İstixarələr və qaydaları: Bəzi istixarə növləri — 2-ci hissə

Print Friendly, PDF & Email

1) Bu namaz, aşağıdakı qaydada qılınır:
Bir işi yerinə yetirmək istədiyin vaxt niyyət edib, altı kağız parçası götür və onlardan 3-nə bu sözləri yaz:

Ərəbcəبِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، خِيَرَةٌ مِنَ اللهِ الْعَزيزِ الْحَكيمِ، لِفُلان بْنِ فُلانة اِفْعَلْ
TərcüməBağışlayan və mehriban Allahın adı ilə başlayıram. İzzətli və qüdrətli Allahdan filankəsin oğlu filankəs üçün xeyir diləyirəm
TranskripsiyaBismillahir rəhmanir rəhim, xiyərətun minəllahil əzizil hə-kim, li fulanibni fulan, if`əl

O birisi 3 kağızda isə “İf`əl” sözünün yerinə “La təf`əl” sözünü yaz. Sonra bu kağızları səccadənin altına qoy və 2 rəkət namaz qıl. Namazı qılıb, qurtardıqdan sonra səcdəyə get və 100 dəfə bu sözləri de:
Ərəbcəاَسْتَخيرُ اللهَ بِرَحْمَتِهِ، خِيَرَةً في عَافِيَةٍ
TərcüməAllahdan Öz rəhməti vasitəsilə afiyət və sağlamlıqla birgə xeyir diləyirəm!
TranskripsiyaƏstəxirullahə birəhmətihi xiyərətən fi afiyəh

Daha sonra səcdədən qalxıb, yerində əyləş və bu duanı oxu:
Ərəbcəاللَّهُمَّ خِرْلي وَاخْتَرْلي في جَميعِ اُمُوري، في يُسْرٍ مِنْكَ وَ عَافِيَةٍ
Tərcüməİlahi, mənə xeyir yetir və bütün işlərimdə mənə xeyir qismət et ki, Öz tərəfindən asanlıq və sağlamlıqla sona yetsin!
TranskripsiyaƏllahummə xir li vəxtər li fi cəmii umuri, fi yusrin minkə və afiyəh

Bu duadan sonra əlinlə kağızları qarışdır və bir-bir səccadənin altından çıxart. Əgər ardıcıl olaraq üç “İf`əl” yazılan kağız çıxsa, o işi yerinə yetir. Amma əgər ardıcıl olaraq üç “La təf`əl” yazılan kağız çıxsa, o işi yerinə yetirmə. Amma əgər birinci “İf`əl” yazılan kağız və ikinci “La təf`əl” yazılan kağız çıxsa, kağızları yenidən qarışdır və onlardan beşini götür. Əgər üç “İf`əl” və iki “La təf`əl” yazılıbdırsa, o işi yerinə yetir, amma əgər əksinə olsa, o işi yerinə yetirmə.
Şeyx Abbas Qumi deyir: İstixarə sözünün mənası, “xeyir istəmək” deməkdir. Odur ki, hər bir işi görmək istədikdə, o işin xeyrini Allahdan istə. Hədislərdə buyurulubdur ki, gecə namazının axırıncı səcdəsində də Allahdan hər işin xeyrini istəyərək, 101 dəfə bu sözü demək olar: “Əstəxirullahə birəhmətih.” Sübh nafiləsinin axırıncı səcdəsində və günorta namazının nafilələrinin hər bir rükətində Allahdan xeyir diləmək də müstəhəbdir.
2) Əllamə Məclisinin möhtərəm atası, öz ustadı Şeyx Bəhayidən belə dediyini nəql edir: “Bir gün alimlər, İmam Zamanın (ə.c) təsbeh ilə istixarəsi barəsində müzakirə edirdilər və mən, onların bu müzakirəsini eşitdim. Bu istixarənin qaydası belə idi: Təsbehi ələ götürüb, Məhəmməd və ali Məhəmmədə 3 salavat göndərirsən. Sonra təsbehin dənələrindən bir yığım ayırırsan və iki-iki sayırsan. Əgər axırda bir dənə qalsa, o işi yerinə yetir, amma iki dənə qalsa, o işi yerinə yetirmə.”
3) Şeyx “Cəvahir” adlı kitabında buyurur: “Bizim dövrümüzdə, İmam Zamana (ə.c) nisbət verilən aşağıdakı bu növ istixarə caamat arasında geniş yayılıbdır:
a) Bir neçə Quran ayəsi oxuyub, dua etdikdən sonra təsbihin dənələrindən bir yığım ayırırsan və səkkiz-səkkiz sayırsan.
Əgər axırda 1 təsbih dənəsi qalsa — yaxşı gəlibdir.
Əgər axırda 2 təsbih dənəsi qalsa — o işi yerinə yetirməyə bir nəhy olunur.
Əgər axırda 3 təsbih dənəsi qalsa — bu işi yerinə yetirməkdə ixtiyar sahibidir, çünki onu yerinə yetirmək və ya tərk etmək bir-birinə bərabərdir.
Əgər axırda 4 təsbih dənəsi qalsa — bu işi yerinə yetirməyə iki nəhy olunur.
Əgər axırda 5 təsbih dənəsi qalsa — bəzilərinin dediyinə görə, bu işdə çətinliyə düşəcək və bəzilərinin nəzərincə isə bu işə görə danlanacaqdır.
Əgər axırda 6 təsbih dənəsi qalsa — bu işi yerinə yetirmək çox yaxşıdır və gərək tez bir zamanda görülsün.
Əgər axırda 7 təsbih dənəsi qalsa — hökmü, 5 dənə də olduğu kimidir.
Əgər axırda 8 təsbih dənəsi qalsa — bu iş üçün 4 nəhy gəlibdir.
Qeyd edək ki, digər məqalələrdə bəzi istixarələri sizin nəzərinizə çatdıracağıq.
4) Həmçinin qeyd edək ki, mərhum Mühəddis Kaşani “Təqvimul-muhsinin” adlı kitabında Quran ilə istixarə etmək üçün həftənin günlərində müəyyən vaxtları qeyd etmiş və demişdir: “İstixarənin vaxtları barəsində qeyd etdiklərim bu mətləbləri bəyan edən xüsusi bir Əhli-beyt (ə) hədisi mövcud olmasa da, onlar xalq arasında geniş yayılıbdır. Beləliklə, bazar günü, zöhrə qədər və əsr çağından məğribə qədər olan vaxtlarda istixarə etmək yaxşıdır.
Bazar ertəsi günü sübhdən Günəş doğana qədər, Günəş üfüqdən bir qədər qalxdıqdan sonra, zöhrə qədər və əsr çağından xiftən namazının axırıncı vaxtına qədər istixarə etmək yaxşıdır.
Çərşənbə axşamı günü isə Günəş üfüqdən bir qədər qalxdıqdan sonra, zöhrə qədər və əsr çağından işa namazının axırıncı vaxtına qədər istixarə etmək yaxşıdır.
Çərşənbə günü, sübhdən zöhrə qədər və əsr çağından işa namazının axırıncı vaxtına qədər istixarə etmək yaxşıdır. Cümə axşamı günü sübhdən Günəş doğana qədər və zöhrdən işa namazının axırıncı vaxtına qədər istixarə etmək yaxşıdır.
Cümə günü sübhdən Günəş doğana qədər və günortadan əsr vaxtına qədər istixarə etmək yaxşıdır.
Şənbə günü sübhdən Günəş üfüqdən bir qədər qalxana qədər və günortadan əsr çağına qədər istixarə etmək yaxşıdır. Bu vaxt cədvəlini mən, təhqiqatçı Tusinin “Mədxəle mənzum” adlı kitabından götürmüşəm.”

Читайте также: