Ziyarətnamə: İmam Həsən Əskərinin (ə) qardaşları imamzadə Seyid Muhəmməd və İmamzadə Seyid Hüseynin ziyarəti

Print Friendly, PDF & Email

İmam Həsən Əskərinin (ə) qardaşları İmamzadə Seyid Muhəmməd və Seyid Hüseynin ziyarəti
Şeyx Abbas Qumi deyir: “Deyilənlərə görə, imam Əliyyən Nəqi (ə) və imam Həsən Əskərinin (ə) qəbirlərinin yanında bir çox əzəmətli seyidlər dəfn olunubdur. Onlardan biri də imam Əliyyən Nəqinin (ə) Hüseyn adlı bir oğludur. Mən, tarixi araşdırmalarımda Hüseynin şəxsiyyəti barəsində ətraflı bir məlumat əldə edə bilmədim, lakin mənə bu qədər aydın oldu ki, o, çox əzəmətli bir seyid imiş. Belə ki, bəzi rəvayətlərdə mövlamız imam Həsən Əskərini (ə) və qardaşı Hüseyn ibn Əlini (ə) “sibtəyn” deyə adlandırmış və onları, cəddləri olan peyğəmbərin iki sibti imam Həsən (ə) və imam Hüseynə (ə) bənzətmişdirlər. Əbu Təyyib nəql edir[1] ki, həzrət Höccətin (ə.f) səsi Hüseynin səsinə bənzəyirmiş. “Şəcərətül-övliya” kitabının müəllifi fəqih, hədis ravisi və həkim seyid Əhməd Ərdəkani Yəzdi, bu kitabında imam Əliyyən Nəqinin (ə) övladlarının şərhi-halında deyir: “Hüseyn, imam Əliyyən Nəqinin (ə) övladı olub, çox zahid və abid bir şəxs kimi tanınmışdır. O, qardaşının imamətini qəbul etmişdir.” Mən, bu şəxsiyyət barəsində geniş məlumat əldə edə bilməmişəm, ola bilsin ki, daha mahir bir tədqiqatçı bu şəxsiyyyətin əzəmətinə dəlalət edən başqa tarixi sənədlər də əldə etsin.
İmam Əliyyən Nəqinin (ə) seyid Muhəmməd adlı başqa bir övladı, Samirra şəhərinə çatmamış bir abadlıqda yerləşən tanınmış bir qəbirstanlıqda dəfn olunmuşdur. Camaat bu imamzadənin əzəmət və kəramətinin şahidi olduqları üçün müdam onun ziyarətinə gedir, ona nəzir deyir, hədiyyələr aparır və orada Allahdan öz hacətlərini diləyərlər. O məntəqənin ərəbləri, bu imamzadədən çəkinir və qorxurlar. Bu imamzadədən görünən kəramətləri bir-bir burada sadalamaq bu kitabın həcmindən xaricdir və onun əzəməti barəsində bunu demək kifayətdir ki, o, imam Hadinin (ə) böyük oğlu olduğu üçün imamətə səlahiyyəti var idi. Həmçinin o, vəfat etdikdə imam Həsən Əskəri (ə) yaxasını cırmışdır. Siqətül-islam şeyx Nurinin (nəvvərəllahu qəbrəh) bu imamzadənin ziyarətinə böyük əqidəsi var idi və onun mübarək hərəminin və zərihinin təmir işlərində böyük səylər göstərmişdir. Bu imamzadənin zərihindən asılmış kətibədə bu sözlər həkk olunmuşdur:
Bu, əzəmətli seyid Əbu Cəfər Muhəmməd ibn İmam Əbulhəsən Əli Hadinin (ə) qəbridir. Çox böyük və əzəmətli şəxsiyyət olduğundan şiələr elə bilirdilər ki, atasında sonra o imamət taxtına əyləşəcək. Amma imam vəfat edəndə qardaşının Əbu Muhəmməd Zəki ələyhissalamın imam olduğunu təsrih etdi. İmam onu belə dedi: “Get Allahına şükür et ki, Allahı səni də əmr sahibi etdi”. Elə uşaq vaxtlarında imam onu Mədinədə olarkən xəlifə etmişdi. Buna Samirrada olarkən bir daha təsrih etdi. Sonra Hicaza qayıdarkən şəhərdən doqquz fərsəx ayrılmış Muhəmməd xəstələndi və vəfat etdi. Qəbri buradadır. Vəfat edərkən qardaşı İmam Əbu Muhəmməd Zəki onun libasını cırdı və ona irad tutanların cavabında belə dedi: “Elə bil , Musa qardaşı Harunun libasını cırdı.
İmamzadə Muhəmmədin vəfatı 252-ci hicri qəməri ilində baş vermişdir.

Mənbə:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 99, s 60, hədis 4 — Şeyx Tusinin — Əmali, səh 287, hədis 5-ə istinadən)

Читайте также: