Ziyarətnamə: İmam Zamanın (ə.f) istiğasə (kömək diləmə) və istiğasə əsasında imamın (ə.f) ziyarəti
İmam Zamana (ə.f) istiğasə (kömək diləmə)
Seyid Əlixan “Kəlimət-təyyib” kitabında buyurur ki, bu İmam Zamanın (ə.f) istiğasə (kömək diləmə) duasıdır. [1] Hər harda olsan «Həmd» və istədiyin surə ilə 2 rəkət namaz qıl, sonra açıq səma altında üzü qibləyə dayanıb de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Səlamullahil kamilut tammuş şamilul amm, və sələvatuhud daimətu və bərəkatuhul qaimətut tamməh, əla huccətillahi və vəliyyihi fi ərzihi və biladih, və xəlifətihi əla xəlqihi və ibadih, və sulalətin nubuvvəti və bəqiyyətil itrəti vəs səfvəh, sahibiz zəmani və muzhiril iman, və muləqqini (mul`ini) əhkaməl Qur`an, və mutəhhiril ərzi və naşiril ədli fit təvlil ərz, vəl huccətil qaimil Məhdiyyil imamil muntəzəril mərziyy (murtəza), vəbnil əimmətit tahirin, əl vəsiyyibnil əvsiyail mərziyyin, əl hadil mə`sumibnil əimmətil hudatil mə`sumin, | Allahın kamil, tam, şamil, əhatəli və daimi salamı, əbədi və kamil bərəkətləri Allahın yer üzündəki, Öz diyarındakı höccəti və vəlisinə, məxluqatı və bəndələri üzərindəki xəlifəsinə, nübüvvət sülaləsinə, Əhli-beytin qalan (yer üzündə yaşayan) üzvünə, bəyənilib-seçilmiş zəmanənin sahibinə, imanı aşkar edənə, Quran hökmlərini təlim verənə, yer üzünü zülm və haqsızlıqlardan təmizləyənə, ədaləti dünyanın hər yerində yayana, intizarı çəkilən və Allahın bəyəndiyi Qaimə, Höccətə, imam Mehdiyə, pak imamların övladına, Allahın razı olduğu vəsilərin övladı olan vəsiyə, hidayət edənə, məsum və hidayətçi məsum imamların övladına olsun! | سَلامُ اللَّهِ الْكَامِلُ التَّامُّ الشَّامِلُ الْعَامُّ وَ صَلَوَاتُهُ الدَّائِمَةُ وَ بَرَكَاتُهُ الْقَائِمَةُ التَّامَّةُ عَلَى حُجَّةِ اللَّهِ وَ وَلِيِّهِ فِي أَرْضِهِ وَ بِلادِهِ وَ خَلِيفَتِهِ عَلَى خَلْقِهِ وَ عِبَادِهِ وَ سُلالَةِ النُّبُوَّةِ وَ بَقِيَّةِ الْعِتْرَةِ وَ الصَّفْوَةِ صَاحِبِ الزَّمَانِ وَ مُظْهِرِ الْإِيمَانِ وَ مُلَقِّنِ [مُعْلِنِ] أَحْكَامِ الْقُرْآنِ وَ مُطَهِّرِ الْأَرْضِ وَ نَاشِرِ الْعَدْلِ فِي الطُّولِ وَ الْعَرْضِ وَ الْحُجَّةِ الْقَائِمِ الْمَهْدِيِّ الْإِمَامِ الْمُنْتَظَرِ الْمَرْضِيِّ [الْمُرْتَضَى] وَ ابْنِ الْأَئِمَّةِ الطَّاهِرِينَ الْوَصِيِّ ابْنِ الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ الْهَادِي الْمَعْصُومِ ابْنِ الْأَئِمَّةِ الْهُدَاةِ الْمَعْصُومِينَ |
| əssəlamu ələykə ya Muizzəl mu`mininəl mustəz`əfin, | Salam olsun sənə, ey möminlər və zəiflərə izzət verən! | السَّلامُ عَلَيْكَ يَا مُعِزَّ الْمُؤْمِنِينَ الْمُسْتَضْعَفِينَ |
| əssəlamu ələykə ya muzilləl kafirinəl mutəkəbbirinəz zalimin, | Salam olsun sənə, ey kafirləri, təkəbbürlüləri və zalımları xar edən! | السَّلامُ عَلَيْكَ يَا مُذِلَّ الْكَافِرِينَ الْمُتَكَبِّرِينَ الظَّالِمِينَ |
| əssəlamu ələykə ya məvlayə ya Sahibəz zəman, | Salam olsun sənə, ey mənim mövlam, ey zəmanənin sahibi! | السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا صَاحِبَ الزَّمَانِ |
| əssəlamu ələykə yəbnə rəsulillah, | Salam olsun sənə, ey Rəsulullahın oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ |
| əssəlamu ələykə yəbnə Əmirəl mu`minin, | Salam olsun sənə, ey Əmirəlmöminin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ |
| əssəlamu ələykə yəbnə Fatimətəz Zəhrai səyyidətin nisail aləmin, | Salam olsun sənə, ey aləm qadınlarının sərvəri Fatimeyi-Zəhranın oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ |
| əssəlamu ələykə yəbnəl əimmətil hucəcil mə`sumin, vəl imami ələl xəlqi əcməin, | Salam olsun sənə, ey məsum höccət və imamların oğlu və məxluqatın imamı! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ الْأَئِمَّةِ الْحُجَجِ الْمَعْصُومِينَ وَ الْإِمَامِ عَلَى الْخَلْقِ أَجْمَعِينَ |
| əssəlamu ələykə ya məvlayə səlamə muxlisin ləkə fil vilayəh, | Salam olsun sənə, ey mənim mövlam, imamət və vilayətinə ixlasla iman gətirənin salamını məndən qəbul et! | السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ سَلامَ مُخْلِصٍ لَكَ فِي الْوِلايَةِ |
| əşhədu ənnəkəl imamul Məhdiyyu qəvlən və fi`la, | Şəhadət verirəm ki, sən söz və əməldə hidayət olunmuş imamsan. | أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْمَهْدِيُّ قَوْلا وَ فِعْلا |
| və əntəlləzi təmləul ərzə qistən və ədla, bə`də ma muliət zulmən və cəvra, | Sən yer üzünü zülm, haqsızlıq və ədalətsizliklə dolduqdan sonra haqq-ədalətlə dolduracaqsan. | وَ أَنْتَ الَّذِي تَمْلَأُ الْأَرْضَ قِسْطا وَ عَدْلا بَعْدَ مَا مُلِئَتْ ظُلْما وَ جَوْرا |
| fə əccələllahu fərəcəkə və səhhələ məxrəcək, və qərrəbə zəmanəkə və kəssərə ənsarəkə və ə`vanək, və əncəzə ləkə ma vəədək, | Allah sənin zühurunu tezləşdirsin, (qeyb pərdəsi arxasından) çıxmağını asanlaşdırsın, hakimiyyət dövrünü yaxınlaşdırsın, köməkçilərinin sayını artırsın və Onun sənə vəd etdiklərini gerçəkləşdirsin. | فَعَجَّلَ اللَّهُ فَرَجَكَ وَ سَهَّلَ مَخْرَجَكَ وَ قَرَّبَ زَمَانَكَ وَ كَثَّرَ أَنْصَارَكَ وَ أَعْوَانَكَ وَ أَنْجَزَ لَكَ مَا وَعَدَكَ |
| fə huvə əsdəqəl qailin, və nuridu ən nəmunnə ələlləzinəstuzifu fil ərz, və nəc`ələhum əimmətən və nəc`ələhumul varisin, | O, danışanların düzdanışanıdır (və Quranda buyurmuşdur:) “Biz istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.” | فَهُوَ أَصْدَقُ الْقَائِلِينَ وَ نُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَ نَجْعَلَهُمْ أَئِمَّةً وَ نَجْعَلَهُمُ الْوَارِثِينَ |
| ya Məvlayə ya Sahibəz Zəmani yəbnə Rəsulillah, hacəti *kəza kəza. | Ey mənim mövlam, ey zəmanənin sahibi, ey Rəsulullahın övladı, mənim hacətim bunlardır... | يَا مَوْلايَ يَا صَاحِبَ الزَّمَانِ يَا ابْنَ رَسُولِ اللَّهِ حَاجَتِي كَذَا وَ كَذَا |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Fəşfəə li fi nəcahiha, fəqəd təvəccəhtu iləykə bi hacəti liilmi, ənnə ləkə indəllahi şəfaətən məqbulətən və məqamən məhmuda, | Belə isə, sən hacətimin qəbul olunmasında mənə şəfaətçi ol və mən hacətimlə sənə üz tutmuşam, bilirəm ki, sənin Allah dərgahında qəbul olunan və bəyənilən məqamın vardır. | فَاشْفَعْ لِي فِي نَجَاحِهَا فَقَدْ تَوَجَّهْتُ إِلَيْكَ بِحَاجَتِي لِعِلْمِي أَنَّ لَكَ عِنْدَ اللَّهِ شَفَاعَةً مَقْبُولَةً وَ مَقَاما مَحْمُودا |
| fə bihəqqi mənixtəssəkum bi əmrih, vərtəzakum li sirrihi və biş şə`nilləzi ləkum indəllahi bəynəkum və bəynəh, səlillahə təala fi nuchi və tələbəti, və icabəti də`vəti və kəşfi kurbəti. | Sizi Öz əmrinə (xilafətə) xas bilən, Öz sirrinin qorunması üçün bəyənib-seçənə və sizin Allahın dərgahında olan məqamınıza xatir, Allahdan istə ki, mənim istəyimi rəva etsin, dualarımı qəbul etsin və qəm-qüssəmi aradan qaldırsın. | فَبِحَقِّ مَنِ اخْتَصَّكُمْ بِأَمْرِهِ وَ ارْتَضَاكُمْ لِسِرِّهِ وَ بِالشَّأْنِ الَّذِي لَكُمْ عِنْدَ اللَّهِ بَيْنَكُمْ وَ بَيْنَهُ سَلِ اللَّهَ تَعَالَى فِي نُجْحِ طَلِبَتِي وَ إِجَابَةِ دَعْوَتِي وَ كَشْفِ كُرْبَتِي |
Şeyx Abbas Qumi deyir: “Yaxşı olar ki, bu namazda 1-ci rəkətdə «Həmd» surəsindən sonra «Fəth» surəsi, 2-ci rəkətdə isə rəkətdə «Həmd» surəsindən sonra «Nəsr» surəsi oxunsun”.
Şeyx Abbas Qumi deyir: “Seyid ibn Tavus “Misbahuz-zair” adlı kitabında o müqəddəs sərdabanın ziyarəti və orada yerinə yetirilən ibadətlər barəsində ayrıca bir fəsildə söhbət açmış və orada, İmam Zaman (ə.f) üçün 6 ziyarətnamə qeyd etmişdir. Bu ziyarətnamələrdən sonra o, buyurmuşdur: «Nüdbə duası və İmam Zamanın (ə.f) hər gün sübh namazından sonra oxunan ziyarətnaməsi də bu fəslə daxildir və bu ziyarətnamə o həzrətin 7-ci ziyarətnaməsi sayılır».
Bu ziyarətnaməni Seyid ibn Tavus nəql etmişdir. O buyurmuşdur: “2 rəkət namaz qıldıqdan sonra «Səlamullahil kamilut tammul şamil…» cümləsi ilə başlanan bu ziyarətnaməni axıradək oxu!”
Qeyd:
Bu ziyarət və istiğasə də müqəddəs sərdabəyə məxsus deyil, onları hər bir zaman və məkanda oxumaq olar.
Mənbələr:
[1] Seyid Əli Sədruddin (Seyid Əlixan adı ilə tanınır) — əl-Kəlim ət-Təyyib, səh 83,
Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 373, hədis 16 (cüzi fərqlə).
