Müstəhəb namaz: Həftə günlərinin namazları — Cümə axşamı gününün namazı
Seyid ibn Tavus İmam Həsən Əskəridən (ə) cümə axşamının namazı barəsində nəql etmişdir: “Hər kəs həftənin 4-cü günündə 10 rəkət namaz qılıb, onun hər rəkətində Həmd və İxlas surələrini 10 dəfə oxusa, mələklər ona deyər ki, Allahdan hər hacət istəsən, qəbul olunar.” Ravi o həzrətdən soruşdu: “Bu namazları günün hansı vaxtında qılaq?” Buyurdu: “Gün çıxandan batana qədər olan fasilədə.”
Mənbə:
Şeyx Abbas Qumi — Məfatihul-cinan kitabı
