Salavat: İmam Əli ibn Musaya (ə) salavat

Print Friendly, PDF & Email

İmam Rzaya (ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə səlli əla Əliyyibni Musa əlləzirtəzəytəhu İlahi, bəyənib-seçdiyin Əli ibn Musaya salam yetir ki, اللَّهُمَّ صَلِّ عَلَى عَلِيِّ بْنِ مُوسَى الَّذِي ارْتَضَيْتَهُ
və rəzzəytə bihi mən şi`tə min xəlqik,yaratdıqlarından istədiyini onun vasitəsilə sevindirdin.وَ رَضَّيْتَ بِهِ مَنْ شِئْتَ مِنْ خَلْقِكَ
Əllahummə və kəma cəəltəhu huccətən əla xəlqikə və qaimən biəmrikə İlahi, onu yaratdıqlarına höccət, əmrinlə qiyam edən, اللَّهُمَّ وَ كَمَا جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ وَ قَائِما بِأَمْرِكَ
və nasirən lidinikə və şahidən əla ibadik, dininin köməkçisi və bəndələrinə şahid təyin etdiyin, وَ نَاصِرا لِدِينِكَ وَ شَاهِدا عَلَى عِبَادِكَ
və kəma nəsəhə ləhum fis sirri vəl əlaniyəh, həmçinin onlara aşkar və gizlində xeyirxahlıq etdiyi وَ كَمَا نَصَحَ لَهُمْ فِي السِّرِّ وَ الْعَلانِيَةِ
və dəa ila səbilikə bil hikməti vəl məv`izətil həsənəh,və onları hikmətli sözlər və yaxşı öyüdlə Sənin yoluna dəvət etdiyi kimiوَ دَعَا إِلَى سَبِيلِكَ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ
fəsəlli ələyhi əfzələ ma səlləytə əla əhədin min əvliyaikə və xiyərətikə min xəlqik,dostların və yaratdıqların arasından seçdiyin kəslərdən birinə göndərdiyin salamın üstün və fəzilətlisini ona da göndər!فَصَلِّ عَلَيْهِ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلِيَائِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ
innəkə cəvadun kərimHəqiqətən, Sən bəxş edən və böyüksən!اِنَّكَ جَوَادٌ كَرِيمٌ

Читайте также: