Salavat: İmam Əli ibn Hüseynə (ə) salavat
İmam Zeynulabidinə (imam Səccada) (ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə səlli əla Əliyyibnil Husəyni səyyidil abidin, | İlahi, abidlərin sərvəri Əli ibn Hüseynə salam yetir! | اللَّهُمَّ صَلِّ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ سَيِّدِ الْعَابِدِينَ |
| əlləzistəxləstəhu linəfsik, | Belə ki, onu Özün üçün saflaşdırdın, | الَّذِي اسْتَخْلَصْتَهُ لِنَفْسِكَ |
| və cəəltə minhu əimmətəl huda, əlləzinə yəhdunə bil həqqi və bihi yə`dilunəxtərtəhu linəfsik, | onun nəslindən camaatı haqqa yönəldən və ona doğru qaytaran hidayətçi imamlar təyin etdin, | وَ جَعَلْتَ مِنْهُ أَئِمَّةَ الْهُدَى الَّذِينَ يَهْدُونَ بِالْحَقِّ وَ بِهِ يَعْدِلُونَ اخْتَرْتَهُ لِنَفْسِكَ |
| və təhhərtəhu minər ricsi vəstəfəytəhu və cəəltəhu hadiyən məhdiyya, | onu Özün üçün seçdin, çirkinliklərdən uzaqlaşdırdın, bəyəndin və hidayət olunanlara bələdçi təyin etdin. | وَ طَهَّرْتَهُ مِنَ الرِّجْسِ وَ اصْطَفَيْتَهُ وَ جَعَلْتَهُ هَادِيا مَهْدِيّا |
| Əllahummə fəsəlli ələyhi əfzələ ma səlləytə əla əhədin min zurriyyəti ənbiyaik, | İlahi, peyğəmbərlərin nəslindən olanlara yetirdiyin fəzilətli salamı ona yetir | اللَّهُمَّ فَصَلِّ عَلَيْهِ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ ذُرِّيَّةِ أَنْبِيَائِكَ |
| hətta yəbluğə bihi ma təqərru bihi əynuhu fid dunya vəl axirəh, | elə bir salam ki, dünya və axirətdə onun vasitəsilə gözləri işıqlansın! | حَتَّى يَبْلُغَ بِهِ مَا تَقَرُّ بِهِ عَيْنُهُ فِي الدُّنْيَا وَ الْآخِرَةِ |
| innəkə əzizun həkim | Doğrudan da, Sən izzət və hikmət sahibisən! | اِنَّكَ عَزِيزٌ حَكِيمٌ |
