Cənabi Salmanın namazı
1) Namaz 10 rəkətdir (iki rəkət-iki rəkət). Hər rəkətdə 1 dəfə «Həmd» surəsindən sonra 3 dəfə «İxlas» və 3 dəfə «Kafirun» surələrini oxumaq lazımdır. Hər salamdan sonra əlləri göyə qaldırıb desin:
| Ərəbcə | لَا إِلٰهَ اِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِیکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیِى وَ یُمِیتُ، وَ هُوَ حَىٌّ لَا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلَىٰ کُلِّ شَىْءٍ قَدِیرٌ |
| Tərcümə | Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. |
| Transkripsiya | Lə ilahə illəllah vəhdəhulə şərikə ləh, ləhul mulku ləhul həmd, yuhyi və yumitu, və huvə həyyun lə yəmutu biyədihil xəyr və huvə əla kulli şəy`in qədir. |
| Ərəbcə | اَللَّهُمَّ لَا مَانِعَ لِمَا اَعْطَیْتَ، وَ لَا مُعْطِىَ لِمَا مَنَعْتَ، وَ لَا یَنْفَـعُ ذَا الْجَـدِّ مِنْـکَ الْجَـدُّ |
| Tərcümə | İlahi, əta etməyinə heç bir maneə yoxdur, əta edən bir şəxs də yoxdur ki, Sən ona mane olasan və çalışan şəxsin çalışqanlığı onu Səndən ehtiyacsız etməz! |
| Transkripsiya | Əllahummə lə məni`ə limə ə`taytə və la mu`tiyə limə mənə`tə və la yənfəu zəl minkəl cədd. |
Ayın ortasında (Rəcəb ayının 15-ci günü) da bu namazı elə bu tərzdə qılsın. Hər salamdan sonra əlləri göyə qaldırıb desin:
| Ərəbcə | لَا إِلٰهَ اِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِیکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیِى وَ یُمِیتُ، وَ هُوَ حَىٌّ لَا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلَىٰ کُلِّ شَىْءٍ قَدِیرٌ |
| Tərcümə | Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. |
| Transkripsiya | Lə ilahə illəllah vəhdəhulə şərikə ləh, ləhul mulku ləhul həmd, yuhyi və yumitu, və huvə həyyun lə yəmutu biyədihil xəyr və huvə əla kulli şəy`in qədir. |
| Ərəbcə | اِلٰهًا وَاحِدًا اَحَدًا فَرْدًا صَمَدًا، لَمْ یَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا |
| Tərcümə | O yeganə, bənzərsiz, tək və ehtiyacsız Məbud ki, Özünə yoldaş və övlad götürməmişdir |
| Transkripsiya | İlahən vahidən əhədən fərdən səmədən ləm yəttəxiz sahibətən və la vələda |
Rəcəb ayının sonuncu günü də bu bu tərtiblə qılsın, hər salamdan sonra əlləri göyə qaldırıb desin:
| Ərəbcə | لَا إِلٰهَ اِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِیکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیِى وَ یُمِیتُ، وَ هُوَ حَىٌّ لَا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلَىٰ کُلِّ شَىْءٍ قَدِیرٌ |
| Tərcümə | Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. |
| Transkripsiya | Lə ilahə illəllah vəhdəhulə şərikə ləh, ləhul mulku ləhul həmd, yuhyi və yumitu, və huvə həyyun lə yəmutu biyədihil xəyr və huvə əla kulli şəy`in qədir. |
| Ərəbcə | وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ |
| Tərcümə | Allahın salamı olsun Muhəmməd və onun pak Əhlibeytinə! Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur |
| Transkripsiya | Və salləllahi əla Muhəmmədin və alihit tahirin, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim |
2) Həzrət Salmanın nəql etdiyi digər bir namazı qılmaq: bu namaz da Rəcəb ayının 1-ci günü qılınır və 10 rəkətdir (iki rəkət-iki rəkət qılınır). Hər rəkətdə 1 dəfə «Həmd» və 3 dəfə «Tövhid» surəsi oxunur. Həzrət Rəsulallah (s) Salmana bu namazın savablarını bəyan etmişdir, o cümlədən, günahların bağışlanması, qəbir vəhşətindən və Qiyamət gününün əzabından uzaq olmaq, bəzi xəstəliklərdən (Misal: cüzam və bədəndə ağ ləkələr yaranması xəstəliyi) uzaq olmaq.[3]
Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 637
[2] Seyid ibn Tavus — İqbal, səh 637 və 682
[3] Seyid ibn Tavus — İqbal, səh 637
