Salavat: İmam Həsənə (ə) və İmam Hüseynə (ə) salavat
İmam Həsən (ə) və İmam Hüseynə (ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə səlli ələl Həsəni vəl Husəyni əbdəykə və vəliyyəykə vəbnəy rəsulək, | İlahi, Sənin bəndələrin, nümayəndələrin, Rəsulunun övladları, | اللَّهُمَّ صَلِّ عَلَى الْحَسَنِ وَ الْحُسَيْنِ عَبْدَيْكَ وَ وَلِيَّيْكَ وَ ابْنَيْ رَسُولِكَ |
| və sibtəyir rəhməti və səyyidəy şəbabi əhlil cənnəh, | rəhmət Peyğəmbərinin nəvələri və cənnət əhlinin cavanlarının sərvərlərinə salam göndər, | وَ سِبْطَيِ الرَّحْمَةِ وَ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ |
| əfzələ ma səlləytə əla əhədin min əvladin nəbiyyinə vəl mursəlin, | elə bir salam ki, peyğəmbər və elçilərin övladlarından birinə göndərdiyin salam və salavatdan üstün və fəzilətli olsun! | أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلادِ النَّبِيِّينَ وَ الْمُرْسَلِينَ |
| Əllahummə səlli ələl Həsənibni səyyidin nəbiyyin, və vəsiyyi əmiril mu`minin, | İlahi, peyğəmbərlərinin sərvərinin övladı və Əmirəlmömininin canişini Həsənə salam yetir! | اللَّهُمَّ صَلِّ عَلَى الْحَسَنِ بْنِ سَيِّدِ النَّبِيِّينَ وَ وَصِيِّ أَمِيرِ الْمُؤْمِنِينَ |
| əssəlamu ələykə yəbnə rəsulillah, | Salam olsun sənə, ey Rəsulullahın övladı! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ |
| əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, | Salam olsun sənə, ey vəsilərin sərvərinin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّينَ |
| əşhədu ənnəkə yəbnə əmiril mu`mininə əminullahi vəbnu əminih, | Ey Əmirəlmömininin oğlu, şəhadət verirəm ki, həqiqətən, sən Allahın əmanətdarı və əmanətdarının oğlusan, | أَشْهَدُ أَنَّكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ |
| iştə məzlumən və məzəytə şəhida, | məzlumanə yaşadın və dünyadan şəhid köçdün! | عِشْتَ مَظْلُوما وَ مَضَيْتَ شَهِيدا |
| və əşhədu ənnəkəl imamuz zəkiyyul hadil məhdiyy, | Şəhadət verirəm ki, sən pak-pakizə, hidayət edən və hidayət olunan imamsan. | وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ |
| Əllahummə səlli ələyhi və bəlliğ ruhəhu və cəsədəhu ənni fi hazihis saəh, əfzələt təhiyyəti vəs səlam, | İlahi, ona salam yetir və mənim tərəfimdən də elə bu saat onun ruhu və cəsədinə ən yaxşı salam və salavat göndər! | اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ بَلِّغْ رُوحَهُ وَ جَسَدَهُ عَنِّي فِي هَذِهِ السَّاعَةِ أَفْضَلَ التَّحِيَّةِ وَ السَّلامِ |
| Əllahummə səlli ələl Husəynibni Əliyyinil məzlumiş şəhidi qətilil kəfərəti və tərihil fəcərəh, | İlahi, məzlum, şəhid, kafirlərin əlilə qətlə yetirilən və fasiqlərin vasitəsilə torpağa düşən Hüseyn ibn Əliyə salam yetir! | اللَّهُمَّ صَلِّ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ الْمَظْلُومِ الشَّهِيدِ قَتِيلِ الْكَفَرَةِ وَ طَرِيحِ الْفَجَرَةِ |
| əssəlamu ələykə ya Əba Əbdillah, | Salam olsun sənə, ey Əbu Əbdullah! | السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ |
| əssəlamu ələykə yəbnə rəsulillah, | Salam olsun sənə, ey Rəsulullahın övladı! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ |
| əssəlamu ələykə yəbnə əmiril mu`minin, | Salam olsun sənə, ey Əmirəlmöminin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ |
| əşhədu muqinən ənnəkə əminullahi vəbnu əminih, | Yəqinliklə şəhadət verirəm ki, sən Allahın əmanətdarı və əmanətdarının oğlusan! | أَشْهَدُ مُوقِنا أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ |
| qutiltə məzlumən və məzəytə şəhida, | Məzlumcasına qətlə yetirildin və dünyadan şəhid köçdün. | قُتِلْتَ مَظْلُوما وَ مَضَيْتَ شَهِيدا |
| və əşhədu ənnəllahə təalət talibu bisarikə və muncizun ma vəədəkə minən nəsr, | Şəhadət verirəm ki, həqiqətən, Allah-Taala sənin intiqamını alacaq və sənə yardım etmək, | وَ أَشْهَدُ أَنَّ اللَّهَ تَعَالَى الطَّالِبُ بِثَارِكَ وَ مُنْجِزٌ مَا وَعَدَكَ مِنَ النَّصْرِ |
| vət tə`yidi fi həlaki əduvvikə və izhari də`vətik, | düşmənini həlak və dəvətini aşkar etməklə bağlı verdiyi vədini gerçəkləşdirəcək. | وَ التَّأْيِيدِ فِي هَلاكِ عَدُوِّكَ وَ إِظْهَارِ دَعْوَتِكَ |
| və əşhədu ənnəkə vəfəytə biəhdillahi və cahədtə fi səbilillah, və əbədtəllahə muxlisən hətta ətakəl yəqin, | Şəhadət verirəm ki, sən şəhadətə çatdığın vaxta qədər Allahın əhdinə sadiq qaldın, Allahın yolunda cihad etdin və Ona ixlasla ibadət etdin. | وَ أَشَهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا حَتَّى أَتَاكَ الْيَقِينُ |
| ləənəllahu ummətən qətələtkə | Allah səni qətlə yetirən camaata lənət etsin! | لَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ |
| və ləənəllahu ummətən xəzələtk, | Allah səni xar edən camaata lənət etsin! | وَ لَعَنَ اللَّهُ أُمَّةً خَذَلَتْكَ |
| və ləənəllahu ummətən ələbbət ələykə | Allah başqalarını sənin əleyhinə qaldıran camaata lənət etsin! | وَ لَعَنَ اللَّهُ أُمَّةً أَلَبَّتْ عَلَيْكَ |
| və əbrəu iləllahi təala mimmən əkzəbəkə vəstəxəffə bihəqqikə vəstəhəllə dəmək, | Mən Allahın dərgahında səni təkzib edən, haqqına etinasız yanaşan və qanını halal bilənlərə öz nifrətimi bildirirəm. | وَ أَبْرَأُ إِلَى اللَّهِ تَعَالَى مِمَّنْ أَكْذَبَكَ وَ اسْتَخَفَّ بِحَقِّكَ وَ اسْتَحَلَّ دَمَكَ |
| biəbi əntə və ummi ya Əba Əbdillah, | Ata-anam sənə fəda olsun, ey Əbu Əbdullah! | بِأَبِي أَنْتَ وَ أُمِّي يَا أَبَا عَبْدِ اللَّهِ |
| ləənəllahu qatiləkə | Allah sənin qatilinə lənət etsin! | لَعَنَ اللَّهُ قَاتِلَكَ |
| və ləənəllahu xaziləkə | Allah səni xar edənlərə lənət etsin! | وَ لَعَنَ اللَّهُ خَاذِلَكَ |
| və ləənəllahu mən səmiə vaiyətək, fələm yucibkə və ləm yənsurk, | Allah sənin fəryadını eşidib cavab verməyən və sənə yardım etməyənlərə lənət etsin! | وَ لَعَنَ اللَّهُ مَنْ سَمِعَ وَاعِيَتَكَ فَلَمْ يُجِبْكَ وَ لَمْ يَنْصُرْكَ |
| və ləənəllahu mən səba nisaəkə | Allah sənin qadınlarını əsir tutanlara lənət etsin! | وَ لَعَنَ اللَّهُ مَنْ سَبَى نِسَاءَكَ |
| ənə iləllahi minhum bəriun və mimmən valahum, və maləəhum və əanəhum ələyh, | Mən Allahın dərgahında onlara, onları sevənlərə, onlarla həmkarlıq edənlərə və onlara yardım edənlərə nifrət bəsləyirəm. | إِلَى اللَّهِ مِنْهُمْ بَرِيءٌ وَ مِمَّنْ وَالاهُمْ وَ مَالَأَهُمْ وَ أَعَانَهُمْ عَلَيْهِ |
| və əşhədu ənnəkə vəl əimmətə min vuldikə kəlimətut təqva və babul huda, | Şəhadət verirəm ki, sən və sənin övladlarından olan imamlar təqva kəlməsi (pəhrizkarlıq həqiqəti), hidayət qapısı, | وَ أَشْهَدُ أَنَّكَ وَ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ بَابُ الْهُدَى |
| vəl urvətul vusqa vəl həccətu əla əhlid dunya, | möhkəm kəndir və dünya əhalisi üzərindəki höccətsiz! | وَ الْعُرْوَةُ الْوُثْقَي وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا |
| və əşhədu ənni bikum mu`min, və bimənzilətikum muqin, | Şəhadət verirəm ki, mənim sizə imanım və uca məqamınıza etiqadım var, | وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِمَنْزِلَتِكُمْ مُوقِنٌ |
| və ləkum tabiun bizati nəfsi və şərayii dini, və xəvatimi əməli və munqələbi fi dunyayə və axirəh | öz canım, dinimin qanunları, işlərimin sonu, dünya və axirətdə dönüşümlə sizə tabeyəm! | وَ لَكُمْ تَابِعٌ بِذَاتِ نَفْسِي وَ شَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ مُنْقَلَبِي فِي دُنْيَايَ وَ آخِرَتِي |
