TAM Göz ağrısı üçün dualar və göstərişlər
1) Çoxlu rəvayətlərə əsasən, sübh və şam namazlarından sonra belə deyilsin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd, ələykə ən tusəlliyə əla Muhəmməd, | İlahi, Muhəmməd və onun Əhlibeytinin Sənin üzərində olan haqqına and verib Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən, | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ عَلَيْكَ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| və ən təc`ələn nurə fi bəsəri vəl bəsirətə fi dini, vəl yəqinə fi qəlbi vəl ixlasə fi əməli, vəs səlamətə fi nəfsi vəs səətə fi rizqi, | gözümə nur, dinimə bəsirət, ürəyimə yəqin, əməlimə ixlas, bədənimə sağlamlıq, ruzimə firavanlıq əta edəsən | وَ اَنْ تَجْعَلَ النُّورَ في بَصَري، وَ الْبَصيرَةَ في ديني، وَ الْيَقينَ في قَلْبي، وَ الاِْخْلاصَ في عَمَلي، وَ السَّلامَةَ في نَفْسي، وَ السَّعَةَ في رِزْقي |
| vəş şukrə ləkə əbədən ma əbqəytəni | və məni yaşatdığın müddətə qədər Sənə şükür etməyə müvəffəq edəsən! | وَ الشُّكْرَ لَكَ اَبَداً مَا اَبْقَيْتَني |
2) Bəzənti Yunis ibn Zibyanın belə dediyini nəql etmişdir: “İmam Sadiqin (ə) hüzuruna getdikdə, o həzrətin göz ağrısına düçar olduğunu gördük. Sonrakı gün də o həzrətin hüzuruna getdik, lakin gözü ağrımırdı.” Dedik: “Sənə fəda olaq! Gözünüzü nə ilə müalicə etdiniz?
Buyurdu: “Dua ilə!”
Sonra biz də həmin duanı yazdıq, o dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əuzu biizzətillahi və əuzu biquvvətillah, | Allahın izzətinə pənah aparıram. Allahın gücünə pənah aparıram. | اَعُوذُ بِعِزَّةِ اللهِ، وَ اَعُوذُ بِقُوَّةِ اللهِ |
| və əuzu biqudrətillahi və əuzu binurillah, | Allahın qüdrətinə pənah aparıram. Allahın nuruna pənah aparıram. | وَ اَعُوذُ بِقُدْرَةِ اللهِ، وَ اَعُوذُ بِنُورِ اللهِ |
| və əuzu biəzəmətillahi və əuzu bicəlalillah, | Allahın əzəmətinə pənah aparıram. Allahın calalına pənah aparıram. | وَ اَعُوذُ بِعَظَمَةِ اللهِ، وَ اَعُوذُ بِجَلالِ اللهِ |
| və əuzu bicəmalillahi və əuzu bibəhaillahi və əuzu bicəm`illah | Allahın camalına pənah aparıram. Allahın cilvəsinə pənah aparıram. Allahın “cəmi”nə pənah aparıram. | وَ اَعُوذُ بِجَمَالِ اللهِ، وَ اَعُوذُ بِبَهَاءِ اللهِ، وَ اَعُوذُ بِجَمْعِ اللهِ |
Dedik: “Bu duada qeyd olunan “bicəm`illah” ifadəsində məqsəd nədir? ”
Buyurdu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bikullillahi və əuzu biəfvillah, və əuzu biğufranillah, | Allahın bütün vəsfləri. Allahın əfvinə pənah aparıram. Allahın məğfirətinə pənah aparıram. | بِكُلِّ اللهِ وَ اَعُوذُ بِعَفْوِ اللهِ، وَ اَعُوذُ بِغُفْرَانِ اللهِ |
| və əuzu birəsulillahi və əuzu bil əimməh | Allahın Rəsuluna pənah aparıram. İmamlara pənah aparıram. | وَ اَعُوذُ بِرَسُولِ اللهِ، وَ اَعُوذُ بِالاَئِمَّةِ |
Sonra imamların bir-bir adlarını çəkib dedi:
| Ərəbcə | عَلَى مَا تَشَاءُ مِنْ شَرِّ مَا اَجِدُ، اللَّهُمَّ رَبَّ الْمُطيعينَ اُعيذُ نُورَ بَصَري بِنُورِ اللهِ الَّذي لا يُطْفَأُ |
| Tərcümə | Düçar olduğumun şərindən istədiklərimə (pənah aparıram)! İlahi, ey itaətkarların Rəbbi! |
| Transkripsiya | Əla ma təşau min şərri ma əcid, Əllahummə rəbbəl mutiin |
3) Yenə də göz ağrısı üçün göstəriş verilmişdir ki, “Ayətəl-kursi”ni gözə oxuduqdan sonra, onun sağalmasına yəqin etsin. Əgər “Ayətəl-kursi”ni oxumamışdan öncə əlini gözünə qoyub aşağıda qeyd olunan duanı oxusa, gözün zəifliyinin aradan qaldırılması üçün çox faydalı olar. Dua belədir:
| Ərəbcə | اُعيذُ نُورَ بَصَري بِنُورِ اللهِ الَّذي لا يُطْفَأُ |
| Tərcümə | Gözümün nurunu Allahın sönməz nuruna tapşırıram |
| Transkripsiya | Uizu nurə bəsəri binurillahilləzi la yutfə |
