Dua: Təcrübə olunmuş bəzi dualar və hirzlər haqqında
Bu dualar Rəziyəddin Seyid ibn Tavusun yazdığı «Muhcud-dəəvat» və «Muctəni» kitablarından seçilmiş və iqtibas edilmişdir:
1) İmam Musa ibn Cəfərdən (ə) nəql olunmuşdur ki, Hz. Peyğəmbər (s) Əmirəlmöminin Əliyə (ə) buyurdu: «Hər vaxt bir çətinliyə düçar olsan, bu duanı oxu:
| Ərəbcə | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدِ، وَ اَنْ تُنْجِيَني مِنْ هَذا الْغَمِ |
| Tərcümə | İlahi, Səndən Muhəmməd və Muhəmmədin Əhlibeytinin xatirinə Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərmək və məni də qəm-qüssədən qurtarmağını istəyirəm! |
| Transkripsiya | Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tunciyəni min hazəl ğəmm. |
2) Həzrət Fatimənin (ə) duası:
| Ərəbcə | بِسْمِ الله الرَّحْمَانِ الرَّحيمِ، يَا حَيُ يَا قَيُّومُ بِرَحْمَتِكَ اَسْتَغيثُ فَاَغِثْني، وَلا تَكِلْني اِلَى نَفْسي طَرْفَةَ عَيْنِ اَبَداً، وَ اَصْلِحْ لي شَاْني كُلَّهُ |
| Tərcümə | Bağışlayan və mehriban Allahın adı ilə! Ey diri, ey əbədi! Rəhmətinə yalvarıb-yaxarıram ki, mənim fəryadıma yetəsən, məni bir göz qırpımı belə özbaşına buraxmayasan və bütün işlərimi sahmana salasan! |
| Transkripsiya | Bismillahir rəhmanir rəhim, ya həyyu ya qəyyum birəhmətikə əstəğisu fəəğisni, və la təkilni ila nəfsi tərfətə əynin əbəda, və əslih li şə`ni kulləh. |
3) İmam Zeynəlabidinin (ə) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, bismillahi və billah, sədədtu əfvahəl cinni vəl ins, vəş şəyatini vəs səhərəti vəl əbalisəti minəl cinni vəl ins, vəs səlatini və mən yəluzu bihim, billahil əzizil əəzz, və billahil kəbiril əkbər, bismillahiz zahiril batinil məknunil məxzun, əlləzi əqamə bihis səmavati vəl ərz, summəstəva ələl ərş, bismillahir rəhmanir rəhim, və vəqəəl qəvlu ələyhim bima zələmu fəhum la yəntiqun, qaləxsəu fiha və la tukəllimuni və ənətil vucuhu lil həyyil qəyyum, və qəd xabə mən həmələ zulma, və xəşəətil əsvatu lir rəhmani fəla təsməu illa həmsa, və cəəlna əla qulubihim əkinnətən ən yəfqəhuh, və fi azanihim vəqra, və iza zəkərtə rəbbəkə fil Qur`ani vəhdəh, vəlləv əla ədbarihim nufura, və iza qərə`təl Qur`anə cəəlna bəynəkə və bəynəlləzinə la yu`minunə bil axirəti hicabən məstura, və cəəlna min bəyni əydihim səddən və min xəlfihim sədda, fəəğşəynahum fəhum la yubsirun, əl yəvmə nəxtimu əla əfəvahihim və tukəllimuna əydihim fəhum lə yəntiqun, ləv ənfəqtə ma fil ərzi cəmiən ma əlləftə bəynə qulubihim, və lakinnəllahə əlləfə bəynəhum, innəhu əzizun həkim, və salləllahu əla Muhəmmədin və alihit tahirin. | Bağışlayan və mehriban Allahın adı ilə! Allahın adı və Allahın köməyi ilə! Cin, insan, şeytan, cadugər, Allahın dərgahından qovulmuş cin və insanlar, padşahlar və onlardan əzizlər əzizi və böyüklər böyüyü Allaha pənah aparan hər bir kəsin ağzını bağladım. Zahir, batin, gizli və xəzinədə saxlanılan, göyləri və yeri bərpa edən və ərşi Öz hökmü altına alan Allahın adı ilə! Bağışlaya və mehriban Allahın adı ilə! Etdikləri zülm üzündən onlara deyilən söz yerinə yetər (vəd olunduqları əzab və müsibət başlarına gələr). Onlar heç danışa da bilməzlər! (Allah) buyurar: “Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə yüklənən ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar). Rəhmanın (əzəməti, heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən! (Quranı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq (kar etdik). Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər. (Ey Rəsulum!) Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik (onlar səni görməz və sənə heç bir xətər yetirə bilməzlər). Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mənən kordurlar). Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar. Onlar heç danışa da bilməzlər! Onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir. Allahın salamı olsun Muhəmməd və onun pak-pakizə Əhlibeytinə! | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، بِسْم اللهِ وَ بِاللهِ، سَدَدْتُ اَفْوَاهَ الْجِنِّ وَالاِْنْسِ، وَالشَّيَاطينِ وَالسَّحَرَةِ، وَالاَبَالِسَةِ مِنَ الجِنِّ وَالاِْنْسِ، وَالسَّلاطينِ وَ مَنْ يَلُوذُ بِهِمْ، بِاللهِ الْعِزيزِ الاَعَزِّ، وَ بِاللهِ الْكَبيرِ الاَكْبَرِ، بِسْمِ اللهِ الظَّاهِرِ الْبَاطِنِ، الْمَكْنُونِ الْمَخْزُونِ، الَّذي أقَامَ بِهِ السَّمَاوَاتِ وَالاَرْضَ، ثُمَّ اسْتَوَى عَلَي الْعَرْشِ، بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، وَ وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ بِمَا ظَلَمُوا فَهُمْ لايَنْطِقُونَ، قَالَ اخْسَؤُا فيهَا وَلاتُكَلِّمُونِ، وَ عَنَتِ الْوُجُوهُ لِلْحَيِ الْقَيُّومِ، وَ قَدْ خَابَ مَنْ حَمَلَ ظُلْماً وَ خَشَعَتِ الاَصْوَاتُ، لِلرَّحْمَانِ، فَلا تَسْمَعُ اِلاََّ هَمْساً، وَ جَعَلْنَا عَلَى قُلُوبِهِمْ اَكِنَّةً اَنْ يَفْقَهُوهُ، وَ في ََاذَانِهِمْ وَقْراً، وَ اِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ، وَلَّوْا عَلَى اَدْبَارِهِمْ نُفُوراً، وَ اِذَا قَرَاْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَ بَيْنَ الَّذينَ لا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَاباً مَسْتُوراً، وَ جَعَلْنَا مِنْ بَيْنِ اَيْدِيهِمْ سَدّاً، وَ مِنْ خَلْفِهمْ سَدّاً فَاَغْشَيْنَاهُمْ فَهُمْ لا يُبْصِرُونَ، اَلْيَوْمَ نَخْتِمُ عَلَى اَفْوَاهِهِمْ، وَ تُكَلِّمُنَا اَيْديهِمْ فَهُمْ لا يَنْطِقُونَ، لَوْ اَنْفَقْتَ مَا فِي الاَرْضِ جَميعاً مَا اَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ، وَلكِنَّ اللهَ اَلَّفَ بَيْنَهُمْ، اِنَّهُ عَزيزٌ حَكيمٌ، وَ صَلّيَ اللهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرينَ |
4) İmam Sadiqin (ə) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim. ya xaliqəl xəlqi və ya basitər rizq, və ya faliqəl həbbi və ya bariən nəsəm, və muhyiyəl məvta və mumitəl əhya, və dai-məs səbati və muxricən nəbat, if`əl bi ma əntə əhluhu və la təf`əl bi ma ənə əhluh, və əntə əhlut təqva və əhlul məğfirəh. | Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Ey məxluqatı yaradan, ey ruzini artıran, ey toxumu yaran! Ey nəfəs alanları vücuda gətirən, ölüləri dirildən, diriləri öldürən, həmişə bərpa olan və bitkiləri cücərdən! Sənə layiq olduğu kimi mənimlə rəftar et və mənə layiq olduğu kimi mənimlə rəftar etmə! Sən təqva və məğfirət əhlisən. | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، يَا خَالِقَ الْخَلْقِ، وَ يَا بَاسِطَ الرِّزْقِ، وَ يَا فَالِقَ الْحَبِ، وَ يَا بَارِيَ النَّسَمِ، وَ مُحْيِيَ الْمَوْتَى، وَ مُميتَ الاَحْيَاءِ، وَ دَائِمَ الثَّبَاتِ، وَ مُخْرِجَ النَّبَاتِ، اِفعَلْ بي مَا اَنْتَ اَهْلُهُ، وَ لا تَفْعَلْ بي مَا اَنَا اَهْلُهُ، وَ اَنْتَ اَهْلُ التَّقْوَى وَ اَهْلُ الْمَغْفِرَةِ |
5) İmam Kazımın (ə) duası: Əli ibn Yəqtindən nəql olunmuşdur ki, o deyir: «Musa ibn Cəfəri (ə) Musa ibn Mehdinin çirkin məqsədindən və pis niyyətindən xəbərdar etdilər. Həzrət, üzünü yanında olanlara tutub buyurdu: «Sizin bu haqda fikriniz nədir?» Onlar dedilər: «Bizim fikrimiz budur ki, sən özünü ondan gizlət və qoru, əks təqdirdə onun şərrindən amanda qalmazsan.» Bundan sonra Həzrət təbəssüm edib, Kəb ibn Malikin şeirini oxudu:
| Ərəbcə | زَعَمْتَ سَخينَةُ اَنْ سَتَغْلِبَ رَبَّهَا فَلَيَغْلِبَنَ مَغَالِبَ الغُلاََّبِ |
| Tərcümə | Səxinə Rəbbinə qalib olduğunu güman etdi. Amma Allahın bütün qalib olanların çarxına qalib olacağı labüddür! |
| Transkripsiya | Zəəmət səxinətə ən sətəğlibu rəbbəha Fəlyəğlibənnə məğalibəl ğullabi. |
Sonra əllərini göyə qaldırıb dedi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İlahi kəm min əduvvin şəhəzə li zubətə mudyətih, və ərhəfə li şəba həddih, və dafə li qəvatilə sumumih, və ləm tənəm ənni əynu hirasətih, fələmma rəəytə zə`fi ənihtimalil fəvadih, və əczi ən mulimatil cəvaih, sərəftə zalikə ənni bihəvlikə və quvvətik, la bihəvlin minni və la quvvəh, fə əlqəytəhu fil həfirilləzi ihtəfərəhu li, xaibən mimma əmmələhu fid dunya, mutəbaidən mimma rəcahu fil axirəh, fələkəl həmdu əla zalikə qədrəstihqaqikə səyyidi, Əllahummə fəxuzhu biizzətik, vəflul həddəhu ənni biqudrətik, vəc`əl ləhu şuğlən fima yəlih, və əczən əmma yunadih, Əllahummə və ə`dini ələyhi ədvən hazirətən təkunu min ğəyzi şifaa, və min hənəqi ələyhi vəqaa, və silillahummə duai bil icabəh, vənzim şikayəti bit təğyir, və ərrifhu əmma qəlilin ma əv`ədtəz zalimin, və ərrifni ma vəədtə fi icabətil muztərrin, innəkə zul fəzlil əzimi vəl mənnil kərim. | İlahi, bıçağını mənim üçün itiləyən, onu mənim üstümə çəkən, öldürücü zəhərlərlə qarışdıran və pusquda əyləşib məni izləmək üçün yatmayan nə çox düşmənim var! Sən mənim çətinliklər müqabilində zəifliyimi və ağır hadisələr müqabilində çarəsizliyimi gördükdə, onu (düşməni) mənim güc və qüdrətimlə yox, əksinə Öz güc və qüdrətinlə məndən kənarlaşdırdın, mənim üçün qazdığı quyuya atdın və o, dünyada arzusuna çatmaqda naümid oldu və axirətə ümid bəslədiyindən də uzaqlaşdı. Elə isə Sənə layiq olan qədər həmd olsun Sənə, ey mövlam! İlahi, onu Öz izzətinlə tut, Öz qüdrətinlə mənim üçün (hazırladığı) iti silahını kütləşdir, onu öz yanındakılarla məşğul və fəryad etdiklərində (düşmənçiliyində) aciz et! İlahi, məni tez bir zamanda ona qalib və hakim et ki, qəzəbim sönsün və qeyzimdən amanda qalsın! İlahi, duamı qəbul et, şikayətimi dağınıqdan çıxarıb tənzimlə, zülmkarlara vəd etdiyini (qorxu və təhdidi) tezliklə ona, çarəsizləri qəbul etməklə bağlı verdiyin müjdəni isə mənə göstər! Həqiqətən, Sən böyük mərhəmət və kəramətli minnət (nemət) sahibisən. | اِلَهي كَمْ مِنْ عَدُوٍّ شَحَذَ لي ظُبَةَ مُدْيَتِهِ، وَاَرْهَفَ لي شَبَا حَدِّه، وَ دَافَ لي قَوَاتِلَ سُمُومِهِ، وَ لَمْ تَنَمْ عَنّي عَيْنُ حِرَاسَتِهِ، فَلَمَّا رَاَيْتَ ضَعْفي عَنِ احْتِمَالِ الْفَوَادِحِ، وَ عَجْزي عَنْ مُلِمَّاتِ الْجَوَائِحِ، صَرَفْتَ ذلِكَ عَنّي بِحَولِكَ وَ قُوَّتِكَ، لا بِحَوْلٍ مِنّي وَلا قُوَّةٍ، فَاَلْقَيْتَهُ فِي الْحَفيرِ الَّذيِ احْتَفَرَهُ لي، خَائِباً مِمَّا اَمَّلَهُ فِي الدُّنْيَا، مُتَبَاعِداً مِمَّا رَجَاهُ فِي الْآخِرَةِ، فَلَكَ الْحَمْدُ عَلَى ذلِكَ قَدْرَ اِسْتِحْقَاقِكَ سَيِّدي، اللَّهُمَّ فَخُذْهُ بِعِزَّتِكَ، وَافْلُلْ حَدَّهُ عَنّي بِقُدْرَتِكَ، وَاجْعَلْ لَهُ شُغْلاً فيمَا يَليهِ، وَ عَجْزاً عَمَّا يُنَاويهِ، اللَّهُمَّ وَاَعْدِني عَلَيْهِ عَدْويً حَاضِرَةً، تَكُونُ مِنْ غَيْظي شِفَاءً، وَ مِنْ حَنَقي عَلَيْهِ وَقَاءً، وَ صِلِ اللَّهُمَّ دُعَائي بِالاِْجَابَةِ، وَ انْظِمْ شِكَايَتي بِالتَّغْييرِ، وَ عَرِّفْهُ عَمَّا قَليلٍ مَا اَوْعَدْتَ الظَّالِمينَ، وَ عَرِّفْني مَا وَعَدْتَ في اِجَابَةِ الْمُضْطَرّينَ، اِنَّكَ ذُو الْفَضْلِ الْعَظيمِ، وَ الْمَنِّ الْكَريمِ |
O deyir: «Ondan sonra camaat o həzrətin yanından dağıldılar və Musa ibn Mehdinin ölüm xəbərini eşidib, yenə də bir yerə yığışdılar.»
6) İmam Rzanın (ə) bir vərəqə yazıb cibinə qoyduğu dua: Məmunun xadimi Yasirdən nəql olunmuşdur ki, o deyir: İmam Əli ibn Musa Rzanın (ə) Həmid ibn Qəhtəbənin evinə daxil olub, paltarını əynindən çıxartdı və Həmidə verdi. Həmid də onu yumaq üçün öz kənizinə verdi. Bir az keçməmişdi ki, kəniz qayıdıb, yazılmış bir vərəqi Həmidə verdi və dedi: «Bu vərəqi Əbəl Həsənin (ə) köynəyinin boynundan tapdım.» Sonra Həmid Həzrətə dedi: «Sənə fəda olum, bu kəniz sənin köynəyinin boynundan bir vərəq tapmışdır, o nədir?» Həzrət buyurdu: «Həmişə özümlə gəzdirdiyim duadır.» Həmid dedi: «Bizi ondan agah edə bilərsənmi?» Həzrət buyurdu: «Hər kəs bu duanı öz boynundan assa (və ya özü ilə gəzdirsə) bəlalar ondan uzaq olar və o, Allahın dərgahından qovulmuş Şeytanın şərrindən uzaq qalmaq üçün bir amannamədir.» Sonra həmin duanı Həmidə öyrətdi və o dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, bismillahi inni əuzu bir rəhmani mink, in kuntə təqiyyən əv ğəyrə təqiyy, əxəztu billahis səmiil bəsiri əla səm`ikə və bəsərik, la sultanə ləkə ələyy, və la əla səm`i və la əla bəsəri, və la əla şə`ri və la əla bəşəri, və la əla ləhmi və la əla dəmi, və la əla muxxi və la əla əsəbi, və la əla izami və la əla mali, və la əla ma rəzəqəni rəbbi, sətərtə bəyni və bəynəkə bisitrin nubuvvəh, əlləzistətərə ənbiyaullahi bihi min sətəvatil cəbabirəti vəl fərainəh, cəbrəilu ən yəmini və mikailu ən yəsari, və israfilu ən vərai və Muhəmmədun salləllahu ələyhi və alihi əmami, vəllahu muttəliun ələyyə yəmnəukə minni, və yəmnəuş şəytanə mini, Əllahummə la yəğlibu cəhluhu ənatəkə ən yəstəfizzəni və yəstəhiffəni, Əllahummə iləykəltəcə`tu Əllahummə iləykəltəcə`t. | Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Mən səndən bağışlayan Allaha pənah aparıram. Pəhrizkar olsan da, olmasan da, eşidən və görən Allahın vasitəsilə sənin gözünü bağladım ki, mənə, qulağıma, gözümə, tükümə, dərimə, ətimə, qanıma, beynimə, damarıma, sümüyümə, malıma və Rəbbimin mənə ruzi verdiklərinə hakim olmayasan! Özümlə sənin aranda peyğəmbərlik örtüyü ilə fasilə saldım; belə ki, Allahın peyğəmbərləri özlərini həmin örtüklə zülmkar hakim və fironların hücumlarından qorudular. Cəbrail sağ, Mikayıl sol, İsrafil arxa və Muhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə) ön tərəfdən (onları qorudular). Allah da mənim işlərimdən xəbərdardır. Səni və şeytanı məndən uzaqlaşdırsın. İlahi, onun nadanlığı Sənin hövsələnə qalib gəlməsin, yoxsa, məni narahat və xar edəcək! İlahi, Sənə pənah aparıram! İlahi, Sənə pənah aparıram! | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، بِسْمِ اللهِ اِنّي اَعُوذُ بِالرَّحْمَانِ مِنْكَ، اِنْ كُنْتَ تَقِيّاً اَوْ غَيْرَ تَقِيٍّ، اَخَذْتُ بِاللهِ السَّميعِ الْبَصيرِ عَلَى سَمْعِكَ وَ بَصَرِكَ، لا سُلْطَانَ لَكَ عَلَيَّ، وَ لا عَلَى سَمْعي وَ لا عَلَى بَصَري، وَ لا عَلَى شَعْري وَ لا عَلَى بَشَري، وَ لا عَلَى لَحْمي، وَ لا عَلَى دَمي، وَ لا عَلَى مُخّي، وَ لا عَلَى عَصَبي، وَلا عَلَى عِظَامي، وَ لا عَلَى مَالي وَ لا عَلَى مَا رَزَقَني رَبّي، سَتَرْتُ بَيْني وَ بَيْنَكَ بِسِتْرِ النُّبُوَّةِ، الَّذِي اسْتَتَرَ اَنْبِيَاءُ اللهِ بِهِ مِنْ سَطَوَاتِ الْجَبَابِرَةِ وَالْفَرَاعِنَةِ، جَبْرَئيلُ عَنْ يَميني، وَ ميكَائيلُ عَنْ يَسَاري، وَ اِسْرَافيلُ عَنْ وَرَائي، وَ مَحَمَّدٌ صَلّيَ اللهُ عَلَيْهِ وَ آلِهِ اَمـَامي، وَاللهُ مُـطَّـلِـعٌ عَلَيَّ يَمْنَعُـكَ مِنّـي، وَ يَـمْنَـعُ الشَّيْطَانَ مِنّي، اللَّهُمَّ لا يَغْلِبْ جَهْلُهُ اَنَاتَكَ اَنْ يَسْتَفِزَّني، وَ يَسْتَخِفَّني اللَّهُمَّ اِلَيْكَ الْتَجَاْتُ، اللَّهُمَّ اِلَيْكَ الْتَجَاْتُ، اللَّهُمَّ اِلَيْكَ الْتَجَاْتُ |
Bu dua haqqında Əba Səlt Hərəvidən qəribə bir hekayə nəql olunmuşdur ki, o deyir: «Günlərin birində mənim mövlam İmam Əli ibn Musa Rza (ə) öz evində olduğu halda Məmunun elçisi o həzrətin hüzuruna gedib dedi: «Əmir səni çağırır. İmam ayağa qalxıb, mənə dedi: «Məmun çətin və ağır işlə üzləşdiyinə görə, məni çağırır. Allaha and olsun, mənimlə heç vaxt pis rəftar edə bilməz, çünki cəddim Peyğəmbərdən gəlib çatan bu kəlmələr (dua) mənim üstümdədir.» Əbussəlt deyir: «İmamla (ə) birgə çölə çıxıb, Məmunun yanına getdik. İmamın gözü Məmuna sataşdıqda, bu duanı axıra kimi oxudu. Sonra o həzrət Məmunun qarşısında durdu və Məmun o həzrətə baxıb dedi: «Ey Əbəl Həsən (ə)! Əmr etmişəm ki, sənə yüz min dirhəm pul versinlər və hər bir hacət və istəyin varsa, yazılı şəkildə yazıb istəyə bilərsən. İmam Məmuna arxa çevirdikdə, o, İmamın başının arxasına nəzər salıb dedi: «Mən də iradə etmişəm, Allah da! Lakin Allahın iradə və istəyi daha üstündür.»
7) İmam Cavadın (ə) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya nuru ya burhanu ya mubinu ya munir, ya rəbbikfiniş şurur, və əfatid duhur, və əs`əlukən nəcatə yəvmə yunfəxu fis sur. | Ey nur, ey aydın dəlil, ey aşkar edən, ey işıqlandıran! Ey Rəbbim, pisliklər və ruzigarın zərərlərində mənə yetərli ol! Səndən “sur” çalındığı gün (qiyamət günü) qurtuluş diləyirəm. | يَا نُورُ يَا بُرْهَانُ، يَا مُبينُ يَا مُنيرُ، يَا رَبِّ اِكْفِني الْشُّرُورَ، وَ َافَاتِ الدُّهُورِ، وَ اَسْئَلُكَ النَّجَاةَ يَوْمَ يُنْفَخُ فِي الصُّورِ |
8) İmam Əli Nəqinin (ə) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, ya əzizəl izzi fi izzih, ma əəzzə əzizəl izzi fi izzih, ya əzizu əizzəni bi izzətikə və əyyidni binəsrik, vədfə` ənni həməzatiş şəyatin, vədfə` ənni bidəf`ik, vəmnə` ənni bisun`ik, vəc`əlni min xiyari xəlqik, ya vahidu ya əhədu ya fərdu ya saməd. | Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Ey izzət sahibi olan əziz, Öz izzətində necə də əzizdir izzət sahibi olan əziz! Ey əziz, Öz izzətinlə mənə izzət ver, Öz yardımınla mənə yardım et, şeytanın vəsvəsələrini məndən sovuşdur, Öz müdafiənlə məndən dəf et, Öz işinlə məndən uzaqlaşdır və məni ən yaxşı bəndələrindən qərar ver! Ey yeganə, ey bir, ey tək, ey ehtiyacsız Allah! | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، يَا عَزيزَ الْعِزِّ في عِزِّهِ، مَا اَعَزَّ عَزيزَ الْعِزِّ في عِزِّهِ، يَا عَزيزُ اَعِزَّني، بِعِزِّكَ وَ اَيِّدني بِنَصْرِكَ، وَادْفَعْ عَنّي هَمَزَاتِ الشَّيَاطينِ، وَادْفَعْ عَنّي بِدَفْعِكَ، وَامْنَعْ عَنّي بِصُنْعِكَ، وَ اجْعَلْني مِنْ خِيَارِ خَلْقِكَ يَا وَاحِدُ يَا اَحَدُ، يَا فَرْدُ يَا صَمَدُ |
9) İmam Həsən Əskərinin (ə) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, ya uddəti ində şiddəti, və ya ğəvsi ində kurbəti və ya munisi ində vəhdəti, uhrusni biəynikəlləti la tənam, vəknufni biruknikəlləzi la yuram. | Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Ey çətinliklər zamanı ehtiyatım, ey ağrı-acılar zamanı fəryadıma yetən və ey tənhalıqda munisim! Məni yatmayan gözünlə qoru və əlçatmaz (yenilməz) qüdrətinlə Öz pənahında saxla! | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، يَا عُدَّتي عِنْدَ شِدَّتي، وَ يَا غَوْثي عِنْدَ كُرْبَتي، وَ يَا مُونِسي عِنْدَ وَحْدَتي، اُحْرُسْني بِعَيْنِكَ الَّتي لاَ تَنَامُ، وَاكْنُفْني بِرُكْنِكَ الَّذي لا يُرَامُ |
10) İmam Zamanın (ə.f) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhimanir rəhim, ya malikər riqabi və ya haziməl əhzab, ya mufəttihəl əbvab, ya musəbbibəl əsbab, səbbib ləna səbəbən la nəstətiu ləhu tələba, bihəqqi lə ilahə illəllah, Muhəmmədun rəsulullah, salləllahu ələyhi və əla alihi əcməin. | Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Ey canların sahibi və ey dəstələri pərakəndə edən! Ey qapıları açan və ey səbəblərin səbəbkarı! “Allahdan başqa heç bir tanrı yoxdur və Muhəmməd (Allahın salamı olsun ona və Əhlibeytinə – onların hamısına) Allahın rəsuludur!” – kəlamının xatirinə bizim üçün heç vaxt əldə edə bilmədiyimiz bir səbəb hazırla! | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، يَا مَالِكَ الرِّقَابِ، وَ يَا هَازِمَ الاَحْزَابِ، يَا مُفْتِّحَ الاَبْوَابِ، يَا مُسَبِّبَ الاَسْبَابِ، سَبِّبْ لَنَا سَبَاً لا نَسْتَطيعُ لَهُ طَلَباً، بِحَقِّ لا اِلَهَ اِلاَّ اللهُ، مُحَمَّدٌ رَسُولُ اللهِ صَلَّي اللهُ، عَلَيْهِ وَ عَلَى آلِهِ اَجْمَعينَ |
11) İmam Hüseynin (ə) qunutda oxuduğu dua:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə mən əva ila mə`vən fə əntə mə`vay, və mən ləcəə ila məlcəin fəəntə məlcay, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, vəsmə nidai və əcib duai, vəc`əl məabi indəkə və məsvay, vəhrusni fi bəlvayə miniftinanil imtihan, və ləmmətiş şəyatin, biəzəmətikəlləti la yəşubuha vələu nəfsin bitəftin, və la varidu təyfin bitəznin, və la yəlummu biha fərəh, hətta təqlibəni iləykə biiradətikə ğəyrə zənin və la məznun, və la murabin və la murtab, innəkə ərhəmur rahimin. | İlahi! Hamı özünə sığınacaq axtarır və mənim də sığınacağım Sənsən. Hamı özünə pənahgah axtarır və mənim də pənahgahım Sənsən. İlahi! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, mənim fəryadımı eşit, duamı qəbul et, dönüş yerimi və məskənimi Öz yanında qərar ver. Məni imtahan etdiyin zaman imtahanın fitnələri və şeytanın (mənə) toxunmasından qoru! Sənə and verirəm kimsənin tamahı, yaxud fitnəsi, yaxud da yaxşı xatirələr və bədgümanlıqla qarışmayan, sevinc və şadlığa yaxınlaşmayan əzəmət və böyüklüyünə! Məni müttəhim, müqəssir, bədgüman və şübhəli halda yox, əksinə iradə və istəyinlə Özünə doğru qaytar ki, həqiqətən, Sən mehribanların ən mehribanısan! | اللَّهُمَّ مَنْ اَوَى اِلَى مَاْويً فَاَنْتَ مَاْوَايَ، وَ مَنْ لَجَأَ اِلَى مَلْجَأٍ فَاَنْتَ مَلْجَاْي، اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَاسْمَعْ نِدَائي، وَ اَجِبْ دُعَائي، وَاجْعَلْ مَآبي عِنْدَكَ وَ مَثْوَايَ، وَاحْرُسْني في بَلْوَايَ مِنِ افْتِتَانِ الاِمْتِحَانِ، وَ لَمَّةِ الشَّيْطَانِ، بِعَظَمَتِكَ الَّتي لا يَشُوبُهَا وَلَعُ نَفْسٍ بِتَفْتينٍ، وَ لا وَارِدُ طَيْفٍ بِتَظْنينِ، وَلا يَلُمُّ بِهَا فَرَحٌ، حَتَّى تَقْلِبَني اِلَيْكَ بِاِرَادَتِكَ غَيْرَ ظَنينٍ وَلامَظْنُونٍ، وَلا مُرَابٍ وَ لا مُرْتَابٍ، اِنَّكَ اَرْحَمُ الرَّاحِمينَ |
Şeyx Abbas Qumi deyir: «Seyid ibn Tavus imamların namaz qılarkən qunutda oxuduqları dualarını özünün «Muhcud-dəəvat» kitabında bir yerə yığmışdır. Həmin duaların həcmi çox olduğu üçün qeyd etdiyimiz bu, bir dua ilə kifayətlənirəm.»
12) Cinlərin və insanların şərrindən amanda qalmaq üçün həzrət Peyğəmbərin (s) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, lə ilahə illəllah, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim, ma şaəllahu kanə və ma ləm yəşə` ləm yəkun, əşhədu ənnəllahu əla kulli şəy`in qədir, və ənnəllahə qəd əhatə bikulli şəy`in ilma, Əllahummə inni əuzu bikə min şərri nəfsi, və min şərri kulli dabbətin əntə axizun binasiyətiha, innə rəbbi əla siratin mustəqim. | Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Allahdan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir. Allahın istədiyi mütləq baş verir və istəmədiyi də baş vermir. Şəhadət verirəm ki, həqiqətən, Allah hər bir şeyə qadir və elmi hər bir şeyi əhatə etmişdir. İlahi, öz nəfsimin və ixtiyarı Sənin qüdrət əlində olan bütün heyvanların (canlıların) şərindən Sənə pənah aparıram! Şübhəsiz, mənim Rəbbim doğru yoldadır. | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، لا اِلَهَ اِلاَّ اللهُ، عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُ الْعَرْشِ الْعَظيمِ، مَا شَاءَ اللهُ كَانَ وَ مَالَمْ يَشَاْلَمْ يَكُنْ، اَشْهَدُ اَنَّ اللهَ عَلَى كُلِّشَيْيٍ قَديرٌ، وَ اَنَّ اللهَ قَدْ اَحَاطَ بِكُلِّ شَيْيٍ عِلْماً، اللَّهُمَّ اِنّي اَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسي، وَ مِنْ شَرِّ كُلِّ دَابّةٍ اَنْتَ َاخِذٌ بِنَاصِيَتِهَا، اِنَّ رَبّي عَلَى صِرَاطٍ مُسْتَقيمٍ |
13) Bu dua təcrübə olunmuşdur. Ənəsdən rəvayət olunmuşdur ki, Hz. Peyğəmbər (s) belə buyurdu: «Hər kim bu duanı hər sübh və axşam oxusa, Allah taala ona dörd (ön, arxa, sağ və sol) tərəfdən yetişəcək ağır hadisələrdən qoruyub saxlamaq üçün dörd mələk göndərər və həmin şəxs həmişə Allahın amanında qalar. İnsanlar və cinlər ona zərər yetirə bilməzlər. Həmin dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, bismillahi xəyril əsma, bismillahi rəbbil ərzi vəs səma, bismillahilləzi ya yəzurru məəsmihi səmmun və la da, bismillahi əsbəhtu və ələllahi təvəkkəlt, bismillahi əla qəlbi və nəfsi, bismillahi əla dini və əqli, bismillahi əla əhli və mali, bismillahir əla ma ə`tani rəbbi, bismillahilləzi ya yəzurru məəsmihi şəy`un fil ərzi və la fis səma, və huvəs səmiul əlim, Əllahu Əllahu rəbbi la uşriku bihi şəy`a, Əllahu əkbəru Əllahu əkbəru və əəzzu və əcəllu mimma əxafu və əhzər, əzzə carukə və cəllə sənaukə və la ilahə ğəyruk, Əllahummə inni əuzu bikə min şərri nəfsi və min şərri kulli sultanin şədid, və min şərri kulli şəytanin mərid, və min şərri kulli cəbbarin ənid, və min şərri qəzais su, və min kulli dabbətin əntə axizun binasiyətiha, innəkə əla siratin mustəqim, və əntə əla kulli şəy`in həfiz, innə vəliyyiyəllahulləzi nəzzələl kitab, və huvə yətəvəlləs salihin, fəin təvəlləv fəqul həsbiyəllahu lə ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim. | Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Allahın ən yaxşı adları ilə başlayıram! Yerin və göyün Rəbbi olan Allahın adi ilə başlayıram! Allahın o adı ilə başlayıram ki, Onun adı ilə zəhər və dərd əsla ziyan yetirməz! Allahın adı ilə sübhə çıxdım və Allaha təvəkkül etdim. Qəlbim və nəfsimə sahib olan Allahın adı ilə başlayıram! Dinim və əqlimə sahib olan Allahın adı ilə başlayıram! Əhli-əyalım və malıma sahib olan Allahın adı ilə başlayıram! Rəbbimin mənə əta etdiklərinə sahib olan Allahın adı ilə başlayıram! Allahın o adı ilə başlayıram ki, Onun adı ilə yerdə və göydə heç bir şey ziyan görməz. O, eşidən və biləndir. Mənim Rəbbim Allahdır və mən Ona heç bir şeyi şərik qoşmaram. Allah böyükdür. Allah böyükdür. O, bizim qorxub-çəkindiklərimizdən olduqca qüdrətli və ucadır. Sənə pənah aparan əziz, Sənin tərifin böyük və Səndən başqa heç bir tanrı yoxdur. İlahi, mən öz nəfsimin, bütün qəddar soltanların, asi şeytanların, inadkar hakimlərin, acınacaqlı hadisələrin və ixtiyarı Sənin qüdrət əlində olan heyvanların (canlıların) şərindən Sənə pənah aparıram! Şübhəsiz, mənim Rəbbim doğru yoldadır və Sən hər bir şeyin gözətçisisən. Mənim sahibim Quranı nazil edən Allahdır və O, salehlərin sahibidir. “Əgər onlar (Sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim və O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!)” | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، بِسْمِ اللهِ خَيْرِ الاَسْمَاءِ، بِسْمِ اللهِ رَبِّ الاَرْضِ وَ السَّمَاءِ، بِسْمِ اللهِ الَّذي لا يَضُرُّ مَعَ اسْمِهِ سَمٌ وَلا دَاءٌ، بِسْمِ اللهِ اَصْبَحْتُ وَ عَلَي اللهِ تَوَكَّلْتُ، بِسْمِ اللهِ عَلَى قَلْبي وَ نَفْسي، بِسْمِ اللهِ عَلَى ديني وَ عَقْلي، بِسْمِ اللهِ عَلَى اَهْلي وَ مَالي، بِسْمِ اللهِ عَلَى مَا اَعْطَاني رَبّي، بِسْمِ اللهِ الَّذي لايَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي الاَرْضِ وَ لا فِي السَّمَاءِ، وَ هُوَ السَّميعُ الْعَليمُ، اَللهُ اَللهُ رَبّي لا اُشْرِكُ بِهِ شَيْئاً، اَللهُ اَكْبَرُ اَللهُ اَكْبَرُ، وَ اَعَزُّ وَ اَجَلُّ مِمَّا اَخَافُ وَ اَحْذَرُ، عَزَّ جَارُكَ وَ جَلَّ ثَنَاؤُكَ، وَلا اِلَهَ غَيْرُكَ، اللَّهُمَّ اِنّي اَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسي، وَ منْ شَرِّ كُلِّ سُلْطَانٍ شَديدٍ، وَ مِنْ شَرِّ كُلِّ شَيْطَانٍ مَريدٍ، وَ مِنْ شَرِّ كُلِّ جَبَّارٍ عَنيدٍ، وَ مِنْ شَرِّ قَضَاءِ السّوُءِ، وَ مِنْ كُلِّ دَابَّةٍ اَنْتَ آخِذٌ بِنَاصِيَتِهَا اِنَّكَ عَلَى صِرَاطٍ مُسْتَقيمٍ، وَ اَنْتَ عَلَى كُلِّشَيْءٍ حَفيظٌ، اِنَّ وَلِيِّيَ اللهُ الَّذي نَزَّلَ الْكِتَابَ، وَ هُوَ يَتَوَلَّي الصَّالِحينَ، فَاِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِيَ اللهُ لا اِلَهَ اِلاََّ هُوَ، عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُ الْعَرْشِ الْعَظيمِ |
14) Həzrət Peyğəmbərin (s) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əuzu bikə ən əftəqirə fi ğinak, əv əzillə fi hudak, və əzillə fi izzik, əv uzamə fi sultanik, əv uztəhədə vəl əmru iləyk, Əllahummə inni əuzu bikə ən əqulu zura, əv əğşa fucurən əv əkunə bikə məğrura. | İlahi! Sənin qəni olmağınla yoxsul olmaqdan, yaxud doğru yola yönəltdiyin halda zəlalətə uğramaqdan, yaxud izzət sahibi olduğun halda xar olmaqdan, yaxud səltənət sahibi olduğun halda mənə zülm olunmaqdan və yaxud hər bir iş Sənin ixtiyarında olduğu halda ayaqlar altında əzilməkdən Sənə pənah aparıram. İlahi! Yalan danışmaqdan, yaxud fəsad və çirkinliyə bulaşmaqdan və yaxud Sənin güzəştinlə məğrur olmaqdan Sənə pənah aparıram. | اللَّهُمَّ اِنّي اَعُوذُ بِكَ اَنْ اَفْتَقِرَ في غِنَاكَ، اَوْ اَضِلَّ في هُدَاكَ، اَوْ اَذِلَّ في عَزِّكَ، اَوْ اُضَامَ في سُلْطَانِكَ، اَوْ اُضْطَهَدَ وَالاَمْرُ اِلَيْكَ، اللَّهُمَّ اِنّي اَعُوذُبِكَ اَنْ اَقُولَ زُوراً، اَوْ اَغْشَى فُجُوراً اَوْ اَكُونَ بِكَ مَغْرُوراً |
15) İmam Muhəmməd Baqirin (ə) göstəriş verdiyi dua: Əbu Həmzə Sumalidən nəql olunmuşdur ki, o deyir: «İmam Baqirin (ə) hüzuruna getdim. O həzrət dodaqları hərəkət etdiyi halda, evdən çıxdı və buyurdu: «Mənim nə dediyimi başa düşdünmü?» Dedim: «Sənə qurban olun, bəli!» Buyurdu: «Elə bir sözlər deyirdim ki, hər kəs həmin sözləri demişdirsə, Allah taala onun dünya və axirətlə əlaqədar olan mühüm işlərini həll etmişdir.» Dedim: «Sənə qurban olum, məni həmin duadan agah edə bilərsənmi?» Buyurdu: «Bəli, hər kəs evdən çölə çıxdığı halda bu sözləri oxusa, bütün işlər ona asan olar:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, həsbiyəllahu təvəkkəltu ələllah, Əllahummə inni əs`əlukə xəyrə umuri kulliha, və əuzu bikə min xizyid dunya və əzabil axirəh. | Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Allah mənə yetər. Mən Allaha təvəkkül etdim. İlahi, Səndən bütün işlərimin xeyrini istəyir, dünya rüsvayçılığı və axirət əzabından Sənə pənah aparıram! | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، حَسْبِيَ اللهُ تَوَكَّلْتُ عَلَي اللهِ، اللَّهُمَّ اِنّي اَسْئَلُكَ خَيْرَ اُمُوري كُلِّهَا، وَ اَعُوذُبِكَ مِنْ خِزْيِ الدُّنْيَا وَ عَذَابِ الْآخِرَةِ |
16) «Əl vəsailu iləl məsail» kitabında deyilir: İmam Muhəmməd Təqinin (ə) xidmətçisi Muhəmməd ibn Haris Nofəlidən belə nəql olunmuşdur: Məmun öz qızını İmam Muhəmməd Təqi ilə (ə) evləndirdiyi zaman, o həzrət ona belə yazdı: Hər bir qadının kişi tərəfindən mehriyyəsi olmalıdır və Allah taala sizə bu dünyada mal-dövlət verdiyi kimi, bizim də mal-dövlətimizi axirətdə zəxirə etmişdir. Mən sənin qızına mehriyyə olaraq «Əl-vəsailu iləl məsail» duasını verirəm və o, atamdan mənə, Musa ibn Cəfərdən (ə) də atama, ona da atası Cəfərdən (ə), ona da atası Muhəmməddən (ə), ona da atası Əli ibn Hüseyndən (ə), ona da atası Hüseyndən (ə), ona da qardaşı Həsəndən (ə), ona da atası Əmirəlmöminin Əli ibn Əbu Talibdən (ə), ona da Allahın Rəsulundan çatdığı bir münacat və duadır ki, o həzrətə də Cəbrail (ə) verib demişdir: Ya Muhəmməd! Allah sənə salam göndərir və buyurur: «Bu dua, dünya və axirət xəzinələrinin açarıdır, öz məqsədinə nail olmaq üçün onu vəsilə qərar ver. Bu, 10 minacatdan ibarətdir, onun vasitəsilə səmanın qapıları sənin üzünə açıq olar və bütün hacətlərin qəbul olar. Duaları burada izləyə biləriz.
17) İmam Cəfər Sadiqin (ə) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən izəstəəztu bihi əazəni, və izəstəcərtu bihi indəş şədaidi əcarəni, və izəstəğəstu bihi indən nəvaibi əğasəni, və izəstənsərtu bihi əla əduvvi nəsərəni və əanəni iləykəl məfzə, və əntəs siqətu fəqmə ənni mən əradəni, və əğlib li mən kadəni, ya mən qalə in yənsurkumullahu fəla ğalibə ləkum, ya mən nəcca Nuhən minlə qəvmiz zalimin, ya mən nəcca Lutən minəl qəvmil fasiqin, ya mən nəcca Hudən minəl qəvmil adin, ya mən nəcca Muhəmmədən salləllahu ələyhi və alihi minəl qəvmil kafirin, nəcini min ə`dai və ə`daikə biəsmaik, ya rəhmanu ya rəhim, la səbilə ləhum əla mən təəvvəzə bil Qur`an, vəstəcarəkə bir rəhimir rəhman, ər rəhmanu ələl ərşistəva, innə bətşə rəbbikə ləşədidu, innəhu huvə yubdiu və yuid, və huvəl ğəfurul vədud, zul ərşil məcid, fə`alun lima yurid, fəin təvəlləv fəqul həsbiyəllah, lə ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim. | Ey sığındığım zaman mənə pənah verən və çətinlikdə dərgahına üz tutduqda məni qəbul edən! Xoşagəlməz hadisələrdə fəryadıma yetişməsini istədikdə dadıma yetən və düşmənimə qələbə çalmaq üçün kömək istədikdə yardım edən! Ah-nalələr Sənin dərgahına tərəfdir və etimad olunası Sənsən! Belə isə məni qəsd edəni (mənə düşmən olanı) məndən uzaqlaşdır, mənim müqabilində mənə hiylə quranı məğlub et! Ey, “əgər Allah sizə yardım etsə, kimsə sizə qalib gələ bilməz” deyə buyuran! Ey Nuha zalım insanların əlindən nicat verən! Ey Lutu pis insanlardan xilas edən! Ey Huda təcavüzkar insanların şərindən nicat verən! Ey Məhəmmədə (Allahın salamı olsun ona və Əhli-beytinə) kafir qövmün şərindən nicat verən! Adlarının xatirinə mənə öz düşmənlərim və Sənin düşmənlərinin şərindən nicat ver! Ey bağışlayan və mehriban, Qurana pənah gətirən və Sənə sığınanlara kimsənin yol tapması mümkün deyil! Bağışlayan və mehriban Allahın adı ilə! Rəhman Allah ərşi Öz hökmünün altına almışdır və həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! Həqiqətən, məxluqatı yaradan və onu geri qaytaran (öldürən), bağışlayan və mehriban, böyük ərşin sahibi və istədiyini yerinə yetirən Odur! Əgər üz çevirsələr, de ki, Ondan başqa heç bir tanrı olmayan Allah (işlərimdə) mənə yetərlidir. Mən yalnız ona təvəkkül edirəm və O, böyük ərşin Rəbbidir. | يَا مَنْ اِذَا اسْتَعَذْتُ بِهِ اَعَاذَني وَ اِذَا اسْتَجَرْتُ بِهِ عِنْدَ الشَّدَائِدِ اَجَارَني، وَ اِذَا اسْتَغَثْتُ بِهِ عِنْدَ النَّوَائِبِ اَغَاثَني، وَ اِذَاسْتَنْصَرْتُ بِهِ عَلَى عَدُوّي نَصَرَني وَ اَعَانَني اِلَيْكَ الْمَفْزَعُ، وَ اَنْتَ الثِّقَةُ، فَاقْمَعْ عَنّي مَنْ اَرَادَني، وَ اغْلِبْ لي مَنْ كَادَني، يَا مَنْ قَالَ اِنْ يَنْصُرْكُمُ اللهُ فَلا غَالِبَ لَكُمْ، يَا مَنْ نَجَّا نُوحاً مِنَ الْقَوْمِ الظَّالِمينَ، يَا مَنْ نَجَّا لُوطاً مِنَ الْقَوْمِ الْفَاسِقَينَ، يَا مَنْ نَجَّا هُوداً مِنَ الْقَوْمِ الْعَادينَ، يَا مَنْ نَجَّا مُحَمَّداً صَلّيَ اللهُ عَلَيْهِ وَ آلِهِ مِنَ الْقَوْمِ الْكَافِرينَ، نَجِنّي مِنْ اَعْدَائي وَ اَعْدَائِكَ بِاَسْمَائِكَ يَا رَحْمَانُ يَا رَحيمُ، لا سَبيلَ لَهُمْ عَلَى مَنْ تَعَوَّذَ بِالْقُرْآنِ، وَاسْتَجَارَكَ بِالرَّحيمِ، الرَّحْمَانِ الرَّحْمَانُ عَلَي الْعَرْشِ اسْتَوَى، اِنَّ بَطْشَ رَبِّكَ لَشَديدٌ، اِنَّهُ هُوَ يُبْدِيُ وَ يُعيدُ، وَهُوَ الْغَفُورُ الْوَدُودُ، ذُوا الْعَرْشِ الْمَجيدِ، فَعَالٌ لِمَا يُريدُ، فَاِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِي َاللهُ، لا اِلَهَ اِلاََّ هُوَ، عَلَيْهِ تَوَكَّلْتُ، وَ هَوَ رَبُ الْعَرْشِ الْعَظيمِ |
18) İmam Musa Kazımın (ə) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Təvəkkəltu ələl həyyilləzi la yəmut, və təhəssəntu bizil izzəti vəl cəbərut, vəstəəntu bizil kibriyai vəl mələkut, məvlayə istəsləmtu iləykə fəla tuslimni, və təvəkkəltu ələykə fəla təxzulni, və ləcə`tu ila zillikəl bəsiti fəla tətrəhni, əntəl mətləbu və iləykəl məhrəb, tə`ləmu və uxfiyə və ma u`lin, və tə`ləmu xainətəl ə`yuni və mu tuxfis sudur, fəəmsik ənnillahummə əydiz zaliminə minəl cinni vəl insi əcməin, vəşfini və afini ya ərhəmər rahimin. | Heç zaman ölməyəcək diriyə təvəkkül, izzət və böyüklük sahibinə hüsnü-zən etdim, əzəmət məqamı və hakimiyyət sahibindən yardım dilədim! Ey mənim mövlam! Mən özümü Sənə təslim etmişəm. Elə isə məni özbaşına buraxma. Mən Sənə təvəkkül etdiyim halda məni xar etmə. Sənin geniş sayənə pənah gətirdiyim halda məni bir kənara tullama. Sən məxluqatın istədiyisən və fərar yeri Sənin dərgahına doğrudur. Sən məxfi saxladığım və aşkar etdiyim, gözlərin xəyanəti və sinələrin (qəlblərin) gizlətdiyindən xəbərdarsan! İlahi, insan və cinlərdən olan bütün zalımlardan məni qoru, mənə şəfa və afiyət ver, ey mehribanların ən mehribanı! | تَوَكَّلْتُ عَلَي الْحَيِ الَّذي لايَمُوتُ وَ تَحَصَّنْتُ بِذِي الْعِزَّةِ وَالْجَبَروُتِ، وَ اسْتَعَنْتُ بِذيِ الْكِبْريَاءِ وَالْمَلَكُوتِ مَوْلايَ اسْتَسْلَمْتُ اِلَيْكَ فَلا تُسْلِمْني، وَ تَوَكَّلْتُ عَلَيْكَ فَلا تَخْذُلْني، وَ لَجَاْتُ اِلَى ظِلِّكَ الْبَسيطِ فَلا تَطْرَحْني، اَنْتَ الْمَطْلَبُ وَ اِلَيْكَ الْمَهْرَبُ تَعْلَمُ مَا اُخْفِي وَ مَا اُعْلِنُ، وَ تَعْلَمُ خَائِنَةَ الاَعْيُنِ وَ مَا تُخْفِي الصُّدوُرُ، فَاَمْسِكْ عَنِّي اللَّهُمَّ اَيْدِي الظَّالِمينَ مِنَ الْجِنِّ وَالاِْنْسِ اَجْمَعينَ، وَاشْفِني وَ عَافِني يَا اَرْحَمَ الرَّاحِمينَ |
19) İmam Muhəmməd Təqinin (ə) duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əl xaliqu ə`zəmu minəl məxluqin, vər raziqu əbsətu yədən minəl mərzuqin, və narullahil musədətu fi əmədin muməddədətin təkidu əfidətəl mərədəh, və təruddu kəydəl həsədəti bil əqsami bil əhkam, bil ləvhil məhfuz, vəl hicabil məzrubi biərşi rəbbinəl əzim, ihtəcəbtu vəstətərtu vəstəcərtu və`təsəmtu və təhəssəntu bi lam mim, və bi ka ha ya əyn sad, və bi taha və bi ta sin mim, və bi ha mim və bi ha mim əyn sin qaf, və nun və bi ta sin və bi qaf vəl Qur`anil məcid, və innəhu ləqəsəmun ləv tə`ləmunə əzim, vəllahu vəliyyi və ni`məl vəkil. | Xaliq məxluqlardan böyük və ruzi verən ruzi umanlardan əliaçıqdır. Allahın yanar odu hündür sütunlara bağlanmış qəlbi dönən insanların üzlərinə qapanıb kilidlənəcək. O, paxılların hiyləsini andlara, hökmlərə, saxlanılmış lövhəyə və böyük Rəbbimizin ərşindən asılmış pərdəyə qaytarsın. Pərdəyə büründüm, gizləndim, sığındım, özümü qorudum və “Əlif, lam, mim”, “Kaf, ha, ya, əyn, sad”, “Ta, ha”, “Ta, sin, mim”, “Ha, mim”, “Ha, mim, əyn, sin, qaf”, “Nun”, “Ta, sin, ya, nun”, “Qaf” və “Qurani-Məcid”dən yapışdım. Kaş bunun nə qədər böyük and olduğunu biləydiniz! Allah mənim sahibimdir. O, nə gözəl vəkildir! | اَلْخَالِقُ اَعْظَمُ مِنَ الْمَخْلُوقينَ، وَ الرَّازِقُ اَبْسَطُ يَداً مِنَالْمَرْزُوقينَ، وَ نَارُاللهِ الْمُوصَدَةُ في عَمَدٍ مُمَدَّدَةٍ تَكيدُ اَفْئِدَةَ الْمَرَدَةِ، وَ تَرُدُّ كَيْدَ الْحَسَدَةِ بِالاَقْسَامِ بِالاَحْكَامِ، بِالّلَوْحِ الْمَحْفُوظِ، وَالْحِجَابِ الْمَضْرُوبِ بِعَرْشِ رَبِّنَا الْعَظيمِ، احْتَجَبْتُ وَ اسْتَتَرْتُ وَ اسْتَجَرْتُ، وَاعْتَصَمْتُ وَ تَحَصَّنْتُ بالـم، وَ بِكهيعص، وَ بِطها، وَ بِطسم، وَ بِحم، وَ بِحمعسق، وَ نوُن، وَبِطسين، وَ بِق وَالْقُرْآنِ الْمَجيدِ، وَ اَنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظيمٌ، وَاللهُ وَلِيّي وَ نِعْمَ الْوَكيلُ |
20) Şeyx Kuleyninin «Təbirur-ruya» kitabında Vəşşa İmam Rzada (ə) nəql etmişdir ki, o həzrət buyurdu: «Atamı yuxuda gördüm ki, belə buyurdu: «Ey oğlum! Çətinliyə düçar olduğun zaman «Ya rəufu, ya rəhim» – sözlərini təkrar-təkrar de.» Sonra Həzrət buyurdu: «Bizim yuxuda gördüklərimiz, eyni ilə ayıq vaxtında gördüyümüz kimidir.»
21) Seyid ibn Tavusun «Muctəna» kitabında qeyd olunan ruzi duası:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innə zunubi ləm yəbqə ləha illa rəcau əfvik, və qəd qəddəmtu alətəl hirmani bəynə yədəyy, fə ənə əs`əlukə ma la əstəhiqquhu və ədukə ma la əstəvcibuh, və ətəzərrəu iləykə bima la əstə`hilh, və ləm yəxfə ələykə hali və in xəfiyə ələn nasi kunhu mə`rifəti əmri, Əllahummə in kanə rizqi fis səmai fəəhbith, və in kanə fil ərzi fə əzhirhu və in kanə bəidən fəqərribh, və in kanə qəribən fə yəssirh, və in kanə qəlilən fəkəssirh, və barik li fih. | İlahi! Günahlarım (günahlarımın bağışlanması) üçün Sənin əfvinə ümid bəsləməkdən başqa bir yol qalmayıb. Həqiqətən, mən özüm üçün (rəhmət və məğfirətindən) məhrumluq vasitələrini hazırlamışam. Səndən əsla layiq olmadıqlarımı istəyir və layiq olmadığım üçün Sənin dərgahında ah-nalə edirəm. Mənim işlərimin həqiqəti camaata gizli qalsa da, halım Sənə gizli deyil. İlahi, əgər mənim ruzim göydədirsə, onu yerə göndər; əgər yerdədirsə aşkar et; əgər uzaqdırsa yaxınlaşdır; əgər yaxındırsa asanlaşdır; əgər azdırsa artır və ona bərəkət ver! | اللَّهُمَّ اِنَّ ذُنُوبي لَمْ يَبْقَ لَهَا اِلاََّ رَجَاءُ عَفْوِكَ، وَ قَدْ قَدَّمْتُ آلَةَ الْحِرْمَانِ بَيْنَ يَدَيَّ، فَاَنَا اَسْئَلُكَ مَا لاَاسْتَحِقُّهُ، وَ اَدْعُوكَ مَالا اَسْتَوجِبُهُ، وَ اَتَضَرَّعُ اِلَيْكَ بِمَا لا اَسْتَاْهِلُهُ، وَ لَمْ يَخْفَ عَلَيْكَ حَالي، وَ اِنْ خَفِيَ عَليَ النَّاسِ كُنْهُ مَعْرِفَةِ اَمْري اللَّهُمَّ اِنْ كَانَ رِزْقي فِي السَّمَاءِ، فَاَهْبِطْهُ، وَ اِنْ كَانَ فِي الاَرْضِ فَاَظْهِرْهُ، وَ اِنْ كَانَ بَعيداً فَقَرِّبْهُ، وَ اِنْ كَانَ قَريباً فَيَسِّرْهُ، وَ اِنْ كَانَ قَليلاً فَكَثِّرْهُ، وَ بَارِكْ لي فيهِ |
22) «Muctəna» kitabında İblisin (lən) şərrindən amanda qalmaq üçün nəql olunan dua:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innə iblisə əbdun min əbidik, yərani min həysu la ərahu və əntə tərahu min həysu la yərak, və əntə əqvi əla əmrihi kullih, və huvə la yəqva əla şəy`in min əmrik, Əllahummə fə ənə əstəinu bikə ələyhi ya rəbbi fə inni la taqətə li bih, və la həvlə və la quvvətə li ələyhi illa bikə ya rəbb, Əllahummə in əradəni fəəridh, və in kadəni fəkidh, vəkfini şərrəhu vəc`əl kəydəhu fi nəhrih, birəhmətikə ya ərhəmər rahimin, və salləllahu əla Muhəmmədin və alihit tahirin. | İlahi, həqiqətən, Sənin bəndələrindən biri olan İblis (lən) məni görmədiyim yerdən görür və Sən onu, onun görmədiyi yerdən görürsən. Sən onun bütün işlərinə qadirsən. O isə Sənin işlərinin heç birinə qadir deyil! İlahi, mən Səndən onunla mübarizə aparmaq üçün yardım diləyirəm! Ey Rəbbim! Həqiqətən, mənim ona gücüm çatmır və Sənin köməyin olmadan onun müqabilində gücsüz və qüdrətsizəm. Ey Rəbbim, ilahi, əgər o, məni qəsd etsə, Sən də onu qəsd et! Əgər mənə qurğu qursa, Sən də ona qurğu qur. Onun şərini məndən sovuşdur və hiyləsini öz quyusuna at. Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhimlisi! Allahın salam və salavatı olsun Muhəmməd və onun pak-pakizə Əhlibeytinə! | اللَّهُمَّ اِنَّ اِبْليسَ عَبْدٌ مِنْ عَبيدِكَ، يَرَاني مِنْ حَيْثُ لا اَرَاهُ وَ اَنْتَ تَرَاهُ مِنْ حَيْثُ لا يَرَاكَ، وَ اَنْتَ اَقْوَى عَلَى اَمْرِه كُلِّهِ، وَ هُوَ لا يَقْوَى عَلَى شَيْيٍ مِنْ اَمْرِكَ، اللَّهُمَّ فَاَنَا اَسْتَعينُ بِكَ عَلَيْهِ يَا رَبِّ فَاِنّي لا طَاقَةَ لي بِهِ، وَلا حَوْلَ وَ لا قُوَّةَ لي عَلَيْهِ اِلاََّ بِكَ يَا رَبِّ، اللَّهُمَّ اِنْ اَرَادَني فَاَرِدْهُ، وَ اِنْ كَادَني فَكِدْهُ، وَاكْفِني شَرَّهُ، وَاجْعَلْ كَيْدَهُ في نَحْرِهِ، بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ، وَ صَلَّيَ اللهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرينَ |
23) Həmçinin «Muctəna» kitabında nəql olunmuşdur ki, bir şəxs yuxuda Hz. Peyğəmbəri (s) gördü və Həzrətdən istədi ki, qəlbinin dirilməsi, əhval-ruhiyyəli olması üçün bir dua öyrətsin. Buna görə də Həzrət bu duanı ona öyrətdi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya həyyu ya qəyyum, ya la ilahə illa ənt, əs`əlukə ən tuhyiyə qəlbi, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd. | Ey diri, ey əbədi! Ey Səndən başqa heç bir tanrı olmayan! Səndən qəlbimi diriltməyini istəyirəm. İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! | يَا حَيُ يَا قَيُّومُ، يَا لا اِلَهَ اِلاََّ اَنْتَ، اَسْئَلُكَ اَنْ تُحْيِيَ قَلْبي، اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
24) Hz. Peyğəmbərdən (s) nəql olunmuşdur ki, hər kəs əcəlinin təxirə düşməsini, öz düşməninə qalib gəlməsini və pis ölümdən uzaq olmasını istəyirsə, gecə və sübh daxil olduğu zaman 3 dəfə desin:
| Ərəbcə | سُبْحَانَ اللهِ مِلاَ الميزَانِ، وَ مُنْتَهيَ الْحِلْمِ، وَ مَبْلَغَ الرِّضَا، وَزِنَةَ الْعَرْشِ |
| Tərcümə | Allah “mizan”ın (tərəzi) dolu olması, səbrin sonsuzluğu, razılığın hədsizliyi və ərşinin ağırlığı qədər bütün eyiblərdən pak və uzaqdır. |
| Transkripsiya | Subhanəllahi mil`əl mizan, və muntəhəl hilmi və məbləğər riza və zinətəl ərş. |
25) Seyid Səid Əli ibn Fəzlullah Hüseyni Ravəndinin «Nəsrul-ləali» kitabından nəql olunmuşdur ki, bir kişi borclu olmasından Hz. İsa ibn Məryəmə (ə) şikayət etdikdə, o həzrət bu duanın oxumasını buyurdu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ya faricəl həmmi və munəffisəl ğəmm, və muzhibəl əhzani və mucibə də`vətil muztərrin, ya rəhmanəd dunya vəl axirəti və rəhiməhuma, əntə rəhmani və rəhmanu kulli şəy`, fərhəmni rəhmətən tuğnini biha ən rəhməti mən sivak, və təqzi biha ənnid dəyn. | İlahi! Ey qəmi dağıdan, qüssəni aparan, möhnətləri aradan qaldıran, çarəsizlərin duasını qəbul edən! Ey dünya və axirətdə bağışlayan və hər iki aləmdə rəhm edən! Sənsən məni və hər bir şeyi bağışlayan! Elə isə rəhmət və məhəbbətinlə məni bağışlayaraq başqalarının məhəbbətindən ehtiyacsız et və mənim borcumu ödə! | اللَّهُمَّ يَا فَارِجَ الْهَمِّ، وَ مُنَفِّسَ الغَمِّ، وَ مُذْهِبَ الاَحْزَانِ، وَ مُجيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ، يَا رَحْمَانَ الدُّنْيَا وَالْآخِرَةِ وَ رَحيمَهُمَا، اَنْتَ رَحْمَاني وَ رَحْمَانُ كُلِّ شَيْءٍ، فَارْحَمْني رَحْمَةً تُغْنيني بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ وَ تَقْضي بِهَا عَنِّي الدَّيْنَ |
