Dua: «Ğəriq» duası
Şeyx Kuleyni Əbdürrəhim Qəsirdən belə nəql edir ki, o, imam Sadiqin(ə) hüzuruna gedib dedi: “Canım sizə fəda olsun, mən, özümdən yeni bir dua ixtira etmişəm”. O həzrət buyurdu: “Məni öz ixtirandan uzaq et!” Yəni, bu ixtira etdiyin duanı kənara qoy və mənim üçün oxuma.[1] İmam, ona özündən quraşdırdığı o duanı oxumağa icazə verməyib, başqa bir duanı ona təlim etdi. Şeyx Səduq, Abdullah ibn Sənnandan nəql edir ki, o dedi: “İmam Sadiq(ə) buyurdu ki , tezliklə siz, bir çətinliklə üzləşəcəksiniz ki, sizə yol göstərən bir başçı və ya öhdənizdə haqqı batildən ayırd etmək üçün bir nişanə olmayacaqdır. Bu çətin ruzigarda yalnız «Ğəriq» duasını oxuyan şəxs nicat tapar. O həzrətdən soruşdum: “O hansı duadır”. İmam buyurdu: “Bu duanı oxuyun:
| Ərəbcə | يَا اللَّهُ يَا رَحْمَانُ يَا رَحِيمُ يَا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ |
| Tərcümə | Ey Allah, ey bağışlayan, ey mehriban, ey qəlbləri döndərən, mənim qəlbimi Öz dinində sabit və möhkəm saxla! |
| Transkripsiya | Ya Əllahu, ya rəhmanu, ya rəhim, ya muqəllibəl qulubi səbbit qəlbi əla dinik. |
Mən isə bu duanı oxudum:
| Ərəbcə | يَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ |
| Tərcümə | Ey qəlbləri və gözləri döndərən, mənim qəlbimi Öz dinində sabit və möhkəm saxla! |
| Transkripsiya | Ya muqəllibəl qulub vəl əbsar, səbbit qəlbi əla dinik. |
İmam Sadiq (ə) buyurdu: “Şübhəsiz ki, Allah taala qəlbləri və gözləri dəyişdirəndir, amma sən, mən dediyim kimi de[2]: “Ya muqəllibəl qulubi səbbit qəlbi əla dinik.” Ümidvaram ki, dualara öz zövqlərinə uyğun əlavələr edib, onlarda dəyişikliklər aparan şəxs, bu iki mübarək hədisə diqqət yetirməklə ibrət dərsi götürsün.
Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 476, hədis 1
[2] Seyid ibn Tavus — Muhəcud-də`əvat, səh 332,
Əllamə Məclisi — Biharul-ənvar, c 52, səh 148, hədis 73
