Salavat: İmam Muhəmməd ibn Əliyə (ə) salavat
İmam Muhəmməd Baqirə (ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”
| Tranksripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə səlli əla Muhəmmədibni Əliyyin Baqiril ilmi və imamil huda, və qaidi əhlit təqva vəl muntəcəbi min ibadik, | İlahi, elmin incəliklərini açan, hidayətçi imam, təqva əhlinin rəhbəri və bəndələrinin arasından seçdiyin Muhəmməd ibn Əliyə (imam Baqirə) salam yetir! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ بَاقِرِ الْعِلْمِ وَ إِمَامِ الْهُدَى وَ قَائِدِ أَهْلِ التَّقْوَى وَ الْمُنْتَجَبِ مِنْ عِبَادِكَ |
| Əllahummə və kəma cəəltəhu ələmən li ibadikə və mənarən li biladik, | İlahi, onu bəndələrinə nişanə, məmləkətinə hidayət məşəli, | اللَّهُمَّ وَ كَمَا جَعَلْتَهُ عَلَما لِعِبَادِكَ وَ مَنَارا لِبِلادِكَ |
| və mustəvdəən lihikmətikə və mutərcimən livəhyik, | hikmətinə əmanətdar və vəhyinin təfsirçisi seçdiyin, | وَ مُسْتَوْدَعا لِحِكْمَتِكَ وَ مُتَرْجِما لِوَحْيِكَ |
| və əmərtə bitaətihi və həzzərtə min mə`siyətih, | (insanlara) ona itaətə əmr etdiyin və ona itaətsizlikdən çəkindirdiyin kimi, | وَ أَمَرْتَ بِطَاعَتِهِ وَ حَذَّرْتَ مِنْ مَعْصِيَتِهِ |
| fəsəlli ələyhi ya rəbbi əfzələ ma səlləytə əla əhədin min zurriyyəti ənbiyaikə və əsfiyaikə və rusulikə və umənaik, ya rəbbəl aləmin | ey Rəbbim, ona salam yetir; elə bir salam ki, peyğəmbərlərin, xas bəndələrin, elçilərin və əmanətdarlarının övladlarından birinə göndərdiyin salamdan üstün və fəzilətli olsun, ey aləmlərin Rəbbi! | فَصَلِّ عَلَيْهِ يَا رَبِّ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ ذُرِّيَّةِ أَنْبِيَائِكَ وَ أَصْفِيَائِكَ وَ رُسُلِكَ وَ أُمَنَائِكَ يَا رَبَّ الْعَالَمِينَ |
