Ziyarətnamə: Kufə məscidinin əməlləri — 8-ci hissə — İmam Sadiq (ə) məqamının əməlləri

Print Friendly, PDF & Email

Sonra həzrət imam Sadiqin (ə) məqamına tərəf get və o Muslim ibn Əqilin (ə) məzarının yaxınlığında yerləşir. Orada 2 rəkət namaz qılıb Fatimeyi Zəhranın (s) təsbihatını çevirdikdən sonra belə de:

TranskripsiyaTərcüməƏrəbcə
Ya saniə kulli məsnu`, və ya cabirə kulli kəsir, və ya hazirə kulli mələ`, və ya şahidə kulli nəcva, və ya alimə kulli xəfiyyəhEy bütün məxluqatı yaradan, ey bütün qəlbisınıqlara aramlıq bəxş edən, ey bütün yığıncaqlarda hazır olan, ey bütün sirlərə şahid olan, ey bütün gizli işləri bilənيَا صَانِعَ كُلِّ مَصْنُوعٍ وَ يَا جَابِرَ كُلِّ كَسِيرٍ وَ يَا حَاضِرَ كُلِّ مَلَإٍ وَ يَا شَاهِدَ كُلِّ نَجْوَى وَ يَا عَالِمَ كُلِّ خَفِيَّةٍ
və ya şahidən (şahidu) ğəyrə ğaibin və ya ğalibən (ğalibu) ğəyrə məğlub, və ya qəribən (qəribu) ğəyrə bəid, və ya munisə kulli vəhidey qaib olmayan şahid, ey məğlub olmayan qalib, ey uzaq olmayan yaxın, ey bütün təklərin munisiوَ يَا شَاهِدا [شَاهِدُ] غَيْرَ غَائِبٍ وَ يَا غَالِبا [غَالِبُ‏] غَيْرَ مَغْلُوبٍ وَ يَا قَرِيبا [قَرِيبُ‏] غَيْرَ بَعِيدٍ وَ يَا مُونِسَ كُلِّ وَحِيدٍ
və ya həyyən hinə la həyyə ğəyruh, ya muhyiyəl məvta və mumitəl əhya, əl qaimə əla kulli nəfsin bima kəsəbət, la ilahə illa ənt, salli əla Muhəmmədin və ali Muhəmməd.ey diri varlıq olmayan zaman diri olan, ey ölüləri dirildən, diriləri öldürən və qazanan hər bir kəsi qoruyan, Səndən başqa heç bir tanrı yoxdur, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir!وَ يَا حَيّا حِينَ لا حَيَّ غَيْرُهُ يَا مُحْيِيَ الْمَوْتَى وَ مُمِيتَ الْأَحْيَاءِ الْقَائِمَ عَلَى كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ لا إِلَهَ إِلا أَنْتَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

Sonra hər nə dua istəsən oxu[1].
Şeyx Abbas Qumi deyir: “Biz bundan əvvəl qeyd etdik və burada yenə də deyirik ki, o məscidin əməllərinin tərtibi “Qədim məzar”da və camaat arasında məşhurdur ki, bu məqamdan sonra Dəkkətul-qəza və Beytut-təştin əməllərini yerinə yetirirlər. Biz “Misbahuz-zair”, “Biharul-ənvar” kitablarına və başqalarına uyğun olaraq, dördüncü sütunun əməllərindən sonra nəql etdik. Sonra əgər istəsən məşhur göstərişə də əməl edəsən oraya müraciət et və bu iki məqamın əməllərini yerinə yetir”.

Mənbələr:
[1] Seyid ibn Tavus — Misbahuz-zair, səh 98,
Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 425

Читайте также: