Müstəhəb namaz: Hacət namazı 1

Print Friendly, PDF & Email

Qutbuddin Ravəndi “Dəəvat” adlı kitabında nəql edir ki, günlərin birində həzrət İmam Zeynulabidin (ə) başqasının qapısı ağzında əyləşən bir kişinin yanından ötürdü. Həzrət o kişidən soruşur ki, nə üçün bu zalım insanın evinin qapısı ağzında əyləşmisən? O kişi deyir: “Çünki çətinliyə düşmüşəm.” İmam Zeynulabidin (ə) o kişiyə buyurur: “Ayağa qalx! Mən, bu qapıdan da yaxşı bir qapını sənə tanıtdıraram. Sənin Rəbbinin qapısı bu zalımın qapısından sənin üçün daha üstündür.” İmam (ə) o kişinin əlindən tutub, onu peyğəmbərin (s) məscidinə gətirdi və buyurdu: “Üzü qibləyə dayanıb, Allahın dərgahında 2 rəkət namaz qıl. Sonra Allaha həmd-səna de və Allahın elçisinə (s) salavat göndər. Həmçinin “Həşr” surəsinin axırıncı ayələrini, “Hədid” surəsinin əvvəlinci 6 ayəsini“Ali-İmran” surəsindəki 2 ayəni oxu. Bunlardan sonra öz hacətini Allahdan istə və Allah Taala sənin hacətini rəva edər.” Cənab Ravəndi “Ali-İmran” surəsindəki o 2 ayə barəsində deyir: “Çox güman ki, bu 2 ayə, “Qulillahummə malikəl mulki…” ayəsidir. (“Biğəyri hisab” sözünə qədər)” Əllamə Məclisi isə deyir ki, bu 2 ayə, “Qulillahummə malikəl mulki…”“Şəhidəllahu…” ayələridir.
Həzrət Əmirilmöminin Əli (ə) buyurubdur: “Müəyyən bir işinizi həll etmək istədikdə, Cümə axşamı günü evdən yola düşün və evdən xaric olduğunuz vaxt, “Ali-İmran” surəsinin axırıncı ayəsini, “Ayətəl-kursi”ni, “Qədr”“Həmd” surələrini oxuyun. Bu surələr, dünya və axirət hacətlərini rəva edir.”

Читайте также: