Ziyarətnamə: İmam Məhdinin (ə.f) cümə günü oxunan ziyarəti
Cümə günü — Həzrət Sahibəzzəman İmam Məhdinin (ə.f) günüdür. Onun ziyarəti[1] belədir:
| Tranksripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya huccətəllahi fi ərzih, | Salam olsun sənə, ey Allahın yer üzündə höccəti! | السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ فِي أَرْضِهِ |
| əssəlamu ələykə ya əynəllahi fi xəlqih, | Salam olsun sənə, ey Allahın Öz yaratdıqları arasında gözü! | السَّلامُ عَلَيْكَ يَا عَيْنَ اللَّهِ فِي خَلْقِهِ |
| əssəlamu ələykə ya nurəllahilləzi yəhtədi bihil muhtədun, və yufərrəcu bihi ənil mu`minin. | Salam olsun sənə, ey Allahın nuru; elə bir nur ki, hidayət olunanlar onun vasitəsilə hidayət olunur və möminlərə fərəc verilir. | السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ الَّذِي يَهْتَدِي بِهِ الْمُهْتَدُونَ وَ يُفَرَّجُ بِهِ عَنِ الْمُؤْمِنِينَ |
| Əssəlamu ələykə əyyuhəl muhəzzəbul xaif, | Salam olsun sənə, ey (qeybə çəkilməkdən) qorxub paklanan! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الْمُهَذَّبُ الْخَائِفُ |
| əssəlamu ələykə əyyuhəl vəliyyun nasih, | Salam olsun sənə, ey xeyirxah rəhbər! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَلِيُّ النَّاصِحُ |
| əssəlamu ələykə ya səfinətən nəcah, | Salam olsun sənə, ey nicat gəmisi! | السَّلامُ عَلَيْكَ يَا سَفِينَةَ النَّجَاةِ |
| əssəlamu ələykə ya əynəl həyah, | Salam olsun sənə, ey həyat mənbəyi! | السَّلامُ عَلَيْكَ يَا عَيْنَ الْحَيَاةِ |
| əssəlamu ələykə səlləllahu ələykə və əla ali bəytikət təyyibinət tahirin, | Salam olsun sənə! Allahın salamı olsun sənə və pak-pakizə Əhli-beytinə! | السَّلامُ عَلَيْكَ صَلَّى اللَّهُ عَلَيْكَ وَ عَلَى آلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ |
| əssəlamu ələykə əccələllahu ləkə ma vəədəkə minən nəsri və zuhuril əmr, | Salam olsun sənə! Allah sənə yardım və zühurla bağlı vəd etdiklərini tezləşdirsin. | السَّلامُ عَلَيْكَ عَجَّلَ اللَّهُ لَكَ مَا وَعَدَكَ مِنَ النَّصْرِ وَ ظُهُورِ الْأَمْرِ |
| əssəlamu ələykə ya məvlayə ənə məvlakə arifun biulakə və uxrak, | Salam olsun sənə, ey mənim sərvərim! Mən səni sevir, sənin işlərinin başlanğıc və sonuna inanıram. | السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ أَنَا مَوْلاكَ عَارِفٌ بِأُولاكَ وَ أُخْرَاكَ |
| ətəqərrəbu iləllahi təala bikə və biali bəytik, və əntəziru zuhurəkə və zuhurəl həqqi əla yədəyk, | Sənin vasitənlə uca Allaha yaxınlaşır, qüdrət əlinlə zühurun və haqqın zühurunun intizarını çəkirəm. | أَتَقَرَّبُ إِلَى اللَّهِ تَعَالَى بِكَ وَ بِآلِ بَيْتِكَ وَ أَنْتَظِرُ ظُهُورَكَ وَ ظُهُورَ الْحَقِّ عَلَى يَدَيْكَ |
| və əs`əlullahə ən yusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən yəc`ələni minəl muntəzirinə lək, vət tabiinə vən nasirinə ləkə əla ə`daik, vəl mustəşhədinə bəynə yədəykə fi cumləti əvliyaik, | Allahdan istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetirsin, məni sənin intizarını çəkənlər, sənə tabe olanlar, düşmənlərinin əleyhinə yardım edənlərdən və kənarında şəhadətə nail olan dostlarından qərar versin! | وَ أَسْأَلُ اللَّهَ أَنْ يُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ يَجْعَلَنِي مِنَ الْمُنْتَظِرِينَ لَكَ وَ التَّابِعِينَ وَ النَّاصِرِينَ لَكَ عَلَى أَعْدَائِكَ وَ الْمُسْتَشْهَدِينَ بَيْنَ يَدَيْكَ فِي جُمْلَةِ أَوْلِيَائِكَ |
| ya məvlayə ya Sahibəz Zəman, sələvatullahi ələykə və əla ali bəytik, | Ey mənim sərvərim, ey zəmanənin sahibi! Allahın salamı olsun sənə və Əhli-beytinə! | يَا مَوْلايَ يَا صَاحِبَ الزَّمَانِ صَلَوَاتُ اللَّهِ عَلَيْكَ وَ عَلَى آلِ بَيْتِكَ |
| haza yəvmul cumuəti və huvə yəvmukəl mutəvəqqəu fihi zuhuruk, vəl fərəcu fihi lil mu`mininə əla yədəyk, və qətlul kafirinə bisəyfik, | Bu gün cümə günüdür və sənin günündür. Həmin gün hamı sənin zühurunun intizarını çəkir, əlinlə möminlərə fərəc və qılıncınla kafirlərə ölüm arzulayır. | هَذَا يَوْمُ الْجُمُعَةِ وَ هُوَ يَوْمُكَ الْمُتَوَقَّعُ فِيهِ ظُهُورُكَ وَ الْفَرَجُ فِيهِ لِلْمُؤْمِنِينَ عَلَى يَدَيْكَ وَ قَتْلُ الْكَافِرِينَ بِسَيْفِكَ |
| və ənə ya məvlayə fihi zəyfukə və caruk, və əntə ya məvlayə kərimun min əvladil kiram, | Ey mənim sərvərim, bu gün sənin qonağınam və sənə sığınıram. Ey böyük şəxslərin övladlarından olan böyük sərvərim. | وَ أَنَا يَا مَوْلايَ فِيهِ ضَيْفُكَ وَ جَارُكَ وَ أَنْتَ يَا مَوْلايَ كَرِيمٌ مِنْ أَوْلادِ الْكِرَامِ |
| və mə`murun biz ziyafəti vəl icarəh, fəəzifni və əcirni sələvatullahi ələykə və əla əhli bəytikət tahirin. | Sən Allah tərəfindən qonaqpərvərlik və sığınacaq verməyə məmursan, məni qonaqlığa qəbul et və mənə sığınacaq ver. Allahın salamı olsun sənə və pak Əhli-beytinə! | وَ مَأْمُورٌ بِالضِّيَافَةِ وَ الْإِجَارَةِ فَأَضِفْنِي وَ أَجِرْنِي صَلَوَاتُ اللَّهِ عَلَيْكَ وَ عَلَى أَهْلِ بَيْتِكَ الطَّاهِرِينَ |
Seyid ibn Tavus deyir: “Mən bu ziyarətdən sonra bu şeirin vasitəsilə həzrətə təvəssül edib ona işarə edərək deyirəm:
| Ərəbcə | نَزِيلُكَ حَيْثُ مَا اتَّجَهَتْ رِكَابِي وَ ضَيْفُكَ حَيْثُ كُنْتُ مِنَ الْبِلادِ |
| Tərcümə | Mənim miniyim məni hara qədər aparıb düşürtsə, mən sənə tərəf gəlirəm və mən hər hansı şəhərdə olsam, yenə də sənin qonağınam. |
Mənbələr:
[1] Seyid ibn Tavus – Cəmalul-usbu, səh 37
Əllamə Məclisi – Biharul-ənvar, c 99, səh 215
