məd`uvvin və əkrəmə mərcuvv, ya kəfiyyu ya vəyiyy, ya mən lutfuhu xəfiyy, ultuf li bilutfikə və əs`idni biəfvik, və əyyidni binəsrik, və la tunsini kərimə zikrikə bivulati əmrik, və həfəzəti sirrik, vəhfizni min şəvaibid dəhri ila yəvmil həşri vən nəşr, və əşhidni əvliyaəkə ində xuruci nəfsi və hululi rəmsi, vənqitai əməli vənqizai əcəli, Ey çağırılanların ən xeyirlisi, ey ümid edilənlərin ən kəramətlisi, ey məxluqatın işlərində yetərli olan, ey vəfadar, ey lütf və mərhəməti gizli, lütfünə xatir mənə lütf et, bağışlamağınla məni səadətə çatdır, yardımınla məni təsdiqlə, sirlərinə gözətçi və əmr sahibləri (peyğəmbərlər) Vasitəsilə səni şərəflə yad etməyi mənə unutdurma, ruzigarın aludəlikləri və şübhəli şeylərindən məni qiyamətə və yenidən dirildiləcəyim günə qədər qoru, ruhumun bədəndən çıxdığı, əcəl yetişdiyi, əməllərim bitdiyi və ömrüm sona çatdığı zaman dostlar və övliyalarını başım üzərində hazır et! يَا خَيْرَ مَدْعُوٍّ وَ أَكْرَمَ مَرْجُوٍّ يَا كَفِيُّ يَا وَفِيُّ يَا مَنْ لُطْفُهُ خَفِيٌّ الْطُفْ لِي بِلُطْفِكَ وَ أَسْعِدْنِي بِعَفْوِكَ وَ أَيِّدْنِي بِنَصْرِكَ وَ لا تُنْسِنِي كَرِيمَ ذِكْرِكَ بِوُلاةِ أَمْرِكَ وَ حَفَظَةِ سِرِّكَ وَ احْفَظْنِي مِنْ شَوَائِبِ الدَّهْرِ إِلَى يَوْمِ الْحَشْرِ وَ النَّشْرِ وَ أَشْهِدْنِي أَوْلِيَاءَكَ عِنْدَ خُرُوجِ نَفْسِي وَ حُلُولِ رَمْسِي وَ انْقِطَاعِ عَمَلِي وَ انْقِضَاءِ أَجَلِي
Əllahummə vəzkurni əla tulil bila iza hələltu bəynə ətbaqis səra, və nəsiyənin nasunə minəl vəra, və əhlilni darəl muqaməh, və bəvvi`ni mənziləl kəraməh, vəc`əlni min murafiqi əvliyaik, və əhlictibaikə vəstifaik, və barik li fi liqaik, vərzuqni husnil əməli qəblə hululil əcəl, bəriyyən minəz zələli və suil xətəl, İlahi, torpağın altında qaldığım uzun müddətdə və bütün kəslərin məni unutduğu zaman Sən məni xatırla, məni əbədi iqamətgaha daxil et, mənə o mənzildə izzət və kəramət ver, məni dostların, xas bəndələrin və seçdiklərinin kənarında yerləşdir, Səninlə görüşü mənə bərəkətli et və əcəl yetişməzdən öncə, xəta və eyiblərdən uzaq olan yaxşı əməlləri mənə nəsib et! اللَّهُمَّ وَ اذْكُرْنِي عَلَى طُولِ الْبِلَى إِذَا حَلَلْتُ بَيْنَ أَطْبَاقِ الثَّرَى وَ نَسِيَنِيَ النَّاسُونَ مِنَ الْوَرَى وَ أَحْلِلْنِي دَارَ الْمُقَامَةِ وَ بَوِّئْنِي مَنْزِلَ الْكَرَامَةِ وَ اجْعَلْنِي مِنْ مُرَافِقِي أَوْلِيَائِكَ وَ أَهْلِ اجْتِبَائِكَ وَ اصْطِفَائِكَ وَ بَارِكْ لِي فِي لِقَائِكَ وَ ارْزُقْنِي حُسْنَ الْعَمَلِ قَبْلَ حُلُولِ الْأَجَلِ بَرِيئا مِنَ الزَّلَلِ وَ سُوءِ الْخَطَلِ
Əllahummə və əvridni həvzə nəbiyyikə Muhəmməd, salləllahu ələyhi və alih, vəsqini minhu məşrəbən rəviyya, saiğən həniyyən la əzməu bə`dəhu və la uhəlləlu virdəh, və la ənhu uzadu vəc`əlhu li xəyrə zad, və əvfa miadin yəvmə yəqumul əşhad, İlahi, məni Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə) hovuzuna daxil et və ondakı (pak və) ləzzətli şərablarla onu içdikdən sonra, bir daha susuz olmayacağım və ona daxil olduqdan sonra bir daha oradan çıxarılmayacağım qədər sirab et və şahidlər şəhadət vermək üçün qalxdıqda, onu mənim üçün ən xeyirli azuqə və mənzilə çevir! اللَّهُمَّ وَ أَوْرِدْنِي حَوْضَ نَبِيِّكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ اسْقِنِي مِنْهُ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ وَ لا أُحَلَّأُ وِرْدَهُ وَ لا عَنْهُ أُذَادُ وَ اجْعَلْهُ لِي خَيْرَ زَادٍ وَ أَوْفَى مِيعَادٍ يَوْمَ يَقُومُ الْأَشْهَادُ
Əllahummə vəl`ən cəbabirətəl əvvəlinə vəl axirin, və bihuquqi (lihuquqi) əvliyaikəl mustə`sirin, İlahi, zülm edənlərə onların birincisindən sonuncusuna qədər və övliyalarının haqqını qəsb edənlərə lənət göndər! اللَّهُمَّ وَ الْعَنْ جَبَابِرَةَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ بِحُقُوقِ [لِحُقُوقِ‏] أَوْلِيَائِكَ الْمُسْتَأْثِرِينَ
Əllahummə vəqsim dəaiməhum və əhlik əşyaəhum və amiləhum, və əccil məhalikəhum vəslubhum məmalikəhum, və zəyyiq ələyhim məsalikəhum, vəl`ən məsahiməhum və muşarikəhum, Əllahummə və əccil fərəcə əvliyaik, vərdud ələyhim məzaliməhum, və əzhir bil həqqi qaiməhum, vəc`əlhu lidinikə muntəsira, və biəmrikə fi ə`daikə mu`təmira, İlahi, onların zülm və ədalətsizlik bünövrəsini təməlindən sarsıt, onlara şərik olan və yardım edənləri məhv et və tez bir zamanda həlakətə çatdır, hakim olduqları ölkələri (müstəmləkələrini) onlardan al və çıxış (nicat) yollarını bağla, mənfəətlərində onlarla şərik olanlara lənət et! اللَّهُمَّ وَ اقْصِمْ دَعَائِمَهُمْ وَ أَهْلِكْ أَشْيَاعَهُمْ وَ عَامِلَهُمْ وَ عَجِّلْ مَهَالِكَهُمْ وَ اسْلُبْهُمْ مَمَالِكَهُمْ وَ ضَيِّقْ عَلَيْهِمْ مَسَالِكَهُمْ وَ الْعَنْ مُسَاهِمَهُمْ وَ مُشَارِكَهُمْ اللَّهُمَّ وَ عَجِّلْ فَرَجَ أَوْلِيَائِكَ وَ ارْدُدْ عَلَيْهِمْ مَظَالِمَهُمْ وَ أَظْهِرْ بِالْحَقِّ قَائِمَهُمْ وَ اجْعَلْهُ لِدِينِكَ مُنْتَصِرا وَ بِأَمْرِكَ فِي أَعْدَائِكَ مُؤْتَمِرا
Əllahumməhfufhu biməlaikətin nəsr, və bima əlqəytə iləyhi minəl əmri fi ləylətil qədr, muntəqimən ləkə hətta tərza, və yəudə dinukə bihi və əla yədəyhi cədidən ğəzza, və yəmhəzəl həqqə məhza, və yərfuzəl batilə rəfza,İlahi, öz dost və övliyalarına tezliklə qurtuluşa çatdır və haqlarını onlara qaytar! Qaim höccətini (imam Mehdi) zahir et, onu dininə köməkçi və əmrinlə düşmənlərinə qalib et, ona düşmənlərindən intiqam almaq və zəifləyən dinin yenidən onun ixtiyarında olması və razı olmağın, dininin kamil şəkildə saflaşması, batilin tamamilə aradan qalxması üçün mələk qoşunu və “qədr” gecəsində nazil etdiyin hökmünlə yardım et! اللَّهُمَّ احْفُفْهُ بِمَلائِكَةِ النَّصْرِ وَ بِمَا أَلْقَيْتَ إِلَيْهِ مِنَ الْأَمْرِ فِي لَيْلَةِ الْقَدْرِ مُنْتَقِما لَكَ حَتَّى تَرْضَى وَ يَعُودَ دِينُكَ بِهِ وَ عَلَى يَدَيْهِ جَدِيدا غَضّا وَ يَمْحَضَ الْحَقَّ مَحْضا وَ يَرْفِضَ الْبَاطِلَ رَفْضا
Əllahummə salli ələyhi və əla cəmii abaih, vəc`əlna min səhbihi və usrətih, vəb`əsna fi kərrətihi hətta nəkunə fi zəmanihi min ə`vanih,İlahi, ona və onun əcdadına salam yetir, bizi onun səhabə və qoşununda olanlardan təyin et, onun “rəcət”i və hakimiyyəti zamanı bizi ona yardımçı olmaq üçün yenidən dirilt! اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلَى جَمِيعِ آبَائِهِ وَ اجْعَلْنَا مِنْ صَحْبِهِ وَ أُسْرَتِهِ وَ ابْعَثْنَا فِي كَرَّتِهِ حَتَّى نَكُونَ فِي زَمَانِهِ مِنْ أَعْوَانِهِ
Əllahummə ədrik bina qiyaməhu və əşhidna əyyaməh, və salli ələyh (əla Muhəmməd), vərdud iləyna səlaməh, vəssəlamu ələyhi (ələyhim) və rəhmətullahi və bərəkatuh.İlahi, bizə onun qiyamını dərk etmək və zühurunu müşahidə etməyi nəsib et və ona salam yetir! Onun salamını bizə çatdır. Salam olsun ona (və onlara)! Ona Allahın salamı, rəhmət və bərəkətləri olsun!اللَّهُمَّ أَدْرِكْ بِنَا قِيَامَهُ وَ أَشْهِدْنَا أَيَّامَهُ وَ صَلِّ عَلَيْهِ [عَلَى مُحَمَّدٍ] وَ ارْدُدْ إِلَيْنَا سَلامَهُ وَ السَّلامُ عَلَيْهِ [عَلَيْهِمْ‏] وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Mirdamad «Ərbəətu əyyam» adlı kitabında «Dəhvul-ərz» günün əməlləri bölməsində yazır: «İmam Rzanı (ə) ziyarət etmək belə bir gündə müstəhəb əməllərin ən fəzilətlisi və sünnəyə uyğun ədəblərin ən çox təkid olunmuşudur. Habelə Rəcəb ayının ilk günündə də o həzrəti ziyarət etmək çox təkid olunmuşdur».

Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 312
[2] Seyid ibn Tavus — İqbal, səh 314
[3] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 669

Читайте также: