Ziyarətnamə: Kufə məscidinin əməlləri — 2-ci hissə — Dəkkətul-qəza və Beytut-təştin əməlləri

Print Friendly, PDF & Email

Bil ki, “Dəkkətül-qəza” həzrət Əmirəlmöminin Əlinin (ə) məsciddə qəzavət və hökm yürütmək üçün oturduğu yerin adıdır. Bu məkanda qısa bir sütun var idi ki[1], orada bu ayə yazılmışdı: “İnnəllahə yə`muru bil ədli vəl ehsan.” (Allah taala ədalət və yaxşılıqla hökm verir).
“Dəkkətül-qəza”  bitişik “Beytut-təşt” isə Əmirəlmöminin Əlinin (ə) möcüzə göstərdiyi yerdir. Belə ki, bakirə bir qızın qarnına bir zəli daxil olur. Zəli qızın qanını sorur, nəticədə qızın qarnı böyüyür. Qardaşları qızın hamilə olduğunu güman edib, onu öldürmək qərarına gəlir və qəzavət üçün Əmirəlmöminin Əlinin (ə) hüzuruna gedirlər. Həzrət əmr edir ki, məscidin bir tərəfinə pərdə çəkib, qızı orada əyləşdirsinlər. Sonra Həzrət Kufə şəhərinin mamasını çağırtdırıb, qızı müayinə etməyi əmr edir. Mama qızı müayinə etdikdən sonra deyir: “Ya Əmirəlmöminin! Qız hamilədir.” Həzrət “ləcən”lə dolu bir teşt gətirilməsini və qızın həmin teştdə əyləşməsini göstəriş verir. Qız teştdə əyləşdikdən sonra zəli “ləcən”in qoxusunu duyub, qızın qarnından çıxır.

Bilmək lazımdır ki, bu məscidin əməllərindəki tərtib bundan ibarətdir:
“4-cü sütunun yanındakı əməllərdən sonra məscidin ortasında durub, onun məxsus əməllərini yerinə yetirmək lazımdır. “Dəkkətül-qəza” və “Beytüt-təşt”in əməllərini ən axırda, yəni İmam Sadiqin (ə) “dəkkəsi”nin (hökm yürütmək məqsədilə əyləşdiyi məkanın) əməllərindən sonra yerinə yetirilir. Lakin biz burada Seyid ibn Tavusun “Misbahuz-zair”, Əllamə Məclisinin “Biharul-ənvar” və Şeyx Xızrın “Məzar” kitablarındakı tərtiblə əməlləri qeyd edirik. Əlbəttə, məşhur tərtibə əməl etmək istəyənlər “Dəkkətül-qəza” və “Beytüt-təşt” əməllərini 4-cü sütundan, eləcə də axırda, İmam Sadiqin (ə) “dəkkəsi”ndən sonra yerinə yetirsin. Bir sözlə, əməlləri belə yerinə yetirin:
“Dəkkətül-qəza”da «Həmd», yaxud başqa surələri oxumaqla 2 rəkət namaz qıldıqdan sonra, xanım Fatimeyi Zəhranın (s) təsbihatını zikr edir və sonra deyirsən:

TranskripsiyaTərcüməƏrəbcə
Ya maliki və muməlliki və mutəğəmmidi (mu`təmədi), bin niəmil cisami min ğəyristihqaqi vəchi, xaziun lima tə`luhul əqdamu licəlali vəchikəl kərim, Ey mənim malikim və məni malik edən! Ey məni layiq olmadığım halda böyük nemətlərə qərq edən! Mənim üzüm ayaq altında olanların və Sənin böyüklük və kəramətli zatın müqabilində zəlildir. يَا مَالِكِي وَ مُمَلِّكِي وَ مُتَغَمِّدِي [مُعْتَمَدِي‏] بِالنِّعَمِ الْجِسَامِ مِنْ غَيْرِ اسْتِحْقَاقٍ وَجْهِي خَاضِعٌ لِمَا تَعْلُوهُ الْأَقْدَامُ لِجَلالِ وَجْهِكَ الْكَرِيمِ
la təc`əl hazihiş şiddətə və la hazihil mihnəh, muttəsilətən bistisaliş şə`fəh, vəmnəhni min fəzlikə ma ləm təmnəh bihi əhədən min ğəyri məsələh, əntəl qədimul əvvəlulləzi ləm təzəl və la təzal,Bu çətinlik və möhnəti həmişəlik aradan qaldırmaqla yanaşı qərar vermə və Öz lütf və mərhəmətinlə kimsəyə istəmədən bağışlamadıqlarını mənə bağışla! Heç vaxt fani olmayan və olmayacaq (daim olan) ilkin qədim Sənsən.لا تَجْعَلْ هَذِهِ الشِّدَّةَ وَ لا هَذِهِ الْمِحْنَةَ مُتَّصِلَةً بِاسْتِيصَالِ الشَّأْفَةِ وَ امْنَحْنِي مِنْ فَضْلِكَ مَا لَمْ تَمْنَحْ بِهِ أَحَدا مِنْ غَيْرِ مَسْأَلَةٍ أَنْتَ الْقَدِيمُ الْأَوَّلُ الَّذِي لَمْ تَزَلْ وَ لا تَزَالُ
salli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir li vərhəmni, və zəkki əməli və barik li fi əcəli vəc`əlni min utəqaikə və tuləqaikə minən nar, birəhmətikə ya ərhəmər rahimin.Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, məni bağışla, mənə rəhm et, əməlimi pakla, ömrümü bərəkətli et və məni cəhənnəm odundan qurtulan və azad olanlar zümrəsinə qat! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي وَ ارْحَمْنِي وَ زَكِّ عَمَلِي وَ بَارِكْ لِي فِي أَجَلِي وَ اجْعَلْنِي مِنْ عُتَقَائِكَ وَ طُلَقَائِكَ مِنَ النَّارِ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

“Beytut-təşt”in əməlləri
Dəkkətul-qəzanın ardıncadır. Orada 2 rəkət namaz qıl və Xanım Zəhra (s) təsbihini dedikdən sonra oxu:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni zəxərtu təvhidi iyyakə və mə`firəti bik, və ixlasi ləkə və iqrari birububiyyətik, və zəxərtu vilayətə mən ən`əmtə ələyyə bimə`rifətihim, min bəriyyətikə Muhəmmədin və itrətihi salləllahu ələyhim, liyəvmi fəzəi iləykə acilən və acila, İlahi, mən yeganəpərəstliyi, Səni tanımağı, Sənə ixlasımı və Sənin Rəbb olmağına iqrarımı, eləcə də, “fəryad” və “ehtiyac” günü (qiyamət) üçün məxluqatın arasından mərifətini mənə nemət verdiyin kəslərə, (yəni) Muhəmməd və onun Əhlibeytinə (Allahın salamı olsun onlara) məhəbbəti zəxirə etdim!اللَّهُمَّ إِنِّي ذَخَرْتُ تَوْحِيدِي إِيَّاكَ وَ مَعْرِفَتِي بِكَ وَ إِخْلاصِي لَكَ وَ إِقْرَارِي بِرُبُوبِيَّتِكَ وَ ذَخَرْتُ وِلايَةَ مَنْ أَنْعَمْتَ عَلَيَّ بِمَعْرِفَتِهِمْ مِنْ بَرِيَّتِكَ مُحَمَّدٍ وَ عِتْرَتِهِ صَلَّى اللَّهُ عَلَيْهِمْ لِيَوْمِ فَزَعِي إِلَيْكَ عَاجِلا وَ آجِلا
və qəd fəzi`tu iləykə və iləyhim ya məvlayə fi hazəl yəvmi və fi məvqifi haza, və səəltukə maddəti (ma zəka) min ni`mətikə və izahətə ma əxşahu min niqmətik, vəl bərəkətə fima rəzəqtənih, və təhsinə sədri min kulli həmmin və caihətin və mə`siyətin fi dini və dunyayə və axirəti, ya ərhəmər rahimin.İndi isə Sənə və onlara pənah gətirmişəm. Ey mənim mövlam, bu gün və durduğum bu yerdə Səndən nemətini mənə davamlı surətdə verməyini, qorxduqlarımı – Öz qəzəb və əzabını aradan qaldırmağını, mənə ruzi verdiklərinə bərəkət verməyini, dünya və axirətdə sinəmi hər bir qəm-qüssə, bəla və günahdan qorumağını istəyirəm, ey mehribanların ən mehribanı!وَ قَدْ فَزِعْتُ إِلَيْكَ وَ إِلَيْهِمْ يَا مَوْلايَ فِي هَذَا الْيَوْمِ وَ فِي مَوْقِفِي هَذَا وَ سَأَلْتُكَ مَادَّتِي [مَا زَكَى‏] مِنْ نِعْمَتِكَ وَ إِزَاحَةَ مَا أَخْشَاهُ مِنْ نَقِمَتِكَ وَ الْبَرَكَةَ فِيمَا رَزَقْتَنِيهِ وَ تَحْصِينَ صَدْرِي مِنْ كُلِّ هَمٍّ وَ جَائِحَةٍ وَ مَعْصِيَةٍ فِي دِينِي وَ دُنْيَايَ وَ آخِرَتِي يَا أَرْحَمَ الرَّاحِمِينَ

Nəql olunur ki, həzrət imam Sadiq (ə) “Beytut-təşt”də 2 rəkət namaz qıldı.

Məscidin ortasında namaz və dua
Məscidin ortasında 2 rəkət namaz qılırsan, 1-ci rəkətdə  «Həmd»«İxlas» surəsini oxuyursan, 2-ci rəkətdə isə  «Həmd»«Kafirun» surəsini oxuyursan. Namazın salamını verəndən sonra həzrət Zəhranın (s) təsbehini çevir və de:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə əntəs səlamu və minkəs səlamu və iləykə yəudus səlam, və darukə darus səlami həyyina rəbbəna minkə bis səlam. İlahi, Sənsən salam! Salam Sənin tərəfindəndir və Sənə doğru qayıdır. Sənin evin sağlamlıq evidir. Ey Rəbbimiz, bizə Öz tərəfindən sağlamlıq əta et! اللَّهُمَّ أَنْتَ السَّلامُ وَ مِنْكَ السَّلامُ وَ إِلَيْكَ يَعُودُ السَّلامُ وَ دَارُكَ دَارُ السَّلامِ حَيِّنَا رَبَّنَا مِنْكَ بِالسَّلامِ
Əllahummə inni salləytu hazihis səlatəbtiğaə rəhmətik, və rizvanikə və məğfirətikə və tə`zimən liməscidik.İlahi, bu namazı rəhmət, razılıq və məğfirətini diləmək və məscidini uca tutmaq məqsədilə qıldım!اللَّهُمَّ إِنِّي صَلَّيْتُ هَذِهِ الصَّلاةَ ابْتِغَاءَ رَحْمَتِكَ وَ رِضْوَانِكَ وَ مَغْفِرَتِكَ وَ تَعْظِيما لِمَسْجِدِكَ
Əllahummə fəsalli əla Muhəmmədin və ali Muhəmməd, vərfə`ha fi illiyyinə və təqəbbəlha minni ya ərhəmər rahimin.İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, bu namazı behiştin yüksək mərtəbəsinə qaldır və onu məndən qəbul et, ey mehribanların ən mehribanı!اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْفَعْهَا فِي عِلِّيِّينَ وَ تَقَبَّلْهَا مِنِّي يَا أَرْحَمَ الرَّاحِمِينَ

Şeyx Abbas Qumi deyir ki, bu məqama “Dəkkətul-merac” deyiblər. Buna görə belə adlanır ki, merac gecəsi həzrət Rəsuli Əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) Allah taaladan buraya enməsini istədi, gəldi və 2 rəkət namaz qıldı.

Mənbə:
[1] Şeyx Abbas Qumi – Məfatihu-cinan, Kufə məscidinin əməlləri

Читайте также: