Ziyarətnamə: İmam Museyi Kazimin (ə) və İmam Muhəmməd Cavadın (ə) müştərək ziyarəti
Bu müştərək ziyarətnamələr də 2 yerə bölünür:
1) Ayrı-ayrılıqda oxunan müştərək ziyarətnamələr
2) Cəm edib oxunan müştərək ziyarətnamələr
Birinci növ ziyarətnamələri gərək hər iki imam üçün ayrı-ayrılıqda oxuyasan. Möhtərəm Şeyx Cəfər ibn Muhəmməd Qavlaveyh “Kamiluz-ziyarat” adlı kitabıda nəql edir ki, həzrət İmam Əliyyən Nəqi (ə) buyurub: “O iki İmamı (yəni İmam Kazimi (ə) və İmam Cavadı (ə)) ziyarət etdikdə ayrı-ayrılıqda bu ziyarətnaməni oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya vəliyyəllah, əssəlamu ələykə ya huccətəllah, əssəlamu ələykə ya nurəllahi fi zulumatil ərz, əssəlamu ələykə ya mən bəda lillahi fi şə`nih, ətəytukə zairən arifən bi həqqik, muadiyən li ə`daikə muvaliyən li əvliyaik, fəşfə` (işfə`) li ində rəbbikə ya məvlay. | Salam olsun sənə, ey Allahın nümayəndəsi! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey Allahın yer üzünün zülmətlərindəki nuru! Salam olsun sənə, ey Allahın onun məqamı ilə bağlı iradəsini aşkar etdiyi! Haqqını tanıdığım, düşmənlərinlə düşmən olduğum və dostlarını sevdiyim halda, ziyarətinə gəlmişəm. Belə isə, Rəbbinin dərgahında mənə şəfaət et, ey mənim mövlam! | السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ السَّلامُ عَلَيْكَ يَا مَنْ بَدَا لِلَّهِ فِي شَأْنِهِ أَتَيْتُكَ زَائِرا عَارِفا بِحَقِّكَ مُعَادِيا لِأَعْدَائِكَ مُوَالِيا لِأَوْلِيَائِكَ فَاشْفَعْ [اشْفَعْ] لِي عِنْدَ رَبِّكَ يَا مَوْلايَ |
Bu ziyarətnamə, mötəbər ziyarətnamələrdən biri olub, Şeyx Kuleyni, Şeyx Səduq və Şeyx Tusi cüzi fərqlərlə onu öz kitablarında nəql edibdirlər. [1]
İkinci növ ziyarətnamələr isə hər iki imamı birgə ziyarət etmək üçün oxunur. Şeyx Mufid və Məhəmməd ibn Məşhədi buyurubdurlar ki, o iki məsum imamın zərihinin kənarında dayanıb, bu ziyarətnaməni oxuyun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykuma ya vəliyyəyillah, əssəlamu ələykuma ya huccətəyillah, əssəlamu ələykuma ya nurəyillah fi zulumatil ərz, əşhədu ənnəkuma qəd bəlləğtuma ənillahi ma həmmələkuma, və həfiztuma məstudi`tuma, və həlləltuma həlaləllahi və hərrəmtuma həraməllah, və əqəmtuma hududəllahi və tələvtuma kitabəllah, və səbərtuma ələl əza fi cənbillahi muhtəsibəynə hətta ətakuməl yəqin, əbrəu iləllahi min ə`daikuma, və ətəqərrəbu iləllahi bivilayətikuma, ətəytukuma zairən arifən bi həqqikuma, muvaliyən liəvliyaikuma, muadiyən liə`daikuma, mustəbsirən bil hudəlləzi əntuma ələyh, arifən bi zəlaləti mən xaləfəkuma, fəşfəa li ində rəbbikuma, fəinnə ləkuma indəllahi cahən əzimən və məqamən məhmuda. | Salam olsun sizə, ey Allahın nümayəndələri! Salam olsun sizə, ey Allahın höccətləri! Salam olsun sizə, ey Allahın yer üzün zülmətlərindəki nurları! Şəhadət verirəm ki, savab qazanmaq məqsədilə əcəliniz çatan vaxta qədər Allah tərəfindən sizə həvalə olunanları layiqincə təbliğ etdiniz, sizə tapşırdıqlarını qoruyub-saxladınız, Allahın halalını halal, haramını isə haram bildiniz, Allahın hökm və cəza tədbirlərini bərpa etdiniz, Allahın kitabını tilavət etdiniz və Allah yolunda əzab-əziyyətlərə səbir etdiniz. Allahın dərgahında düşmənlərinizə nifrət edir və sizə məhəbbət bəsləməklə Allaha yaxınlaşıram. Haqqınızı tanıdığım, dostlarınızı sevdiyim, düşmənlərinizlə düşmən olduğum, sizin olduğunuz doğru yolu tanıdığım və sizinlə müxalif olanların zəlalətdə olduğunu bildiyim halda, ziyarətinizə gəlmişəm. Belə isə, Rəbbinizin dərgahında mənə şəfaət edin ki, həqiqətən, Sizin Allah dərgahında böyük heysiyyət və bəyənilən (şəfaət) məqamınız vardır! | السَّلامُ عَلَيْكُمَا يَا وَلِيَّيِ اللَّهِ السَّلامُ عَلَيْكُمَا يَا حُجَّتَيِ اللَّهِ السَّلامُ عَلَيْكُمَا يَا نُورَيِ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ أَشْهَدُ أَنَّكُمَا قَدْ بَلَّغْتُمَا عَنِ اللَّهِ مَا حَمَّلَكُمَا وَ حَفِظْتُمَا مَا اسْتُودِعْتُمَا وَ حَلَّلْتُمَا حَلالَ اللَّهِ وَ حَرَّمْتُمَا حَرَامَ اللَّهِ وَ أَقَمْتُمَا حُدُودَ اللَّهِ وَ تَلَوْتُمَا كِتَابَ اللَّهِ وَ صَبَرْتُمَا عَلَى الْأَذَى فِي جَنْبِ اللَّهِ مُحْتَسِبَيْنِ حَتَّى أَتَاكُمَا الْيَقِينُ أَبْرَأُ إِلَى اللَّهِ مِنْ أَعْدَائِكُمَا وَ أَتَقَرَّبُ إِلَى اللَّهِ بِوِلايَتِكُمَا أَتَيْتُكُمَا زَائِرا عَارِفا بِحَقِّكُمَا مُوَالِيا لِأَوْلِيَائِكُمَا مُعَادِيا لِأَعْدَائِكُمَا مُسْتَبْصِرا بِالْهُدَى الَّذِي أَنْتُمَا عَلَيْهِ عَارِفا بِضَلالَةِ مَنْ خَالَفَكُمَا فَاشْفَعَا لِي عِنْدَ رَبِّكُمَا فَاِنَّ لَكُمَا عِنْدَ اللَّهِ جَاها عَظِيما وَ مَقَاما مَحْمُودا |
Sonra oranın müqəddəs türbətini öp və sağ üzünü onun üzərinə qoy. Bu əməli yerinə yetirdikdən sonra qəbirlərin baş tərəfinə keç və bu ziyarətnaməni oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykuma ya huccətəyillahi fi ərzihi və səmaih, əbdukuma və vəliyyukuma və zairukuma mutəqərribən iləllahi bi ziyarətikuma, Əllahumməc`əl li lisanə sidqin fi əvliyaikəl mustəfəyn, və həbbib iləyyə məşahidəhum, vəc`əlni məəhum fid dunya vəl axirəh, ya ərhəmər rahimin. | Salam olsun sizə, ey Allahın yer və səmasındakı höccətləri! Bəndə və dostunuz sizin ziyarətinizə gəlib ki, ziyarətinizlə Allaha yaxınlaşsın. İlahi, seçilmiş dostların barəsində (doğru danışmaq üçün) mənə doğru dil ver, onların ziyarətgahlarını mənə sevimli et və məni dünya və axirətdə onlarla birgə qərar ver, ey mehribanların ən mehribanı! | السَّلامُ عَلَيْكُمَا يَا حُجَّتَيِ اللَّهِ فِي أَرْضِهِ وَ سَمَائِهِ عَبْدُكُمَا وَ وَلِيُّكُمَا زَائِرُكُمَا مُتَقَرِّبا إِلَى اللَّهِ بِزِيَارَتِكُمَا اللَّهُمَّ اجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي أَوْلِيَائِكَ الْمُصْطَفَيْنَ وَ حَبِّبْ إِلَيَّ مَشَاهِدَهُمْ وَ اجْعَلْنِي مَعَهُمْ فِي الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Sonra hər imam üçün 2 rəkət ziyarət namazı qıl və Allahdan öz istəyini dilə.[2]
Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, səh 301, hədis 1,
Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 578, hədis 1,
Şeyx Tusi — Təhzib, c 6, səh 91, hədis1
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 13,
Muhəmməd ibn Məşədi Məzar — Kəbir, səh 539,
Şəhid Əvvəl — Məzar-Şəhid, səh 194 (bir qədər fərqlə)
