Ziyarətnamə: İmam Musa ibn Cəfərin (ə) məxsusi ziyarəti — 1
Seyid ibn Tavus “Məzar” adlı kitabında nəql edir ki, o həzrəti ziyarət etmək istədikdə, əvvəlcə qüsl verin. Sonra vüqarlı addımlarla hərəmə tərəf yola düşün və hərəmin qapısına çatdıqda, dayanıb deyin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu əkbər, Əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, əlhəmdu lillahi əla hidayətihi li dinihi vət təvfiqi lima dəa iləyhi min səbilih, Əllahummə innəkə əkrəmu məqsudin və əkrəmu mə`tiyy, və qəd ətəytukə mutəqərribən iləykə biibni binti nəbiyyikə sələvatukə ələyhi və əla abaihit tahirinə və əbnaihit təyyibin, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və la tuxəyyib sə`yi və la təqtə rəcai, vəc`əlni indəkə vəcihən fid dunya vəl axirəh, və minəl muqərrəbin. | Allah daha böyükdür. Allah daha böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah daha böyükdür. Həmd olsun Allaha ki, bizi Öz dininə hidayət və dəvət etdiyi yolda müvəffəq etdi. İlahi, Sən qəsd olunanların ən böyüyü və dərgahına üz tutulanların ən hörmətlisisən və mən Sənin dərgahına üz tutmuşam. Peyğəmbərinin qızının övladının (Allahın salamı olsun ona, pak ata-babalarına və pakizə övladlarına) vasitəsilə Sənin dərgahına yaxınlaşıram. İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, çalışqanlığımdan naümid etmə, ümidimi üzmə və məni Öz dərgahında dünya və axirətdə abır-həyalı və Öz dərgahına yaxın olanlardan qərar ver! | اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ الْحَمْدُ لِلَّهِ عَلَى هِدَايَتِهِ لِدِينِهِ وَ التَّوْفِيقِ لِمَا دَعَا إِلَيْهِ مِنْ سَبِيلِهِ اللَّهُمَّ اِنَّكَ أَكْرَمُ مَقْصُودٍ وَ أَكْرَمُ مَأْتِيٍّ وَ قَدْ أَتَيْتُكَ مُتَقَرِّبا إِلَيْكَ بِابْنِ بِنْتِ نَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَى آبَائِهِ الطَّاهِرِينَ وَ أَبْنَائِهِ الطَّيِّبِينَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ لا تُخَيِّبْ سَعْيِي وَ لا تَقْطَعْ رَجَائِي وَ اجْعَلْنِي عِنْدَكَ وَجِيها فِي الدُّنْيَا وَ الْآخِرَةِ وَ مِنَ الْمُقَرَّبِينَ |
Sonra sağ ayağınla hərəmə daxil ol və bu sözləri de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billahi və fi səbilillahi və əla milləti rəsulillah, salləllahu ələyhi və alih, Əllahumməğfir li və livalidəyyə və li cəmiil mu`mininə vəl mu`minat. | Allahın adı, Allahın köməyi, Allahın yolu və Allahın Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhlibeytinə) dini ilə başlayıram! İlahi, məni, ata-anamı, bütün mömin kişi və qadınları bağışla! | بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ فِي سَبِيلِ اللَّهِ وَ عَلَى مِلَّةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ اللَّهُمَّ اغْفِرْ لِي وَ لِوَالِدَيَّ وَ لِجَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ أَ أَدْخُلُ يَا رَسُولَ اللَّهِ أَ أَدْخُلُ يَا نَبِيَّ اللَّهِ أَ أَدْخُلُ يَا مُحَمَّدَ بْنَ عَبْدِ اللَّهِ أَ أَدْخُلُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ |
Müqəddəs günbəziin qapısına yetişdikdə, dayan və içəriyə daxil olmaq üçün izin istəyib, de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əədxulu ya rəsuləllah, əədxulu ya nəbiyyəllah, əədxulu ya Muhəmmədəbnə Əbdillah, əədxulu ya əmirəl mu`minin, əədxulu ya Əba Muhəmmədinil Həsən, əədxulu ya Əba Əbdillahil Husəyn, əədxulu ya Əba Muhəmmədin Əliyyəbnəl Husəyn, əədxulu ya Əba Cə`fərin Muhəmmədəbnə Əliyy, əədxulu ya Əba Əbdillahi Cə`fərəbnə Muhəmməd, əədxulu ya məvlayə ya Əbəl Həsəni Musəbnə Cə`fər, əədxulu ya məvlayə ya Əba Cə`fər, əədxulu ya məvlayə Muhəmmədəbnə Əliyy. | Ey Allahın Rəsulu, daxil olummu?! Ey Allahın Peyğəmbəri, daxil olummu? Ey Abdullahın oğlu Muhəmməd, daxil olummu?! Ey Əmirəlmöminin, daxil olummu?! Ey Əba Muhəmməd Həsən, daxil olummu?! Ey Əba Əbdillah Hüseyn, daxil olummu?! Ey Hüseynin oğlu Əba Muhəmməd Əli, daxil olummu?! Ey Əlinin oğlu Əba Cəfər Muhəmməd, daxil olummu?! Ey Məhəmmədin oğlu Əba Əbdillah Cəfər, daxil olummu?! Ey mənim mövlam, ey Cəfərin oğlu Əbəl Həsən Musa daxil olummu?! Ey mənim mövlam, ey Əbu Cəfər, daxil olummu?! Ey mənim mövlam, ey Əlinin oğlu Muhəmməd, daxil olummu?! | أَ أَدْخُلُ يَا أَبَا مُحَمَّدٍ الْحَسَنَ أَ أَدْخُلُ يَا أَبَا عَبْدِ اللَّهِ الْحُسَيْنَ أَ أَدْخُلُ يَا أَبَا مُحَمَّدٍ عَلِيَّ بْنَ الْحُسَيْنِ أَ أَدْخُلُ يَا أَبَا جَعْفَرٍ مُحَمَّدَ بْنَ عَلِيٍّ أَ أَدْخُلُ يَا أَبَا عَبْدِ اللَّهِ جَعْفَرَ بْنَ مُحَمَّدٍ أَ أَدْخُلُ يَا مَوْلايَ يَا أَبَا الْحَسَنِ مُوسَى بْنَ جَعْفَرٍ أَ أَدْخُلُ يَا مَوْلايَ يَا أَبَا جَعْفَرٍ أَ أَدْخُلُ يَا مَوْلايَ مُحَمَّدَ بْنَ عَلِيِّ |
İzin aldıqdan sonra içəriyə daxil ol və 4 dəfə “Allahu Əkbər” de. Sonra kürəklərini qibləyə və üzünü o həzrətin mütəhhər qəbrinə tərəf tutub, dayanaraq de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya vəliyyəllah vəbnə vəliyyih, əssəlamu ələykə ya huccətəllahi vəbnə huccətih, əssəlamu ələykə ya səfiyyəllah vəbnə səfiyyih, əssəlamu ələykə ya əminəllahi vəbnə əminih, əssəlamu ələykə ya nurəllahi fi zulumatil ərz, əssəlamu ələykə ya imaməl huda, əssəlamu ələykə ya ələməd din vət tuqa, əssəlamu ələykə ya xazinə ilmin nəbiyyin, əssəlamu ələykə ya xazinə ilmil mursəlin, əssəlamu ələykə ya naibəl əvsiyais sabiqin, əssəlamu ələykə ya mə`dinəl vəhyil mubin, əssəlamu ələykə ya sahibəl ilmil yəqin, əssəlamu ələykə ya əybətə ilmil mursəlin, əssəlamu ələykə əyyuhəl imamus salih, əssəlamu ələykə əyyuhəl imamuz zahid, əssəlamu ələykə əyyuhəl imamul abid, əssəlamu ələykə əyyuhəl imamus səyyidur rəşid, əssəlamu ələykə əyyuhəl məqtuluş şəhid, əssəlamu ələykə yəbnə rəsulillahi vəbnə vəsiyyih, əssəlamu ələykə ya məvlayə Musəbnə Cə`fərin və rəhmətullahi və bərəkatuh, əşhədu ənnəkə qəd bəlləğtə ənillahi ma həmmələkə və həfizət ma istəvdəək, və həlləltə həlaləllahi və hərrəmtə həraməllah, və əqəmtə əhkaməllahi və tələvtə kitabəllahi və səbərtə ələl əza fi cənbillah, və cahədtə fillahi həqqə cihadihi hətta ətakəl yəqin, və əşhədu ənnəkə məzəytə əla ma məza ələyhi abaukət tahirun, və əcdadukət təyyibunəl əvsiyaul hadunəl əimmətul məhdiyyun, ləm tu`sir əmən əla huda, və ləm təmil min həqqin ila batil, və əşhədu ənnəkə nəsəhtə lillahi və li rəsulihi və lə əmiril mu`minin, və ənnəkə əddəytəl əmanətə vəctənəbtəl xiyanətə və əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və əbədtəllahə muxlisən muctəhidən muhtəsibən hətta ətakəl yəqin, fəcəzakəllahu ənil islami və əhlihi əfzələl cəzai və əşrəfəl cəza, ətəytukə yəbnə rəsulillahi zairən arifən bihəqqikə muqirrən bi fəzlik, muhtəmilən liilmikə muhtəcibən bi zimmətik, aizən biqəbrikə laizən bi zərihik, mustəşfiən bikə iləllah, muvaliyən li əvliyaikə muadiyən li ə`daik, mustəbsirən bi şə`nikə və bil hudəlləzi əntə ələyh, alimən bi zəlaləti mən xaləfəkə və bil əməlləzi hum ələyh, biəbi əntə və ummi və nəfsi və əhli və mali və vuldi, yəbnə rəsulillahi ətəytukə mutəqərribən bi ziyarətikə iləllahi təala, və mustəşfiən bikə iləyh, fəşfə` li ində rəbbik, liyəğfirə li zunubi və yə`fuvə ən curmi, və yətəcavəzə ən səyyiati, və yəmhuvə ənni xətiati, və yudxilənil cənnətə və yətəfəzzələ ələyyə bima huvə əhluh, və yəğfirə li və li abai və li ixvani və əxəvati və li cəmiil mu`mininə və mu`minat, fi məşariqil ərzi və məğaribiha, bi fəzlihi və cudihi və mənnih. | Salam olsun sənə, ey Allahın nümayəndəsi və Onun nümayəndəsinin oğlu! Salam olsun sənə, ey Allahın höccəti və Onun höccətinin oğlu! Salam olsun sənə, ey Allahın seçdiyi və Onun seçdiyinin oğlu! Salam olsun sənə, ey Allahın əmanətdarı və Onun əmanətdarının oğlu! Salam olsun sənə, ey Allahın yer üzünün zülmətlərindəki nuru! Salam olsun sənə, ey hidayət imamı! Salam olsun sənə, ey din və təqva nişanəsi! Salam olsun sənə, ey peyğəmbərlərin elminin xəzinədarı! Salam olsun sənə, ey elçilərin elminin xəzinədarı! Salam olsun sənə, ey sabiq vəsilərin naibi! Salam olsun sənə, ey aşkar vəhy mədəni! Salam olsun sənə, ey elmi-yəqin sahibi! Salam olsun sənə, ey elçilərin elminin xəzinədarı! Salam olsun sənə, ey saleh imam! Salam olsun sənə, ey zahid imam! Salam olsun sənə, ey abid imam! Salam olsun sənə, ey rəşid və seyid imam! Salam olsun sənə, ey qətlə yetirilmiş və şəhid! Salam olsun sənə, ey Allahın Rəsulunun və onun canişinin oğlu! Salam olsun sənə, ey mənim mövlam, ey Musa ibn Cəfər, Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, Allahın sənə məmur etdiklərini lazımınca yerinə yetirib, sənə əmanət tapşırdıqlarını qorudun. Allahın halalını halal və haramını haram etdin. Allah hökmlərini icra edib kitabını tilavət etdin. Allah yolunda gördüyün əziyyətlərə səbir etdin. Əcəlin çatana qədər Allah yolunda layiqincə cihad etdin. Şəhadət verirəm ki, sən bu dünyadan pak ata-babaların hidayət olunmuş və hidayət edən imamlar, pak vəsilər olan əcdadın kimi getdin. Heç vaxt korluq yolunu hidayətdən irəli keçirmədin və haqdan batilə meyil etmədin. Şəhadət verirəm ki, həqiqətən, sən Allaha, onun Peyğəmbərinə və Əmirəlmömininə xatir xalqa nəsihət etdin. Həqiqətən, sən ilahi əmanətin haqqını əda edib ona xəyanət etməkdən çəkindin. Namazı dirçəltdin, zəkat verdin, yaxşılıqlara əmr edib, pisliklərdən çəkindirdin, ömrünün axırına kimi Allaha ixlasla, səylə, ondan savab ümidilə ibadət etdin. Allah İslam və onun əhlinin tərəfindən sənə ən fəzilətli və ən şərəfli xeyir əvəzi versin. Ey Allahın Rəsulunun oğlu, mən sənin qapına gəlmişəm, haqqını tanıyıb, fəzilətinə iqrar edir, elmini daşıyır, sənin himayənə sığınır, qəbrin və məqbərənə pənaha gətirən halda sənin vasitənlə Allahdan şəfaət diləyirəm. Dostlarınızla dost, düşmənlərinizlə düşmənəm. Sənin üzərində olduğun hidayətdən agaham, səninlə müxalifət edənin zəlalətdə və korluqda olduğuna agaham. Ata-anam, canım, əhli-əyalım, malım və övladım sənə fəda olsun. Ey Rəsulullahın övladı! Sənin qapına gəlmişəm və sənin ziyarətinlə Allah-Taalanın dərgahına yaxınlaşır və Onun dərgahından şəfaət diləyirəm. Allah yanında mənə şəfaət et ki, günahlarımı bağışlasın, təqsirlərimi əfv edib pis əməllərimdən keçsin, xətalarımı pozub məhv edərək, məni behiştə daxil etsin, Öz istədiyi kimi mənə lütf etsin, Öz fəzli, ehsan və minnəti xatirinə məni, ata-babalarımı, qardaşlarımı, bacılarımı və yer üzünün şərq və qərbində olan bütün mömin kişi və qadınları bağışlasın. | السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ وَ ابْنَ وَلِيِّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ وَ ابْنَ حُجَّتِهِ السَّلامُ عَلَيْكَ يَا صَفِيَّ اللَّهِ وَ ابْنَ صَفِيِّهِ السَّلامُ عَلَيْكَ يَا أَمِينَ اللَّهِ وَ ابْنَ أَمِينِهِ السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ السَّلامُ عَلَيْكَ يَا إِمَامَ الْهُدَى السَّلامُ عَلَيْكَ يَا عَلَمَ الدِّينِ وَ التُّقَى السَّلامُ عَلَيْكَ يَا خَازِنَ عِلْمِ النَّبِيِّينَ السَّلامُ عَلَيْكَ يَا خَازِنَ عِلْمِ الْمُرْسَلِينَ السَّلامُ عَلَيْكَ يَا نَائِبَ الْأَوْصِيَاءِ السَّابِقِينَ السَّلامُ عَلَيْكَ يَا مَعْدِنَ الْوَحْيِ الْمُبِينِ السَّلامُ عَلَيْكَ يَا صَاحِبَ الْعِلْمِ الْيَقِينِ السَّلامُ عَلَيْكَ يَا عَيْبَةَ عِلْمِ الْمُرْسَلِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْإِمَامُ الصَّالِحُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْإِمَامُ الزَّاهِدُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْإِمَامُ الْعَابِدُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْإِمَامُ السَّيِّدُ الرَّشِيدُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْمَقْتُولُ الشَّهِيدُ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ وَ ابْنَ وَصِيِّهِ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ مُوسَى بْنَ جَعْفَرٍ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ عَنِ اللَّهِ مَا حَمَّلَكَ وَ حَفِظْتَ مَا اسْتَوْدَعَكَ وَ حَلَّلْتَ حَلالَ اللَّهِ وَ حَرَّمْتَ حَرَامَ اللَّهِ وَ أَقَمْتَ أَحْكَامَ اللَّهِ وَ تَلَوْتَ كِتَابَ اللَّهِ وَ صَبَرْتَ عَلَى الْأَذَى فِي جَنْبِ اللَّهِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ وَ أَشْهَدُ أَنَّكَ مَضَيْتَ عَلَى مَا مَضَى عَلَيْهِ آبَاؤُكَ الطَّاهِرُونَ وَ أَجْدَادُكَ الطَّيِّبُونَ الْأَوْصِيَاءُ الْهَادُونَ الْأَئِمَّةُ الْمَهْدِيُّونَ لَمْ تُؤْثِرْ عَمًى عَلَى هُدًى وَ لَمْ تَمِلْ مِنْ حَقٍّ إِلَى بَاطِلٍ وَ أَشْهَدُ أَنَّكَ نَصَحْتَ لِلَّهِ وَ لِرَسُولِهِ وَ لِأَمِيرِ الْمُؤْمِنِينَ وَ أَنَّكَ أَدَّيْتَ الْأَمَانَةَ وَ اجْتَنَبْتَ الْخِيَانَةَ وَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا مُجْتَهِدا مُحْتَسِبا حَتَّى أَتَاكَ الْيَقِينُ فَجَزَاكَ اللَّهُ عَنِ الْإِسْلامِ وَ أَهْلِهِ أَفْضَلَ الْجَزَاءِ وَ أَشْرَفَ الْجَزَاءِ أَتَيْتُكَ يَا ابْنَ رَسُولِ اللَّهِ زَائِرا عَارِفا بِحَقِّكَ مُقِرّا بِفَضْلِكَ مُحْتَمِلا لِعِلْمِكَ مُحْتَجِبا بِذِمَّتِكَ عَائِذا بِقَبْرِكَ لائِذا بِضَرِيحِكَ مُسْتَشْفِعا بِكَ إِلَى اللَّهِ مُوَالِيا لِأَوْلِيَائِكَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَبْصِرا بِشَأْنِكَ وَ بِالْهُدَى الَّذِي أَنْتَ عَلَيْهِ عَالِما بِضَلالَةِ مَنْ خَالَفَكَ وَ بِالْعَمَى الَّذِي هُمْ عَلَيْهِ بِأَبِي أَنْتَ وَ أُمِّي وَ نَفْسِي وَ أَهْلِي وَ مَالِي وَ وُلْدِي يَا ابْنَ رَسُولِ اللَّهِ أَتَيْتُكَ مُتَقَرِّبا بِزِيَارَتِكَ إِلَى اللَّهِ تَعَالَى وَ مُسْتَشْفِعا بِكَ إِلَيْهِ فَاشْفَعْ لِي عِنْدَ رَبِّكَ لِيَغْفِرَ لِي ذُنُوبِي وَ يَعْفُوَ عَنْ جُرْمِي وَ يَتَجَاوَزَ عَنْ سَيِّئَاتِي وَ يَمْحُوَ عَنِّي خَطِيئَاتِي وَ يُدْخِلَنِي الْجَنَّةَ وَ يَتَفَضَّلَ عَلَيَّ بِمَا هُوَ أَهْلُهُ وَ يَغْفِرَ لِي وَ لِآبَائِي وَ لِإِخْوَانِي وَ أَخَوَاتِي وَ لِجَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فِي مَشَارِقِ الْأَرْضِ وَ مَغَارِبِهَا بِفَضْلِهِ وَ جُودِهِ وَ مَنِّهِ |
Qeyd: «Salam olsun sənə ey abid imam» Əllamə Məclisinin «Biharul-ənvar» kitabında gəlmişdir.
Bu ziyarətnaməni oxuduqdan sonra qəbri qucaqlayıb, öp və üzünün hər iki tərəfini onun üzərinə qoyub, istədiyin duanı et. Sonra qəbrin baş tərəfinə keçib, bu ziyarətnaməni oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya məvlayə ya Musəbnə Cə`fərin və rəhmətullahi və bərəkatuh, əşhədu ənnəkəl imamul hadi vəl vəliyyul murşid, və ənnəkə mə`dinut tənzil və sahibut tə`vil, və hamilut Təvrati vəl İncil, vəl alimul adil vəs sadiqul amil, ya məvlayə ənə əbrəu iləllahi min ə`daik, və ətəqərrəbu iləllahi bi muvalatik, fəsəlləllahu ələykə və əla abaikə və əcdadikə və əbnaikə və şiətikə və muhibbik, və rəhmətullahi və bərəkatuh. | Salam olsun sənə, ey mövlam, ey Musa ibn Cəfər! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, sən hidayət edən imam, yolgöstərən rəhbər, ilahi vəhyin mədəni, təvilin sahibi, Tövrat və İncilin hamili, adil, sadiq və əməl edən alimsən. Ey mənim mövlam, mən Allaha sizin düşmənlərinizdən pənah aparıb onlara nifrət edirəm, sizə məhəbbət bəsləməklə Allahın dərgahına yaxınlaşıram. Allahın salamı olsun sənə, sənin ata-babalarına, əcdadına, övladlarına, şiələrinə və səni sevənlərə! Allahın rəhmət və bərəkətləri olsun sənə! | السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا مُوسَى بْنَ جَعْفَرٍ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْهَادِي وَ الْوَلِيُّ الْمُرْشِدُ وَ أَنَّكَ مَعْدِنُ التَّنْزِيلِ وَ صَاحِبُ التَّأْوِيلِ وَ حَامِلُ التَّوْرَاةِ وَ الْإِنْجِيلِ وَ الْعَالِمُ الْعَادِلُ وَ الصَّادِقُ الْعَامِلُ يَا مَوْلايَ أَنَا أَبْرَأُ إِلَى اللَّهِ مِنْ أَعْدَائِكَ وَ أَتَقَرَّبُ إِلَى اللَّهِ بِمُوَالاتِكَ فَصَلَّى اللَّهُ عَلَيْكَ وَ عَلَى آبَائِكَ وَ أَجْدَادِكَ وَ أَبْنَائِكَ وَ شِيعَتِكَ وَ مُحِبِّيكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Sonra 4 rəkət ziyarət namazı qıl. Namazda “Həmd” surəsindən sonra «Yasin», «Ər-Rəhman» və ya Qurandan istədiyin hər hansı surəni oxu.[1]
Mənbə:
[1] Seyid ibn Tavus — Misbahuz-zair, səh 377,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 14, hədis 9 (bir qədər fərqlə)
